ذَرۡنِي وَمَنۡ خَلَقۡتُ وَحِيدٗا
(Ya Peyğəmbər!) Məni Öz yaratdığım kimsə ilə tək burax! (Vəlid ibn Müğirə kimi kafirin cəzasını yalnız Mənə tapşır!)
وَجَعَلۡتُ لَهُۥ مَالٗا مَّمۡدُودٗا
Mən ona bollu mal-dövlət əta etdim;
وَبَنِينَ شُهُودٗا
Yanında hazır duran oğullar (verdim);
وَمَهَّدتُّ لَهُۥ تَمۡهِيدٗا
Ona (hər şeyi) artıqlaması ilə müyəssər etdim (sərvət və mənsəbi ayağının altına döşədim).
ثُمَّ يَطۡمَعُ أَنۡ أَزِيدَ
(Bütün bunlardan) sonra yenə də (var-dövlətini) artırmağımı istəyir.
كَلَّآۖ إِنَّهُۥ كَانَ لِأٓيَٰتِنَا عَنِيدٗا
Xeyr (bu ola bilməz). Çünki o, ayələrimizə qarşı inadkar oldu.
سَأُرۡهِقُهُۥ صَعُودًا
Mən onu məşəqqətli bir əzaba düçar edəcəyəm!
إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ
O (Qur’an barəsində) fikirləşdi və (orada deyilənləri öz ürəyində) ölçdü-biçdi.
فَقُتِلَ كَيۡفَ قَدَّرَ
Ölüm olsun ona! Necə ölçdü-biçdi?! (Peyğəmbərə sehrbaz dedi).