سَيَذَّكَّرُ مَن يَخۡشَىٰ
Allahdan qorxanlar öyüd-nəsihət götürərlər.
وَيَتَجَنَّبُهَا ٱلۡأَشۡقَى
Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar.
ٱلَّذِي يَصۡلَى ٱلنَّارَ ٱلۡكُبۡرَىٰ
O kimsə ki, Cəhənnəmə atılacaq,
ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحۡيَىٰ
O orada nə öləcək, nə də yaşaya biləcəkdir.
قَدۡ أَفۡلَحَ مَن تَزَكَّىٰ
Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır.
وَذَكَرَ ٱسۡمَ رَبِّهِۦ فَصَلَّىٰ
O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır.
بَلۡ تُؤۡثِرُونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا
Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz;
وَٱلۡأٓخِرَةُ خَيۡرٞ وَأَبۡقَىٰٓ
Axirət isə daha xeyirli və daha sürəklidir.
إِنَّ هَٰذَا لَفِي ٱلصُّحُفِ ٱلۡأُولَىٰ
Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir –
صُحُفِ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ
İbrahimin və Musanın səhifələrində.