---
title: "ترجمة سورة الأنبياء - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/21/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/21/book/1983"
surah_id: "21"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة الأنبياء - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/21/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الأنبياء - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/21/book/1983*.

Translation of Surah الأنبياء from "الترجمة الأذرية" in الأذرية.

### الآية 21:1

> اقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِي غَفْلَةٍ مُعْرِضُونَ [21:1]

1\. İnsanların hesaba çəkilə­cəkləri gün yaxınlaşdı. Amma onlar hə­lə də qəflət içində iman­dan üz çevirirlər.

### الآية 21:2

> ﻿مَا يَأْتِيهِمْ مِنْ ذِكْرٍ مِنْ رَبِّهِمْ مُحْدَثٍ إِلَّا اسْتَمَعُوهُ وَهُمْ يَلْعَبُونَ [21:2]

2\. Onlara öz Rəbbindən is­tənilən bir yeni xəbərdarlıq gəl­dikdə, ona istehza edərək, qu­laq asmazlar –

### الآية 21:3

> ﻿لَاهِيَةً قُلُوبُهُمْ ۗ وَأَسَرُّوا النَّجْوَى الَّذِينَ ظَلَمُوا هَلْ هَٰذَا إِلَّا بَشَرٌ مِثْلُكُمْ ۖ أَفَتَأْتُونَ السِّحْرَ وَأَنْتُمْ تُبْصِرُونَ [21:3]

3\. qəlbləri qəflət içində qal­dığı hal­da. Zalımlar öz arala­rında xəl­vətcə pıçıl­da­şıb de­yir­lər: “Məgər bu sizin kimi adi bir insan de­yil­mi? Gözünüz gö­rə-görə sehrəmi inanacaq­sı­nız?”

### الآية 21:4

> ﻿قَالَ رَبِّي يَعْلَمُ الْقَوْلَ فِي السَّمَاءِ وَالْأَرْضِ ۖ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ [21:4]

4\. Peyğəmbər dedi: “Rəbbim göydə və yerdə deyilən sözləri bi­lir. O, Eşi­dən­dir, Biləndir!”

### الآية 21:5

> ﻿بَلْ قَالُوا أَضْغَاثُ أَحْلَامٍ بَلِ افْتَرَاهُ بَلْ هُوَ شَاعِرٌ فَلْيَأْتِنَا بِآيَةٍ كَمَا أُرْسِلَ الْأَوَّلُونَ [21:5]

5\. Onlar dedilər: “Bunlar qar­ma­qarı­şıq yuxulardır! Xeyr, o bu­nu özün­dən uydurmuşdur! Xeyr, o, bir şairdir! Qoy o, əv­vəlki el­çi­lərə göndəri­lən möcü­zələr kimi bizə də bir möcüzə gətirsin”.

### الآية 21:6

> ﻿مَا آمَنَتْ قَبْلَهُمْ مِنْ قَرْيَةٍ أَهْلَكْنَاهَا ۖ أَفَهُمْ يُؤْمِنُونَ [21:6]

6\. Onlardan əvvəl məhv et­diyimiz məm­ləkətlərdən heç biri iman gətir­mə­mişdi. İndi bunlarmı iman gətirə­cək­lər?

### الآية 21:7

> ﻿وَمَا أَرْسَلْنَا قَبْلَكَ إِلَّا رِجَالًا نُوحِي إِلَيْهِمْ ۖ فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِنْ كُنْتُمْ لَا تَعْلَمُونَ [21:7]

7\. Biz səndən əvvəl də öz­lə­rinə vəhy nazil etdiyimiz an­caq ki­şi­lər gön­dər­miş­dik. Əgər bil­mirsinizsə, Zikr əhlin­dən so­ruşun.

### الآية 21:8

> ﻿وَمَا جَعَلْنَاهُمْ جَسَدًا لَا يَأْكُلُونَ الطَّعَامَ وَمَا كَانُوا خَالِدِينَ [21:8]

8\. Biz onları yemək yemə­yən bir vü­cud etmədik. Onlar əbədi də deyildilər.

### الآية 21:9

> ﻿ثُمَّ صَدَقْنَاهُمُ الْوَعْدَ فَأَنْجَيْنَاهُمْ وَمَنْ نَشَاءُ وَأَهْلَكْنَا الْمُسْرِفِينَ [21:9]

9\. Sonra isə, onlara verdiyi­miz vədi yerinə yetirdik. Biz həm on­ları, həm də istə­diyi­miz kəsləri xilas edib, həddi aşan­ları məhvə uğ­ratdıq.

### الآية 21:10

> ﻿لَقَدْ أَنْزَلْنَا إِلَيْكُمْ كِتَابًا فِيهِ ذِكْرُكُمْ ۖ أَفَلَا تَعْقِلُونَ [21:10]

10\. Sizə, sizləri xatırladan bir Kitab nazil etdik. Məgər başa düş­mürsünüz?

### الآية 21:11

> ﻿وَكَمْ قَصَمْنَا مِنْ قَرْيَةٍ كَانَتْ ظَالِمَةً وَأَنْشَأْنَا بَعْدَهَا قَوْمًا آخَرِينَ [21:11]

11\. Biz zalım olan neçə-neçə məm­lə­kəti məhv edib, sonra başqa xalqlar ya­ratdıq.

### الآية 21:12

> ﻿فَلَمَّا أَحَسُّوا بَأْسَنَا إِذَا هُمْ مِنْهَا يَرْكُضُونَ [21:12]

12\. Onlar əzabımızı hiss edən kimi dərhal oradan qaç­mağa baş­la­dılar.

### الآية 21:13

> ﻿لَا تَرْكُضُوا وَارْجِعُوا إِلَىٰ مَا أُتْرِفْتُمْ فِيهِ وَمَسَاكِنِكُمْ لَعَلَّكُمْ تُسْأَلُونَ [21:13]

13\. “Qaçmayın! İçində ol­du­ğunuz xoş güzərana və yurd­ları­nı­za qayı­dın. Ola bilsin ki, soruşulasınız”.

### الآية 21:14

> ﻿قَالُوا يَا وَيْلَنَا إِنَّا كُنَّا ظَالِمِينَ [21:14]

14\. Onlar: “Vay halımıza! Biz, doğ­rudan da zalım olmu­şuq”– de­yirdilər.

### الآية 21:15

> ﻿فَمَا زَالَتْ تِلْكَ دَعْوَاهُمْ حَتَّىٰ جَعَلْنَاهُمْ حَصِيدًا خَامِدِينَ [21:15]

15\. Biz onları yanmış küləşə dön­də­rənəcən fəryad qoparır­dılar.

### الآية 21:16

> ﻿وَمَا خَلَقْنَا السَّمَاءَ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ [21:16]

16\. Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün ya­rat­mamışıq.

### الآية 21:17

> ﻿لَوْ أَرَدْنَا أَنْ نَتَّخِذَ لَهْوًا لَاتَّخَذْنَاهُ مِنْ لَدُنَّا إِنْ كُنَّا فَاعِلِينَ [21:17]

17\. Əgər Biz Özümüzə əy­lən­cə dü­zəltmək fikrində ol­say­dıq, onu mütləq Öz yanımızda olanlardan hazırla­yar­dıq. La­kin Biz bu­nu et­mə­dik.

### الآية 21:18

> ﻿بَلْ نَقْذِفُ بِالْحَقِّ عَلَى الْبَاطِلِ فَيَدْمَغُهُ فَإِذَا هُوَ زَاهِقٌ ۚ وَلَكُمُ الْوَيْلُ مِمَّا تَصِفُونَ [21:18]

18\. Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işi­ni bi­ti­rər. Bir an­da batilin yox olub getdiyini görərsiniz. Alla­ha aid etdiyi­niz sifətlərə görə vay halınıza!

### الآية 21:19

> ﻿وَلَهُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَمَنْ عِنْدَهُ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِ وَلَا يَسْتَحْسِرُونَ [21:19]

19\. Göylərdə və yerdə kim­lər varsa, hamısı Allahındır. Onun ya­nın­da olanlar Ona iba­dət et­məyə təşəxxüs göstərmir və bundan yo­rul­murlar.

### الآية 21:20

> ﻿يُسَبِّحُونَ اللَّيْلَ وَالنَّهَارَ لَا يَفْتُرُونَ [21:20]

20\. Onlar gecə-gündüz, usan­madan Onun şəninə təriflər de­yir­lər.

### الآية 21:21

> ﻿أَمِ اتَّخَذُوا آلِهَةً مِنَ الْأَرْضِ هُمْ يُنْشِرُونَ [21:21]

21\. Yoxsa müşriklər özlərinə yerdə ölü­ləri diriltməyə qadir olan tan­rılarmı qə­bul etdilər?

### الآية 21:22

> ﻿لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا ۚ فَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُونَ [21:22]

22\. Əgər göydə və yerdə Allahdan başqa məbudlar ol­saydı, on­la­rın hər iki­si fəsada uğra­yardı. Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid et­dikləri sifətlərdən uzaqdır!

### الآية 21:23

> ﻿لَا يُسْأَلُ عَمَّا يَفْعَلُ وَهُمْ يُسْأَلُونَ [21:23]

23\. Allah gördüyü işlər ba­rə­də soru­şulmaz; onlar isə so­ru­şu­la­caq­lar.

### الآية 21:24

> ﻿أَمِ اتَّخَذُوا مِنْ دُونِهِ آلِهَةً ۖ قُلْ هَاتُوا بُرْهَانَكُمْ ۖ هَٰذَا ذِكْرُ مَنْ مَعِيَ وَذِكْرُ مَنْ قَبْلِي ۗ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ الْحَقَّ ۖ فَهُمْ مُعْرِضُونَ [21:24]

24\. Məgər müşriklər Ondan başqa mə­bud­laramı tapın­mış­lar? De: “Sübu­tu­nuzu göstə­rin! Budur mənimlə olan­la­rın zikri və mən­dən öncəkilərin zik­ri”. Lakin onların çoxu əsl həqi­qəti bil­mir və ondan üz çevi­rirlər.

### الآية 21:25

> ﻿وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا أَنَا فَاعْبُدُونِ [21:25]

25\. Səndən əvvəl elə bir elçi göndər­məmişik ki, ona: “Mən­dən baş­qa heç bir məbud yox­dur, Mənə ibadət edin!”– deyə vəhy et­mə­yək.

### الآية 21:26

> ﻿وَقَالُوا اتَّخَذَ الرَّحْمَٰنُ وَلَدًا ۗ سُبْحَانَهُ ۚ بَلْ عِبَادٌ مُكْرَمُونَ [21:26]

26\. Kafirlər: “Mərhəmətli Allah Özünə öv­lad götürdü!”– de­di­lər. O, pakdır, mü­qəddəsdir! Əksinə, o mələklər möh­tərəm qullardır.

### الآية 21:27

> ﻿لَا يَسْبِقُونَهُ بِالْقَوْلِ وَهُمْ بِأَمْرِهِ يَعْمَلُونَ [21:27]

27\. Mələklər Ondan qabaq da­nış­maz­lar; onlar ancaq Onun əm­ri­ni yerinə ye­tirərlər.

### الآية 21:28

> ﻿يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يَشْفَعُونَ إِلَّا لِمَنِ ارْتَضَىٰ وَهُمْ مِنْ خَشْيَتِهِ مُشْفِقُونَ [21:28]

28\. Allah onların keçmişini və gələ­cəyini bilir. Onlar yal­nız Onun razı qal­dığı şəxslər­dən ötrü şəfaət diləyir və Onun qor­xu­sun­dan tir-tir əsirlər.

### الآية 21:29

> ﻿۞ وَمَنْ يَقُلْ مِنْهُمْ إِنِّي إِلَٰهٌ مِنْ دُونِهِ فَذَٰلِكَ نَجْزِيهِ جَهَنَّمَ ۚ كَذَٰلِكَ نَجْزِي الظَّالِمِينَ [21:29]

29\. Onlardan kimsə: “Mən Ondan baş­qa bir məbudam!”– desə, ona Cə­hən­nəmi qismət edərik. Biz zalımları belə cəza­landırırıq.

### الآية 21:30

> ﻿أَوَلَمْ يَرَ الَّذِينَ كَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا ۖ وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ ۖ أَفَلَا يُؤْمِنُونَ [21:30]

30\. Məgər kafirlər göylərlə yer bir ol­duğu zaman Bizim on­ları bir-birindən araladığı­mı­zı, hər bir canlını sudan ya­rat­dı­ğı­mızı gör­mürlərmi? Ye­nə­dəmi inan­mır­lar?

### الآية 21:31

> ﻿وَجَعَلْنَا فِي الْأَرْضِ رَوَاسِيَ أَنْ تَمِيدَ بِهِمْ وَجَعَلْنَا فِيهَا فِجَاجًا سُبُلًا لَعَلَّهُمْ يَهْتَدُونَ [21:31]

31\. Yerin onları yırğalama­masından ötrü orada möhkəm dağlar ya­ratdıq. Onlar istədik­lə­ri yerə gedə bilsinlər deyə, ora­da geniş yol­lar saldıq.

### الآية 21:32

> ﻿وَجَعَلْنَا السَّمَاءَ سَقْفًا مَحْفُوظًا ۖ وَهُمْ عَنْ آيَاتِهَا مُعْرِضُونَ [21:32]

32\. Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə ora­dakı də­lil­lərimizdən üz çevi­rir­lər.

### الآية 21:33

> ﻿وَهُوَ الَّذِي خَلَقَ اللَّيْلَ وَالنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ ۖ كُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ [21:33]

33\. Gecəni, gündüzü, günə­şi və ayı yaradan Odur. On­la­rın hər bi­ri öz orbi­tində üzür.

### الآية 21:34

> ﻿وَمَا جَعَلْنَا لِبَشَرٍ مِنْ قَبْلِكَ الْخُلْدَ ۖ أَفَإِنْ مِتَّ فَهُمُ الْخَالِدُونَ [21:34]

34\. Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib et­mə­dik. Mə­gər sən öləcəksən, on­lar həmişəlik qalacaqlar?!

### الآية 21:35

> ﻿كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ۗ وَنَبْلُوكُمْ بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً ۖ وَإِلَيْنَا تُرْجَعُونَ [21:35]

35\. Hər kəs ölümü dada­caq­. Biz sizi sınamaq üçün şər və xe­yir­lə imta­ha­na çəkirik. Siz ancaq Bizə qaytarılacaq­sı­nız!

### الآية 21:36

> ﻿وَإِذَا رَآكَ الَّذِينَ كَفَرُوا إِنْ يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَٰذَا الَّذِي يَذْكُرُ آلِهَتَكُمْ وَهُمْ بِذِكْرِ الرَّحْمَٰنِ هُمْ كَافِرُونَ [21:36]

36\. Kafirlər səni gördükləri zaman sənə ancaq istehza edə­rək bir-birinə: “Si­zin tanrıları­nıza tənə vuran budur­mu?”– deyirlər. Məhz onlar Mər­hə­mət­li Allahın öyüd-nəsihətini in­kar edirlər.

### الآية 21:37

> ﻿خُلِقَ الْإِنْسَانُ مِنْ عَجَلٍ ۚ سَأُرِيكُمْ آيَاتِي فَلَا تَسْتَعْجِلُونِ [21:37]

37\. İnsan tələskən yara­dıl­mış­dır. Mən dəlillərimi sizə gös­tə­rə­cə­­yəm. Məni tə­ləsdirməyin.

### الآية 21:38

> ﻿وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ [21:38]

38\. Onlar: “Əgər doğru de­yir­sinizsə, bu vəd nə vaxt ola­caq?”– de­yirlər.

### الآية 21:39

> ﻿لَوْ يَعْلَمُ الَّذِينَ كَفَرُوا حِينَ لَا يَكُفُّونَ عَنْ وُجُوهِهِمُ النَّارَ وَلَا عَنْ ظُهُورِهِمْ وَلَا هُمْ يُنْصَرُونَ [21:39]

39\. Kaş ki, kafirlər üzlərin­dən və kü­rəklərindən onları sa­racaq alovdan qa­ça bilməyə­cəkləri və onlara heç bir kö­məyin edil­mə­yə­cə­yi vaxtın gə­ləcəyini biləydilər!

### الآية 21:40

> ﻿بَلْ تَأْتِيهِمْ بَغْتَةً فَتَبْهَتُهُمْ فَلَا يَسْتَطِيعُونَ رَدَّهَا وَلَا هُمْ يُنْظَرُونَ [21:40]

40\. Yox, Qiyamət onlara göz­ləmədikləri bir halda gələ­cək və on­la­rı hey­rətə sa­lacaq­dır. On­lar onun qarşısını ala bil­mə­yə­cəklər və on­lara heç aman da ve­rilməyəcəkdir.

### الآية 21:41

> ﻿وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِنْ قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُوا مِنْهُمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ [21:41]

41\. Allahın səndən əvvəlki elçiləri də məsxərəyə qoyul­muşdu. On­lara riş­xənd edən­ləri həmin o istehza etdikləri şey məhv etdi.

### الآية 21:42

> ﻿قُلْ مَنْ يَكْلَؤُكُمْ بِاللَّيْلِ وَالنَّهَارِ مِنَ الرَّحْمَٰنِ ۗ بَلْ هُمْ عَنْ ذِكْرِ رَبِّهِمْ مُعْرِضُونَ [21:42]

42\. De: “Gecə də, gün­düz də sizi Mərhəmətli Allahdan mü­dafiə et­məyə qadir olan kim­dir?” La­kin onlar öz Rəbbinin nəsi­hət­lə­rin­dən üz döndər­di­lər.

### الآية 21:43

> ﻿أَمْ لَهُمْ آلِهَةٌ تَمْنَعُهُمْ مِنْ دُونِنَا ۚ لَا يَسْتَطِيعُونَ نَصْرَ أَنْفُسِهِمْ وَلَا هُمْ مِنَّا يُصْحَبُونَ [21:43]

43\. Yoxsa onları Bizdən qo­ruya bilə­cək məbudlarımı var­? On­lar heç öz­lə­rinə kömək et­məyə qadir deyillər. Biz­­dən də mü­da­fiə oluna bilməzlər.

### الآية 21:44

> ﻿بَلْ مَتَّعْنَا هَٰؤُلَاءِ وَآبَاءَهُمْ حَتَّىٰ طَالَ عَلَيْهِمُ الْعُمُرُ ۗ أَفَلَا يَرَوْنَ أَنَّا نَأْتِي الْأَرْضَ نَنْقُصُهَا مِنْ أَطْرَافِهَا ۚ أَفَهُمُ الْغَالِبُونَ [21:44]

44\. Bəli, Biz onlara və ata­la­rına ömür­ləri boyunca xoş gü­zə­ran ver­dik. Mə­gər on­lar Bi­zim gəlib müşriklərə aid əra­zini hər tərəfdən əs­kiltdiyimizi gör­mürlərmi? Doğru­dan­mı onlar qalib gə­lə­cəklər?!

### الآية 21:45

> ﻿قُلْ إِنَّمَا أُنْذِرُكُمْ بِالْوَحْيِ ۚ وَلَا يَسْمَعُ الصُّمُّ الدُّعَاءَ إِذَا مَا يُنْذَرُونَ [21:45]

45\. De: “Mən sizi ancaq vəhy ilə qa­baq­cadan xəbərdar edi­rəm”. Kar­lar xəbər­dar edil­sə­lər də, çağırışı eşitməzlər.

### الآية 21:46

> ﻿وَلَئِنْ مَسَّتْهُمْ نَفْحَةٌ مِنْ عَذَابِ رَبِّكَ لَيَقُولُنَّ يَا وَيْلَنَا إِنَّا كُنَّا ظَالِمِينَ [21:46]

46\. Əgər onlara Rəbbinin əza­bından bir yel belə toxunsa, on­lar müt­ləq: “Vay halımıza! Biz, həqiqətən də, zalım ol­mu­şuq”– de­yər­lər.

### الآية 21:47

> ﻿وَنَضَعُ الْمَوَازِينَ الْقِسْطَ لِيَوْمِ الْقِيَامَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَيْئًا ۖ وَإِنْ كَانَ مِثْقَالَ حَبَّةٍ مِنْ خَرْدَلٍ أَتَيْنَا بِهَا ۗ وَكَفَىٰ بِنَا حَاسِبِينَ [21:47]

47\. Biz Qiyamət günü ədalət tərəzi­lə­ri ilə haqq-hesab çəkəcə­yik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edil­mə­yə­cək­dir. Gö­rül­müş iş bir xardal də­nəsi mis­lində olsa belə, onu gətirib tərəziyə qo­ya­­cağıq. Biz haqqı araşdırmağa bəs edərik.

### الآية 21:48

> ﻿وَلَقَدْ آتَيْنَا مُوسَىٰ وَهَارُونَ الْفُرْقَانَ وَضِيَاءً وَذِكْرًا لِلْمُتَّقِينَ [21:48]

48\. Biz Furqanı müttəqilər­dən ötrü bir nur və öyüd-nəsi­hət ki­mi Musaya və Haruna ver­mişdik.

### الآية 21:49

> ﻿الَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ بِالْغَيْبِ وَهُمْ مِنَ السَّاعَةِ مُشْفِقُونَ [21:49]

49\. O müttəqilər ki, öz Rəb­bindən Onu görmədikləri hal­da qor­xur və gələ­cək o Saatdan lərzəyə gəlirlər.

### الآية 21:50

> ﻿وَهَٰذَا ذِكْرٌ مُبَارَكٌ أَنْزَلْنَاهُ ۚ أَفَأَنْتُمْ لَهُ مُنْكِرُونَ [21:50]

50\. Bu, nazil etdiyimiz mü­barək bir Zikrdir. Siz onu in­karmı edir­si­niz?

### الآية 21:51

> ﻿۞ وَلَقَدْ آتَيْنَا إِبْرَاهِيمَ رُشْدَهُ مِنْ قَبْلُ وَكُنَّا بِهِ عَالِمِينَ [21:51]

51\. Biz daha öncə İbrahimə də özünə layiq doğru bir yol bəxş et­mişdik. Biz onu tanıyır­dıq.

### الآية 21:52

> ﻿إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَا هَٰذِهِ التَّمَاثِيلُ الَّتِي أَنْتُمْ لَهَا عَاكِفُونَ [21:52]

52\. Bir zaman o öz atasına və tayfa­sına: “Bu nə heykəllər­dir ki, siz onlara sitayiş edir­siniz?”– demişdi.

### الآية 21:53

> ﻿قَالُوا وَجَدْنَا آبَاءَنَا لَهَا عَابِدِينَ [21:53]

53\. Onlar: “Biz atalarımızı on­lara iba­dət edən görmü­şük!”– de­di­lər.

### الآية 21:54

> ﻿قَالَ لَقَدْ كُنْتُمْ أَنْتُمْ وَآبَاؤُكُمْ فِي ضَلَالٍ مُبِينٍ [21:54]

54\. İbrahim dedi: “Doğ­ru­su, siz də, atalarınız da, açıq-aydın bir azğın­lıq için­də­siniz”.

### الآية 21:55

> ﻿قَالُوا أَجِئْتَنَا بِالْحَقِّ أَمْ أَنْتَ مِنَ اللَّاعِبِينَ [21:55]

55\. Onlar dedilər: “Sən bizə haqq gətir­mi­sən, yoxsa oyunbaz­lardan­san?”

### الآية 21:56

> ﻿قَالَ بَلْ رَبُّكُمْ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ الَّذِي فَطَرَهُنَّ وَأَنَا عَلَىٰ ذَٰلِكُمْ مِنَ الشَّاهِدِينَ [21:56]

56\. İbrahim dedi: “Xeyr, sizin Rəb­biniz, yaratdığı göy­lərin də, yerin də Rəb­bidir. Mən də buna şahidlik edən­lər­­dənəm.

### الآية 21:57

> ﻿وَتَاللَّهِ لَأَكِيدَنَّ أَصْنَامَكُمْ بَعْدَ أَنْ تُوَلُّوا مُدْبِرِينَ [21:57]

57\. Allaha and olsun ki, siz geriyə dönüb getdikdən sonra büt­lə­rinizə bir kələk gələcə­yəm!”

### الآية 21:58

> ﻿فَجَعَلَهُمْ جُذَاذًا إِلَّا كَبِيرًا لَهُمْ لَعَلَّهُمْ إِلَيْهِ يَرْجِعُونَ [21:58]

58\. Nəhayət İbrahim bütləri sındırıb qırıq-qırıq edərək yal­nız on­la­rın ən iri­sini saxladı ki, bəlkə, ona müraciət edə­lər.

### الآية 21:59

> ﻿قَالُوا مَنْ فَعَلَ هَٰذَا بِآلِهَتِنَا إِنَّهُ لَمِنَ الظَّالِمِينَ [21:59]

59\. Onlar dedilər: “Mə­bud­la­rımızı kim bu kökə salıb? Şüb­həsiz ki, o, zalım­lar­dandır!”

### الآية 21:60

> ﻿قَالُوا سَمِعْنَا فَتًى يَذْكُرُهُمْ يُقَالُ لَهُ إِبْرَاهِيمُ [21:60]

60\. Bəziləri: “İbrahim deyi­lən bir gən­cin onları pislədi­yini eşit­mi­şik”– de­dilər.

### الآية 21:61

> ﻿قَالُوا فَأْتُوا بِهِ عَلَىٰ أَعْيُنِ النَّاسِ لَعَلَّهُمْ يَشْهَدُونَ [21:61]

61\. Digərləri də: “Onu ca­ma­atın gözü qabağına gətirin ki, şa­hid­lik etsinlər”– dedilər.

### الآية 21:62

> ﻿قَالُوا أَأَنْتَ فَعَلْتَ هَٰذَا بِآلِهَتِنَا يَا إِبْرَاهِيمُ [21:62]

62\. Onlar dedilər: “Məbud­la­rımızı sən­mi bu kökə saldın, ey İb­ra­him?”

### الآية 21:63

> ﻿قَالَ بَلْ فَعَلَهُ كَبِيرُهُمْ هَٰذَا فَاسْأَلُوهُمْ إِنْ كَانُوا يَنْطِقُونَ [21:63]

63\. İbrahim dedi: “Xeyr, bu­nu on­la­rın bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, öz­lərindən soruşun”.

### الآية 21:64

> ﻿فَرَجَعُوا إِلَىٰ أَنْفُسِهِمْ فَقَالُوا إِنَّكُمْ أَنْتُمُ الظَّالِمُونَ [21:64]

64\. Onlar öz-özlərinə müra­ciətlə: “Hə­qiqətən də, siz za­lım­sı­nız”– de­dilər.

### الآية 21:65

> ﻿ثُمَّ نُكِسُوا عَلَىٰ رُءُوسِهِمْ لَقَدْ عَلِمْتَ مَا هَٰؤُلَاءِ يَنْطِقُونَ [21:65]

65\. Sonra yenə öz bildikləri batil əqi­dələrinə qayıdıb dedi­lər: “Axı sən bi­lir­sən ki, bunlar da­nış­mırlar”.

### الآية 21:66

> ﻿قَالَ أَفَتَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لَا يَنْفَعُكُمْ شَيْئًا وَلَا يَضُرُّكُمْ [21:66]

66\. İbrahim dedi: “Elə isə Alla­hı qo­yub sizə heç bir fayda və zə­rər verə bil­məyən bütlə­rəmi tapınırsınız?

### الآية 21:67

> ﻿أُفٍّ لَكُمْ وَلِمَا تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ ۖ أَفَلَا تَعْقِلُونَ [21:67]

67\. Tfu sizə də, Allahdan baş­qa ta­pındıqlarınıza da! Do­ğru­dan­mı, siz dərk etmirsiniz?”

### الآية 21:68

> ﻿قَالُوا حَرِّقُوهُ وَانْصُرُوا آلِهَتَكُمْ إِنْ كُنْتُمْ فَاعِلِينَ [21:68]

68\. Onlar dedilər: “Əgər İbrahimdən əvəz çıxmaq istəyir­siniz­sə, onu yan­dırın ki, məbud­la­rı­nı­za kömək edəsiniz”.

### الآية 21:69

> ﻿قُلْنَا يَا نَارُ كُونِي بَرْدًا وَسَلَامًا عَلَىٰ إِبْرَاهِيمَ [21:69]

69\. Biz: “Ey od! İbrahim üçün sərin və zərərsiz ol!”– dedik.

### الآية 21:70

> ﻿وَأَرَادُوا بِهِ كَيْدًا فَجَعَلْنَاهُمُ الْأَخْسَرِينَ [21:70]

70\. Onlar İbrahimə qəsd et­mək fik­ri­nə düşdülər, lakin Biz on­la­rı daha şid­dətli cəzaya mə­ruz qoyduq.

### الآية 21:71

> ﻿وَنَجَّيْنَاهُ وَلُوطًا إِلَى الْأَرْضِ الَّتِي بَارَكْنَا فِيهَا لِلْعَالَمِينَ [21:71]

71\. Biz onu da, Lutu da za­lımlardan xilas edib aləmlər üçün bə­rə­kət verdi­yi­miz yerə gətir­dik.

### الآية 21:72

> ﻿وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ نَافِلَةً ۖ وَكُلًّا جَعَلْنَا صَالِحِينَ [21:72]

72\. Biz ona İshaqı və bir də Yaqubu bağışlayıb hamısını əmə­li­sa­leh insanlar etdik.

### الآية 21:73

> ﻿وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا وَأَوْحَيْنَا إِلَيْهِمْ فِعْلَ الْخَيْرَاتِ وَإِقَامَ الصَّلَاةِ وَإِيتَاءَ الزَّكَاةِ ۖ وَكَانُوا لَنَا عَابِدِينَ [21:73]

73\. Biz Öz hökmümüzlə on­ları doğru yolu göstərən rəh­bərlər et­dik. Onlara xeyirli iş­lər görməyi, namaz qılmağı və zəkat ver­mə­yi vəhy etdik. On­lar yalnız Bizə ibadət edirdilər.

### الآية 21:74

> ﻿وَلُوطًا آتَيْنَاهُ حُكْمًا وَعِلْمًا وَنَجَّيْنَاهُ مِنَ الْقَرْيَةِ الَّتِي كَانَتْ تَعْمَلُ الْخَبَائِثَ ۗ إِنَّهُمْ كَانُوا قَوْمَ سَوْءٍ فَاسِقِينَ [21:74]

74\. Lutu da yada sal! Biz ona hökm­ranlıq və elm bəxş et­dik, onu çir­kin iş­lər görən bir məm­lə­kət­dən xilas etdik. Həqi­qə­tən, on­lar pis, fasiq bir qövm idi­lər.

### الآية 21:75

> ﻿وَأَدْخَلْنَاهُ فِي رَحْمَتِنَا ۖ إِنَّهُ مِنَ الصَّالِحِينَ [21:75]

75\. Biz onu Öz mərhəməti­mizə qo­vuşdurduq. O, həqiqə­tən, əmə­lisa­leh­lər­­dən idi.

### الآية 21:76

> ﻿وَنُوحًا إِذْ نَادَىٰ مِنْ قَبْلُ فَاسْتَجَبْنَا لَهُ فَنَجَّيْنَاهُ وَأَهْلَهُ مِنَ الْكَرْبِ الْعَظِيمِ [21:76]

76\. Nuhu da yada sal! Daha öncə o dua etmişdi. Biz onun du­ası­nı qəbul et­miş, onu və onun ailəsini böyük qəm-qüs­sədən qur­tar­mış­dıq!

### الآية 21:77

> ﻿وَنَصَرْنَاهُ مِنَ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۚ إِنَّهُمْ كَانُوا قَوْمَ سَوْءٍ فَأَغْرَقْنَاهُمْ أَجْمَعِينَ [21:77]

77\. Biz onu ayələrimizi ya­lan hesab edən bir qövmdən mü­dafiə et­dik. Doğ­rudan da on­lar pis bir qövm idi. Odur ki, Biz onların ha­mı­sı­nı suda ba­tırdıq.

### الآية 21:78

> ﻿وَدَاوُودَ وَسُلَيْمَانَ إِذْ يَحْكُمَانِ فِي الْحَرْثِ إِذْ نَفَشَتْ فِيهِ غَنَمُ الْقَوْمِ وَكُنَّا لِحُكْمِهِمْ شَاهِدِينَ [21:78]

78\. Davudu və Süleymanı da yada sal! Bir zaman onlar özgə adam­ların qo­yunlarının girib zay elədiyi bir əkin sahəsi ba­rəsin­də hökm vermişdilər. Biz onların hökmünə şahid idik.

### الآية 21:79

> ﻿فَفَهَّمْنَاهَا سُلَيْمَانَ ۚ وَكُلًّا آتَيْنَا حُكْمًا وَعِلْمًا ۚ وَسَخَّرْنَا مَعَ دَاوُودَ الْجِبَالَ يُسَبِّحْنَ وَالطَّيْرَ ۚ وَكُنَّا فَاعِلِينَ [21:79]

79\. Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmran­lıq və elm bəxş et­dik. Biz dağ­ları və quşla­rı Davudla bir­lik­də Allahı tə­riflə­mələri üçün ona ram etdik. Bunları Biz etdik.

### الآية 21:80

> ﻿وَعَلَّمْنَاهُ صَنْعَةَ لَبُوسٍ لَكُمْ لِتُحْصِنَكُمْ مِنْ بَأْسِكُمْ ۖ فَهَلْ أَنْتُمْ شَاكِرُونَ [21:80]

80\. Biz Davuda sizi döyüşdə təhlü­kə­lər­dən mühafizə etmək üçün zi­reh­lər düzəltməyi öy­rət­dik. Heç siz şükür edirsi­niz­mi?

### الآية 21:81

> ﻿وَلِسُلَيْمَانَ الرِّيحَ عَاصِفَةً تَجْرِي بِأَمْرِهِ إِلَى الْأَرْضِ الَّتِي بَارَكْنَا فِيهَا ۚ وَكُنَّا بِكُلِّ شَيْءٍ عَالِمِينَ [21:81]

81\. Güclü əsən küləyi Sü­ley­mana ram etdik. Küləklər onun əmri ilə bərəkət ver­diyi­miz ye­rə tərəf əsərdi. Biz hər şe­yi bi­lirik.

### الآية 21:82

> ﻿وَمِنَ الشَّيَاطِينِ مَنْ يَغُوصُونَ لَهُ وَيَعْمَلُونَ عَمَلًا دُونَ ذَٰلِكَ ۖ وَكُنَّا لَهُمْ حَافِظِينَ [21:82]

82\. Şeytanlar arasından onun üçün dəniz sularına dalıb dal­ğıc­lıq edən və bun­dan başqa di­gər işlər görənlər də var idi. Biz on­ları nə­zarətimiz altında saxla­yırdıq.

### الآية 21:83

> ﻿۞ وَأَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُ أَنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ [21:83]

83\. Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb de­mişdi: “Mənə, hə­qi­qətən də, bəla düçar olubdur. Sən rəhm­lilərin ən rəhm­lisisən!”

### الآية 21:84

> ﻿فَاسْتَجَبْنَا لَهُ فَكَشَفْنَا مَا بِهِ مِنْ ضُرٍّ ۖ وَآتَيْنَاهُ أَهْلَهُ وَمِثْلَهُمْ مَعَهُمْ رَحْمَةً مِنْ عِنْدِنَا وَذِكْرَىٰ لِلْعَابِدِينَ [21:84]

84\. Biz onun duasını qəbul etdik və ona düçar olmuş bə­la­nı ara­dan qal­dır­dıq. Öz tərə­fi­mizdən bir mərhə­mət və iba­dət edən­lə­rə bir ibrət olsun deyə, ailə­sini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik.

### الآية 21:85

> ﻿وَإِسْمَاعِيلَ وَإِدْرِيسَ وَذَا الْكِفْلِ ۖ كُلٌّ مِنَ الصَّابِرِينَ [21:85]

85\. İsmaili, İdrisi və Zülkifli də yada sal! Hamısı səbir edən­lər­dən idilər.

### الآية 21:86

> ﻿وَأَدْخَلْنَاهُمْ فِي رَحْمَتِنَا ۖ إِنَّهُمْ مِنَ الصَّالِحِينَ [21:86]

86\. Biz onları mərhəməti­mi­zə qovuş­durduq. Onlar, hə­qi­qətən, əməli­saleh­lər­dən idilər.

### الآية 21:87

> ﻿وَذَا النُّونِ إِذْ ذَهَبَ مُغَاضِبًا فَظَنَّ أَنْ لَنْ نَقْدِرَ عَلَيْهِ فَنَادَىٰ فِي الظُّلُمَاتِ أَنْ لَا إِلَٰهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ [21:87]

87\. Zün-Nunu da yada sal! Bir za­man o qəzəbli halda qövmün­dən ay­rı­lıb getmiş və onu sıxıntıya salmayacağımızı güman et­mişdi. Sonra da zülmətlər içində yal­va­rıb demişdi: “Sən­dən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəd­dəssən! Mən isə, hə­qiqətən, za­lımlardan ol­muşam!”

### الآية 21:88

> ﻿فَاسْتَجَبْنَا لَهُ وَنَجَّيْنَاهُ مِنَ الْغَمِّ ۚ وَكَذَٰلِكَ نُنْجِي الْمُؤْمِنِينَ [21:88]

88\. Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qur­tar­dıq. Biz mö­minləri belə xi­las edirik!

### الآية 21:89

> ﻿وَزَكَرِيَّا إِذْ نَادَىٰ رَبَّهُ رَبِّ لَا تَذَرْنِي فَرْدًا وَأَنْتَ خَيْرُ الْوَارِثِينَ [21:89]

89\. Zəkəriyyanı da yada sal! Bir za­man o yalvarıb demişdi: “Ey Rəb­bim! Məni tənha bu­raxma. Sən varislərin ən xeyirxahısan!”

### الآية 21:90

> ﻿فَاسْتَجَبْنَا لَهُ وَوَهَبْنَا لَهُ يَحْيَىٰ وَأَصْلَحْنَا لَهُ زَوْجَهُ ۚ إِنَّهُمْ كَانُوا يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَيَدْعُونَنَا رَغَبًا وَرَهَبًا ۖ وَكَانُوا لَنَا خَاشِعِينَ [21:90]

90\. Biz onun duasını qəbul et­dik, ona Yəhyanı bəxş etdik və zöv­cəsini ona uşaq doğ­mağa qa­dir etdik. Həqiqətən, onlar yax­şı iş­lər görməyə tə­ləsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bi­zə müti qullar idilər.

### الآية 21:91

> ﻿وَالَّتِي أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهَا مِنْ رُوحِنَا وَجَعَلْنَاهَا وَابْنَهَا آيَةً لِلْعَالَمِينَ [21:91]

91\. İsmətini qoruyan Mər­yə­mi də ya­da sal! Biz ona Öz ru­hu­muz­dan Cəb­rail vasitə­silə üfür­dük, onu və onun oğ­lunu aləm­lərə bir mö­cüzə etdik.

### الآية 21:92

> ﻿إِنَّ هَٰذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاعْبُدُونِ [21:92]

92\. Həqiqətən, bu, vahid bir din ola­raq sizin hamınızın dini­niz­dir. Mən də si­zin Rəbbini­zəm. Elə isə Mənə ibadət edin!

### الآية 21:93

> ﻿وَتَقَطَّعُوا أَمْرَهُمْ بَيْنَهُمْ ۖ كُلٌّ إِلَيْنَا رَاجِعُونَ [21:93]

93\. Lakin onlar özlərinə məx­sus dini öz aralarında par­çala­yıb dəs­tələrə ay­rıldılar. Onla­rın ha­mısı Bizim hüzu­ru­muza qa­yı­da­caq­lar.

### الآية 21:94

> ﻿فَمَنْ يَعْمَلْ مِنَ الصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا كُفْرَانَ لِسَعْيِهِ وَإِنَّا لَهُ كَاتِبُونَ [21:94]

94\. Kim mömin olduğu hal­da yaxşı işlər görsə, onun zəh­məti in­kar olun­maz. Şübhəsiz ki, Biz onun əməllərini yazırıq.

### الآية 21:95

> ﻿وَحَرَامٌ عَلَىٰ قَرْيَةٍ أَهْلَكْنَاهَا أَنَّهُمْ لَا يَرْجِعُونَ [21:95]

95\. Məhv etdiyimiz obalara qadağa qoyulmuşdur və onla­rın əha­lisi bir daha bu dün­yaya qayıtma­ya­caqlar.

### الآية 21:96

> ﻿حَتَّىٰ إِذَا فُتِحَتْ يَأْجُوجُ وَمَأْجُوجُ وَهُمْ مِنْ كُلِّ حَدَبٍ يَنْسِلُونَ [21:96]

96\. Nəhayət, Yəcuc və Mə­cuc səddi açıl­dığı və onlar tə­pə­lərdən axı­şıb gəl­dikləri zaman;

### الآية 21:97

> ﻿وَاقْتَرَبَ الْوَعْدُ الْحَقُّ فَإِذَا هِيَ شَاخِصَةٌ أَبْصَارُ الَّذِينَ كَفَرُوا يَا وَيْلَنَا قَدْ كُنَّا فِي غَفْلَةٍ مِنْ هَٰذَا بَلْ كُنَّا ظَالِمِينَ [21:97]

97\. haqq olan vədimiz ya­xınlaşdıqda kafirlərin gözləri dərhal bə­rələcək­dir. Onlar de­yə­cəklər: “Vay halımıza! Biz bun­dan qafil idik. Üstə­lik za­lım da ol­muşuq!”

### الآية 21:98

> ﻿إِنَّكُمْ وَمَا تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ حَصَبُ جَهَنَّمَ أَنْتُمْ لَهَا وَارِدُونَ [21:98]

98\. Ey kafirlər! Siz və Allah­dan başqa tapındıqlarınız Cə­hənnəm odunusu­nuz. Siz müt­ləq ora girəcəksiniz.

### الآية 21:99

> ﻿لَوْ كَانَ هَٰؤُلَاءِ آلِهَةً مَا وَرَدُوهَا ۖ وَكُلٌّ فِيهَا خَالِدُونَ [21:99]

99\. Əgər bunlar məbud ol­say­dılar, ora girməzdilər. Hal­buki ha­mısı orada əbə­di qala­caq.

### الآية 21:100

> ﻿لَهُمْ فِيهَا زَفِيرٌ وَهُمْ فِيهَا لَا يَسْمَعُونَ [21:100]

100\. Onlar orada inildəyəcək və heç nə eşitməyə­cəklər.

### الآية 21:101

> ﻿إِنَّ الَّذِينَ سَبَقَتْ لَهُمْ مِنَّا الْحُسْنَىٰ أُولَٰئِكَ عَنْهَا مُبْعَدُونَ [21:101]

101\. Əzəldən ən gözəl aqi­bət yazıl­mış insanlara gəldikdə isə, on­lar Od­dan uzaqlaşdırıl­mış olacaqlar.

### الآية 21:102

> ﻿لَا يَسْمَعُونَ حَسِيسَهَا ۖ وَهُمْ فِي مَا اشْتَهَتْ أَنْفُسُهُمْ خَالِدُونَ [21:102]

102\. Onlar onun xışıltısını belə eşit­məyəcəklər. Onlar ürək­lə­ri­nin istə­di­yi şeylər arasında əbədi qalacaqlar.

### الآية 21:103

> ﻿لَا يَحْزُنُهُمُ الْفَزَعُ الْأَكْبَرُ وَتَتَلَقَّاهُمُ الْمَلَائِكَةُ هَٰذَا يَوْمُكُمُ الَّذِي كُنْتُمْ تُوعَدُونَ [21:103]

103\. Ən böyük dəhşət on­la­rı kədər­ləndirməyəcək. Mələk­lər on­la­rı qarşı­layıb: “Bu sizə vəd olunmuş gü­nünüz­dür!”– deyəcəklər.

### الآية 21:104

> ﻿يَوْمَ نَطْوِي السَّمَاءَ كَطَيِّ السِّجِلِّ لِلْكُتُبِ ۚ كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُعِيدُهُ ۚ وَعْدًا عَلَيْنَا ۚ إِنَّا كُنَّا فَاعِلِينَ [21:104]

104\. O gün göyü yazılı sə­hi­fələrin büküldüyü kimi bü­kə­cəyik. Məx­luqatı ilk dəfə yarat­dığımız kimi yenə əv­vəl­ki ha­lına qay­ta­ra­ca­ğıq. Biz vəd ver­mi­şik. Sözsüz ki, Biz onu ye­ri­nə yeti­rə­cə­yik.

### الآية 21:105

> ﻿وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِنْ بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ [21:105]

105\. Biz Zikrdən (Lövhi-məh­fuz­da­kı yazıdan) sonra nazil et­di­yi­miz ki­tab­larda da yazmış­dıq ki, yer üzünə Mə­­nim əməli­sa­leh qul­la­rım varis ola­caqlar.

### الآية 21:106

> ﻿إِنَّ فِي هَٰذَا لَبَلَاغًا لِقَوْمٍ عَابِدِينَ [21:106]

106\. Həqiqətən, bunda iba­dət edən­lər üçün bir bildiriş vardır.

### الآية 21:107

> ﻿وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ [21:107]

107\. Səni də aləmlərə ancaq bir rəh­mət olaraq göndərdik.

### الآية 21:108

> ﻿قُلْ إِنَّمَا يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ ۖ فَهَلْ أَنْتُمْ مُسْلِمُونَ [21:108]

108\. De: “Mənə belə vəhy olu­nur ki, sizin məbudunuz Tək olan İlahdır. Siz mü­səlman ol­acaqsınızmı?”

### الآية 21:109

> ﻿فَإِنْ تَوَلَّوْا فَقُلْ آذَنْتُكُمْ عَلَىٰ سَوَاءٍ ۖ وَإِنْ أَدْرِي أَقَرِيبٌ أَمْ بَعِيدٌ مَا تُوعَدُونَ [21:109]

109\. Əgər onlar üz döndər­sələr, de: “Mən bu dini sizə ol­duğu ki­mi təbliğ et­dim. Sizə vəd olunan şeyin yaxın və ya uzaq ol­du­ğu­nu bilmirəm.

### الآية 21:110

> ﻿إِنَّهُ يَعْلَمُ الْجَهْرَ مِنَ الْقَوْلِ وَيَعْلَمُ مَا تَكْتُمُونَ [21:110]

110\. Söz yoxdur ki, Allah açıq de­yi­lən sözü də, sizin giz­lədib sax­la­dıqla­rı­nızı da bilir.

### الآية 21:111

> ﻿وَإِنْ أَدْرِي لَعَلَّهُ فِتْنَةٌ لَكُمْ وَمَتَاعٌ إِلَىٰ حِينٍ [21:111]

111\. Mən isə bilmirəm, bəl­kə də, bu sizi sınaqdan keçirt­mək və mü­əyyən müddət ər­zində bu dün­yada faydalan­ma­ğınız üçündür”.

### الآية 21:112

> ﻿قَالَ رَبِّ احْكُمْ بِالْحَقِّ ۗ وَرَبُّنَا الرَّحْمَٰنُ الْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ [21:112]

112\. Peyğəmbər dedi: “Ey Rəb­bim! Mənimlə kafirlər ara­sında əda­lət­lə hökm ver! Sizin aid et­diyiniz sifətlərə qarşı an­caq Mərhəmətli olan Rəbbi­miz­dən kömək diləmək lazımdır”.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/21.md)
- [كل تفاسير سورة الأنبياء
](https://quranpedia.net/surah-tafsir/21.md)
- [ترجمات سورة الأنبياء
](https://quranpedia.net/translations/21.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/21/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
