وَعَلَى ٱلَّذِينَ هَادُواْ حَرَّمۡنَا مَا قَصَصۡنَا عَلَيۡكَ مِن قَبۡلُۖ وَمَا ظَلَمۡنَٰهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ

Yəhudilərə haram etdiyimiz şeyləri daha əvvəl sənə xəbər vermişdik. Biz (bunları haram buyurmaqla) onlara zülm etmədik. Onlar (günah işlər görməklə) özləri özlərinə zülm edirdilər. (Buna görə də Allah bir çox ne’mətləri onlara haram buyurdu).


ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ عَمِلُواْ ٱلسُّوٓءَ بِجَهَٰلَةٖ ثُمَّ تَابُواْ مِنۢ بَعۡدِ ذَٰلِكَ وَأَصۡلَحُوٓاْ إِنَّ رَبَّكَ مِنۢ بَعۡدِهَا لَغَفُورٞ رَّحِيمٌ

Sonra (bil ki) Rəbbin cahillikləri üzündən pis iş görən (Allaha şərik qoşan), ondan sonra tövbə edib özlərini islan edən kimsələri (əfv edər). Həqiqətən, Rəbbin (tövbədən) sonra (bəndələrini) bağışlayandır, rəhm edəndir!


إِنَّ إِبۡرَٰهِيمَ كَانَ أُمَّةٗ قَانِتٗا لِّلَّهِ حَنِيفٗا وَلَمۡ يَكُ مِنَ ٱلۡمُشۡرِكِينَ

Həqiqətən, İbrahim Allaha müt’i, batildən haqqa tapınan bir imam (rəhbər) idi. O heç vaxt müşriklərdən olmamışdı. (Və ya: İbrahim özü bir ümmət idi. Bir ümmətə xas olan bütün yaxşı cəhətlət, gözəl xüsusiyyətlər onda cəmlənmişdi).


شَاكِرٗا لِّأَنۡعُمِهِۚ ٱجۡتَبَىٰهُ وَهَدَىٰهُ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ

O, (Allahın) ne’mətlərinə şükür edən idi. (Allah da) onu (sədaqətinə, səmimiliyinə görə peyğəmbərlik üçün) seçmiş və düz yola yönəltmişdi.



الصفحة التالية
Icon