وَإِنَّ جُندَنَا لَهُمُ ٱلۡغَٰلِبُونَ
Bizim əsgərlərimiz (mö’minlər) labüd olaraq (kafirlərə) zəfər çalacaqlar!”
فَتَوَلَّ عَنۡهُمۡ حَتَّىٰ حِينٖ
(Ya Peyğəmbər!) Sən bir müddət (Bədr vuruşuna, yaxud Məkkənin fəthinədək) onlardan üz çevir!
وَأَبۡصِرۡهُمۡ فَسَوۡفَ يُبۡصِرُونَ
Və (kənardan) onlara bax! Onlar mütləq (küfrlərinin aqibətini) görəcəklər!
أَفَبِعَذَابِنَا يَسۡتَعۡجِلُونَ
Onlar əzabımızın tezliklə gəlməsini istəyirlər?
فَإِذَا نَزَلَ بِسَاحَتِهِمۡ فَسَآءَ صَبَاحُ ٱلۡمُنذَرِينَ
(O əzab) onlara yetişdikdə (evlərində ikən başlarının üstünü aldıqda) qorxudulanların (lakin yola gəlməyənlərin) sabahı necə də pis olacaq!
وَتَوَلَّ عَنۡهُمۡ حَتَّىٰ حِينٖ
(Ya Peyğəmbər!) Sən onlardan bir müddət üz çevir!
وَأَبۡصِرۡ فَسَوۡفَ يُبۡصِرُونَ
Və (kənardan) onlara bax! Onlar mütləq (küfrlərinin aqibətini) görəcəklər!
سُبۡحَٰنَ رَبِّكَ رَبِّ ٱلۡعِزَّةِ عَمَّا يَصِفُونَ
Sənin Rəbbin – yenilməz qüvvət sahibi (mülkündə hər şeyə qalib) olan Rəbbin (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır!