46. Yəhudilərdən bəziləri kəlmələrin yerini dəyişdirir, dillərini əyərək və dinə tənə vuraraq: “Eşitdik və asi olduq”, “eşit, eşitməz olasan” və “raina!”– deyirlər. Əgər onlar: “Eşitdik və itaət etdik!”, “eşit” və “bizə nəzər yetir!”– desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah onları küfrlərinə görə lənətlədi. Onlar olduqca az inanırlar.