يُعۡرَفُ ٱلۡمُجۡرِمُونَ بِسِيمَٰهُمۡ فَيُؤۡخَذُ بِٱلنَّوَٰصِي وَٱلۡأَقۡدَامِ
Günahkarlar üzlərindən (sifətlərinin qaralığından, gözlərinin göylüyündən) tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar (başları öndən, yaxud arxadan ayaqlarına bənd ediləcəkdir).
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِي يُكَذِّبُ بِهَا ٱلۡمُجۡرِمُونَ
(Onlara belə deyiləcəkdir: ) “Bu, günahkarların yalan hesab etdikləri Cəhənnəmdir!”
يَطُوفُونَ بَيۡنَهَا وَبَيۡنَ حَمِيمٍ ءَانٖ
Onlar onunla (cəhənnəm odu ilə) qaynar su arasında dolanıb duracaqlar.
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
وَلِمَنۡ خَافَ مَقَامَ رَبِّهِۦ جَنَّتَانِ
Şübhəsiz ki, Rəbbinin məqamından (hüzurunda haqq-hesab üçün durmaqdan) qorxanları iki cənnət (Ədn nə Nəim cənnətləri) gözləyir!
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!