قَالَ ٱلَّذِينَ حَقَّ عَلَيۡهِمُ ٱلۡقَوۡلُ رَبَّنَا هَـٰٓؤُلَآءِ ٱلَّذِينَ أَغۡوَيۡنَآ أَغۡوَيۡنَٰهُمۡ كَمَا غَوَيۡنَاۖ تَبَرَّأۡنَآ إِلَيۡكَۖ مَا كَانُوٓاْ إِيَّانَا يَعۡبُدُونَ
Haqlarında hökm (və’d etdiyimiz əzab) vacib olanlar (şeytanlar və müşriklərin rəisləri) deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim (haqq yoldan) azdırdığımız kimsələrdir. Özümüz nə cür azmışdıqsa, onları da elə azdırdıq. Biz onlardan uzaqlaşıb (onlarla əlaqəmizi kəsib) Sənə tərəf gəldik. Əslində onlar bizə ibadət etmirdilər (yalnız öz nəfslərinə uyurdular).
وَقِيلَ ٱدۡعُواْ شُرَكَآءَكُمۡ فَدَعَوۡهُمۡ فَلَمۡ يَسۡتَجِيبُواْ لَهُمۡ وَرَأَوُاْ ٱلۡعَذَابَۚ لَوۡ أَنَّهُمۡ كَانُواْ يَهۡتَدُونَ
(Müşriklərə) belə deyiləcək: “Şəriklərinizi çağırın!” (Müşriklər) ortaqlarını çağıracaq, lakin onlar (müşriklərə) cavab verməyəcəklər. Onlar mütləq əzabı görəcəklər. Əgər onlar (dünyada) doğru yola gəlmiş olsaydılar (axirətdə əzab görməzdilər).
وَيَوۡمَ يُنَادِيهِمۡ فَيَقُولُ مَاذَآ أَجَبۡتُمُ ٱلۡمُرۡسَلِينَ
(Allah) həmin gün onlara xitab edib belə buyuracaqdır: “Peyğəmbərlərə nə cavab verdiniz?”
فَعَمِيَتۡ عَلَيۡهِمُ ٱلۡأَنۢبَآءُ يَوۡمَئِذٖ فَهُمۡ لَا يَتَسَآءَلُونَ
O gün (canlarını qurtaracaq) xəbərlər (cavablar) onlardan gizli qalacaqdır (bütün bəhanələri kəsiləcəkdir). Onlar (qiyamətin heybətindən) bir-birindən hal-əhval belə tuta bilməyəcəklər. (Hər kəs öz hayında olacaqdır).