وَكَذَٰلِكَ نُفَصِّلُ ٱلۡأٓيَٰتِ وَلِتَسۡتَبِينَ سَبِيلُ ٱلۡمُجۡرِمِينَ
Günahkarların tutduğu yolun aydınlaşdırılması üçün Biz ayələrimizi beləcə bir-bir izah edirik.
قُلۡ إِنِّي نُهِيتُ أَنۡ أَعۡبُدَ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِۚ قُل لَّآ أَتَّبِعُ أَهۡوَآءَكُمۡ قَدۡ ضَلَلۡتُ إِذٗا وَمَآ أَنَا۠ مِنَ ٱلۡمُهۡتَدِينَ
De: “Allahdan başqa yalvardıqlarınıza ibadət etmək mənə qadağan edilmişdir”. De: “Mən sizin nəfsinizin istəklərinə uymaram. Əks halda mən haqq yoldan azar və doğru yola yönəlmişlərdən olmaram”.
قُلۡ إِنِّي عَلَىٰ بَيِّنَةٖ مِّن رَّبِّي وَكَذَّبۡتُم بِهِۦۚ مَا عِندِي مَا تَسۡتَعۡجِلُونَ بِهِۦٓۚ إِنِ ٱلۡحُكۡمُ إِلَّا لِلَّهِۖ يَقُصُّ ٱلۡحَقَّۖ وَهُوَ خَيۡرُ ٱلۡفَٰصِلِينَ
De: “Mən Rəbbimdən nazil olan açıq-aydın bir dəlilə əsaslanıram. Siz isə onu təkzib etdiniz. Sizin səbirsizliklə can atdığınız əzab məndə deyildir. Hökm yalnız Allaha məxsusdur. Allah haqqı söyləyir və O, ayırd edənlərin ən yaxşısıdır”.
قُل لَّوۡ أَنَّ عِندِي مَا تَسۡتَعۡجِلُونَ بِهِۦ لَقُضِيَ ٱلۡأَمۡرُ بَيۡنِي وَبَيۡنَكُمۡۗ وَٱللَّهُ أَعۡلَمُ بِٱلظَّـٰلِمِينَ
De: “Əgər səbirsizliklə can atdığınız əzab mənim əlimdə olsaydı, əlbəttə, mənimlə sizin aranızda iş bitmiş olardı. Allah zalımları daha yaxşı tanıyır”.