أَمۡ لَمۡ يُنَبَّأۡ بِمَا فِي صُحُفِ مُوسَىٰ
Yoxsa ona Musanın səhifələrindən olanlar xəbər verilmədi?!
وَإِبۡرَٰهِيمَ ٱلَّذِي وَفَّىٰٓ
Və (əhdə) çox vəfalı olan (Allahın qarşısındakı borcunu layiqincə ödəyən) İbrahimin (sühüfündəkilər bildirilmədi?!)
أَلَّا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰ
(Tövratda və İbrahimin səhifələrində deyilənlər bunlardır: ) “Heç bir günahkar başqasının günahına yüklənməz!
وَأَن لَّيۡسَ لِلۡإِنسَٰنِ إِلَّا مَا سَعَىٰ
İnsana ancaq öz zəhməti (sə’yi, çalışması, əməli) qalar!
وَأَنَّ سَعۡيَهُۥ سَوۡفَ يُرَىٰ
Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti (sə’yi, əməli) görünəcəkdir!
ثُمَّ يُجۡزَىٰهُ ٱلۡجَزَآءَ ٱلۡأَوۡفَىٰ
Sonra da ona (zəhmətinin, əməlinin) tam əvəzi veriləcəkdir!”
وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلۡمُنتَهَىٰ
Həqiqətən, axır dönüş sənin Rəbbinədir!
وَأَنَّهُۥ هُوَ أَضۡحَكَ وَأَبۡكَىٰ
Güldürən də, ağladan da Odur!
وَأَنَّهُۥ هُوَ أَمَاتَ وَأَحۡيَا
Öldürən də, dirildən də Odur!