كَغَلۡيِ ٱلۡحَمِيمِ
Qaynar su qaynayan kimi!
خُذُوهُ فَٱعۡتِلُوهُ إِلَىٰ سَوَآءِ ٱلۡجَحِيمِ
(Allah əzab mələklərinə buyurar: ) “Onu tutub Cəhənnəmin tən ortasına sürüyün!
ثُمَّ صُبُّواْ فَوۡقَ رَأۡسِهِۦ مِنۡ عَذَابِ ٱلۡحَمِيمِ
Sonra başına əzab olaraq qaynar su tökün!
ذُقۡ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡكَرِيمُ
(Və ona belə deyin: ) “(Bu əzabı) bir dad görək! Sən ki (öz aləmində) çox qüvvətli, möhtərəm bir şəxs idin!”
إِنَّ هَٰذَا مَا كُنتُم بِهِۦ تَمۡتَرُونَ
Bu, (dünyada ikən) şəkk etdiyiniz (əzabdır)!
إِنَّ ٱلۡمُتَّقِينَ فِي مَقَامٍ أَمِينٖ
Müttəqilər isə qorxusuz-xətərsiz bir yerdə -
فِي جَنَّـٰتٖ وَعُيُونٖ
Bağçalarda və bulaqlar başında olacaqlar!
يَلۡبَسُونَ مِن سُندُسٖ وَإِسۡتَبۡرَقٖ مُّتَقَٰبِلِينَ
Taftadan və atlazdan (nazik və qalın ipdən) libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.
كَذَٰلِكَ وَزَوَّجۡنَٰهُم بِحُورٍ عِينٖ
(Mö’minlərin Cənnətdəki əhvalı) belədir. Hələ onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik.