6. Yetimləri nikah yaşına çatanadək sınayın. Əgər onların ağla dolduqlarını görsəniz, mallarını özlərinə qaytarın. Böyüyüb mallarını geri alacaqlar deyə, o malları israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan qəyyum nəfsini saxlasın, yoxsul isə o maldan ehtiyacı olduğu qədər yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun. Haqq-hesab çəkməyə Allah yetər.