فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
Artıq Allahdan qorxun və mənə itaət edin!
وَٱتَّقُواْ ٱلَّذِيٓ أَمَدَّكُم بِمَا تَعۡلَمُونَ
Qorxun o kəsdən ki, anlayıb bildiyiniz şeyləri (ne’mətləri) sizə əta etdi!
أَمَدَّكُم بِأَنۡعَٰمٖ وَبَنِينَ
Sizə heyvanat, oğul-uşaq,
وَجَنَّـٰتٖ وَعُيُونٍ
Bağlar və çeşmələr verdi!
إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٍ عَظِيمٖ
Mən böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!”
قَالُواْ سَوَآءٌ عَلَيۡنَآ أَوَعَظۡتَ أَمۡ لَمۡ تَكُن مِّنَ ٱلۡوَٰعِظِينَ
Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün eynidir (dinimizdən dönən deyilik).
إِنۡ هَٰذَآ إِلَّا خُلُقُ ٱلۡأَوَّلِينَ
Bu (bizdən) əvvəlkilərin adətindən (gördükləri işlərdən) başqa bir şey deyildir! (Yaxud bizə dediyin bu sözlər qədimlərin uydurmalarından başqa bir şey deyildir!)
وَمَا نَحۡنُ بِمُعَذَّبِينَ
Və biz əzaba da düçar olmayacağıq!”
فَكَذَّبُوهُ فَأَهۡلَكۡنَٰهُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
Onu (Hudu) yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda (Hudun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.