---
title: "ترجمة سورة الفتح - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/48/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/48/book/1983"
surah_id: "48"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة الفتح - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/48/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الفتح - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/48/book/1983*.

Translation of Surah الفتح from "الترجمة الأذرية" in الأذرية.

### الآية 48:1

> إِنَّا فَتَحۡنَا لَكَ فَتۡحࣰا مُّبِينࣰا [48:1]

1\. Həqiqətən, Biz sənə ay­dın bir zəfər bəxş etdik ki,

### الآية 48:2

> لِّيَغۡفِرَ لَكَ ٱللَّهُ مَا تَقَدَّمَ مِن ذَنۢبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعۡمَتَهُۥ عَلَيۡكَ وَيَهۡدِيَكَ صِرَٰطࣰا مُّسۡتَقِيمࣰا [48:2]

2\. Allah sənin əvvəlki və sonrakı gü­nahlarını bağışla­sın, sənə olan nemətini tamamla­sın, səni düz yola yönəltsin

### الآية 48:3

> وَيَنصُرَكَ ٱللَّهُ نَصۡرًا عَزِيزًا [48:3]

3\. və Allah sənə böyük bir qələbə ilə kömək etsin.

### الآية 48:4

> هُوَ ٱلَّذِيٓ أَنزَلَ ٱلسَّكِينَةَ فِي قُلُوبِ ٱلۡمُؤۡمِنِينَ لِيَزۡدَادُوٓاْ إِيمَٰنࣰا مَّعَ إِيمَٰنِهِمۡۗ وَلِلَّهِ جُنُودُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمࣰا [48:4]

4\. Möminlərin imanı üstünə iman ar­tırmaq üçün onların qəl­bi­nə rahatlıq gön­dərən Odur. Göylərin və yerin or­du­ları Alla­hındır. Allah hər şeyi biləndir, hikmət sahibidir.

### الآية 48:5

> لِّيُدۡخِلَ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ جَنَّٰتࣲ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَا وَيُكَفِّرَ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡۚ وَكَانَ ذَٰلِكَ عِندَ ٱللَّهِ فَوۡزًا عَظِيمࣰا [48:5]

5\. Bu ona görədir ki, Allah mömin ki­şiləri və mömin qa­dınları için­də əbədi qalacaq­ları, ağacları altından çaylar axan cən­nətlərə daxil etsin və onların günahlarından keçsin. Bu, Allah ya­nın­da bö­yük müvəffəqiyyətdir.

### الآية 48:6

> وَيُعَذِّبَ ٱلۡمُنَٰفِقِينَ وَٱلۡمُنَٰفِقَٰتِ وَٱلۡمُشۡرِكِينَ وَٱلۡمُشۡرِكَٰتِ ٱلظَّآنِّينَ بِٱللَّهِ ظَنَّ ٱلسَّوۡءِۚ عَلَيۡهِمۡ دَآئِرَةُ ٱلسَّوۡءِۖ وَغَضِبَ ٱللَّهُ عَلَيۡهِمۡ وَلَعَنَهُمۡ وَأَعَدَّ لَهُمۡ جَهَنَّمَۖ وَسَآءَتۡ مَصِيرࣰا [48:6]

6\. Həm də ona görədir ki, Allah Özü barəsində pis fi­kir­də olan mü­na­fiq kişi və müna­fiq qadınlara, müşrik kişi və müşrik qa­dın­la­ra əzab versin. Onların pis niyyəti özlərini bə­laya salsın! Alla­hın on­lara qə­zəbi tutmuşdur. Allah on­ları lə­nətləmiş və onlar üçün Cə­hən­nəm hazırlamışdır. Ora nə pis dönüş yeri­dir.

### الآية 48:7

> وَلِلَّهِ جُنُودُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمًا [48:7]

7\. Göylərin və yerin ordu­la­rı Alla­hındır. Allah Qüdrət­li­dir, Hikmət sahibidir.

### الآية 48:8

> إِنَّآ أَرۡسَلۡنَٰكَ شَٰهِدࣰا وَمُبَشِّرࣰا وَنَذِيرࣰا [48:8]

8\. Həqiqətən, Biz səni şa­hid, müjdəçi və xəbərdarlıq edən elçi ki­mi gön­dər­mişik.

### الآية 48:9

> لِّتُؤۡمِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَتُعَزِّرُوهُ وَتُوَقِّرُوهُۚ وَتُسَبِّحُوهُ بُكۡرَةࣰ وَأَصِيلًا [48:9]

9\. Biz belə etdik ki, siz Alla­ha və Onun Elçisinə iman gətirə­si­niz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız və ge­cə-gündüz Alla­hı tərifləyə­siniz.

### الآية 48:10

> إِنَّ ٱلَّذِينَ يُبَايِعُونَكَ إِنَّمَا يُبَايِعُونَ ٱللَّهَ يَدُ ٱللَّهِ فَوۡقَ أَيۡدِيهِمۡۚ فَمَن نَّكَثَ فَإِنَّمَا يَنكُثُ عَلَىٰ نَفۡسِهِۦۖ وَمَنۡ أَوۡفَىٰ بِمَا عَٰهَدَ عَلَيۡهُ ٱللَّهَ فَسَيُؤۡتِيهِ أَجۡرًا عَظِيمࣰا [48:10]

10\. Sənə beyət edənlər Alla­ha beyət etmiş olurlar. Allahın əli on­ların əl­lə­ri­nin üstündə­dir. Kim əhdini pozsa, an­caq öz əleyhinə poz­muş olar. Kim də Allahla bağladığı əhdinə sa­diq qalsa, Allah ona böyük mü­kafat verər.

### الآية 48:11

> سَيَقُولُ لَكَ ٱلۡمُخَلَّفُونَ مِنَ ٱلۡأَعۡرَابِ شَغَلَتۡنَآ أَمۡوَٰلُنَا وَأَهۡلُونَا فَٱسۡتَغۡفِرۡ لَنَاۚ يَقُولُونَ بِأَلۡسِنَتِهِم مَّا لَيۡسَ فِي قُلُوبِهِمۡۚ قُلۡ فَمَن يَمۡلِكُ لَكُم مِّنَ ٱللَّهِ شَيۡـًٔا إِنۡ أَرَادَ بِكُمۡ ضَرًّا أَوۡ أَرَادَ بِكُمۡ نَفۡعَۢاۚ بَلۡ كَانَ ٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرَۢا [48:11]

11\. Geri qalan bədəvilər sə­nə: “Var-dövlətimiz və ailələ­rimiz bi­zi döyüşə get­məkdən ya­yın­dırdı. Allahdan bizim üçün ba­ğışlanma di­lə!”– deyəcəklər. Onlar qəlblərində olmayanları dil­ləri ilə deyir­lər. De: “Əgər Allah sizə bir zərər yetir­mək və ya bir xeyir vermək is­təsə, Onun edə­cəyi işin qarşısını kim ala bi­lər?” Xeyr, Allah sizin nə etdiyinizdən xə­bər­dardır.

### الآية 48:12

> بَلۡ ظَنَنتُمۡ أَن لَّن يَنقَلِبَ ٱلرَّسُولُ وَٱلۡمُؤۡمِنُونَ إِلَىٰٓ أَهۡلِيهِمۡ أَبَدࣰا وَزُيِّنَ ذَٰلِكَ فِي قُلُوبِكُمۡ وَظَنَنتُمۡ ظَنَّ ٱلسَّوۡءِ وَكُنتُمۡ قَوۡمَۢا بُورࣰا [48:12]

12\. Doğrusu, siz elə zənn edirdiniz ki, Peyğəmbər və möminlər heç vaxt öz ailələ­ri­nə qayıtmayacaqlar. Bu, şeytan tə­rə­findən qəlbi­niz­də bəzədil­miş­di. Siz pis fikrə düşüb məhvə məhkum adam­lar ol­dunuz.

### الآية 48:13

> وَمَن لَّمۡ يُؤۡمِنۢ بِٱللَّهِ وَرَسُولِهِۦ فَإِنَّآ أَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ سَعِيرࣰا [48:13]

13\. Kim Allaha və Onun El­çisinə iman gətirməzsə, bilsin ki, Biz ka­firlər üçün od hazır­lamışıq.

### الآية 48:14

> وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ يَغۡفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُۚ وَكَانَ ٱللَّهُ غَفُورࣰا رَّحِيمࣰا [48:14]

14\. Göylərin və yerin hökm­ranlığı Allaha məxsusdur. O, is­tə­di­yi­ni bağış­layır, istədiyinə də əzab verir. Allah Bağışla­yandır, Rəhm­li­dir.

### الآية 48:15

> سَيَقُولُ ٱلۡمُخَلَّفُونَ إِذَا ٱنطَلَقۡتُمۡ إِلَىٰ مَغَانِمَ لِتَأۡخُذُوهَا ذَرُونَا نَتَّبِعۡكُمۡۖ يُرِيدُونَ أَن يُبَدِّلُواْ كَلَٰمَ ٱللَّهِۚ قُل لَّن تَتَّبِعُونَا كَذَٰلِكُمۡ قَالَ ٱللَّهُ مِن قَبۡلُۖ فَسَيَقُولُونَ بَلۡ تَحۡسُدُونَنَاۚ بَلۡ كَانُواْ لَا يَفۡقَهُونَ إِلَّا قَلِيلࣰا [48:15]

15\. Siz Xeybərə qənimətləri götür­mə­yə getdi­yiniz zaman Hüdeybiyyə sülhündən geri qa­lanlar: “Qo­yun biz də sizin arxanızca gələk!”– de­yə­cəklər. On­lar Allahın sözünü dəyiş­dirmək istəyirlər. De: “Siz heç vaxt bi­zim ar­xa­mızca gəl­məyəcəksiniz. Allah əvvəldən sizin üçün belə de­miş­dir”. On­lar: “Xeyr, siz bizə həsəd apa­rırsı­nız”– deyəcəklər. Ək­si­nə, onlar çox az anlayanlardır.

### الآية 48:16

> قُل لِّلۡمُخَلَّفِينَ مِنَ ٱلۡأَعۡرَابِ سَتُدۡعَوۡنَ إِلَىٰ قَوۡمٍ أُوْلِي بَأۡسࣲ شَدِيدࣲ تُقَٰتِلُونَهُمۡ أَوۡ يُسۡلِمُونَۖ فَإِن تُطِيعُواْ يُؤۡتِكُمُ ٱللَّهُ أَجۡرًا حَسَنࣰاۖ وَإِن تَتَوَلَّوۡاْ كَمَا تَوَلَّيۡتُم مِّن قَبۡلُ يُعَذِّبۡكُمۡ عَذَابًا أَلِيمࣰا [48:16]

16\. Geri qalan bədəvilərə de: “Siz çox qüvvətli bir tayfaya qarşı dö­yüşməyə ça­ğırılacaqsı­nız. Siz ya onlarla döyüşə­cək­­si­niz, ya da on­lar müsəlman ola­caq­lar. Əgər itaət etsəniz, Allah si­zə gözəl bir mü­kafat verər. Yox, əgər daha əvvəl üz döndər­di­yiniz kimi üz dön­dər­səniz, O sizə ağrılı-acılı bir əzab verər”.

### الآية 48:17

> لَّيۡسَ عَلَى ٱلۡأَعۡمَىٰ حَرَجࣱ وَلَا عَلَى ٱلۡأَعۡرَجِ حَرَجࣱ وَلَا عَلَى ٱلۡمَرِيضِ حَرَجࣱۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ يُدۡخِلۡهُ جَنَّٰتࣲ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ وَمَن يَتَوَلَّ يُعَذِّبۡهُ عَذَابًا أَلِيمࣰا [48:17]

17\. Döyüşə getməməkdə kora, çolağa, bir də xəstəyə günah yox­dur. Kim Allaha və Onun Elçisinə itaət etsə, Allah onu ağac­ları al­tın­dan çaylar axan cən­nətlərə daxil edər. Kim də üz dön­dər­sə, ona ağ­rı­lı-acılı bir əzab verər.

### الآية 48:18

> ۞ لَّقَدۡ رَضِيَ ٱللَّهُ عَنِ ٱلۡمُؤۡمِنِينَ إِذۡ يُبَايِعُونَكَ تَحۡتَ ٱلشَّجَرَةِ فَعَلِمَ مَا فِي قُلُوبِهِمۡ فَأَنزَلَ ٱلسَّكِينَةَ عَلَيۡهِمۡ وَأَثَٰبَهُمۡ فَتۡحࣰا قَرِيبࣰا [48:18]

18\. Möminlər Hüdeybiyyədə ağac al­tın­da sənə beyət edər­kən Allah on­lar­dan razı qaldı. Allah onların qəlbində olanı bil­di, on­la­ra mənəvi rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə müka­fatlan­dır­dı.

### الآية 48:19

> وَمَغَانِمَ كَثِيرَةࣰ يَأۡخُذُونَهَاۗ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمࣰا [48:19]

19\. Üstəlik alacaqları çoxlu qənimətə də müvəffəq etdi. Allah Qüd­rətlidir, Hikmət sahibidir.

### الآية 48:20

> وَعَدَكُمُ ٱللَّهُ مَغَانِمَ كَثِيرَةࣰ تَأۡخُذُونَهَا فَعَجَّلَ لَكُمۡ هَٰذِهِۦ وَكَفَّ أَيۡدِيَ ٱلنَّاسِ عَنكُمۡ وَلِتَكُونَ ءَايَةࣰ لِّلۡمُؤۡمِنِينَ وَيَهۡدِيَكُمۡ صِرَٰطࣰا مُّسۡتَقِيمࣰا [48:20]

20\. Allah sizə götürəcəyiniz çoxsaylı qənimətlər vəd etdi. O, bun­ları si­zə tez­liklə verdi və insanların əllərini sizdən çəkdi ki, bu, mö­minlərə bir ib­rət olsun və sizi doğru yola yö­nəltsin.

### الآية 48:21

> وَأُخۡرَىٰ لَمۡ تَقۡدِرُواْ عَلَيۡهَا قَدۡ أَحَاطَ ٱللَّهُ بِهَاۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءࣲ قَدِيرࣰا [48:21]

21\. Ələ keçirə bilmədiyiniz baş­qa qənimətlər də var. Ar­tıq Allah onları əhatə etmişdir. Allah hər şeyə qadirdir.

### الآية 48:22

> وَلَوۡ قَٰتَلَكُمُ ٱلَّذِينَ كَفَرُواْ لَوَلَّوُاْ ٱلۡأَدۡبَٰرَ ثُمَّ لَا يَجِدُونَ وَلِيࣰّا وَلَا نَصِيرࣰا [48:22]

22\. Əgər kafirlər sizinlə vu­ruşsalar, mütləq arxaya dönüb qa­çar­lar. Sonra da onlar özlə­ri­nə nə bir hima­yədar, nə də bir yar­dım­çı taparlar.

### الآية 48:23

> سُنَّةَ ٱللَّهِ ٱلَّتِي قَدۡ خَلَتۡ مِن قَبۡلُۖ وَلَن تَجِدَ لِسُنَّةِ ٱللَّهِ تَبۡدِيلࣰا [48:23]

23\. Allahın əzəldən müəy­yənləş­dir­di­yi qayda-qanun belədir. Sən Alla­hın qoyduğu qay­da-qanununda heç vaxt bir dəyişiklik ta­pa bil­məzsən.

### الآية 48:24

> وَهُوَ ٱلَّذِي كَفَّ أَيۡدِيَهُمۡ عَنكُمۡ وَأَيۡدِيَكُمۡ عَنۡهُم بِبَطۡنِ مَكَّةَ مِنۢ بَعۡدِ أَنۡ أَظۡفَرَكُمۡ عَلَيۡهِمۡۚ وَكَانَ ٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرًا [48:24]

24\. Sizi onların üzərində qə­ləbə çal­mağa müvəffəq etdik­dən son­ra, Məkkə vadisində on­la­rın əlini sizdən, sizin də əlini­zi on­lar­dan çəkən Odur. Allah si­zin nə etdiklərinizi Görəndir.

### الآية 48:25

> هُمُ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّوكُمۡ عَنِ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ وَٱلۡهَدۡيَ مَعۡكُوفًا أَن يَبۡلُغَ مَحِلَّهُۥۚ وَلَوۡلَا رِجَالࣱ مُّؤۡمِنُونَ وَنِسَآءࣱ مُّؤۡمِنَٰتࣱ لَّمۡ تَعۡلَمُوهُمۡ أَن تَطَـُٔوهُمۡ فَتُصِيبَكُم مِّنۡهُم مَّعَرَّةُۢ بِغَيۡرِ عِلۡمࣲۖ لِّيُدۡخِلَ ٱللَّهُ فِي رَحۡمَتِهِۦ مَن يَشَآءُۚ لَوۡ تَزَيَّلُواْ لَعَذَّبۡنَا ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ عَذَابًا أَلِيمًا [48:25]

25\. O kafirlər, sizi Məs­ci­dul-Hə­rama buraxmayan və qur­banlıq hey­van­larını qurban­ga­ha gedib çatmağa qoy­mayan kimsələrdir. Əgər Məkkədə ta­nımadığı­nız mömin kişiləri və mömin qa­dın­ları bil­mədən tap­dalayıb əzmək və on­la­rın uc­batından günaha bat­maq təh­lü­kə­si ilə qarşılaşmasaydınız, Allah ora zorla girməyinizə izin verərdi. Lakin Allah istə­diyini Öz mərhəmətinə qovuş­dursun de­yə buna izin vermədi. Əgər onlar bir-birindən seçil­səydi­lər, Biz on­lardan ka­fir olanlara ağ­rılı-acılı bir əzab ve­rərdik.

### الآية 48:26

> إِذۡ جَعَلَ ٱلَّذِينَ كَفَرُواْ فِي قُلُوبِهِمُ ٱلۡحَمِيَّةَ حَمِيَّةَ ٱلۡجَٰهِلِيَّةِ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَىٰ رَسُولِهِۦ وَعَلَى ٱلۡمُؤۡمِنِينَ وَأَلۡزَمَهُمۡ كَلِمَةَ ٱلتَّقۡوَىٰ وَكَانُوٓاْ أَحَقَّ بِهَا وَأَهۡلَهَاۚ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمࣰا [48:26]

26\. Kafirlər öz qəlbində tə­kəbbür­lü­yə – cahillik lovğalı­ğı­na qa­pıl­dıqları za­man Allah Öz Elçisinə və möminlərə mə­nəvi rahatlıq na­zil etdi və on­la­ra təq­va sözünü vacib buyurdu. Onların buna da­ha çox haqqı var idi və ona layiq idi­lər. Allah hər şeyi bilir.

### الآية 48:27

> لَّقَدۡ صَدَقَ ٱللَّهُ رَسُولَهُ ٱلرُّءۡيَا بِٱلۡحَقِّۖ لَتَدۡخُلُنَّ ٱلۡمَسۡجِدَ ٱلۡحَرَامَ إِن شَآءَ ٱللَّهُ ءَامِنِينَ مُحَلِّقِينَ رُءُوسَكُمۡ وَمُقَصِّرِينَ لَا تَخَافُونَۖ فَعَلِمَ مَا لَمۡ تَعۡلَمُواْ فَجَعَلَ مِن دُونِ ذَٰلِكَ فَتۡحࣰا قَرِيبًا [48:27]

27\. Allah Öz Elçisinin həqi­qət kimi gördüyü yuxusunu gerçəyə çe­virdi. Allah qoysa, siz əmin-amanlıqla, başla­rınızı qırxdırmış, bə­ziləriniz də saç­la­rı­nı qısaltmış halda və qorx­ma­dan Məs­ci­dul-Hə­ra­ma daxil olacaqsınız. Allah si­zin bilmə­diklərinizi bilir. O, bun­dan qa­baq – Məkkəyə girməz­dən əv­vəl sizə yaxın bir qələbə də bəxş edə­cək.

### الآية 48:28

> هُوَ ٱلَّذِيٓ أَرۡسَلَ رَسُولَهُۥ بِٱلۡهُدَىٰ وَدِينِ ٱلۡحَقِّ لِيُظۡهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدࣰا [48:28]

28\. İslamı bütün dinlərdən üstün et­sin deyə Öz Elçisini hi­da­yət­lə və həqiqi dinlə gön­dərən Odur. Şahid olaraq Allah yetər.

### الآية 48:29

> مُّحَمَّدࣱ رَّسُولُ ٱللَّهِۚ وَٱلَّذِينَ مَعَهُۥٓ أَشِدَّآءُ عَلَى ٱلۡكُفَّارِ رُحَمَآءُ بَيۡنَهُمۡۖ تَرَىٰهُمۡ رُكَّعࣰا سُجَّدࣰا يَبۡتَغُونَ فَضۡلࣰا مِّنَ ٱللَّهِ وَرِضۡوَٰنࣰاۖ سِيمَاهُمۡ فِي وُجُوهِهِم مِّنۡ أَثَرِ ٱلسُّجُودِۚ ذَٰلِكَ مَثَلُهُمۡ فِي ٱلتَّوۡرَىٰةِۚ وَمَثَلُهُمۡ فِي ٱلۡإِنجِيلِ كَزَرۡعٍ أَخۡرَجَ شَطۡـَٔهُۥ فَـَٔازَرَهُۥ فَٱسۡتَغۡلَظَ فَٱسۡتَوَىٰ عَلَىٰ سُوقِهِۦ يُعۡجِبُ ٱلزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ ٱلۡكُفَّارَۗ وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ مِنۡهُم مَّغۡفِرَةࣰ وَأَجۡرًا عَظِيمَۢا [48:29]

29\. Muhəmməd Allahın El­çi­sidir. Onunla birlikdə olanlar ka­fir­lə­rə qarşı sərt, öz arala­rın­da isə mərhəmətlidirlər. Sən onları rüku edən, səc­dəyə qa­pa­nan, Allahdan lütf və razılıq diləyən gö­rər­sən. Əla­mətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəs­fidir. İn­cildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cü­cərtisini üzə çı­xarıb onu qüv­vətləndirmiş, o da get­dik­cə qa­lın­laşıb gövdəsi üstün­də şax du­ra­raq əkinçiləri heyran et­mişdir. Allah mö­minlərin sa­yını artırır, özlərini də qüvvət­ləndirir ki, kafirləri qə­zəblən­dirsin. Allah onlardan iman gə­tirib yaxşı iş­lər gö­rən­lərə ba­­ğışlanma və böyük bir mü­kafat vəd etmiş­dir.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/48.md)
- [كل تفاسير سورة الفتح
](https://quranpedia.net/surah-tafsir/48.md)
- [ترجمات سورة الفتح
](https://quranpedia.net/translations/48.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/48/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
