3. Leş, qan, donuz əti, Allah­dan baş­qa­sının adı ilə kəsil­miş, bo­ğul­muş, ağac, daş və s. bu kimi şeylərlə vurulub öldürül­müş, hün­dür bir yerdən yı­xı­lıb gə­bər­­miş, buy­nuzlanıb öl­­müş, yır­tıcı hey­van tə­rə­fin­dən parçala­nıb ye­yil­miş – öl­mə­miş kəsdikləriniz is­tisnadır – dik qoyulmuş daşlar (büt­­lər) üzə­rində kəsilmiş hey­van­lar və fal ox­ları ilə qismət ax­tar­manız sizə haram edildi. Bun­lar gü­nah­dır. Bu gün kafir­lər di­­ninizdən (onu yox etməkdən) ümidlərini kəsdi­lər. Elə isə on­lar­dan qorx­ma­yın, Mən­dən qorxun. Bu gün dininizi sizin üçün ka­mil et­dim, sizə olan nemətimi ta­mam­ladım və sizin üçün din olaraq İslamı bəyəndim. Kim aclıq üzündən çarəsiz qa­lar­sa, gü­naha meyl et­mə­yə­rək, haram edilmiş ətlərdən yeyə bilər. Çün­ki Allah ba­ğışla­yandır, rəhmlidir.


الصفحة التالية
Icon