---
title: "ترجمة سورة الحج - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/22/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/22/book/1983"
surah_id: "22"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة الحج - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/22/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الحج - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/22/book/1983*.

Translation of Surah الحج from "الترجمة الأذرية" in الأذرية.

### الآية 22:1

> يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمْ ۚ إِنَّ زَلْزَلَةَ السَّاعَةِ شَيْءٌ عَظِيمٌ [22:1]

1\. Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, o Saatın sar­sın­tı­sı müdhiş bir şey ola­caq­.

### الآية 22:2

> ﻿يَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّا أَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى النَّاسَ سُكَارَىٰ وَمَا هُمْ بِسُكَارَىٰ وَلَٰكِنَّ عَذَابَ اللَّهِ شَدِيدٌ [22:2]

2\. Onu görəcəyiniz gün hər bir əm­zikli qadın əmiz­dirdi­yi­ni unu­da­caq, hər bir hamilə qa­dın bət­nin­dəkini sala­caqdır. İnsan­ları sər­xoş gö­rə­­cəksən, hal­buki onlar sərxoş olmaya­caqlar. La­kin Alla­hın əzabı hədsiz şid­dət­li­dir.

### الآية 22:3

> ﻿وَمِنَ النَّاسِ مَنْ يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَيَتَّبِعُ كُلَّ شَيْطَانٍ مَرِيدٍ [22:3]

3\. İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haq­qında müba­hi­sə edir və hər bir asi şeytana itaət edir.

### الآية 22:4

> ﻿كُتِبَ عَلَيْهِ أَنَّهُ مَنْ تَوَلَّاهُ فَأَنَّهُ يُضِلُّهُ وَيَهْدِيهِ إِلَىٰ عَذَابِ السَّعِيرِ [22:4]

4\. Onun haqqında belə ya­zılmışdır; kim şeytanla dostluq etsə, şey­tan onu doğru yoldan çıxardıb alovlu Odun əza­bına sürükləyər.

### الآية 22:5

> ﻿يَا أَيُّهَا النَّاسُ إِنْ كُنْتُمْ فِي رَيْبٍ مِنَ الْبَعْثِ فَإِنَّا خَلَقْنَاكُمْ مِنْ تُرَابٍ ثُمَّ مِنْ نُطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ مِنْ مُضْغَةٍ مُخَلَّقَةٍ وَغَيْرِ مُخَلَّقَةٍ لِنُبَيِّنَ لَكُمْ ۚ وَنُقِرُّ فِي الْأَرْحَامِ مَا نَشَاءُ إِلَىٰ أَجَلٍ مُسَمًّى ثُمَّ نُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوا أَشُدَّكُمْ ۖ وَمِنْكُمْ مَنْ يُتَوَفَّىٰ وَمِنْكُمْ مَنْ يُرَدُّ إِلَىٰ أَرْذَلِ الْعُمُرِ لِكَيْلَا يَعْلَمَ مِنْ بَعْدِ عِلْمٍ شَيْئًا ۚ وَتَرَى الْأَرْضَ هَامِدَةً فَإِذَا أَنْزَلْنَا عَلَيْهَا الْمَاءَ اهْتَزَّتْ وَرَبَتْ وَأَنْبَتَتْ مِنْ كُلِّ زَوْجٍ بَهِيجٍ [22:5]

5\. Ey insanlar! Yenidən di­ri­ləcə­yini­zə şübhə edirsinizsə, bi­lin ki, hə­qiqətən də, Biz sizi tor­paqdan, sonra nütfədən, sonra lax­ta­lan­mış qandan, da­ha son­ra tam bir şəklə salınmış və ya salın­ma­mış bir parça ətdən ya­ratdıq ki, qüd­rə­ti­mizi sizə bə­yan edək. Bətnlərdə is­­tədi­yi­mizi müəyyən bir vaxt ərzində sax­layırıq. Sonra sizi oradan uşaq kimi çı­xardırıq ki, yetkinlik ça­ğına yetişəsiniz. Sizdən kimisi yet­­kinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rə­za­lətli dövrünə çatdırılır ki, vax­tilə bildiyi şey­ləri unutsun. Sən yer üzünü cansız gö­rürsən. Biz ona yağ­mur endirdiyimiz za­man o, hə­rəkətə gə­lib qaba­rır və cür­bə­cür gözəl bitkilər biti­rir.

### الآية 22:6

> ﻿ذَٰلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّهُ يُحْيِي الْمَوْتَىٰ وَأَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ [22:6]

6\. Bunun səbəbi Allahın Haqq ol­masındadır. O, ölüləri dirildir və hər şeyə qadirdir.

### الآية 22:7

> ﻿وَأَنَّ السَّاعَةَ آتِيَةٌ لَا رَيْبَ فِيهَا وَأَنَّ اللَّهَ يَبْعَثُ مَنْ فِي الْقُبُورِ [22:7]

7\. Həmin Saat gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbir­lərdə olanları di­rildəcəkdir.

### الآية 22:8

> ﻿وَمِنَ النَّاسِ مَنْ يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا كِتَابٍ مُنِيرٍ [22:8]

8\. İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yol gös­təricisi və nur saçan bir kitabı olmadan Allah haqqın­da mü­ba­hi­sə edir.

### الآية 22:9

> ﻿ثَانِيَ عِطْفِهِ لِيُضِلَّ عَنْ سَبِيلِ اللَّهِ ۖ لَهُ فِي الدُّنْيَا خِزْيٌ ۖ وَنُذِيقُهُ يَوْمَ الْقِيَامَةِ عَذَابَ الْحَرِيقِ [22:9]

9\. O, başını təkəbbürlə o yan-bu yana çevirir ki, insanları Allahın yolundan sapdırsın. O bu dünyada rüsvay ola­caq, Qi­yamət günü isə Biz ona Cə­hən­nəm məşəqqətini nəsib edə­cə­yik.

### الآية 22:10

> ﻿ذَٰلِكَ بِمَا قَدَّمَتْ يَدَاكَ وَأَنَّ اللَّهَ لَيْسَ بِظَلَّامٍ لِلْعَبِيدِ [22:10]

10\. Ona deyiləcəkdir: “Bu, əv­vəllər öz törətdiyin əməllə­rin əvə­zi­dir, yoxsa Allah qul­larına əsla zülm edən deyil­dir”.

### الآية 22:11

> ﻿وَمِنَ النَّاسِ مَنْ يَعْبُدُ اللَّهَ عَلَىٰ حَرْفٍ ۖ فَإِنْ أَصَابَهُ خَيْرٌ اطْمَأَنَّ بِهِ ۖ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ انْقَلَبَ عَلَىٰ وَجْهِهِ خَسِرَ الدُّنْيَا وَالْآخِرَةَ ۚ ذَٰلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ [22:11]

11\. İnsanlardan eləsi də var­ ki, Alla­ha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz dön­də­rib küfrə qayıdar. O adam dün­yanı da iti­rər, axi­rəti də. Ger­çək zərər də elə bu­dur.

### الآية 22:12

> ﻿يَدْعُو مِنْ دُونِ اللَّهِ مَا لَا يَضُرُّهُ وَمَا لَا يَنْفَعُهُ ۚ ذَٰلِكَ هُوَ الضَّلَالُ الْبَعِيدُ [22:12]

12\. O, Allahı tərk edərək özü­nə nə zə­rər, nə də xeyir verə bil­mə­yənə yal­varır. Dərin az­ğınlıq da elə budur.

### الآية 22:13

> ﻿يَدْعُو لَمَنْ ضَرُّهُ أَقْرَبُ مِنْ نَفْعِهِ ۚ لَبِئْسَ الْمَوْلَىٰ وَلَبِئْسَ الْعَشِيرُ [22:13]

13\. Həm də zərəri xey­rin­dən daha ya­xın olana yalvarır. O nə pis köməkçi, nə pis yol­daş­dır!

### الآية 22:14

> ﻿إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۚ إِنَّ اللَّهَ يَفْعَلُ مَا يُرِيدُ [22:14]

14\. Allah iman gətirib yaxşı işlər gö­rənləri ağacları altın­dan çay­lar axan cən­nətlərə daxil edəcək. Şübhəsiz ki, Allah istə­di­yi­ni edər.

### الآية 22:15

> ﻿مَنْ كَانَ يَظُنُّ أَنْ لَنْ يَنْصُرَهُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ فَلْيَمْدُدْ بِسَبَبٍ إِلَى السَّمَاءِ ثُمَّ لْيَقْطَعْ فَلْيَنْظُرْ هَلْ يُذْهِبَنَّ كَيْدُهُ مَا يَغِيظُ [22:15]

15\. Kim Allahın, dünyada və axi­rətdə Öz peyğəmbərinə kö­mək göstər­mə­yəcəyi güma­nın­dadırsa, qoy yuxa­rı­ya – evi­nin tavanına bir ip salıb boy­nu­na keçirsin, sonra da ayağını yerdən üz­sün və gör­sün ki, onun bu hiyləsi, qə­zəbinə sə­bəb olduğu Allahın bu kömə­yinə mane ola bilərmi?

### الآية 22:16

> ﻿وَكَذَٰلِكَ أَنْزَلْنَاهُ آيَاتٍ بَيِّنَاتٍ وَأَنَّ اللَّهَ يَهْدِي مَنْ يُرِيدُ [22:16]

16\. Beləcə, Biz Quranı açıq-aydın ayə­lər kimi nazil etdik. Allah is­tədiyi kəsi doğru yola yönəldir.

### الآية 22:17

> ﻿إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالصَّابِئِينَ وَالنَّصَارَىٰ وَالْمَجُوسَ وَالَّذِينَ أَشْرَكُوا إِنَّ اللَّهَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ [22:17]

17\. Şübhəsiz ki, Qiyamət gü­nü Allah möminlər, yəhudi­lər, sa­bi­ilər, xaçpə­rəst­­lər, atəş­pə­rəst­lər və müşriklər ara­sında hökm ve­rə­cəkdir. Həqiqətən, Allah hər şeyə şahiddir.

### الآية 22:18

> ﻿أَلَمْ تَرَ أَنَّ اللَّهَ يَسْجُدُ لَهُ مَنْ فِي السَّمَاوَاتِ وَمَنْ فِي الْأَرْضِ وَالشَّمْسُ وَالْقَمَرُ وَالنُّجُومُ وَالْجِبَالُ وَالشَّجَرُ وَالدَّوَابُّ وَكَثِيرٌ مِنَ النَّاسِ ۖ وَكَثِيرٌ حَقَّ عَلَيْهِ الْعَذَابُ ۗ وَمَنْ يُهِنِ اللَّهُ فَمَا لَهُ مِنْ مُكْرِمٍ ۚ إِنَّ اللَّهَ يَفْعَلُ مَا يَشَاءُ ۩ [22:18]

18\. Məgər göylərdə və yer­də olan­la­rın, günəşin, ayın, ul­duz­la­rın, dağların, ağacların, hey­vanların və insanların xey­li hissəsinin Alla­ha səcdə etdi­yini görmürsənmi? Onların ək­səriyyəti isə əzab çək­məyə la­yiq olanlardır. Allahın alçalt­dı­ğı kimsəyə heç kəs hör­mət qoy­maz. Həqiqətən, Allah istə­di­yi­ni edər.

### الآية 22:19

> ﻿۞ هَٰذَانِ خَصْمَانِ اخْتَصَمُوا فِي رَبِّهِمْ ۖ فَالَّذِينَ كَفَرُوا قُطِّعَتْ لَهُمْ ثِيَابٌ مِنْ نَارٍ يُصَبُّ مِنْ فَوْقِ رُءُوسِهِمُ الْحَمِيمُ [22:19]

19\. Onlar öz Rəbbi barə­sin­də hö­cət­ləşən iki dəstədir. Ka­firlər üçün oddan paltar bi­çi­lə­cək, başlarına da qaynar su tö­küləcəkdir.

### الآية 22:20

> ﻿يُصْهَرُ بِهِ مَا فِي بُطُونِهِمْ وَالْجُلُودُ [22:20]

20\. Bununla, onların bətn­lə­rin­də­ki­ləri və dərisi əridilə­cək­dir.

### الآية 22:21

> ﻿وَلَهُمْ مَقَامِعُ مِنْ حَدِيدٍ [22:21]

21\. Onlar üçün dəmir top­puzlar da hazırlanmışdır.

### الآية 22:22

> ﻿كُلَّمَا أَرَادُوا أَنْ يَخْرُجُوا مِنْهَا مِنْ غَمٍّ أُعِيدُوا فِيهَا وَذُوقُوا عَذَابَ الْحَرِيقِ [22:22]

22\. Onlar hər dəfə oradan çıx­maq, qəmdən qurtarmaq is­tə­dik­də yeni­dən oraya qayta­rı­la­caq və onlara: “Dadın odun əza­bını!”– de­yiləcəkdir.

### الآية 22:23

> ﻿إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِنْ ذَهَبٍ وَلُؤْلُؤًا ۖ وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌ [22:23]

23\. Həqiqətən də, Allah iman gətirib yaxşı işlər görənləri ağac­ları altından çay­lar axan cən­nətlərə daxil edə­cək­dir. Onlar orada qızıl bilərzik­lərlə və incilərlə bəzədiləcək, li­bas­ları da ipək­dən olacaqdır.

### الآية 22:24

> ﻿وَهُدُوا إِلَى الطَّيِّبِ مِنَ الْقَوْلِ وَهُدُوا إِلَىٰ صِرَاطِ الْحَمِيدِ [22:24]

24\. Onlar gözəl kəlamlar öy­rənməyə nail olmuş və Tə­rifə­layiq Alla­hın yolu­na yönəldil­mişlər.

### الآية 22:25

> ﻿إِنَّ الَّذِينَ كَفَرُوا وَيَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ وَالْمَسْجِدِ الْحَرَامِ الَّذِي جَعَلْنَاهُ لِلنَّاسِ سَوَاءً الْعَاكِفُ فِيهِ وَالْبَادِ ۚ وَمَنْ يُرِدْ فِيهِ بِإِلْحَادٍ بِظُلْمٍ نُذِقْهُ مِنْ عَذَابٍ أَلِيمٍ [22:25]

25\. Kafir olanlara, insanları həm Allah yolundan, həm də bütün in­sanlar – is­tər yerlilər, istərsə də gəlmələr – üçün qur­duğumuz Məscidulharamdan sap­dı­ranlara və orada zülm et­məklə haq­dan dön­mək istə­yən­lərə ağrılı-acılı bir əzab daddı­racağıq.

### الآية 22:26

> ﻿وَإِذْ بَوَّأْنَا لِإِبْرَاهِيمَ مَكَانَ الْبَيْتِ أَنْ لَا تُشْرِكْ بِي شَيْئًا وَطَهِّرْ بَيْتِيَ لِلطَّائِفِينَ وَالْقَائِمِينَ وَالرُّكَّعِ السُّجُودِ [22:26]

26\. Bir zaman Biz İbrahimə müqəddəs Evin yerini nişan ve­rib: “Mə­nə heç bir şeyi şərik qoşma, Evimi təvaf edənlər, na­maza du­ran­lar, rüku və səcdə edənlər üçün təmizlə!”– de­miş­dik.

### الآية 22:27

> ﻿وَأَذِّنْ فِي النَّاسِ بِالْحَجِّ يَأْتُوكَ رِجَالًا وَعَلَىٰ كُلِّ ضَامِرٍ يَأْتِينَ مِنْ كُلِّ فَجٍّ عَمِيقٍ [22:27]

27\. İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yol­dan gələn qayışbaldır dəvələr üs­tündə gəl­sin­lər.

### الآية 22:28

> ﻿لِيَشْهَدُوا مَنَافِعَ لَهُمْ وَيَذْكُرُوا اسْمَ اللَّهِ فِي أَيَّامٍ مَعْلُومَاتٍ عَلَىٰ مَا رَزَقَهُمْ مِنْ بَهِيمَةِ الْأَنْعَامِ ۖ فَكُلُوا مِنْهَا وَأَطْعِمُوا الْبَائِسَ الْفَقِيرَ [22:28]

28\. Qoy onlar öz mənfəətlə­rinin şa­hi­di olsunlar və məlum gün­lər­də Alla­hın onlara ver­di­yi heyvanları qurban kə­sər­kən Allahın adı­nı çəksinlər. Onlar­dan özü­nüz də yeyin, sıxıntı için­də olan yox­sul­lara da ye­dir­din!

### الآية 22:29

> ﻿ثُمَّ لْيَقْضُوا تَفَثَهُمْ وَلْيُوفُوا نُذُورَهُمْ وَلْيَطَّوَّفُوا بِالْبَيْتِ الْعَتِيقِ [22:29]

29\. Sonra həcc ayinlərini ta­mamla­sın­lar, nəzirlərini ye­rinə çat­dır­sınlar və qə­dim Evi təvaf etsinlər.

### الآية 22:30

> ﻿ذَٰلِكَ وَمَنْ يُعَظِّمْ حُرُمَاتِ اللَّهِ فَهُوَ خَيْرٌ لَهُ عِنْدَ رَبِّهِ ۗ وَأُحِلَّتْ لَكُمُ الْأَنْعَامُ إِلَّا مَا يُتْلَىٰ عَلَيْكُمْ ۖ فَاجْتَنِبُوا الرِّجْسَ مِنَ الْأَوْثَانِ وَاجْتَنِبُوا قَوْلَ الزُّورِ [22:30]

30\. Bax belə! Hər kim Alla­hın haram buyurduqlarına hör­mət et­sə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. Haram olduğu sizə oxu­nanlardan baş­qa, qalan heyvanlar sizə halal edilmişdir. Elə isə mur­dar büt­lərdən uzaq olun, yalan söz­­lər­dən də çəkinin;

### الآية 22:31

> ﻿حُنَفَاءَ لِلَّهِ غَيْرَ مُشْرِكِينَ بِهِ ۚ وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ السَّمَاءِ فَتَخْطَفُهُ الطَّيْرُ أَوْ تَهْوِي بِهِ الرِّيحُ فِي مَكَانٍ سَحِيقٍ [22:31]

31\. ancaq tək Allaha ibadət edən­lər­dən və Ona şərik qoş­ma­yan­lardan olun! Kim Allaha şərik qoşsa, sanki o, göy­dən dü­şər, quş­lar onu alıb aparar, ya­xud külək onu sovurub uzaq bir yerə atar.

### الآية 22:32

> ﻿ذَٰلِكَ وَمَنْ يُعَظِّمْ شَعَائِرَ اللَّهِ فَإِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ [22:32]

32\. Bax belə! Hər kim Alla­hın ayin­lə­rinə hörmət etsə, bil­sin ki, bu, qəlb­lə­rin təqvasın­dandır.

### الآية 22:33

> ﻿لَكُمْ فِيهَا مَنَافِعُ إِلَىٰ أَجَلٍ مُسَمًّى ثُمَّ مَحِلُّهَا إِلَى الْبَيْتِ الْعَتِيقِ [22:33]

33\. Qurbanlıq hey­vanlarda si­zin üçün müəyyən bir vaxta qədər mən­fəət var­dır. Sonra onların kəsi­ləcə­yi yer qədim Evin yaxınlı­ğın­dadır.

### الآية 22:34

> ﻿وَلِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنْسَكًا لِيَذْكُرُوا اسْمَ اللَّهِ عَلَىٰ مَا رَزَقَهُمْ مِنْ بَهِيمَةِ الْأَنْعَامِ ۗ فَإِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ فَلَهُ أَسْلِمُوا ۗ وَبَشِّرِ الْمُخْبِتِينَ [22:34]

34\. Biz hər bir ümmət üçün qurban­gah müəyyən etdik ki, Alla­hın onlara ruzi olaraq ver­diyi heyvanları qurban kəsər­kən Allahın adı­nı çəksinlər. Sizin məbudunuz Tək olan İlahdır. Yalnız Ona ita­ət edin. Sən müti olanlara müjdə ver;

### الآية 22:35

> ﻿الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَالصَّابِرِينَ عَلَىٰ مَا أَصَابَهُمْ وَالْمُقِيمِي الصَّلَاةِ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ [22:35]

35\. o kəslərə ki, Allah anıl­dığı za­man qəlbləri qorxuya dü­şər, baş­ları­na gələ­nlərə səbir edər, namaz qılar və on­lara ver­di­yimiz ru­zidən Allah yolunda xərc­lə­yərlər.

### الآية 22:36

> ﻿وَالْبُدْنَ جَعَلْنَاهَا لَكُمْ مِنْ شَعَائِرِ اللَّهِ لَكُمْ فِيهَا خَيْرٌ ۖ فَاذْكُرُوا اسْمَ اللَّهِ عَلَيْهَا صَوَافَّ ۖ فَإِذَا وَجَبَتْ جُنُوبُهَا فَكُلُوا مِنْهَا وَأَطْعِمُوا الْقَانِعَ وَالْمُعْتَرَّ ۚ كَذَٰلِكَ سَخَّرْنَاهَا لَكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ [22:36]

36\. Biz qurbanlıq dəvələri də sizin üçün Allahın dininin ayin­lə­rin­dən et­dik. Onlarda si­zin üçün xeyir vardır. Onları səf-səf dü­zül­müş halda kəsər­kən Allahın adını çəkin. Böyrü üs­tə yıxıl­dıqları za­man on­lardan özünüz də ye­yin, aza qane olan kasıba və dilənçiyə də yedir­din. Qur­banlıq hey­van­ları sizə beləcə ram etdik ki, bəlkə şü­kür edə­siniz.

### الآية 22:37

> ﻿لَنْ يَنَالَ اللَّهَ لُحُومُهَا وَلَا دِمَاؤُهَا وَلَٰكِنْ يَنَالُهُ التَّقْوَىٰ مِنْكُمْ ۚ كَذَٰلِكَ سَخَّرَهَا لَكُمْ لِتُكَبِّرُوا اللَّهَ عَلَىٰ مَا هَدَاكُمْ ۗ وَبَشِّرِ الْمُحْسِنِينَ [22:37]

37\. Onların nə əti, nə də qa­nı, Allaha çatmaz. Ona yal­nız sizin təq­va­nız ça­tar. Sizi doğru yola yönəlt­di­yinə görə Onu uca tu­ta­sı­nız deyə, bu hey­vanları si­zə beləcə ram etdi. Sən yaxşılıq edənləri müj­dələ!

### الآية 22:38

> ﻿۞ إِنَّ اللَّهَ يُدَافِعُ عَنِ الَّذِينَ آمَنُوا ۗ إِنَّ اللَّهَ لَا يُحِبُّ كُلَّ خَوَّانٍ كَفُورٍ [22:38]

38\. Şübhəsiz ki, Allah iman gəti­rən­ləri mühafizə edir. Hə­qi­qə­tən, Allah heç bir nankor xaini sevmir.

### الآية 22:39

> ﻿أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا ۚ وَإِنَّ اللَّهَ عَلَىٰ نَصْرِهِمْ لَقَدِيرٌ [22:39]

39\. Kafirlərin vuruşa baş­la­dı­ğı insan­lara, o kafirlərlə vu­ruş­mağa ica­zə ve­ril­mişdir. Çünki onlar zülmə məruz qal­mışlar. Şübhəsiz ki, Allah on­lara kö­mək etməyə qadirdir.

### الآية 22:40

> ﻿الَّذِينَ أُخْرِجُوا مِنْ دِيَارِهِمْ بِغَيْرِ حَقٍّ إِلَّا أَنْ يَقُولُوا رَبُّنَا اللَّهُ ۗ وَلَوْلَا دَفْعُ اللَّهِ النَّاسَ بَعْضَهُمْ بِبَعْضٍ لَهُدِّمَتْ صَوَامِعُ وَبِيَعٌ وَصَلَوَاتٌ وَمَسَاجِدُ يُذْكَرُ فِيهَا اسْمُ اللَّهِ كَثِيرًا ۗ وَلَيَنْصُرَنَّ اللَّهُ مَنْ يَنْصُرُهُ ۗ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ [22:40]

40\. Onlar ancaq “Rəbbimiz Allah­dır”– dediklərinə görə haq­sız ye­rə yurd­larından çıxa­rıl­dı­lar. Əgər Allah in­san­ların bə­zi­lərini di­gər­ləri ilə dəf et­mə­səy­di, içərisində Allahın adı çox zikr olunan hüc­rələr, kilsələr, sinaqoqlar və məscid­lər da­ğı­lıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yar­dım edər. Şübhəsiz ki, Allah Qüv­vət­li­dir, Qüd­rət­lidir.

### الآية 22:41

> ﻿الَّذِينَ إِنْ مَكَّنَّاهُمْ فِي الْأَرْضِ أَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ وَأَمَرُوا بِالْمَعْرُوفِ وَنَهَوْا عَنِ الْمُنْكَرِ ۗ وَلِلَّهِ عَاقِبَةُ الْأُمُورِ [22:41]

41\. Əgər onlara yer üzündə hökm­ran­lıq versək, onlar na­maz qı­lar, zəkat ve­rər, yaxşı iş­lər gör­məyi əmr edib, pis iş­lər gör­məyi qa­dağan edərlər. Bü­tün işlərin aqibəti Allaha aid­dir.

### الآية 22:42

> ﻿وَإِنْ يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَثَمُودُ [22:42]

42\. Əgər səni yalançı saysa­lar, bil ki, səndən əvvəl Nuhun xalqı da, Ad və Sə­mud tayfa­ları da elçiləri yalançı say­mış­dı.

### الآية 22:43

> ﻿وَقَوْمُ إِبْرَاهِيمَ وَقَوْمُ لُوطٍ [22:43]

43\. İbrahim tayfası da, Lut xalqı da,

### الآية 22:44

> ﻿وَأَصْحَابُ مَدْيَنَ ۖ وَكُذِّبَ مُوسَىٰ فَأَمْلَيْتُ لِلْكَافِرِينَ ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ نَكِيرِ [22:44]

44\. Mədyən əhli də elçi­ləri ya­lançı say­mışdı. Musa da ya­lan­çı sa­yıl­mışdı. Mən kafir­lərə möh­lət verdim, sonra on­ları əzabla ya­xa­la­dım. Mənim onları in­kar etməyimin necə olduğunu bir gö­rəydin!

### الآية 22:45

> ﻿فَكَأَيِّنْ مِنْ قَرْيَةٍ أَهْلَكْنَاهَا وَهِيَ ظَالِمَةٌ فَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَبِئْرٍ مُعَطَّلَةٍ وَقَصْرٍ مَشِيدٍ [22:45]

45\. Neçə-neçə şəhər ol­muş­dur ki, əhalisi zülm edər­kən Biz on­ları məhv etdik. İndi onlar özülünə qədər uçul­muş­dur. Ne­çə-ne­çə tərk edilmiş qu­yu və neçə-neçə boş qal­mış qəsr də var­dır.

### الآية 22:46

> ﻿أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَا أَوْ آذَانٌ يَسْمَعُونَ بِهَا ۖ فَإِنَّهَا لَا تَعْمَى الْأَبْصَارُ وَلَٰكِنْ تَعْمَى الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ [22:46]

46\. Məgər onlar yer üzündə gəzib dolaşaraq zalım­ların aqi­bəti­ni qəl­bləri ilə dü­şü­nüb, qulaqları ilə eşit­mirlər? Axı əslində gözlər deyil, köks­lərdəki qəlb kor olur.

### الآية 22:47

> ﻿وَيَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَلَنْ يُخْلِفَ اللَّهُ وَعْدَهُ ۚ وَإِنَّ يَوْمًا عِنْدَ رَبِّكَ كَأَلْفِ سَنَةٍ مِمَّا تَعُدُّونَ [22:47]

47\. Onlar səndən əzabın tez gəl­məsi­ni istəyirlər. Allah Öz və­di­nə əs­la xilaf çıxmaz. Rəb­bi­nin yanında olan bir gün sizin say­dı­ğı­nı­zın min ili kimidir!

### الآية 22:48

> ﻿وَكَأَيِّنْ مِنْ قَرْيَةٍ أَمْلَيْتُ لَهَا وَهِيَ ظَالِمَةٌ ثُمَّ أَخَذْتُهَا وَإِلَيَّ الْمَصِيرُ [22:48]

48\. Neçə-neçə şəhərə, əha­­li­si zülm edərkən möhlət ver­dim, son­ra onları əzab­la yaxa­la­dım. Dönüş də ancaq Mə­nədir!

### الآية 22:49

> ﻿قُلْ يَا أَيُّهَا النَّاسُ إِنَّمَا أَنَا لَكُمْ نَذِيرٌ مُبِينٌ [22:49]

49\. De: “Ey insanlar! Mən si­zə yal­nız açıq-aydın xə­bər­dar­lıq edə­nəm.

### الآية 22:50

> ﻿فَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ مَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ [22:50]

50\. İman gətirib yaxşı işlər görənlər üçün bağışlanma və bol ru­zi hazır­lan­mışdır.

### الآية 22:51

> ﻿وَالَّذِينَ سَعَوْا فِي آيَاتِنَا مُعَاجِزِينَ أُولَٰئِكَ أَصْحَابُ الْجَحِيمِ [22:51]

51\. Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə Cəhən­nəm sakin­ləridirlər.

### الآية 22:52

> ﻿وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ وَلَا نَبِيٍّ إِلَّا إِذَا تَمَنَّىٰ أَلْقَى الشَّيْطَانُ فِي أُمْنِيَّتِهِ فَيَنْسَخُ اللَّهُ مَا يُلْقِي الشَّيْطَانُ ثُمَّ يُحْكِمُ اللَّهُ آيَاتِهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ [22:52]

52\. Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər gön­dər­mə­mi­şik ki, o, ayə­­lərimizi oxu­maq istədikdə şeytan onun oxu­duğuna giz­licə vəsvəsə ver­mə­sin. La­kin Allah şeytanın giz­licə təlqin etdi­yi­ni yoxa çıxa­rar. Sonra da Allah Öz ayə­lə­rini möhkəmlədər. Allah hər şeyi bi­lən­dir, hikmət sahibidir.

### الآية 22:53

> ﻿لِيَجْعَلَ مَا يُلْقِي الشَّيْطَانُ فِتْنَةً لِلَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ وَالْقَاسِيَةِ قُلُوبُهُمْ ۗ وَإِنَّ الظَّالِمِينَ لَفِي شِقَاقٍ بَعِيدٍ [22:53]

53\. Belə edər ki, şeytanın giz­li təl­qi­ni­ qəlbində xəstəlik olan­lar və qəlbi sərt olan in­sanlar üçün bır sınaq vasitəsinə çev­rilsin. Həqiqə­tən, zalımlar uzaq bir ayrılıq içindədirlər.

### الآية 22:54

> ﻿وَلِيَعْلَمَ الَّذِينَ أُوتُوا الْعِلْمَ أَنَّهُ الْحَقُّ مِنْ رَبِّكَ فَيُؤْمِنُوا بِهِ فَتُخْبِتَ لَهُ قُلُوبُهُمْ ۗ وَإِنَّ اللَّهَ لَهَادِ الَّذِينَ آمَنُوا إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ [22:54]

54\. Qoy elm verilən kəslər, bu Ki­ta­bın Rəbbin tərəfindən gön­də­ril­miş həqi­qət olduğunu bilsinlər ki, ona inan­sın­lar və qəlbləri ona bağ­lansın. Şübhə­siz ki, Allah iman gətirənləri doğru yola yönəl­dər.

### الآية 22:55

> ﻿وَلَا يَزَالُ الَّذِينَ كَفَرُوا فِي مِرْيَةٍ مِنْهُ حَتَّىٰ تَأْتِيَهُمُ السَّاعَةُ بَغْتَةً أَوْ يَأْتِيَهُمْ عَذَابُ يَوْمٍ عَقِيمٍ [22:55]

55\. Kafir olanlar isə, o Saat qəflətən onların başlarının üs­tünü ala­nadək, ya­xud səmərə­siz bir günün əzabı onlara gə­lib yeti­şə­nə­dək, Quran barə­sin­də şəkk-şübhə içində qa­larlar.

### الآية 22:56

> ﻿الْمُلْكُ يَوْمَئِذٍ لِلَّهِ يَحْكُمُ بَيْنَهُمْ ۚ فَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فِي جَنَّاتِ النَّعِيمِ [22:56]

56\. O gün hökm yalnız Alla­hındır. Allah onların ara­sında hökm ve­rə­cəkdir­. İman gətirib yaxşı işlər görənlər Nəim cən­nətlərində ola­caq­lar.

### الآية 22:57

> ﻿وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا فَأُولَٰئِكَ لَهُمْ عَذَابٌ مُهِينٌ [22:57]

57\. Kafir olub ayələrimizi ya­lan he­sab edənləri isə rüs­vaye­dici bir əzab gözləyir.

### الآية 22:58

> ﻿وَالَّذِينَ هَاجَرُوا فِي سَبِيلِ اللَّهِ ثُمَّ قُتِلُوا أَوْ مَاتُوا لَيَرْزُقَنَّهُمُ اللَّهُ رِزْقًا حَسَنًا ۚ وَإِنَّ اللَّهَ لَهُوَ خَيْرُ الرَّازِقِينَ [22:58]

58\. Allah yolunda hicrət edən­lərə, sonra öldürülənlərə və ya­xud ölən­lərə Allah hök­mən gö­zəl ruzi verəcəkdir. Hə­­qiqətən, Allah ru­zi verənlərin ən yax­şısıdır!

### الآية 22:59

> ﻿لَيُدْخِلَنَّهُمْ مُدْخَلًا يَرْضَوْنَهُ ۗ وَإِنَّ اللَّهَ لَعَلِيمٌ حَلِيمٌ [22:59]

59\. Allah onları razı qala­caq­ları yerə daxil edə­cəkdir. Hə­qi­qə­tən, Allah hər şeyi bi­lən­dir, həlimdir!

### الآية 22:60

> ﻿۞ ذَٰلِكَ وَمَنْ عَاقَبَ بِمِثْلِ مَا عُوقِبَ بِهِ ثُمَّ بُغِيَ عَلَيْهِ لَيَنْصُرَنَّهُ اللَّهُ ۗ إِنَّ اللَّهَ لَعَفُوٌّ غَفُورٌ [22:60]

60\. Bax belə! Hər kim özü­nə verilən cəza kimi cəza ver­sə, sonra ye­nə də haq­sızlığa mə­ruz qalsa, bilsin ki, Allah ona müt­ləq kömək edəcəkdir. Həqi­qə­tən, Allah əfv edəndir, Bağış­layandır!

### الآية 22:61

> ﻿ذَٰلِكَ بِأَنَّ اللَّهَ يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَأَنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ [22:61]

61\. Bu belədir. Çünki Allah gecəni gündüzə, gündüzü də ge­cə­yə qatır. Allah Eşidəndir, Görəndir.

### الآية 22:62

> ﻿ذَٰلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِنْ دُونِهِ هُوَ الْبَاطِلُ وَأَنَّ اللَّهَ هُوَ الْعَلِيُّ الْكَبِيرُ [22:62]

62\. Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan baş­qa yal­var­dıq­ları isə batildir. Hə­qi­qətən, Allah Ucadır, Bö­yük­dür.

### الآية 22:63

> ﻿أَلَمْ تَرَ أَنَّ اللَّهَ أَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَتُصْبِحُ الْأَرْضُ مُخْضَرَّةً ۗ إِنَّ اللَّهَ لَطِيفٌ خَبِيرٌ [22:63]

63\. Məgər Allahın göydən yağış yağ­dırdığını və onunla yer üzü­nü yaşıllığa bürüdü­yü­nü görmürsənmi? Həqiqə­tən, Allah Lütf­kardır, Xəbər­dardır.

### الآية 22:64

> ﻿لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ وَإِنَّ اللَّهَ لَهُوَ الْغَنِيُّ الْحَمِيدُ [22:64]

64\. Göylərdə və yerdə nə var­sa, Onun­­dur. Həqiqətən, Allah Zən­gin­dir, Tərifəla­yiqdir.

### الآية 22:65

> ﻿أَلَمْ تَرَ أَنَّ اللَّهَ سَخَّرَ لَكُمْ مَا فِي الْأَرْضِ وَالْفُلْكَ تَجْرِي فِي الْبَحْرِ بِأَمْرِهِ وَيُمْسِكُ السَّمَاءَ أَنْ تَقَعَ عَلَى الْأَرْضِ إِلَّا بِإِذْنِهِ ۗ إِنَّ اللَّهَ بِالنَّاسِ لَرَءُوفٌ رَحِيمٌ [22:65]

65\. Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram et­di­yi­ni görmürsənmi? Göyü də Öz izni ol­ma­dan yerə düşməsin deyə O tu­tub saxlayır. Həqi­qətən, Allah in­san­la­ra qarşı çox şəfqətli­dir, rəhmlidir.

### الآية 22:66

> ﻿وَهُوَ الَّذِي أَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ۗ إِنَّ الْإِنْسَانَ لَكَفُورٌ [22:66]

66\. Sizə həyat verən, sonra öldürə­cək, daha sonra diril­də­cək məhz Odur. İnsan, hə­qi­qə­tən də, nankordur.

### الآية 22:67

> ﻿لِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنْسَكًا هُمْ نَاسِكُوهُ ۖ فَلَا يُنَازِعُنَّكَ فِي الْأَمْرِ ۚ وَادْعُ إِلَىٰ رَبِّكَ ۖ إِنَّكَ لَعَلَىٰ هُدًى مُسْتَقِيمٍ [22:67]

67\. Biz hər ümmət üçün onun yerinə yetirə biləcəyi bir şəriət mü­əyyən etdik. Qoy on­lar bu işdə səninlə höcətləşmə­sinlər. Sən on­ları Rəbbinə iba­dət etmə­yə dəvət et. Həqiqətən, sən ən doğru bir yol­da­san.

### الآية 22:68

> ﻿وَإِنْ جَادَلُوكَ فَقُلِ اللَّهُ أَعْلَمُ بِمَا تَعْمَلُونَ [22:68]

68\. Əgər səninlə mübahisə etsələr, de: “Allah sizin nə et­di­yinizi da­ha yax­şı bilir.

### الآية 22:69

> ﻿اللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كُنْتُمْ فِيهِ تَخْتَلِفُونَ [22:69]

69\. İxtilaf etdiyiniz məsə­lə­lər barə­sində Allah sizə Öz hök­mü­nü Qiyamət günü verə­cək­dir”.

### الآية 22:70

> ﻿أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي السَّمَاءِ وَالْأَرْضِ ۗ إِنَّ ذَٰلِكَ فِي كِتَابٍ ۚ إِنَّ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرٌ [22:70]

70\. Məgər bilmirsən ki, Allah göy­də və yerdə olanları bilir? Hə­qi­qə­tən, bu, Yazıda möv­cud­dur. Şübhəsiz ki, bu, Allah üçün asan­dır.

### الآية 22:71

> ﻿وَيَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَمَا لَيْسَ لَهُمْ بِهِ عِلْمٌ ۗ وَمَا لِلظَّالِمِينَ مِنْ نَصِيرٍ [22:71]

71\. Onlar Allahı qoyub, haq­qında heç bir dəlil nazil edil­məyən və üstəlik öz­lərinin də bilmədikləri bir şeyə ibadət edirlər. Za­lım­la­ra kömək edən olmaz.

### الآية 22:72

> ﻿وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ تَعْرِفُ فِي وُجُوهِ الَّذِينَ كَفَرُوا الْمُنْكَرَ ۖ يَكَادُونَ يَسْطُونَ بِالَّذِينَ يَتْلُونَ عَلَيْهِمْ آيَاتِنَا ۗ قُلْ أَفَأُنَبِّئُكُمْ بِشَرٍّ مِنْ ذَٰلِكُمُ ۗ النَّارُ وَعَدَهَا اللَّهُ الَّذِينَ كَفَرُوا ۖ وَبِئْسَ الْمَصِيرُ [22:72]

72\. Kafirlərə açıq-aydın ayə­lərimiz oxun­duqda sən onla­rın üzün­də nifrət görərsən. Onlar az qalırlar ki, ayələ­ri­mi­zi on­la­ra oxu­yanların üstünə cum­sun­lar. De: “Sizə bundan daha pi­sini xə­bər verim­mi? Bu, Cə­hən­nəmdir! Allah onu kafirlərə vəd etmişdir. Ora nə pis qayı­dış ye­ridir!”

### الآية 22:73

> ﻿يَا أَيُّهَا النَّاسُ ضُرِبَ مَثَلٌ فَاسْتَمِعُوا لَهُ ۚ إِنَّ الَّذِينَ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ لَنْ يَخْلُقُوا ذُبَابًا وَلَوِ اجْتَمَعُوا لَهُ ۖ وَإِنْ يَسْلُبْهُمُ الذُّبَابُ شَيْئًا لَا يَسْتَنْقِذُوهُ مِنْهُ ۚ ضَعُفَ الطَّالِبُ وَالْمَطْلُوبُ [22:73]

73\. Ey insanlar! Sizə bir mə­səl çəki­lir. Onu dinləyin. Şüb­həsiz ki, Allah­dan başqa iba­dət etdikləriniz bir mil­çək belə yarada bil­məz­lər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər mil­çək on­lar­dan bir şey götürüb aparsa, bunu on­dan geri ala bilməzlər. İs­tə­yən də aciz qalar, istənilən də!

### الآية 22:74

> ﻿مَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ ۗ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ [22:74]

74\. Onlar Allahı lazımınca qiymət­lən­dirmədilər. Şübhəsiz ki, Allah Qüv­vətlidir, Qüdrət­lidir!

### الآية 22:75

> ﻿اللَّهُ يَصْطَفِي مِنَ الْمَلَائِكَةِ رُسُلًا وَمِنَ النَّاسِ ۚ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ [22:75]

75\. Allah mələklərdən də el­çilər se­çir, insanlardan da. Hə­qi­qə­tən, Allah Eşidəndir, Gö­rəndir!

### الآية 22:76

> ﻿يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۗ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ [22:76]

76\. Allah onların keçmişini və gələ­cə­yini bilir. Bütün işlər Alla­ha qayıdır.

### الآية 22:77

> ﻿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ارْكَعُوا وَاسْجُدُوا وَاعْبُدُوا رَبَّكُمْ وَافْعَلُوا الْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ ۩ [22:77]

77\. Ey iman gətirənlər! Rü­ku edin, səc­dəyə qapanın, Rəb­binizə iba­dət edə­rək yaxşı işlər görün ki, bəlkə nicat ta­pasınız.

### الآية 22:78

> ﻿وَجَاهِدُوا فِي اللَّهِ حَقَّ جِهَادِهِ ۚ هُوَ اجْتَبَاكُمْ وَمَا جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَجٍ ۚ مِلَّةَ أَبِيكُمْ إِبْرَاهِيمَ ۚ هُوَ سَمَّاكُمُ الْمُسْلِمِينَ مِنْ قَبْلُ وَفِي هَٰذَا لِيَكُونَ الرَّسُولُ شَهِيدًا عَلَيْكُمْ وَتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ ۚ فَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَاعْتَصِمُوا بِاللَّهِ هُوَ مَوْلَاكُمْ ۖ فَنِعْمَ الْمَوْلَىٰ وَنِعْمَ النَّصِيرُ [22:78]

78\. Allah yolunda lazı­mın­ca cihad edin. O, sizi seçdi və ata­nız İb­rahi­min dinində oldu­ğu kimi, bu dində də sizin üçün heç bir çə­tin­lik yarat­madı. Pey­ğəmbər sizə, siz də insanlara şahid ola­sınız de­yə, Allah həm əvvəl nazil etdiyi kitablarda, həm də bu Kitabda sizi mü­­səl­man adlandırdı. Elə isə namaz qı­lın, zəkat verin və Allaha möh­­­kəm sarılın. O sizin Hima­yə­da­rı­nız­dır. O nə gözəl Hi­ma­yə­dar, nə gözəl Yardım­çı­dır!

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/22.md)
- [كل تفاسير سورة الحج
](https://quranpedia.net/surah-tafsir/22.md)
- [ترجمات سورة الحج
](https://quranpedia.net/translations/22.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/22/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
