وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡبُرُوجِ

And olsun bürclü göyə!


وَٱلۡيَوۡمِ ٱلۡمَوۡعُودِ

And olsun vədə verilmiş günə!


وَشَاهِدٖ وَمَشۡهُودٖ

And olsun şahidlik edənə və edilənə!


قُتِلَ أَصۡحَٰبُ ٱلۡأُخۡدُودِ

Məhv olsun xəndək kənarında yığışanlar!


ٱلنَّارِ ذَاتِ ٱلۡوَقُودِ

Odunla alışdırılmış xəndək.


إِذۡ هُمۡ عَلَيۡهَا قُعُودٞ

Onlar o xəndəyin qırağında oturub,


وَهُمۡ عَلَىٰ مَا يَفۡعَلُونَ بِٱلۡمُؤۡمِنِينَ شُهُودٞ

möminlərə öz verdikləri işgəncələrə şahidlik edirdilər.


وَمَا نَقَمُواْ مِنۡهُمۡ إِلَّآ أَن يُؤۡمِنُواْ بِٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ

Kafirlər onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.


ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ

Halbuki, göylərdə və yerdə mütləq hakimiyyət Ona məxsusdur. Allah hər şeyə Şahiddir.



الصفحة التالية
Icon