إِنَّآ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦٓ أَنۡ أَنذِرۡ قَوۡمَكَ مِن قَبۡلِ أَن يَأۡتِيَهُمۡ عَذَابٌ أَلِيمٞ

Həqiqətən, Biz Nuhu: “Qövmünə şiddətli bir əzab gəlməmişdən əvəl onları (Allahın əzabı ilə) qorxut!” – deyə öz tayfasına peyğəmbər göndərdik.


قَالَ يَٰقَوۡمِ إِنِّي لَكُمۡ نَذِيرٞ مُّبِينٌ

O dedi: “Ey qövmüm! Həqiqətən, mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!


أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱتَّقُوهُ وَأَطِيعُونِ

Allaha ibadət edin, Ondan qorxun və mənə də itaət edin!


يَغۡفِرۡ لَكُم مِّن ذُنُوبِكُمۡ وَيُؤَخِّرۡكُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمًّىۚ إِنَّ أَجَلَ ٱللَّهِ إِذَا جَآءَ لَا يُؤَخَّرُۚ لَوۡ كُنتُمۡ تَعۡلَمُونَ

(Əgər belə etsəniz) O sizin günahlarınızdan keçər, sizə müəyyən vaxtadək (əcəliniz çatana qədər) möhlət verər (cəzanızı dünyada verməyib axirətə saxlayar). Allahın (əzəldən lövhi-məhfuzda) müəyyən etdiyi əcəl (ölüm) gəlib çatdıqda isə, o əsla tə’xirə salınmaz. Kaş biləydiniz!”


قَالَ رَبِّ إِنِّي دَعَوۡتُ قَوۡمِي لَيۡلٗا وَنَهَارٗا

O dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (imana, haqq yola) də’vət etdim!


فَلَمۡ يَزِدۡهُمۡ دُعَآءِيٓ إِلَّا فِرَارٗا

Lakin də’vətim onların (imandan) qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı.



الصفحة التالية
Icon