هَٰذَا كِتَٰبُنَا يَنطِقُ عَلَيۡكُم بِٱلۡحَقِّۚ إِنَّا كُنَّا نَسۡتَنسِخُ مَا كُنتُمۡ تَعۡمَلُونَ

Bu Bizim kitabımızdır (sizin əməl dəftərinizdir). O sizin əleyhinizə haqqı deyər. Biz sizin etdiyiniz əməlləri (orada mələklərə bir-bir) yazdırmışıq!”


فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ فَيُدۡخِلُهُمۡ رَبُّهُمۡ فِي رَحۡمَتِهِۦۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡمُبِينُ

İman gətirib yaxşı əməl edənlərə gəldikdə, Rəbbi onları Öz mərhəmətinə (Cənnətə) qovuşduracaqdır. Bu, açıq-aşkar qurtuluşdur (uğurdur)! (Bundan yaxşısı ola bilməz!)


وَأَمَّا ٱلَّذِينَ كَفَرُوٓاْ أَفَلَمۡ تَكُنۡ ءَايَٰتِي تُتۡلَىٰ عَلَيۡكُمۡ فَٱسۡتَكۡبَرۡتُمۡ وَكُنتُمۡ قَوۡمٗا مُّجۡرِمِينَ

Kafir olanlara isə (belə deyiləcəkdir): “Məgər ayələrim (dünyada) sizə oxunmurdumu?! Amma siz (onlara qulaq asmağa, iman gətirməyə) təkəbbür göstərdiniz və günahkar bir tayfa oldunuz!


وَإِذَا قِيلَ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَٱلسَّاعَةُ لَا رَيۡبَ فِيهَا قُلۡتُم مَّا نَدۡرِي مَا ٱلسَّاعَةُ إِن نَّظُنُّ إِلَّا ظَنّٗا وَمَا نَحۡنُ بِمُسۡتَيۡقِنِينَ

(Sizə: ) “Allahın (ölüləri dirildəcəyi barədəki) və’di haqdır və o saata (qiyamətin qopacağına) heç bir şəkk-şübhə yoxdur!” – deyildiyi zaman: “O saat nədir, bilmirik! Onun ancaq bir zənn (güman) olduğu qənaətindəyik. Biz (qiyamətin qopacağına) əmin deyilik!” – deyə cavab verdiniz.



الصفحة التالية
Icon