ﰡ
1. Aləmi Bürüyənin xəbəri sənə gəlib çatdımı?
2. O gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək,
ﮆﮇ
ﰂ
3. üzülüb əldən düşəcək,
4. çox qızmar oda girəcək,
5. qaynar çeşmədən içirdiləcək.
6. Onlara daridən başqa bir yemək verilməyəcək.
7. O onları nə doydurar, nə də aclıqdan xilas edər.
8. O gün neçəsinin üzündə fərəh görünəcək,
ﮤﮥ
ﰈ
9. dünyadakı səylərindən məmnun qalacaq,
10. uca Cənnətdə olacaq,
11. orada faydasız söz eşitməyəcək.
12. Orada axar çeşmələr vardır;
13. Orada hündür taxtlar,
ﯙﯚ
ﰍ
14. düzülmüş piyalələr,
ﯜﯝ
ﰎ
15. yan-yana qoyulmuş yastıqlar,
ﯟﯠ
ﰏ
16. və döşəmələrə sərilmiş xalçalar var.
17. Məgər onlar dəvənin necə yaradıldığını görmürlər?
18. Göyün necə yüksəldiyini görmürlər?
19. Dağların necə sancıldığını görmürlər?
20. Yerin necə döşədildiyini görmürlər?
21. Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən.
22. Sən onların üstündə hökmdar deyilsən.