77. Məgər sən, özlərinə: “Müharibədən əl çəkin, namaz qılın və zəkat verin!”– deyilən kəsləri görmədinmi? Onlara vuruşmaq fərz buyrulduqda, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi, hətta daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Nə üçün vuruşmağı bizə fərz buyurdun? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!”– dedilər. De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir. Sizə xurma çərdəyindəki lif qədər belə haqsızlıq edilməz”.