0:00
0:00

1. Ey insanlar! Sizi tək bir can­dan xəlq edən, ondan zöv­cəsini ya­radan və o ikisindən də bir çox kişi və qa­dın tö­rədib yer üzü­nə yayan Rəb­bi­niz­dən qor­xun! Adı ilə bir-bi­ri­niz­dən cür­bə­cür şey­lər istə­diyiniz Allahdan və qo­humluq əlaqə­lə­ri­ni kəsmək­dən çə­kinin! Hə­qi­qətən, Allah sizə nəzarət edir.
2. Yetimlərin mallarını öz­lə­ri­nə ve­rin və yaxşını pis ilə də­yiş­mə­­yin. Onla­rın mallarını öz mal­ları­nıza qatıb ye­mə­­yin. Şüb­hə­siz ki, bu, böyük gü­nah­dır.
3. Əgər himayənizdə olan yetim qızlarla evlənəyəcəyiniz təqdirdə əda­lət­lə davranmayacağınızdan qorxsanız, onda xoşunuza gələn sizə halal olan başqa qa­dın­lardan ikisi, üçü və dördü ilə ev­lənin. Əgər o qa­dın­­larla ədalət­lə dolanmaya­ca­ğı­nız­dan qorxarsınızsa, on­da onlardan biri ilə evlənin və ya sa­hib olduğunuz cariyə­lər­lə ki­fayət­lə­nin. Bu, haqsızlıq et­­mə­məyiniz üçün ən uyğun olanıdır.
4. Qadınlara öz mehrlərini kö­nül xoş­luğu ilə verin! Əgər onlar öz xoşları ilə onun bir qismini si­zə bağışlasalar, onu nuş­can­lıqla və ha­lallıqla yeyin!
5. Alla­hın sizin üçün dolanışıq vasitəsi etdiyi malları­nı­zı səfeh­lərə ver­məyin. On­ları o mal­dan yedirdib ge­yin­dirin və on­la­ra xoş söz söyləyin.
6. Yetimləri nikah yaşına çatanadək sınayın. Əgər onların ağla dolduq­la­rını görsəniz, malları­nı öz­lə­ri­nə qay­ta­rın. Böyü­yüb mal­la­rı­nı geri alacaqlar deyə, o malları is­raf­çı­lıqla, tələm-tələsik ye­mə­yin. Varlı olan qəyyum nəfsini saxlasın, yox­sul isə o maldan eh­ti­yacı ol­du­ğu qədər yesin. Yetim­lə­rin malla­rı­nı özlə­ri­nə qay­tar­dığı­nız zaman yanlarında şahid tutun. Haqq-hesab çək­­məyə Allah ye­tər.
7. Valideynlərin və yaxın qo­humla­rın qoyub getdikləri mal­dan kişilərə pay vardır; va­li­deyn­lərin və yaxın qohum­la­rın qoyub get­dik­ləri mal­dan qa­dınlara da pay vardır. Bu malın istər azından, is­tər çoxundan müəyyən bir pay ayrılmışdır.
8. Əgər bölgü vaxtı orada, mirasdan payı olmayan qo­humlar, yetimlər və kasıblar işti­rak edərlərsə, on­lara da o mal­dan bir şey verin, özlərinə də xoş söz de­yin.
9. Özlərindən sonra zəif övlad­lar qoyub gedəcəkləri təq­­dir­də onlardan ötrü qorxan kəs­lər, qoy yetimlərə haqsızlıq etməkdən qorx­­sun­­lar, Allahdan çəkinsinlər və doğru söz söy­lə­sin­lər.
10. Şübhəsiz ki, yetimlərin mal­ları­nı haqsızlıqla yeyənlər öz qa­rın­larına ancaq od doldu­rurlar və beləcə, onlar alovlu atəşə gi­rə­­cəklər.
11. Allah sizə övladlarınız haq­qın­da, ki­şiyə iki qadının pa­yı qə­dər pay verilməsini buyurur. Əgər övladlar iki­dən ar­tıq sayda qa­dın­­dır­sa, və­fat edə­nin qoyub getdiyi malın üçdə iki his­sə­si onlara ça­tır. Əgər təkcə bir qa­dın­dır­sa, mirasın ya­rısı ona çatır. Ölə­nin öv­ladı olduğu təqdirdə, onun vali­deyn­­ləri­ndən hər birinə, qoyub get­­diyi ma­­lın al­tıda bir his­sə­si çatır. Əgər onun öv­ladı yox­dursa, varisi də ancaq va­li­deyn­­ləri­dirsə, onun anasına mi­ra­sı­nın üçdə bir hissəsi dü­şür. Əgər ölənin qar­daşları və ya ba­cı­ları varsa, onun ana­­sına mirası­n altıda bir hissəsi dü­şür. Bu böl­gü ölənin vəsiy­yəti ye­ri­nə ye­tiril­dik­­dən və borcu ödə­nil­dikdən sonra apa­rılır. Vali­deyn­­lə­ri­niz­­dən və övladlarınız­dan han­sının fay­da baxı­mından si­zə da­ha yaxın ol­duğu­nu siz bil­məzsiniz. Bun­lar Allah tərəfin­dən fərz buy­rul­muş paylardır. Hə­qi­qətən, Allah hər şeyi bilən­dir, hikmət sahibidir.
12. Əgər vəfat etmiş zövcə­lə­ri­nizin öv­ladı yoxdursa, on­la­rın və­siy­yəti yeri­nə yetiril­dik­dən və borcu ödənildik­dən sonra, qo­­yub getdikləri malın yarısı si­zin­dir. Onla­rın övladı olduğu təqdirdə isə qo­­yub getdiklərinin dörddə bir his­sə­si sizə çatır. Əgər sizin öv­­la­­dı­nız yox­dursa, və­siy­yə­tiniz ye­rinə yetiril­dikdən və bor­cu­nuz ödə­­nil­dikdən son­ra, qo­yub get­diyiniz malın dörd­də bir his­səsi zövcə­lə­rinizindir. Övladınız olduğu təqdirdə isə qo­yub get­di­yi­niz malın sək­­kizdə bir his­səsi zövcələrinizə çatır. Vəfat etmiş kişi­nin və ya qadı­nın va­li­deyni və övladı olmadığı halda malı varislərə qa­lar­sa və eyni ana­dan bir qar­da­şı yaxud bir bacısı varsa, onda on­la­rın hər birinə mi­rasın altıda bir his­səsi düşür. Əgər on­lar sayca bun­­dan artıq olsalar, mi­rasın üçdə bi­rinə şərik­dir­lər. Bu bölgü, va­ris­lərə zərər ye­tir­məmək şərti ilə, və­siy­yətin ye­ri­nə yeti­ril­mə­sin­dən və bor­cun ödə­nil­mə­sindən son­ra apa­rılır. Bun­lar Allah tərə­fin­dən bir buyruqdur. Allah hər şeyi bi­lən­dir, hə­limdir.
13. Bunlar Allahın qoyduğu hü­dud­la­rdır. Kim Allaha və Onun rəsuluna itaət edərsə, Allah onu altından çay­lar axan, için­də əbədi qalacağı cən­nətlərə da­xil edər. Bu, böyük uğurdur.
14. Kim Allaha və Onun rəsuluna asi olub Onun hü­dud­la­rını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm odu­na va­sil edər. Onun üçün al­çaldıcı bir əzab vardır.
15. Qadın­ları­nızdan zina edənlərə qar­şı aranızdan dörd şahid gətirin! Əgər onlar şa­hid­lik etsə­lər, o qadınları, ölüm onların hə­ya­tına son qoyana­dək, ya­xud Allah onlar üçün bir yol aça­na­dək evlərdə həbs edin.
16. Aranızda belə yaramaz iş tu­tan­la­rın hər ikisinə əziyyət ve­rin. Əgər töv­bə edib əməl­lə­rini is­lah etsələr, onlara əziyyət vermək­dən vaz keçin. Hə­qi­qətən, Allah tövbə­ləri qə­bul edəndir, rəhmli­dir.
17. Allah ancaq o kəslərin tövbəsi­ni qəbul edər ki, onlar avam­lıqları üzün­dən pis iş gör­dükdən sonra dərhal töv­bə edərlər. Allah onların tövbəsini qəbul edər. Həqiqətən, Allah hər şeyi bilən­dir, hikmət sahibidir.
18. Günah işlər görməkdə da­vam edən­lərdən birinə ölüm gəl­di­yi zaman: “Mən indi töv­bə et­dim!”– deyənlərlə ka­fir kimi ölən­lərin tövbəsi qə­­bul deyil­dir. Biz onlar üçün ağ­rılı-acılı bir əzab hazır­lamı­şıq.
19. Ey iman gətirənlər! Qa­dın­lara zor­la varis çıxmaq sizə halal de­yildir. Qa­dınlar açıq-aş­kar ya­ramaz bir iş gör­mə­­yin­cə, on­lara ver­diklərinizin bir his­səsini geri almaq üçün on­ları sıxışdır­mayın. Onlarla xoş rəftar edin. Əgər on­lar xoşu­nuza gəlmirsə, ola bilsin ki, xoş­la­­madığınız bir şeydə Allah si­zə çoxlu xeyir nəsib etmiş ol­sun.
20. Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsə­niz, on­lardan birinə yı­ğın-yı­ğın mal vermiş olsanız belə, bundan heç bir şey geri al­mayın! Mə­gər ver­di­yi­nizi böhtan atmaq və açıq-aş­kar gü­nah iş­lət­mək­lə geri ala­caqsı­nız?
21. Onu necə geri ala bilər­si­niz ki, siz bir-birinizlə yaxın­lıq et­miş­­diniz və onlar siz­dən möh­kəm əhd-peyman al­­mışdılar.
22. Olub-keçənlər istisna ol­­maq­la bun­dan sonra atalarını­zın ev­lənmiş ol­du­ğu qa­dın­lar­la evlən­məyin. Çünki bu, iyrənc və qə­zəb doğuran bir əməl, həm də pis bir yoldur.
23. Sizə analarınız, qız­ları­nız, ba­cıla­rı­nız, bibiləriniz, xa­la­la­rı­nız, qardaş qız­ları, bacı qız­ları, sizi əmizdirən süd ana­ları­nız, süd ba­cılarınız, arvad­ları­nızın ana­la­rı, yaxınlıq etdi­yiniz qadınlarınız­dan olan hima­yə­niz­dəki ögey qız­larınız, – yox əgər o qadın­larla ya­xın­lıq et­məmiş­si­niz­sə, onda onların qız­la­rı­ ilə ev­lən­məyi­niz sizə gü­nah de­yil­dir, – öz beli­niz­dən gə­lən oğul­la­rını­zın arvadları ilə ev­lən­mək və iki bacını birlikdə al­maq ha­ram edildi. Olub-ke­çən­lər isə artıq keç­mişdir. Həqi­qə­tən, Allah ba­ğışlayan­dır, rəhm­lidir.
24. Sahib olduğunuz cariyə­lər istis­na olmaqla, evli qadın­ları al­maq da sizə haram edildi. Allahın sizə buyurduğu hök­mü belə­dir. Bun­lar­dan baş­qası ilə, nikah bağlamaqla, zina­kar­lı­ğa yol ver­mə­dən, malları­nızı sərf edərək (mehrlərini verərək) ev­lənməyiniz si­zə ha­­lal edildi. Evləndiyiniz qadın­lar­dan zövq al­dığınıza görə, on­lara, vacib bu­yu­rul­muş mehr­lə­ri­ni verin. Bu mehr müəy­yən edil­dik­dən sonra öz aranızda ra­zı­laş­dı­ğı­­nız şe­yə görə si­zə heç bir gü­nah olmaz. Həqiqətən, Allah hər şeyi bilən­dir, hikmət sahibidir.
25. Sizlərdən azad mömin qadınlarla evlənməyə imkanı olma­yan kimsə əllərinizin altında olan mö­min cariyələrdən alsın. Allah sizin ima­nınıza daha yaxşı bə­ləddir. Hamınız eyni kökdənsiniz. Elə isə na­musunu qo­ru­yan, zinakarlıq et­məyən və aşna saxlama­yan cariyələrlə sa­hib­lərinin icazəsi ilə ev­lənin və mehr­lə­ri­ni şəriətə mü­vafiq qayda­da verin. Əgər ərə get­dik­dən sonra zina et­sə­lər, onlara, azad qadın­lara ve­ri­lən cəzanın ya­rısı tətbiq edilər. Cariyə­lərlə evlənmək izni, günaha batmaqdan qor­xanları­nız üçündür. Əgər sə­bir etsəniz, bu si­zin üçün daha yaxşı olar. Allah bağış­la­yandır, rəhmlidir.
26. Allah sizə şəriət hökmlə­rini bəyan etmək, sizi özünüz­dən əv­vəl­kilərin yol­la­rına yö­nəltmək və tövbələrinizi qəbul etmək is­tə­yir. Allah hər şeyi biləndir, hikmət sahibidir.
27. Allah sizin tövbələrinizi qə­bul etmək istəyir. Eh­ti­ras­la­rına uyan­lar isə sizin haqq yoldan büsbütün çıxmanızı istəyirlər.
28. Allah sizin üçün şəriət hökm­­lərini yüngülləşdirmək is­tə­yir, çün­ki in­san zəif yaradıl­mışdır.
29. Ey iman gətirənlər! Qar­şı­lıqlı ra­zılıqla aparılan ticarət is­tis­na olmaqla, mal­larınızı öz ara­nız­da haqsız yerə ye­məyin və özü­nüzü öldürməyin. Hə­qiqə­tən, Allah sizə qarşı rəhm­lidir.
30. Kim düş­mən­­çi­lik və zülm etməklə bu işləri görər­sə, Biz onu atəşə giriftar edərik. Bu, Allah üçün asan­dır.
31. Sizə qadağan olunmuş bö­yük gü­nahlardan çəkin­sə­niz, Biz sizin kiçik günahlarınızdan keçər və si­zi şərəfli bir yerə – Cən­nətə da­xil edərik.
32. Allahın sizi, bir-birinizdən üs­tün etdiyi şeylərə ta­mah sal­ma­yın. Kişi­lə­rin qazan­dıqla­rın­dan öz nəsibi, qadın­la­rın da qa­zan­dıq­larından öz nə­sibi var­dır. Allah­dan, Onun lüt­fünü diləyin. Hə­qi­­qətən, Allah hər şeyi bilir.
33. Hər kəs üçün valideyn­lə­rin və ya­xın qohumların qo­yub get­dikləri mal­dan öz pay­larını ala­caq varislər təyin et­dik. Əhd bağladı­ğı­nız kəs­lə­rə də öz pay­larını verin. Hə­qiqətən, Allah hər şeyə şa­hid­dir.
34. Allahın insanlardan birini di­gərin­dən üstün etdiyinə və öz mal­larından xərc­lədiklərinə görə, kişi­lə­r qadınlar üzərin­də ixtiyar sahibidirlər. Əməlisaleh qa­dın­lar itaətkar olub qo­run­ması la­zım gələn şeyləri Allahın hi­mayə­si sa­­yəsində qo­­­ruyanlardır. Öz­ba­şı­na­lıq etmələ­rindən qorx­du­ğunuz qa­dın­la­ra nəsihət edin, bunun fay­dası olmadığı təqdirdə, ya­taqda onları tərk edin, bu da fayda ver­məzsə, onları dö­yün! Əgər sizə itaət etsələr, on­lara əziyyət vermək üçün başqa yol ax­tar­mayın. Həqiqətən, Allah ucadır, bö­yükdür.
35. Əgər ər-arvad arasında ix­tilaf ola­cağından qorxsanız, onda ki­şinin ailə­sin­dən bir ha­kim və qadının ailəsindən bir hakim gön­­dərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları ba­rış­dı­rar. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xə­bərdardır.
36. Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşma­yın! Va­li­deynlərə, qo­hum-əqrə­ba­ya, ye­tim­lərə, kasıblara, ya­xın və uzaq qo­num-qonşuya, yol yol­daşına, müsafirə və sahib oldu­ğunuz kö­lə və kənizlərə yax­şı­lıq edin! Həqi­qə­tən, Allah lov­ğalıq edən­­ləri və özü­nü öyən­ləri sevmir.
37. O kəslər ki, xəsislik edir və in­san­ları da xəsisliyə sövq edir­lər, Alla­hın Öz lüt­fün­dən on­lara verdiyini giz­lə­dir­lər. Biz ka­fir­lər üçün alçaldıcı bir əzab ha­zırlamışıq.
38. Və o kəslər ki, öz mal­la­rını in­san­lara göstərmək məq­sədi­lə xərcləyir, Alla­ha və Axi­rət günü­nə inanmırlar. Şey­tan kimin dos­tu­dursa, necə də pis dostdur o!
39. Onlar Allaha və Axi­­rət gü­nünə iman gətirib, Allahın onlara verdi­yi ruzidən Onun yo­lunda xərcləsəydilər, nə itirər­di­lər? Allah onların hər bir işini bi­lir.
40. Şübhəsiz ki, Allah zərrə qə­dər haqsızlıq etməz. Əgər qu­lun gördü­yü iş yaxşı əməl olar­sa, Allah onun savabını qat-qat artırar və bu əməl sahibinə Öz tə­rə­fin­dən böyük mükafat verər.
41. Hər ümmətdən bir şa­hid gə­ti­rəcəyimiz və səni də on­lara şa­hid gəti­rə­cəyimiz za­man onla­rın halı necə ola­caq?
42. Küfr edib Peyğəmbərə asi olan­lar o gün yerlə bir olmalarını təmənna edə­r və heç bir sözü Allahdan giz­lədə bilməzələr.
43. Ey iman gətirənlər! Sər­xoş ikən nə dediyinizi anla­ya­na qə­dər, eləcə də, cunub olduğunuz halda, – yolda olan müsafirlər is­tisna ol­maqla – qüsl edənə­dək nama­za yaxın­laş­mayın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlər­dən biri ayaq yolun­dan gəlibsə və ya qadın­lar­la yaxın­lıq etmişsinizsə, su tap­ma­sa­nız, təmiz tor­paqla təyəm­müm edin, üzünüzə və əllə­ri­nizə sür­tün! Hə­qi­qətən, Allah əfv edən­­dir, bağış­la­yan­dır.
44. Kitabdan özlərinə pay ve­rilmiş kəslərin azğınlığı satın al­dıq­larını və si­zi doğru yoldan az­dır­maq is­tədiklərini görmürsən­mi?
45. Allah sizin düşmənləri­nizi daha yaxşı tanıyır. Dost ola­raq Allah ki­fayət edər! Yardımçı olaraq Allah yetər!
46. Yəhudilərdən bəziləri kəl­mələrin ye­rini dəyişdirir, dillə­ri­ni əyə­rək və di­nə tənə vura­raq: “Eşitdik və asi ol­duq”, “eşit, eşitməz olasan” və “raina!”– deyirlər. Əgər on­lar: “Eşit­dik və ita­ət etdik!”, “eşit” və “bizə nəzər yetir!”– de­səydilər, əlbəttə, onlar üçün da­ha xe­yirli və daha doğru olar­dı. La­kin Allah onları küfr­lə­rinə gö­rə lə­nət­lədi. Onlar olduqca az ina­nırlar.
47. Ey Kitab verilmişlər! Üz­ləri sıyı­rıb dümdüz edərək ar­xa­la­rına çe­vir­mə­mişdən, ya­xud şən­bə əhlini lənətlədi­yi­miz ki­mi on­ları da lə­nətlə­mə­miş­dən öncə, ya­nınızda olanları təs­diq­lə­yici kimi na­­zil etdi­yi­­miz Qu­rana iman gə­tirin! Allahın əmri mütləq ye­rinə yetə­cək­dir.
48. Allah Özü­nə şərik qoşulmasını əsla bağışla­maz, bun­­dan başqa olan günahları isə istə­diyi kimsəyə bağışla­yar. Alla­ha şərik qoşan kəs böyük bir günah etməklə if­tira at­mış olur.
49. Özlərini təmizə çıxaranları gör­mür­sənmi? Xeyr, Allah istə­di­yini təmizə çıxardar və on­lara xurma çər­də­yindəki lif qədər haq­­sız­lıq edil­məz.
50. Bax, necə də Allaha qar­şı ya­lan uy­dururlar. Bu, açıq-aşkar gü­nah olaraq onlara ki­fayət edər!
51. Kitabdan pay verilmişləri görmədinmi? Özləri bütə və ta­ğuta inan­maqla yanaşı, hələ bir kafirlər üçün də: “Bun­lar mö­min­­lərdən daha doğru yol­dadırlar”– deyirlər.
52. Onlar Allahın lənətlə­di­yi kimsə­lər­dir. Allah kimi lənət­lə­yər­sə, ona heç bir yardımçı tapa bilməz­sən.
53. Yoxsa on­ların hökmranlıqdan bir payı vardır? Elə ol­say­dı, on­lar in­sanlara xurma çər­dəyi­ndəki oyuq qədər bir şey verməzdi­lər.
54. Yoxsa onlar Allahın Öz lüt­fün­dən insanlara verdiyi şe­yə görə on­la­ra həsəd aparır­lar?! Biz İbrahim nəs­li­nə Kitab və hik­mət bəxş etmiş və on­la­ra bö­yük bir səltənət vermiş­dik.
55. Onlardan kimisi Muhəm­mə­də iman gətirdi, kimisi də on­dan üz çevirdi. Yan­dırıb-ya­xan od olaraq Cəhənnəm on­lara ye­tər.
56. Şübhəsiz ki, ayələrimizi in­kar edən­ləri oda ata­ca­ğıq. Hər də­fə on­ların dəriləri yan­dıq­ca, əzabı daim dadsınlar deyə, Biz o də­ri­ləri başqa də­ri­lərlə əvəz edəcəyik. Həqi­qə­tən, Allah qüd­rət­li­dir, hikmət sahibidir.
57. İman gətirib saleh əməl­lər edən­ləri isə al­tın­dan çay­lar axan, içində əbədi qalacaqları cən­nətlərə da­xil edə­cə­yik. Orada onlar üçün pak zövcələr var­dır. Biz on­la­rı sıx köl­gəlik­də yer­ləş­di­rə­­cə­yik.
58. Həqiqətən, Allah sizə əma­nətləri sahiblərinə qaytar­manızı və insanlar ara­sında hökm verər­kən ədalətlə hökm vermənizi əmr edir. Allahın si­zə ver­di­yi bu öyüd-nəsihət ne­cə də gözəldir! Şüb­hə­siz ki, Allah eşidəndir, gö­rəndir.
59. Ey iman gətirənlər! Alla­ha itaət edin, Peyğəmbərə və özü­nüzdən olan rəh­bərlərə də itaət edin. Əgər bir şey haq­qında mü­ba­hisə et­sə­niz, Allaha və Axirət gününə ina­­nır­­sı­nız­sa, Allaha və Peyğəmbərə mü­raciət edin. Bu, sizin üçün daha xe­yirli və nəticə etibarilə daha yaxşıdır.
60. Sənə nazil edilənə və sən­dən əv­vəl nazil edilənlərə iman gə­tir­diklərini iddia edən­ləri gör­mədinmi? Onlar mü­ha­kimə olun­­ma­la­rı üçün tağuta mü­ra­ci­ət et­mək istəyirlər. Hal­buki onlara ta­ğu­ta inanmamaları əmr olun­muş­dur. Şey­tan isə onları dərin bir azğın­lığa sal­maq istəyir.
61. Onlara: “Allahın nazil et­diyinə və Rəsuluna tərəf gə­lin!”– de­yil­dikdə, mü­nafiqlərin sən­dən tamamilə üz çevir­dik­­lə­rini gö­rər­­sən.
62. Öz əlləri ilə törətdikləri əməllərə görə onlara müsibət üz ver­dikdən son­ra sənin ya­nına gə­lib: “Biz ancaq yax­şı­lıq etmək və mü­bahisə edənləri ba­rış­dır­maq is­tədik!”– deyə Alla­ha and içdik­də, onla­rın halı ne­cə olacaq?
63. Onlar o kəslərdir ki, Allah on­ların qəlblərində olanı bilir. Elə isə on­lardan üz dön­dər, on­la­ra öyüd-nəsihət ver və onlara öz­ləri ba­rə­sində təsirli söz söylə.
64. Biz hər bir elçini, – Alla­hın iz­ni ilə, – məhz itaət edilsin de­yə gön­dərdik. Əgər onlar öz­lə­ri­nə zülm etdikləri za­man sə­nin ya­nı­­na gəlib Allah­dan ba­ğış­lan­ma di­ləsəy­dilər və Pey­ğəmbər də on­lar üçün ba­ğış­lanma di­ləsəy­di, əl­bət­tə ki, Alla­hın tövbələri qəbul edən və rəhmli oldu­ğunu görərdilər.
65. Xeyr, sənin Rəbbinə and ol­sun ki, onlar öz aralarında baş verən çəkiş­mə­lərdə səni hakim təyin etməyincə, sonra da ver­di­yin hökmlərə görə içlə­rində bir sıxıntı duymadan tam təslim ol­ma­yınca iman gə­tir­miş olmazlar.
66. Əgər onlara: “Özü­nü­zü öldü­rün, ya­xud yurdlarınız­dan çı­xın!”– deyə əmr etsəydik, içərilərindən az bir qismi istisna ol­maqla, bunu yerinə yeti­rməzdilər. Əgər on­lar öz­lə­rinə ve­ri­lən öyüd-nəsi­hətlərə əməl et­səy­di­lər, əl­bət­tə, bu, onlar üçün da­ha xe­yir­li və sa­bitlik baxımından da­ha güclü olardı.
67. Onda Biz də onlara Öz tə­rə­fi­miz­dən böyük bir müka­fat ve­rər
68. və onları doğru yola yö­nəl­dər­dik.
69. Allaha və Peyğəmbərə itaət edənlər – məhz onlar Allahın ne­mət bəxş et­di­yi pey­ğəm­bər­lər­, siddiqlər, şə­hid­lər və əməli­sa­leh­lərlə bir­likdə olarlar. Onlar necə də gözəl dost­lardır!
70. Bu lütf Allahdandır. Hər şeyi bi­lən olaraq Allah yetər.
71. Ey iman gətirənlər! Eh­ti­yatınızı əldən verməyin və düş­mənə qar­şı ya bö­lük­-bölük, ya da hamı­nız birgə çıxın!
72. İçərinizdə elələri də var ki, cihada çıxdıqda ləng tərpənər və sizə bir müsibət üz verərsə: “Allah mə­nə lütf etdi ki, mən on­larla birlikdə bəlaya düçar ol­madım”– deyər.
73. Əgər Allahdan sizə bir lütf yeti­şərsə, sanki si­zin­lə onun ara­sında heç bir dostluq yox­muş kimi: “Kaş mən də on­lar­la birlik­də olub böyük bir uğur qa­zanaydım!”– deyər.
74. Qoy dünya həyatı qarşılığında axirəti satın alanlar Allah yo­­lun­da vuruş­sun­lar. Kim Allah yo­lunda vuruşub öl­dü­rülərsə və ya qalib gə­lərsə, Biz ona bö­yük bir müka­fat verərik.
75. Sizə nə olub ki, Allah yo­lunda və: “Ey Rəbbimiz! Bi­zi əha­li­si zalım olan bu şəhər­dən çı­xart, bizə Öz tərəfindən bir hi­mayəçi yolla, bizə Öz tərəfin­dən bir yardımçı göndər!”– deyən zəif ki­şi­lər, qadın­lar və uşaqlar uğ­runda vu­ruş­­mursunuz?!
76. İman gətirənlər Allah yo­lun­da, kafir olanlar isə tağut yo­lunda vuru­şur­lar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şey­ta­nın hiyləsi zəifdir.
77. Məgər sən, özlərinə: “Mü­haribə­dən əl çəkin, namaz qılın və zə­kat ve­rin!”– deyilən kəs­ləri gör­mədinmi? On­lara vu­ruşmaq fərz buyrulduqda, içə­ri­lə­rindən bir dəstəsi Allahdan qorx­duq­la­rı ki­mi, hətta daha artıq qorxu ilə in­­san­lardan qorx­dular və: “Ey Rəbbi­miz! Nə üçün vuruşmağı bizə fərz buyurdun? Nə olardı ki, bi­zə yaxın vax­ta­dək möh­lət verəy­din!”– dedi­lər. De: “Dün­yanın ləz­zəti az­dır. Müttəqilər üçün isə axi­rət daha xeyirlidir. Sizə xur­ma çər­də­yin­dəki lif qədər belə haqsız­lıq edil­məz”.
78. Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta əl­çatmaz qala­lar­da ol­sanız belə. On­la­ra bir yaxşılıq üz ver­dik­də: “Bu, Allahdandır!”– deyər, bir pislik üz verdikdə isə: “Bu, sən­dən­dir!”– deyərlər. De: “Ha­mısı Allahdan­dır!” Bu adam­la­ra nə olub ki, az qala söz də anlamırlar?
79. Sənə gələn yaxşılıq Allah­­­dan­dır, sənə üz vermiş bə­la isə sənin özün­dəndir. Biz sə­ni in­san­lara elçi gön­dərdik. Şa­hid ola­raq Allah yetər.
80. Kim Peyğəmbərə itaət edər­sə, Alla­ha itaət etmiş olar, kim üz çevi­rər­sə, bil ki, Biz sə­ni on­lara gözətçi gön­dər­mə­mi­şik.
81. Onlar: “İtaət edirik!”– de­yirlər. Sənin yanından çıxıb get­dik­də isə, on­la­rın bir qismi gecələr sə­nin de­diyinin ək­­sinə tədbir görər­. Allah on­ların gecələr nə tədbir gördük­lə­ri­ni ya­zır. Onlar­dan üz döndər və Allaha tə­vəkkül et! Qoruyan ola­raq Allah yetər.
82. Onlar Quran ba­rə­­sində dü­şünmürlərmi?! Əgər o, Allahdan başqa­sı tərəfindən ol­saydı, əlbəttə, onda çoxlu ixtilaf ta­pardı­lar.
83. Onlara əmin-amanlıq və ya qor­xu xəbəri gəldikdə, dərhal onu ya­yar­lar. Hal­buki bunu Pey­ğəm­bərə və özlərindən olan əmr sahib­lərinə çatdırsaydılar, içə­rilərin­dən o xəbərin mahiy­yətinə va­ran kəslər onu bi­lərdilər. Əgər sizə Alla­hın lüt­fü və rəhmi ol­ma­say­dı, əl­bət­tə, az bir qis­miniz istisna ol­maq­la, şeytana uyar­­­dı­nız.
84. Sən Allah yolunda vu­ruş! Sən an­caq özünə cavab­dehsən. Mö­min­ləri də döyüşə təşviq et! Ola bilsin ki, Allah ka­firlərin qüv­və­sinin qarşısını alsın. Alla­­hın qüv­vəsi daha çox, cəzası daha şid­dət­lidir.
85. Kim yaxşı bir işə vasitə­çi­lik edərsə, ona onun savab­ın­dan bir pay düşər, kim də pis bir işə va­sitəçilik edərsə, ona da onun gü­nahın­dan bir pay düşər. Allah hər şeyin qarşılığını verəndir.
86. Sizə salam verildiyi za­man onu daha gö­zəl şəkildə alın və ya ve­ri­lən sa­lamı olduğu kimi qay­ta­rın! Hə­qi­qətən, Allah hər şeyin he­sabını çəkəndir.
87. Özündən başqa məbud ol­ma­yan Allah, baş verəcəyinə şübhə edilməyən Qi­yamət gü­nü sizi mütləq bir yerə top­la­ya­caqdır. Ver­di­yi xəbərdə Allah­dan da­ha doğ­ru danışan kim ola bilər?
88. Sizə nə oldu ki, müna­fiq­lər barə­sin­də iki dəstəyə ay­rıl­dı­nız? Halbuki Allah onları et­dik­ləri əməllərə görə küfrə qay­tar­maqla başı­aşağı etmişdir. Alla­hın sapdır­dı­ğı kim­səni doğru yola gətirməkmi­ is­tə­yir­si­niz? Allahın asapdırdığı kim­sə üçün əsla doğru yol ta­pa bil­məz­sən.
89. Onlar özləri küfr etdik­ləri kimi, sizin də küfr edib on­larla ey­ni ol­manızı is­təyər­lər. Onlar Allah yolunda hicrət et­məyincə, on­­lar­dan heç birini özünüzə dost tut­ma­yın. Əgər üz çevir­sələr, on­ları hara­da gör­səniz, tutub öldürün. Onlar­dan nə bir dost, nə də bir kö­mək­çi tutun.
90. Ancaq sizinlə aralarında mü­qa­vi­lə olan bir camaata sığı­nan­lar, yaxud si­zinlə və ya öz ca­maatı ilə vuru­şmaqdan köks­­ləri sıxıldığı üçün sizin ya­nınıza gələn kimsələr istis­na­dır. Əgər Allah istəsəydi, on­la­rı sizə qarşı qal­dı­rardı və onlar da sizinlə vu­ru­­şar­dı­lar. Əgər onlar sizdən ara­­lanıb geri çə­kil­sə­lər, sizinlə vu­ruş­ma­sa­lar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı vu­ruş­ma­nıza yol verməz.
91. Siz bir başqalarına da rast gə­lə­cəksiniz ki, onlar həm siz­dən, həm də öz cama­atın­dan ar­xayın olmaq istə­yər­lər. Onlar hər dəfə fitnəyə qay­ta­rıl­dıq­da başıaşağı ona dalarlar. Əgər on­lar siz­dən ara­­lanıb geri çəkil­məsələr, sizə sülh təklif etmə­sələr və siz­dən əl çək­mə­­sələr, onlara harada rast gəl­səniz, tu­tub öl­dürün. Biz on­la­ra qarşı çıxmaq üçün sizə açıq-aydın dəlil verdik.
92. Heç bir mö­minin başqa bir mömini öldürməyə haqqı yox­dur. Bunun səhvən baş verməsi isə müstəsnadır. Kim səh­vən bir mö­mi­ni öl­dü­rərsə, onda mö­min bir kölə azad etməli və ölə­nin ailə­sinə qan­bahası ver­məli­dir. Ölənin ailəsinin qanbahasını bağışla­ması isə müstəsnadır. Əgər ölən adam mö­min olduğu hal­da, sizə düş­­mən olan bir qövmdəndirsə, onda qatil mö­min bir kölə azad et­mə­li­dir. Əgər ölən adam si­zinlə arala­rın­da müqavilə olan bir qövmdəndir­sə, onda qatil onun ailə­sinə qan­­ba­ha­sı verməli və mö­­min bir kölə azad et­məlidir. Bun­ları et­mə­yə imkan tapa bil­məyən kəs Allah tərəfindən töv­bə­si­nin qəbul ol­ma­sı üçün iki ay ar­dıcıl oruc tutmalıdır. Allah hər şeyi biləndir, hikmət sahibidir.
93. Kim bir mö­mi­ni qəsdən öldü­rərsə, onun cəzası içə­ri­sin­də əbədi qala­cağı Cəhən­nəm olar. Allah ona qəzəb­lə­nər, onu lənət­lə­yər və onun üçün bö­yük bir əzab hazırlayar.
94. Ey iman gətirənlər! Allah yolun­da cihada çıxdığınız za­man kimə qarşı vu­ruşacağınızı müəyyən edin və sizə salam verən şəxsə, dünya həyatının fani mən­­fə­əti­nə can ataraq: “Sən mömin de­yil­sən!”– de­mə­yin. Allah yanın­da çox qə­nimətlər vardır. Əvvəl­lər siz də belə idi­­niz, Allah sizə mərhəmət gös­tərdi. Elə isə kimə qarşı vu­ruşacağınızı müəyyən edin! Şüb­həsiz ki, Allah nə etdikləri­niz­dən xə­bər­dardır.
95. Möminlərdən, – üzrlü­ olanlar müstəsna olmaqla, – evdə otu­ran­larla Allah yolun­da öz mal­ları və can­ları ilə cihad edən­lər eyni olmaz­lar. Allah öz mal­la­rı və canları ilə cihad edənləri evdə otu­ran­­lar­­dan dərəcə eti­ba­rilə üstün etmişdir. Allah on­ların hamısı­na ən gözəl olanı (Cənnəti) vəd etmişdir. Allah müca­hidləri ev­də otu­ran­lardan böyük bir mü­ka­fatla üstün et­mişdir.
96. Bu, Onun tərəfindən mö­minlərə nə­­sib olan dərəcələr, ba­ğış­lan­ma və mər­həmət­dir. Allah bağışlayandır, rəhmli­dir.
97. Mələklər özlərinə zülm edənlə­rin canlarını alarkən on­la­ra: “Siz nə hal­da idiniz?”– de­yə­cəklər. Onlar: “Biz yer üzün­də zəif in­san­lar idik!”– de­yə cavab verə­cəklər. Mələklər də onlara: “Mə­gər Alla­hın yeri o qə­dər ge­niş deyil­dimi ki, siz də orada hic­rət edəy­di­niz?”– deyə­cək­lər. On­ların gedəcəkləri yer Cə­hən­nəm­dir. Ora nə pis dö­nüş yeridir.
98. Yalnız zülmə qarşı çarə qılmağa qadir olmayan və yol tapa bilməyən zəif kişilər, qadınlar və uşaqlar is­tis­nadır.
99. Ola bilsin ki, Allah on­la­rı əfv et­sin. Həqiqətən, Allah əfv edən­dir, ba­ğış­layandır.
100. Allah yolunda hicrət edən kəs yer üzündə çoxlu gözəl yer və bolluq tapar. Kim Allaha və Onun rəsuluna tə­rəf hicrət edərək evindən çıxdıq­dan sonra ölüm onu haq­la­yarsa, onun mü­ka­fa­tı­nı Allah verər. Allah bağış­layandır, rəhm­lidir.
101. Yer üzündə səfərə çıx­dı­ğınız za­man kafirlərin sizə zərər ye­ti­rəcək­lə­rin­dən qor­xar­sınızsa, namazı qısaltmanızda sizə gü­­nah yoxdur. Şüb­həsiz ki, ka­firlər sizin açıq-ay­dın düşmən­i­niz­dir.
102. Sən səhabələrinin ara­sın­da olub onlara namaz qıl­dır­dığın za­man onla­rın bir dəs­tə­si səninlə birlikdə namaza dur­sun, silahla­rını da özləri ilə gö­tür­sün­lər. Bun­lar səcdə et­dik­ləri zaman bi­rin­ci rükəti ta­mam­layanadək o biri dəs­tə arxa­nızda olsun. Sonra na­ma­zını qıl­ma­mış digər dəstə gəlib sə­nin­lə bir­lik­də na­maz qılsın, ehtiyat­la­rı­nı tutsunlar və silah­la­rını da özləri ilə götürsünlər. Ka­fir­lər is­tərlər ki, siz silah­ları­nız­dan və əşyalarınızdan xəbər­siz ola­sınız və onlar da sizin üzəri­nizə bircə dəfə hü­cum et­sinlər – bir həmlədə si­zi məğlub et­sin­lər. Əgər siz ya­ğış­dan əziy­yət çəksə­niz və ya xəs­tə ol­sa­nız, si­lahlarınızı yerə qoy­maqda sizə gü­nah yoxdur, lakin eh­ti­yatınızı əldən vermə­yin. Şüb­hə­siz ki, Allah kafirlər üçün alçal­dı­cı bir əzab hazırla­mışdır.
103. Namazı bitirdikdən son­­ra ayaq üstə olanda da, otu­ran­da da, uza­nanda da Allahı yad edin. Düşmənin hücum etməyəcəyindən arxayın olduqda isə, namazı lazımi qay­dada qı­lın. Çün­ki namaz mömin­lərə vaxtları müəyyən edilmiş bir fərzdir.
104. Kafir qövmü təqib et­mək­də zə­iflik göstərməyin. Əgər siz dö­yüşdə ağrı-acı çəkir­si­niz­sə, on­lar da sizin kimi ağrı-acı çəkirlər. Fəqət siz on­la­rın ummadıq­larını Allahdan umur­­sunuz. Allah hər şeyi biləndir, hikmət sahibidir.
105. Doğrusu, Allahın sənə göstərdiyi kimi in­san­lar arasında hökm ve­rə­sən deyə, Biz sənə Ki­ta­bı haqq olaraq nazil etdik. Odur ki, xainlərin tərəfini tutma.
106. Allahdan bağışlanma di­lə! Şüb­həsiz ki, Allah bağış­la­yan­dır, rəhm­li­dir.
107. Özlərinə xəyanət edən­ləri müdafiə etmə. Şüb­hə­siz ki, Allah xain gü­nah­karı sevməz.
108. Onlar Alla­hın razı qal­madığı söz­ləri gecələr xəl­vət­də söylə­yərkən, onu in­sanlardan gizlədir, öz yanlarında olan Allahdan isə gizlətmirlər. Allah on­­la­rın nə etdik­lə­rini əha­tə edir.
109. Bax, siz o kəslərsiniz ki, dünya həyatında onlardan öt­rü mü­­bahisə etdiniz, bəs Qi­yamət günü onlardan ötrü Allahla kim mübahisə edəcək, yaxud onlara kim vəkil olacaq?
110. Kim pis bir iş görər və ya özü özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyər­sə, Allahın bağışla­yan, rəhmli ol­du­ğunu görər­.
111. Kim günah qazanarsa, onu an­caq öz əleyhinə qa­zan­mış olar. Allah hər şeyi biləndir, hikmət sahibidir.
112. Kim xəta edər və ya gü­nah qaza­nar, sonra da onu təq­siri ol­mayanın boynuna atar­sa, özü özü­nə böhtan atmış və açıq aydın gü­naha batmış olar.
113. Əgər sənə Allahın lüt­fü və rəhmi olmasaydı, əlbət­tə, on­la­rın bir qismi sə­ni doğru yol­­dan az­dır­maq istəyəcəkdi. Halbuki on­lar özlərin­dən baş­qasını azdıra bil­məz və sənə də heç bir zərər verə bilməz­lər. Allah sənə Ki­tabı və hikməti nazil etdi və sənə bil­mə­diklərini öyrətdi. Alla­­hın sənə olan lütfü bö­yükdür.
114. Onların pıçıdaşmalarının ço­xunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi ya­xud da insanlar ara­sında sülh ya­rat­mağı əmr edən şəx­sin pıçıl­daması isə istisnadır. Kim bunu Alla­hın razılığını qa­zan­maq üçün edər­sə, Biz ona böyük mükafat ve­rə­rik.
115. Hər kəs özünə doğru yol bəlli ol­duqdan sonra Peyğəm­bə­rə qarşı çıx­ıb möminlərin yo­lun­dan başqa bir yol­la gedər­sə, onu üz tutduğu yola yönəl­dər və Cə­hən­nəmə giriftar edərik. Ora nə pis dö­nüş yeridir.
116. Allah Özünə şə­rik qoşulmasını əsla bağışla­maz. Bun­­dan baş­qa gü­nah­ları isə istədiyi kimsəyə bağış­lar. Allaha şərik qoşan kəs, əlbəttə ki, dərin bir azğın­lığa düş­müşdür.
117. Onlar Allahı qoyub, yal­nız qadın adlarını daşıyan büt­lərə dua edir və yalnız üsyan­kar şeytana sitayiş edir­lər.
118. Allah şeytanı lənətlədi. O isə dedi: “Mən Sənin qul­la­rın­dan müəy­yən bir qis­mini hökmən ələ alacağam.
119. Onları mütləq doğ­ru yoldan azdıracaq və xül­ya­lara sa­la­cağam, on­lara heyvanların qu­laqlarını kəsməyi bu­yuracaq və Alla­hın yarat­dıq­la­rına də­yi­şiklik etməyi əmr edə­cəyəm.” Alla­hı qo­yub şey­tanı özünə dost tu­tan kəs açıq-aşkar ziyana uğ­ra­mış­­dır.
120. Şeytan onlara vədlər ve­rir və on­ları xülyalara salır. Halbu­ki şeytanın on­lara verdiyi vəd­lər al­­datmaqdan başqa bir şey deyil­dir.
121. Onların gedəcəkləri yer Cə­hənnəmdir. Onlar ora­dan xi­las olmağa bir yol tapa bil­məz­lər.
122. İman gətirib saleh əməl­­lər edən­ləri isə altın­dan çay­lar axan, içində əbədi qa­la­caq­ları cən­nətlərə daxil edə­cə­yik. Bu, Allahın ger­­çək və­di sayəsində olacaqdır. Sözün­də Allah­dan da­ha doğ­ruçu kim ola bilər?
123. Bu nemətə nail olmaq nə si­zin ar­zunuzla, nə də Kitab əh­li­nin arzusu ilə­dir. Pislik edən kəs, onun cəzasını ala­caq və o, Allah­dan başqa özünə nə bir dost, nə də bir yar­dımçı tapa­caqdır.
124. Həm kişilərdən, həm də qa­dın­lar­dan mömin olaraq yaxşı işlər görənlər Cənnətə gi­rərlər və onlara xurma çər­də­yindəki oyuq qədər haqsızlıq edil­məz.
125. Muhsin olduğu halda özünü Alla­ha təs­lim edən və hənif İbra­himin dini­nə tabe olan şəxs­dən din baxı­mın­dan daha gö­zəl kim ola bilər? Allah İb­ra­himi Özünə yaxın dost tutmuş­dur.
126. Göylərdə və yerdə nə var­sa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir.
127. Səndən qadınlar haqqında fitva istəyir­lər. De: “Onlar haq­qında fitvanı sizə Allah verir: “Ki­tabda sizə oxu­nan ayə­lərdə öz­lə­ri­nə müəyyən edil­miş mi­rası ver­mə­yərək evlən­mək istədiyiniz ye­tim qızlarla, zəif uşaqlarla və ye­timlərlə əda­lətlə rəftar edin.” Siz nə yaxşılıq edir­sinizsə, şüb­həsiz ki, Allah onu bi­lir.
128. Əgər bir qadın öz əri­nin onu yola verməməsindən, yaxud ondan üz döndər­məsindən qor­­xarsa, ər-arvadın öz ara­la­rında an­laş­masında onlara günah gəlməz. Çünki bir-biri ilə anlaşmaq da­ha xeyirlidir. Doğ­rusu, nəfslər qısqanclığa meyillidir. Əgər qa­dınlarla yaxşı dav­ra­nıb Allah­dan qorxsanız, şübhəsiz ki, Allah nə et­dik­lə­riniz­dən xəbər­dar­dır.
129. Siz nə qədər çalışsanız da, qadınlar arasında ədalətlə dav­ra­n­a bilməzsi­niz. Birinə ta­ma­­mi­lə meyl edib, digərini ası­lı vəziy­yət­də qalmış kimi burax­mayın. Əgər özü­nüzü düzəldib Allahdan qorx­sanız, şüb­hə­siz ki, Allah bağış­la­yandır, rəhmli­dir.
130. Əgər ər-arvad ayrılsa­lar, Allah hər birini Öz lütfün­dən zən­gin edər. Allah geniş lütf və hikmət sahibidir.
131. Göylərdə və yerdə nə var­sa, Alla­ha məxsusdur. Biz sizdən əvvəl Ki­tab verilənlərə də, sizə də: “Allahdan qorx­­un!”– deyə bu­yur­duq. Əgər küfr etsəniz, bi­lin ki, göylərdə və yerdə nə var­sa, Allaha məx­susdur. Allah zən­gin­dir, tə­ri­fə­layiqdir.
132. Göylərdə və yerdə nə var­sa, Alla­ha məxsusdur. Vəkil ola­raq Allah yetər.
133. Ey insanlar! Əgər Allah is­təsə, si­zi yox edib yerinizə baş­qa­larını gətirər. Allah buna qa­dir­dir.
134. Kim dünya müka­fa­tı­nı is­tər­sə, bilsin ki, dünya­nın da, axi­rətin də mü­kafatı Alla­h yanın­dadır. Allah eşi­dəndir, görəndir.
135. Ey iman gətirənlər! Şa­hid­liyiniz özünüzün, vali­deyn­lə­rini­zin, ya­xın qohum­larınızın əley­hinə olsa belə, Allah üçün ədaləti qoru­yan şahidlər olun. Əley­hi­nə şahidlik edəcəyiniz kəslər istər varlı, istər kasıb olsun, Allah on­ların hər ikisinə siz­dən da­ha yaxın­dır. Nəf­sinizin istəyinə uyub ədalətdən sapma­yın! Əgər dilinizi əysə­niz, yaxud hə­qi­qəti demək­dən boyun qa­çırsanız, bi­lin ki, Allah nə etdik­ləriniz­dən xə­bər­­dardır.
136. Ey iman gətirənlər! Alla­ha, Onun elçisinə, elçisinə na­zil etdiyi Kitaba və on­dan əv­vəl nazil etdiyi ki­tablara iman gəti­rin! Alla­hı, Onun mə­lək­lə­rini, ki­tablarını, elçilərini və Axirət gü­nü­nü in­kar edən kəs, şübhəsiz ki, dərin bir az­ğınlığa düş­müşdür.
137. Doğrusu, iman gə­ti­rib sonra kafir olan, yenə iman gə­ti­­rib sonra ka­fir olan, sonra da küfrlərini artıranları Allah bağış­lama­ya­caq və doğru yola yö­nəlt­məyəcəkdir.
138. Münafiqlərə müjdə ver ki, onlar üçün ağrılı-acılı bir əzab var­dır.
139. O kəslər ki, möminləri qoyub ka­fir­­ləri özlə­ri­nə dost tutur­lar. Onlar kafirlərin yanında izzətmi axtarır­lar? Hal­buki izzət ta­ma­mi­lə Allaha məxsusdur.
140. Allah Kitabda sizə na­zil et­miş­dir ki, Allahın ayələ­rinin in­kar edil­di­yi­ni, yaxud onlara is­teh­za olunduğunu eşit­di­yi­niz za­man, kafirlər başqa bir söh­­bə­tə keçməyincə, onlarla bir yerdə otur­ma­yın. Yoxsa siz də onların tayı olar­sı­nız. Şübhəsiz ki, Allah mü­na­fiq­lərin və kafirlərin hamısını Cə­hənnəmdə toplaya­caqdır.
141. Sizə göz qoyan münafiqlər, Allah­dan sizə bir zəfər gəl­dik­də: “Məgər biz sizinlə de­yil­dik­mi?”– deyər, ka­fir­lə­rin qələbədən bir nə­sibi olduqda isə: “Mə­gər biz mö­min­lər­lə birlikdə sizə qalib gələ bilə­cəyimiz halda, si­zi mö­min­lər­dən qoru­ma­dıq­mı?”– söy­lə­yər­lər. Qi­ya­mət gü­­nü Allah sizin aranızda hökm verə­cəkdir. Allah kafir­lərə mö­minlərin əleyhinə əsla bir yol ver­mə­yə­cək­dir.
142. Doğrusu, münafiqlər Alla­hı aldatmağa çalışırlar. Hal­buki Allah onları aldadır. Onlar namaza durarkən kö­nül­­süz qal­xar, öz­lə­rini camaata gös­tərər və Allahı olduqca az yad edərlər.
143. Onlar mömin­lə­rlə kafir­lər ara­­sında tə­rəddüd edir; nə bun­la­ra, nə də onlara tərəf olur­lar. Alla­hın az­dır­dığı kəs üçün heç bir yol tapa bilməzsən.
144. Ey iman gətirənlər! Mö­min­ləri qoyub kafirləri özü­nü­zə dost tut­mayın. Allaha, öz əleyhinizə açıq-aydın bir dəlilmi ver­mək istəyirsiniz?!
145. Şübhəsiz ki, münafiqlər Cəhənnəmin ən alt təbəqəsində ola­­caq­lar. Sən on­lar üçün heç bir yardımçı tapa bilməzsən.
146. Tövbə edənlər, özlə­ri­ni islah edənlər, Allahdan möh­­kəm ya­pı­şanlar və öz din­lərini Allaha məxsus edənlər is­tis­na­dır. Bun­lar möminlərlə bərabərdirlər. Allah mö­minlərə tezliklə böyük mü­ka­fat verə­cəkdir.
147. Şükür etsəniz və iman gə­­tir­sə­niz, Allah sizə nə üçün əzab versin! Allah şükrün əvəzini verən­dir, hər şeyi bi­lən­dir.
148. Allah pis sözün açıq de­yil­mə­sini sevməz. Yalnız zülmə mə­­ruz qalmış kimsələr müstəsnadır. Allah hər şeyi eşidəndir, bi­ləndir.
149. Əgər bir xeyri aşkara çı­xar­sanız və ya onu giz­lət­sə­niz, ya­xud bir pisliyi bağış­la­sa­nız, bilin ki, Allah əfv edəndir, hər şeyə qa­dir­dir.
150. Allaha və Onun elçilə­ri­nə küfr edənlər­, Allahla el­çi­lə­rini bir-birindən ayır­maq istəyib: “Biz o el­çi­lə­rin bəzisi­nə ina­nır, bəzilə­ri­nə isə inan­mırıq!”– de­yənlər və bunun ara­sın­da bir yol tutmaq is­tə­yən­lər –
151. məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazır­la­mışıq.
152. Allaha və Onun elçilə­rinə iman gətirən və onlardan heç bi­rini digərindən ayırmayan­lara gəlincə, Allah onlara öz müka­fat­la­rı­nı verə­cək­­dir. Allah bağış­la­yan­dır, rəhm­li­dir.
153. Kitab əhli səndən on­lara göy­dən bir kitab endirmə­yini is­tə­yirlər. On­lar Musadan, bundan daha böyüyü­nü istə­yə­rək: “Alla­hı bizə açıq-aşkar gös­tər!”– de­miş­dilər. Haqsız­lıqlarına görə on­­­ları ildırım vur­muşdu. Sonra on­lara gə­lən açıq-aydın dəlillərin ardın­dan bu­­zovu məbud qəbul etdilər. Biz bu­nu da əfv etdik və Musa­ya açıq-aşkar dəlil verdik.
154. Biz onlardan aldığımız əh­də gö­rə, Tur dağını baş­ları üzə­ri­nə qal­dır­dıq və on­la­ra: “Qapı­dan səcdə edərək daxil olun!”– de­dik. Biz on­lara: “Şənbə günü üçün qo­yul­muş qadağanı poz­ma­yın!”– de­dik. Biz onlardan möh­kəm bir əhd a­dıq.
155. Onlar əhdlərini poz­duqlarına, Alla­hın ayə­lə­rinə küfr et­dik­­lərinə, pey­­ğəm­bər­ləri haq­sız yerə öl­dür­dük­­lə­ri­nə və: “Qəlb­lə­ri­miz qa­pa­lı­dır!”– demələ­rinə görə lə­nə­tə dü­çar edil­­dilər. Xeyr, küfrləri üzün­dən Allah on­ların qəlblə­rini mö­hür­lə­miş­dir. Onlar ol­duqca az ina­nırlar.
156. Onlar həm də küfr et­dik­lə­rinə və Məryəmə qarşı böyük bir böh­tan dediklərinə görə,
157. bir də: “Biz Alla­hın elçisi Məryəm oğlu İsa Mə­si­hi öldür­dük!”– dediklə­ri­nə görə lənə­tə düçar edil­dilər. Halbuki onu nə öl­dür­­dülər, nə də çarmı­xa çəkdi­lər. Onlara an­caq İsanın bən­zəri gös­tə­rildi. Şübhəsiz ki, bunda ix­ti­laf edən­lər onun barə­sin­də şəkk-şübhə için­də­dirlər. Bu haqda on­la­rın, zənnə uymaq­dan başqa heç bir bilgisi yox­dur. Onlar onu öl­dür­dük­lə­rinə əmin deyildilər.
158. Əksinə, Allah onu Özü­nə tərəf qal­dırmışdır. Allah qüd­rət­lidir, hikmət sahibidir.
159. Kitab əhlindən hər kəs öz ölümündən, ya­xud İsa­nın ölümün­dən əvvəl ona iman gətirəcək. Qiya­mət günü isə İsa onların əley­hi­nə şa­hid ola­caqdır.
160. Yəhudilərin etdikləri zül­mə gö­rə, onlara daha öncə halal edilmiş gözəl nemətləri haram et­dik. Həm də bir çox­larını, elə­cə də özlərini Allah yolun­dan dön­dərdiklərinə,
161. qadağan olunmasına baxmaya­raq, sələm aldıqlarına və haq­sız yerə in­sanların mal­la­rını yediklərinə görə belə et­dik. Biz on­­lardan olan kafirlər üçün ağrılı-acılı bir əzab hazır­lamışıq.
162. Lakin onlardan elmdə qüv­vətli olanlar və möminlər sənə na­zil edilənə və səndən öncə nazil edilənlərə iman gətirir, na­maz qılır, zə­kat verir, Allaha və Axi­rət günü­nə iman gə­ti­­rirlər. Biz on­la­­ra bö­yük mükafat ve­rəcəyik.
163. Biz Nuha və ondan son­ra­kı pey­ğəmbərlərə vəhy etdi­yi­miz kimi, sənə də vəhy etdik. Biz İb­rahimə, İsmailə, İs­ha­qa, Yaquba və onun nəslinə, İsa­ya, Əy­yuba, Yunusa, Haruna və Süley­ma­na da vəhy etdik. Da­vuda da Zəbu­ru ver­dik.
164. Elçilərin bir qisimi ba­rə­sində daha öncə sənə xəbər verdik, digərləri barə­sin­də isə sənə heç nə söyləmədik. Və Allah Mu­sa ilə söz­lə (vasitəsiz) da­nışdı.
165. Biz müjdə verən və qor­xu­dan el­çilər göndərdik ki, in­san­la­rın elçilərdən sonra Alla­ha qarşı bir bəhanəsi olma­sın. Allah qüd­­rətlidir, hikmət sahibidir.
166. Fəqət Allah sənə nazil et­diyinə şahidlik edər. O, bu Qura­nı Öz elmi ilə nazil etdi. Mələklər də buna şahidlik edərlər. Şahid ola­raq Allah yetər.
167. Küfr edən və insanları Allah yolun­dan sapdı­ran kim­sələr, şübhəsiz ki, də­rin bir azğın­lı­ğa düş­müşlər.
168. Kafirləri və zalımları Allah əsla ba­ğışlamaz və doğ­ru yola yönəlt­mə­z.
169. İçərisində əbədi qala­ca­q­ları Cə­hən­nəm yolundan baş­qa. Bu isə Allah üçün çox asandır.
170. Ey insanlar! Pey­ğəm­bər sizə Rəb­binizdən haq­qı gətirdi. Elə isə ona iman gə­ti­rin! Bu si­zin üçün xeyirli olar. Əgər küfr et­sə­niz, şübhəsiz ki, göylər­də və yerdə nə varsa, Allaha məxsus­dur. Allah hər şeyi bi­lən­­dir, hikmət sahibidir.
171. Ey Kitab əhli! Dini­niz­də ifrata varmayın və Allah ba­­rə­sin­də hə­qi­qətdən başqa bir şey söyləməyin. Məryəm oğ­lu İsa Məsih an­caq Allahın el­çisi, Onun Məryəmə gön­dər­diyi “Ol!” kəlməsi və Onun tə­rə­fin­dən gön­dərilən bir ruh­dur. Allaha və Onun el­çilə­rinə iman gətirin və: “Tanrı üç­dür!” de­məyin. Batil əqidə­nizə son qo­yun! Bu sizin üçün xe­yir­li olar. Həqi­qə­tən, Allah Tək İlahdır! O, pak­dır, mü­qəd­dəs­dir, övladı ol­maqdan uzaq­­dır. Göy­lərdə və yerdə nə var­sa, Ona məx­susdur. Vəkil ola­raq Allah yetər.
172. Nə İsa Məsih Allahın qu­lu ol­ma­ğı özünə ar bilər, nə də Alla­ha yaxın olan mələklər. Allah Ona ibadət etməyi özlə­rinə ar bi­lənlərin və təkəbbür­lük gös­tə­rən­lərin hamısını Öz hüzuruna top­laya­caqdır.
173. İman gətirib xeyirxah iş­lər gö­rənlərə gəlincə, Allah on­ların mü­ka­fatlarını tam olaraq ve­rə­cək və Öz lütfündən on­lar üçün is­tə­diyi qədər artıracaq­dır. Alla­ha iba­dət etməyi özlə­rinə ar bilənlərə və təkəbbürlük gös­tə­rənlərə gə­lin­cə, Allah on­ları ağ­rılı-acılı bir əzaba düçar edə­cək­dir. Onlar özlərinə Allahdan başqa nə bir dost, nə də bir yar­dımçı tapa­ bilərlər.
174. Ey insanlar! Rəb­bi­niz­dən sizə bir dəlil gəldi və Biz sizə aydın bir nur (Quran) na­zil etdik.
175. Allaha iman gətirən və On­dan möhkəm yapışan şəxslərə gəlincə, Allah onları Öz rəhmətinə və lüt­fünə qo­vuşduracaq və on­ları Özünə tə­rəf gedən düz yola yö­nəldə­cək­dir.
176. Səndən fitva istəyirlər. De: “Va­li­­deyni və övladı ol­ma­yan kə­sin mirası ba­­rəsində fit­vanı sizə Allah verir: “Öv­ladı ol­ma­yan şəxs öldükdə onun bacı­sı varsa, qoyub get­diyinin ya­rı­sı ba­cı­ya ça­tır. Əgər ölmüş bacının öv­ladı yox­dur­sa, qar­daşı ona varis olur. Əgər va­ris­lər iki bacıdırsa, ölən qardaşın qo­­yub getdiyi­nin üçdə iki his­səsi on­­lara çatır. Əgər varislər qardaş və bacılar­dır­sa, ki­şiyə iki qadı­nın pa­yı qədər pay dü­­şür.” Allah bunu sizə bəyan edir ki, haqq yoldan sapmayası­nız. Allah hər şeyi bi­lir.
السورة التالية
Icon