فَلَمَّا رَأَوۡهَا قَالُوٓاْ إِنَّا لَضَآلُّونَ
(Bağı) bu vəziyyətdə (yanıb külə dönmüş) gördükdə dedilər: “Yəqin ki, (yolumuzu) azmışıq!
بَلۡ نَحۡنُ مَحۡرُومُونَ
Xeyr, biz (bağımızın bərəkətindən) məhrum olmuşuq!”
قَالَ أَوۡسَطُهُمۡ أَلَمۡ أَقُل لَّكُمۡ لَوۡلَا تُسَبِّحُونَ
Onların ən ağıllısı (və insaflısı) dedi: “Məgər mən sizə (Allahı) həmd-səna ilə təqdis etməli olduğunuzu demədimmi?!”
قَالُواْ سُبۡحَٰنَ رَبِّنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ
Onlar: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən, biz zalım idik!” – dedilər.
فَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَلَٰوَمُونَ
Onlar bir-birini danlamağa başladılar.
قَالُواْ يَٰوَيۡلَنَآ إِنَّا كُنَّا طَٰغِينَ
Və dedilər: “Vay halımıza! Biz azğınlıq (tüğyan) edirdik.
عَسَىٰ رَبُّنَآ أَن يُبۡدِلَنَا خَيۡرٗا مِّنۡهَآ إِنَّآ إِلَىٰ رَبِّنَا رَٰغِبُونَ
Ola bilsin ki, Rəbbimiz (tövbəmizi qəbul buyurub) onun əvəzinə bizə daha yaxşısını versin. Biz Rəbbimizdən (bizi bağışlamasını, bizə mərhəmət əta etməsini) diləyirik!”
كَذَٰلِكَ ٱلۡعَذَابُۖ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ
(Dünyadakı) əzab belədir. Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir. Kaş biləydilər!