---
title: "ترجمة سورة المؤمنون - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/23/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/23/book/1983"
surah_id: "23"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة المؤمنون - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/23/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة المؤمنون - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/23/book/1983*.

Translation of Surah المؤمنون from "الترجمة الأذرية" in الأذرية.

### الآية 23:1

> قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ [23:1]

1\. Möminlər, həqiqətən də, ni­cat tap­mışlar;

### الآية 23:2

> ﻿الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ [23:2]

2\. o kəslər ki, namazlarında mü­tidir­lər,

### الآية 23:3

> ﻿وَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ [23:3]

3\. o kəslər ki, sözbazlıq­dan qaçır­lar,

### الآية 23:4

> ﻿وَالَّذِينَ هُمْ لِلزَّكَاةِ فَاعِلُونَ [23:4]

4\. o kəslər ki, zəkat ve­rirlər,

### الآية 23:5

> ﻿وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ [23:5]

5\. o kəslər ki, övrət yerlərini həmişə qoruyurlar,

### الآية 23:6

> ﻿إِلَّا عَلَىٰ أَزْوَاجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ [23:6]

6\. zövcələri və sahib olduq­ları cari­yələr istisnadır. Onlar buna gö­rə heç qı­nanmazlar.

### الآية 23:7

> ﻿فَمَنِ ابْتَغَىٰ وَرَاءَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْعَادُونَ [23:7]

7\. Bundan artığına can atan­lar isə həd­di aşanlardır.

### الآية 23:8

> ﻿وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ [23:8]

8\. O mömin kəslər ki, əma­nət­lərini və vədlərini qoru­yurlar.

### الآية 23:9

> ﻿وَالَّذِينَ هُمْ عَلَىٰ صَلَوَاتِهِمْ يُحَافِظُونَ [23:9]

9\. O kəslər ki, namazlarını öz vaxt­larında qılırlar.

### الآية 23:10

> ﻿أُولَٰئِكَ هُمُ الْوَارِثُونَ [23:10]

10\. Məhz onlar – varis olan­lardır.

### الآية 23:11

> ﻿الَّذِينَ يَرِثُونَ الْفِرْدَوْسَ هُمْ فِيهَا خَالِدُونَ [23:11]

11\. O kəslər ki, Firdovs cən­nətinə va­ris olacaqlar; onlar ora­da əbə­di qalacaqlar.

### الآية 23:12

> ﻿وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ مِنْ سُلَالَةٍ مِنْ طِينٍ [23:12]

12\. Həqiqətən, Biz insanı pal­çıq cöv­hərindən yaratdıq.

### الآية 23:13

> ﻿ثُمَّ جَعَلْنَاهُ نُطْفَةً فِي قَرَارٍ مَكِينٍ [23:13]

13\. Sonra nütfə halında möh­kəm yerdə yerləşdirdik.

### الآية 23:14

> ﻿ثُمَّ خَلَقْنَا النُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا الْمُضْغَةَ عِظَامًا فَكَسَوْنَا الْعِظَامَ لَحْمًا ثُمَّ أَنْشَأْنَاهُ خَلْقًا آخَرَ ۚ فَتَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ [23:14]

14\. Sonra nütfədən lax­talanmış qan ya­ratdıq; sonra o qan­dan bir parça ət yaratdıq; sonra o bir parça ətdən sü­mük­lər yarat­dıq; sonra da sümük­ləri ət ilə ört­dük; sonra da onu başqa bir məx­luq olaraq xəlq et­dik. Yaradanların ən yax­şısı olan Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır!

### الآية 23:15

> ﻿ثُمَّ إِنَّكُمْ بَعْدَ ذَٰلِكَ لَمَيِّتُونَ [23:15]

15\. Şübhəsiz ki, bundan son­ra siz mütləq öləcəksiniz.

### الآية 23:16

> ﻿ثُمَّ إِنَّكُمْ يَوْمَ الْقِيَامَةِ تُبْعَثُونَ [23:16]

16\. Sonra da Qiyamət günü di­ril­di­lə­cəksiniz.

### الآية 23:17

> ﻿وَلَقَدْ خَلَقْنَا فَوْقَكُمْ سَبْعَ طَرَائِقَ وَمَا كُنَّا عَنِ الْخَلْقِ غَافِلِينَ [23:17]

17\. Biz sizin üstünüzdə yed­di göyü yaratdıq. Məx­luqatı­mız­dan da xəbərsiz olmamı­şıq.

### الآية 23:18

> ﻿وَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً بِقَدَرٍ فَأَسْكَنَّاهُ فِي الْأَرْضِ ۖ وَإِنَّا عَلَىٰ ذَهَابٍ بِهِ لَقَادِرُونَ [23:18]

18\. Biz göydən lazımi qədər su endi­rib onu yerdə saxladıq. Şüb­həsiz ki, Biz onu yox edə də bilərik.

### الآية 23:19

> ﻿فَأَنْشَأْنَا لَكُمْ بِهِ جَنَّاتٍ مِنْ نَخِيلٍ وَأَعْنَابٍ لَكُمْ فِيهَا فَوَاكِهُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ [23:19]

19\. Sonra həmin su ilə xur­ma ağac­la­rı­nı və üzüm bağ­la­rını si­zin üçün yetişdir­dik. Si­zin üçün ora­da yediyiniz çox­lu meyvə­lər var­­dır.

### الآية 23:20

> ﻿وَشَجَرَةً تَخْرُجُ مِنْ طُورِ سَيْنَاءَ تَنْبُتُ بِالدُّهْنِ وَصِبْغٍ لِلْآكِلِينَ [23:20]

20\. Biz Sina dağında bir ağac bitirdik ki, barından yeyənlərə həm yağ, həm də şirə verir.

### الآية 23:21

> ﻿وَإِنَّ لَكُمْ فِي الْأَنْعَامِ لَعِبْرَةً ۖ نُسْقِيكُمْ مِمَّا فِي بُطُونِهَا وَلَكُمْ فِيهَا مَنَافِعُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ [23:21]

21\. Həqiqətən, ev heyvanla­rın­da da sizin üçün ibrət var. Biz on­la­rın bət­nin­də olandan sizlərə içirdirik. Sizin üçün on­larda baş­qa faydalar da var. Üs­təlik on­lardan yeyirsiniz də.

### الآية 23:22

> ﻿وَعَلَيْهَا وَعَلَى الْفُلْكِ تُحْمَلُونَ [23:22]

22\. Siz həm o heyvanlarla, həm də gə­milər ilə daşınır­sı­nız.

### الآية 23:23

> ﻿وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ أَفَلَا تَتَّقُونَ [23:23]

23\. Həqiqətən, Biz Nuhu öz qövmü­nə elçi göndərdik. O de­di: “Ey qöv­müm! Allaha iba­dət edin! Sizin Ondan başqa heç bir mə­bu­dunuz yox­dur. Mə­gər qorx­mur­­su­nuz?”

### الآية 23:24

> ﻿فَقَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِنْ قَوْمِهِ مَا هَٰذَا إِلَّا بَشَرٌ مِثْلُكُمْ يُرِيدُ أَنْ يَتَفَضَّلَ عَلَيْكُمْ وَلَوْ شَاءَ اللَّهُ لَأَنْزَلَ مَلَائِكَةً مَا سَمِعْنَا بِهَٰذَا فِي آبَائِنَا الْأَوَّلِينَ [23:24]

24\. Qövmünün kafir zadə­gan­ları de­dilər: “O da sizin ki­mi sa­də­cə bir in­san­dır. Sizə bö­yük­lük etmək istəyir. Əgər Allah elçi gön­dər­mək istəsəydi, mə­lək­lər göndə­rərdi. Biz bunu ulu babalarımız­dan eşitmə­mişik.

### الآية 23:25

> ﻿إِنْ هُوَ إِلَّا رَجُلٌ بِهِ جِنَّةٌ فَتَرَبَّصُوا بِهِ حَتَّىٰ حِينٍ [23:25]

25\. Bu ancaq cinli bir adam­dır. Odur ki, ona münasibətdə bir müd­dət göz­lə­yin!”

### الآية 23:26

> ﻿قَالَ رَبِّ انْصُرْنِي بِمَا كَذَّبُونِ [23:26]

26\. O dedi: “Ey Rəbbim! On­la­rın məni yalançı sayma­sına qarşı mə­­nə kömək et!”

### الآية 23:27

> ﻿فَأَوْحَيْنَا إِلَيْهِ أَنِ اصْنَعِ الْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا فَإِذَا جَاءَ أَمْرُنَا وَفَارَ التَّنُّورُ ۙ فَاسْلُكْ فِيهَا مِنْ كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَنْ سَبَقَ عَلَيْهِ الْقَوْلُ مِنْهُمْ ۖ وَلَا تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُوا ۖ إِنَّهُمْ مُغْرَقُونَ [23:27]

27\. Biz ona vəhy etdik: “Göz­lərimiz önündə və vəhyimizlə gə­mi­ni düzəlt. Əmrimiz gəl­di­yi və təndir qaynadığı zaman hər can­lı­­dan bir cüt erkək və di­şi, barə­sində söz keçmiş (əley­hinə hökm ve­ril­miş) kəslər is­tisna olmaqla, öz ailə­ni gə­mi­yə mindir. Zalımlar ba­rə­sində Mənə müraciət etmə. Çünki onlar suya qərq oluna­caq­lar.

### الآية 23:28

> ﻿فَإِذَا اسْتَوَيْتَ أَنْتَ وَمَنْ مَعَكَ عَلَى الْفُلْكِ فَقُلِ الْحَمْدُ لِلَّهِ الَّذِي نَجَّانَا مِنَ الْقَوْمِ الظَّالِمِينَ [23:28]

28\. Sən yanında olanlarla bir­likdə gəmiyə mindiyin za­man de: “Bizi za­lım qövmdən xilas edən Allaha həmd ol­sun!”

### الآية 23:29

> ﻿وَقُلْ رَبِّ أَنْزِلْنِي مُنْزَلًا مُبَارَكًا وَأَنْتَ خَيْرُ الْمُنْزِلِينَ [23:29]

29\. Həmçinin de: “Ey Rəb­bim! Məni mübarək bir yerə çıxart. Sən yer ve­rən­lərin ən yaxşı­sı­san!”

### الآية 23:30

> ﻿إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ وَإِنْ كُنَّا لَمُبْتَلِينَ [23:30]

30\. Şübhəsiz ki, bunda ib­rət­lər var­dır. Həqiqətən, Biz qul­la­rı­mı­zı beləcə sı­nağa çəkirik.

### الآية 23:31

> ﻿ثُمَّ أَنْشَأْنَا مِنْ بَعْدِهِمْ قَرْنًا آخَرِينَ [23:31]

31\. Onlardan sonra isə baş­qa bir nəsil yaratdıq.

### الآية 23:32

> ﻿فَأَرْسَلْنَا فِيهِمْ رَسُولًا مِنْهُمْ أَنِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ أَفَلَا تَتَّقُونَ [23:32]

32\. Onlara da özlərindən bir elçi gön­dərdik. O dedi: “Alla­ha iba­dət edin! Si­zin ondan başqa heç bir məbudunuz yox­dur. Məgər qorx­mursunuz?”

### الآية 23:33

> ﻿وَقَالَ الْمَلَأُ مِنْ قَوْمِهِ الَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِلِقَاءِ الْآخِرَةِ وَأَتْرَفْنَاهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا مَا هَٰذَا إِلَّا بَشَرٌ مِثْلُكُمْ يَأْكُلُ مِمَّا تَأْكُلُونَ مِنْهُ وَيَشْرَبُ مِمَّا تَشْرَبُونَ [23:33]

33\. Qövmünün kafir olan, Axi­rətə qo­vuşacaqlarını yalan hesab edən və dün­ya hə­ya­tın­da firavan­lıq nəsib et­di­yimiz za­də­ganları de­dilər: “O sizin kimi sa­dəcə bir insandır. Yedi­yinizdən o da ye­yir, içdiyiniz­dən o da içir.

### الآية 23:34

> ﻿وَلَئِنْ أَطَعْتُمْ بَشَرًا مِثْلَكُمْ إِنَّكُمْ إِذًا لَخَاسِرُونَ [23:34]

34\. Əgər siz özünüz kimi adi bir in­sana itaət etsəniz, müt­ləq zi­ya­na uğra­yarsınız.

### الآية 23:35

> ﻿أَيَعِدُكُمْ أَنَّكُمْ إِذَا مِتُّمْ وَكُنْتُمْ تُرَابًا وَعِظَامًا أَنَّكُمْ مُخْرَجُونَ [23:35]

35\. O sizə ölüb torpağa və sür-sü­mü­yə çevrildikdən son­ra diril­di­lib yeni­dən çıxarılaca­ğı­nızımı vəd edir?

### الآية 23:36

> ﻿۞ هَيْهَاتَ هَيْهَاتَ لِمَا تُوعَدُونَ [23:36]

36\. Sizə vəd olunan şey hə­qi­qətdən çox uzaqdır, çox uzaq!

### الآية 23:37

> ﻿إِنْ هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ [23:37]

37\. Dünya həyatımızdan baş­qa heç bir həyat yoxdur; ölüb di­ri­li­­rik (birimiz ölür, di­gə­ri­miz ana­dan olur) və biz di­ril­mə­yə­cəyik.

### الآية 23:38

> ﻿إِنْ هُوَ إِلَّا رَجُلٌ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا وَمَا نَحْنُ لَهُ بِمُؤْمِنِينَ [23:38]

38\. Bu, ancaq Allaha iftira ya­xan bir adamdır. Biz ona inanan de­yilik”.

### الآية 23:39

> ﻿قَالَ رَبِّ انْصُرْنِي بِمَا كَذَّبُونِ [23:39]

39\. O dedi: “Ey Rəbbim! On­la­rın mə­ni yalançı sayma­sına qarşı mə­nə kö­mək et!”

### الآية 23:40

> ﻿قَالَ عَمَّا قَلِيلٍ لَيُصْبِحُنَّ نَادِمِينَ [23:40]

40\. Allah dedi: “Onlar tez­lik­lə peş­man olacaqlar!”

### الآية 23:41

> ﻿فَأَخَذَتْهُمُ الصَّيْحَةُ بِالْحَقِّ فَجَعَلْنَاهُمْ غُثَاءً ۚ فَبُعْدًا لِلْقَوْمِ الظَّالِمِينَ [23:41]

41\. Onları qaçılması müm­kün olma­yan qorxunc bir səs yaxa­la­dı. Biz onları daşqının apardığı çör-çöpə döndərdik. Məhv olsun za­lım adamlar!

### الآية 23:42

> ﻿ثُمَّ أَنْشَأْنَا مِنْ بَعْدِهِمْ قُرُونًا آخَرِينَ [23:42]

42\. Onlardan sonra başqa-başqa nə­sil­lər yaratdıq.

### الآية 23:43

> ﻿مَا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَأْخِرُونَ [23:43]

43\. Heç bir ümmət öz əcə­li­ni nə qa­baq­laya bilər, nə də yu­ban­dı­rar.

### الآية 23:44

> ﻿ثُمَّ أَرْسَلْنَا رُسُلَنَا تَتْرَىٰ ۖ كُلَّ مَا جَاءَ أُمَّةً رَسُولُهَا كَذَّبُوهُ ۚ فَأَتْبَعْنَا بَعْضَهُمْ بَعْضًا وَجَعَلْنَاهُمْ أَحَادِيثَ ۚ فَبُعْدًا لِقَوْمٍ لَا يُؤْمِنُونَ [23:44]

44\. Sonra bir-birinin ardın­ca elçi­lə­ri­mi­zi göndərdik. Hər dəfə hər hansı bir üm­mətə pey­ğəmbər gəldikdə, onlar onu ya­lançı say­dı­­lar. Biz də onları bir-biri­nin ardınca məhv edib əf­sa­nə­lərə çe­vir­dik. Məhv ol­sun iman gətirmə­yən­ adamlar!

### الآية 23:45

> ﻿ثُمَّ أَرْسَلْنَا مُوسَىٰ وَأَخَاهُ هَارُونَ بِآيَاتِنَا وَسُلْطَانٍ مُبِينٍ [23:45]

45\. Sonra Musanı və qar­da­şı Harunu ayələrimizlə və açıq-ay­dın bir dəlillə göndərdik –

### الآية 23:46

> ﻿إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَاسْتَكْبَرُوا وَكَانُوا قَوْمًا عَالِينَ [23:46]

46\. Fironun və onun əyan­la­rı­nın ya­nına. Onlar isə təkəb­bürlük gös­tərdilər. Çünki on­lar özlərini yüksək tutan adam­­lar idilər.

### الآية 23:47

> ﻿فَقَالُوا أَنُؤْمِنُ لِبَشَرَيْنِ مِثْلِنَا وَقَوْمُهُمَا لَنَا عَابِدُونَ [23:47]

47\. Onlar dedilər: “Bunların tay­fası bizə kölə olduğu halda, biz özü­müz ki­mi iki adama inana­cağıq?”

### الآية 23:48

> ﻿فَكَذَّبُوهُمَا فَكَانُوا مِنَ الْمُهْلَكِينَ [23:48]

48\. Beləliklə, onları yalançı say­dılar və həlak edilənlərdən ol­du­lar.

### الآية 23:49

> ﻿وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ لَعَلَّهُمْ يَهْتَدُونَ [23:49]

49\. Biz Musaya Kitab ver­dik ki, bəl­kə onlar doğru yola yönəl­sin­lər!

### الآية 23:50

> ﻿وَجَعَلْنَا ابْنَ مَرْيَمَ وَأُمَّهُ آيَةً وَآوَيْنَاهُمَا إِلَىٰ رَبْوَةٍ ذَاتِ قَرَارٍ وَمَعِينٍ [23:50]

50\. Biz Məryəm oğlunu və onun ana­sını bir möcüzə et­dik. On­la­rı əlverişli bir yerdə, çeş­mə axan bir təpədə yer­ləş­dir­dik.

### الآية 23:51

> ﻿يَا أَيُّهَا الرُّسُلُ كُلُوا مِنَ الطَّيِّبَاتِ وَاعْمَلُوا صَالِحًا ۖ إِنِّي بِمَا تَعْمَلُونَ عَلِيمٌ [23:51]

51\. Ey elçilər! Halal nemət­lər­dən ye­yin və yaxşı işlər gö­rün! Mən, həqi­qə­tən, sizin nə etdiklə­rinizi bilirəm!

### الآية 23:52

> ﻿وَإِنَّ هَٰذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاتَّقُونِ [23:52]

52\. Həqiqətən, bu, vahid bir din ola­raq sizin dininizdir. Mən də si­zin Rəbbi­nizəm. Elə isə Mən­dən qorxun.

### الآية 23:53

> ﻿فَتَقَطَّعُوا أَمْرَهُمْ بَيْنَهُمْ زُبُرًا ۖ كُلُّ حِزْبٍ بِمَا لَدَيْهِمْ فَرِحُونَ [23:53]

53\. Lakin ümmətlər özlərinin dini­ni ara­la­rında parçalayıb fir­qə­­lə­rə bö­­lün­dülər. Hər firqə özün­də olana sevinir.

### الآية 23:54

> ﻿فَذَرْهُمْ فِي غَمْرَتِهِمْ حَتَّىٰ حِينٍ [23:54]

54\. Sən onları bir müddət öz cəhaləti içində burax!

### الآية 23:55

> ﻿أَيَحْسَبُونَ أَنَّمَا نُمِدُّهُمْ بِهِ مِنْ مَالٍ وَبَنِينَ [23:55]

55\. Yoxsa günahkarlar elə he­sab edir­lər ki, onlara var-döv­lət və öv­lad ver­məklə

### الآية 23:56

> ﻿نُسَارِعُ لَهُمْ فِي الْخَيْرَاتِ ۚ بَلْ لَا يَشْعُرُونَ [23:56]

56\. onlara yaxşılıq etməyə tə­ləsirik? Xeyr, onlar bu işin fər­­qinə var­mırlar.

### الآية 23:57

> ﻿إِنَّ الَّذِينَ هُمْ مِنْ خَشْيَةِ رَبِّهِمْ مُشْفِقُونَ [23:57]

57\. Həqiqətən, Rəbbinin qor­xu­sun­dan əsim-əsim əsənlər,

### الآية 23:58

> ﻿وَالَّذِينَ هُمْ بِآيَاتِ رَبِّهِمْ يُؤْمِنُونَ [23:58]

58\. Rəbbinin ayələrinə iman gətirən­lər,

### الآية 23:59

> ﻿وَالَّذِينَ هُمْ بِرَبِّهِمْ لَا يُشْرِكُونَ [23:59]

59\. Rəbbinə şərik qoşma­yan­lar,

### الآية 23:60

> ﻿وَالَّذِينَ يُؤْتُونَ مَا آتَوْا وَقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَىٰ رَبِّهِمْ رَاجِعُونَ [23:60]

60\. Rəbbinə qayıdacaqlar de­yə ye­rinə yetirməli olduq­la­rını qəlb­ləri qor­xa-qor­xa yerinə ye­tirənlər –

### الآية 23:61

> ﻿أُولَٰئِكَ يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَهُمْ لَهَا سَابِقُونَ [23:61]

61\. Məhz onlar yaxşı işlər gör­məyə tələsər və bu işlərdə öndə ge­dər­lər.

### الآية 23:62

> ﻿وَلَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا ۖ وَلَدَيْنَا كِتَابٌ يَنْطِقُ بِالْحَقِّ ۚ وَهُمْ لَا يُظْلَمُونَ [23:62]

62\. Biz hər kəsi yalnız qüv­və­si çat­dığı qədər yükləyirik. Ya­nı­mız­da haq­qı deyən bir Ki­tab var­dır. Onlara zülm olun­maz.

### الآية 23:63

> ﻿بَلْ قُلُوبُهُمْ فِي غَمْرَةٍ مِنْ هَٰذَا وَلَهُمْ أَعْمَالٌ مِنْ دُونِ ذَٰلِكَ هُمْ لَهَا عَامِلُونَ [23:63]

63\. Lakin onların qəlbi bun­dan xə­bər­sizdir. Onların bun­dan əlavə gör­dükləri başqa pis işləri də vardır.

### الآية 23:64

> ﻿حَتَّىٰ إِذَا أَخَذْنَا مُتْرَفِيهِمْ بِالْعَذَابِ إِذَا هُمْ يَجْأَرُونَ [23:64]

64\. Nəhayət, onların cah-ca­lal içində yaşayanlarını əzab­la ya­xa­la­dığı­mız za­man fəryad qo­pa­rarlar.

### الآية 23:65

> ﻿لَا تَجْأَرُوا الْيَوْمَ ۖ إِنَّكُمْ مِنَّا لَا تُنْصَرُونَ [23:65]

65\. Onlara deyiləcək: “Bu gün fəryad qoparmayın! Qətiy­yən, Biz si­zə heç bir köməklik gös­tərmə­yəcəyik!”

### الآية 23:66

> ﻿قَدْ كَانَتْ آيَاتِي تُتْلَىٰ عَلَيْكُمْ فَكُنْتُمْ عَلَىٰ أَعْقَابِكُمْ تَنْكِصُونَ [23:66]

66\. Ayələrim sizə oxunur­du, siz isə arxa çevirirdiniz.

### الآية 23:67

> ﻿مُسْتَكْبِرِينَ بِهِ سَامِرًا تَهْجُرُونَ [23:67]

67\. Həm də Kəbə ilə tə­kəb­bürlük edir, gecələr toplanıb ya­ra­maz söz­lər danı­şırdınız.

### الآية 23:68

> ﻿أَفَلَمْ يَدَّبَّرُوا الْقَوْلَ أَمْ جَاءَهُمْ مَا لَمْ يَأْتِ آبَاءَهُمُ الْأَوَّلِينَ [23:68]

68\. Məgər kafirlər bu Söz haq­qında düşünmür­lər­mi? Yaxud on­la­­ra ulu baba­­larına gəl­mə­yən bir şey gəldi?

### الآية 23:69

> ﻿أَمْ لَمْ يَعْرِفُوا رَسُولَهُمْ فَهُمْ لَهُ مُنْكِرُونَ [23:69]

69\. Yoxsa onlar özlərinə gön­dərilmiş Elçini tanımayıb buna gö­rə də onu in­kar edirlər?

### الآية 23:70

> ﻿أَمْ يَقُولُونَ بِهِ جِنَّةٌ ۚ بَلْ جَاءَهُمْ بِالْحَقِّ وَأَكْثَرُهُمْ لِلْحَقِّ كَارِهُونَ [23:70]

70\. Yaxud: “O cinlidir?”– de­yir­lər. Xeyr, o elçi onlara haqqı gə­tir­miş­dir. Lakin onla­rın ço­xu haqqı xoşlamır.

### الآية 23:71

> ﻿وَلَوِ اتَّبَعَ الْحَقُّ أَهْوَاءَهُمْ لَفَسَدَتِ السَّمَاوَاتُ وَالْأَرْضُ وَمَنْ فِيهِنَّ ۚ بَلْ أَتَيْنَاهُمْ بِذِكْرِهِمْ فَهُمْ عَنْ ذِكْرِهِمْ مُعْرِضُونَ [23:71]

71\. Əgər haqq onların nəfs­lə­rinin is­təklərinə tabe olsaydı, göy­lər, yer və on­larda olanlar fəsada uğrayardı. Doğru­su, Biz onlara Zikr (Quran) gətirdik, onlar isə öz­lərinə verilən Zikrdən üz döndə­rir­lər.

### الآية 23:72

> ﻿أَمْ تَسْأَلُهُمْ خَرْجًا فَخَرَاجُ رَبِّكَ خَيْرٌ ۖ وَهُوَ خَيْرُ الرَّازِقِينَ [23:72]

72\. Yoxsa sən onlardan bir mü­kafat istəyirsən? Rəbbinin müka­fa­tı daha xe­yirlidir. O, ru­zi verən­lərin ən yaxşı­sı­dır!

### الآية 23:73

> ﻿وَإِنَّكَ لَتَدْعُوهُمْ إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ [23:73]

73\. Sən, həqiqətən də, on­la­rı doğru yola çağırırsan.

### الآية 23:74

> ﻿وَإِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ عَنِ الصِّرَاطِ لَنَاكِبُونَ [23:74]

74\. Axirətə inanmayanlar isə doğru yoldan çıxırlar.

### الآية 23:75

> ﻿۞ وَلَوْ رَحِمْنَاهُمْ وَكَشَفْنَا مَا بِهِمْ مِنْ ضُرٍّ لَلَجُّوا فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ [23:75]

75\. Əgər Biz onlara rəhm edib düş­dükləri bəladan xilas etsək, on­lar ye­nə öz azğın­lıqları içində sərgərdan gə­zə­cəklər.

### الآية 23:76

> ﻿وَلَقَدْ أَخَذْنَاهُمْ بِالْعَذَابِ فَمَا اسْتَكَانُوا لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ [23:76]

76\. Biz onları əzabla yaxa­la­dıq, onlar yenə öz Rəbbinə bo­yun əy­mədilər, Ona yal­va­rıb-yaxar­ma­dılar.

### الآية 23:77

> ﻿حَتَّىٰ إِذَا فَتَحْنَا عَلَيْهِمْ بَابًا ذَا عَذَابٍ شَدِيدٍ إِذَا هُمْ فِيهِ مُبْلِسُونَ [23:77]

77\. Nəhayət, şiddətli əzab qa­pısını on­ların üzünə açdığı­mız zaman dərhal ümidsizliyə qa­pıldılar.

### الآية 23:78

> ﻿وَهُوَ الَّذِي أَنْشَأَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۚ قَلِيلًا مَا تَشْكُرُونَ [23:78]

78\. Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şü­kür edir­si­niz.

### الآية 23:79

> ﻿وَهُوَ الَّذِي ذَرَأَكُمْ فِي الْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ [23:79]

79\. Sizi yer üzündə yerləş­di­rən Odur. Siz Onun hüzu­runa top­la­na­caq­sınız.

### الآية 23:80

> ﻿وَهُوَ الَّذِي يُحْيِي وَيُمِيتُ وَلَهُ اخْتِلَافُ اللَّيْلِ وَالنَّهَارِ ۚ أَفَلَا تَعْقِلُونَ [23:80]

80\. Dirildən də, öldürən də Odur. Ge­cə ilə gündüzün bir-birini əvəz et­məsi Ona aiddir. Məgər bunu anla­mır­sı­nız?

### الآية 23:81

> ﻿بَلْ قَالُوا مِثْلَ مَا قَالَ الْأَوَّلُونَ [23:81]

81\. Xeyr, onlar da əvvəlki üm­mətlərin dedikləri kimi de­dilər.

### الآية 23:82

> ﻿قَالُوا أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَ [23:82]

82\. Onlar dedilər: “Məgər biz ölüb torpaq və sür-sümük ol­duq­dan sonra diril­di­ləcəyik?”

### الآية 23:83

> ﻿لَقَدْ وُعِدْنَا نَحْنُ وَآبَاؤُنَا هَٰذَا مِنْ قَبْلُ إِنْ هَٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ [23:83]

83\. Bu dirilmə həm bizə, həm də əv­vəl­lər atalarımıza vəd olun­muş­du. Bu, keç­­miş­dəki­lə­rin əf­sa­nələrindən başqa bir şey de­yil.

### الآية 23:84

> ﻿قُلْ لِمَنِ الْأَرْضُ وَمَنْ فِيهَا إِنْ كُنْتُمْ تَعْلَمُونَ [23:84]

84\. De: “Əgər bilirsinizsə, de­yin gö­rüm yer və onun üs­tün­də olan­lar ki­min­dir?”

### الآية 23:85

> ﻿سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ أَفَلَا تَذَكَّرُونَ [23:85]

85\. Onlar: “Allahındır!”– de­yə­cəklər. De: “Bəs düşünüb ib­rət al­mırsıniz?”

### الآية 23:86

> ﻿قُلْ مَنْ رَبُّ السَّمَاوَاتِ السَّبْعِ وَرَبُّ الْعَرْشِ الْعَظِيمِ [23:86]

86\. De: “Yeddi göyün Rəbbi və əzə­mətli Ərşin Rəbbi kim­dir?”

### الآية 23:87

> ﻿سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ أَفَلَا تَتَّقُونَ [23:87]

87\. Onlar: “Allahdır!”– de­yə­cək­lər. De: “Bəs qorx­mur­su­nuz?”

### الآية 23:88

> ﻿قُلْ مَنْ بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيْهِ إِنْ كُنْتُمْ تَعْلَمُونَ [23:88]

88\. De: “Əgər bilirsinizsə, de­yin gö­rüm hər şeyin hökmü əlində olan, hi­mayə edən, Özü­nün isə hi­mayəyə eh­ti­yacı ol­ma­yan kim­dir?”

### الآية 23:89

> ﻿سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ فَأَنَّىٰ تُسْحَرُونَ [23:89]

89\. Onlar: “Allahdır!”– de­yə­cəklər. De: “Bəs necə olur ki, al­da­nır­­sınız?”

### الآية 23:90

> ﻿بَلْ أَتَيْنَاهُمْ بِالْحَقِّ وَإِنَّهُمْ لَكَاذِبُونَ [23:90]

90\. Xeyr, Biz onlara haqqı gə­tirdik. Onlar isə yalançı­dır­lar!

### الآية 23:91

> ﻿مَا اتَّخَذَ اللَّهُ مِنْ وَلَدٍ وَمَا كَانَ مَعَهُ مِنْ إِلَٰهٍ ۚ إِذًا لَذَهَبَ كُلُّ إِلَٰهٍ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ ۚ سُبْحَانَ اللَّهِ عَمَّا يَصِفُونَ [23:91]

91\. Allah Özünə heç bir öv­lad gö­tür­məmişdir. Onunla ya­naşı iba­dətə layiq olan heç bir mə­bud yoxdur. Əks təqdirdə hər bir mə­bud öz yarat­dıq­la­rını özü idarə etmək istəyər və on­la­rın bir qismi di­gə­rinə üstün gəl­mə­yə can atardı. Allah on­ların Ona aid et­dik­ləri si­fət­lərdən uzaq­dır.

### الآية 23:92

> ﻿عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ [23:92]

92\. O, qeybi və aşkarı bi­lən­dir. Allah müşriklərin Ona qoş­duq­la­rı şərik­lər­dən çox ucadır.

### الآية 23:93

> ﻿قُلْ رَبِّ إِمَّا تُرِيَنِّي مَا يُوعَدُونَ [23:93]

93\. De: “Ey Rəbbim! Əgər on­lara vəd olunanı mənə gös­tərə­cək­sən­sə,

### الآية 23:94

> ﻿رَبِّ فَلَا تَجْعَلْنِي فِي الْقَوْمِ الظَّالِمِينَ [23:94]

94\. məni zalım adamların için­də qoy­ma, ey Rəbbim!”

### الآية 23:95

> ﻿وَإِنَّا عَلَىٰ أَنْ نُرِيَكَ مَا نَعِدُهُمْ لَقَادِرُونَ [23:95]

95\. Sözsüz ki, Biz onlara vəd etdi­yi­mizi sənə göstər­məyə qa­di­rik.

### الآية 23:96

> ﻿ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ السَّيِّئَةَ ۚ نَحْنُ أَعْلَمُ بِمَا يَصِفُونَ [23:96]

96\. Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri si­fətləri da­ha yaxşı bilirik.

### الآية 23:97

> ﻿وَقُلْ رَبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَاتِ الشَّيَاطِينِ [23:97]

97\. De: “Ey Rəbbim! Şey­tan­la­rın vəs­vəsələrindən Sənə sı­ğını­ram!

### الآية 23:98

> ﻿وَأَعُوذُ بِكَ رَبِّ أَنْ يَحْضُرُونِ [23:98]

98\. Onların mənə yaxınlaş­ma­la­rın­dan Sənə sığınıram, ey Rəb­bim!”

### الآية 23:99

> ﻿حَتَّىٰ إِذَا جَاءَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُونِ [23:99]

99\. Nəhayət, onlardan biri­nə ölüm gəl­­diyi zaman deyər: “Ey Rəb­bim! Mə­ni geri qaytar.

### الآية 23:100

> ﻿لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ ۚ كَلَّا ۚ إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا ۖ وَمِنْ وَرَائِهِمْ بَرْزَخٌ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ [23:100]

100\. Bəlkə, tərk etdiyim yax­şı əməlləri indi edəm”. Xeyr! Onun bu dedikləri an­caq boş bir sözdür. Onların arxa­sında diriləcək­ləri gü­nə qədər bər­zəx həyatı vardır.

### الآية 23:101

> ﻿فَإِذَا نُفِخَ فِي الصُّورِ فَلَا أَنْسَابَ بَيْنَهُمْ يَوْمَئِذٍ وَلَا يَتَسَاءَلُونَ [23:101]

101\. Sur üfürüləcəyi gün on­la­rın ara­larında qohumluq əla­qəsi ol­ma­yacaq və onlar bir-bi­rindən hal-əhval tutma­ya­caq­lar.

### الآية 23:102

> ﻿فَمَنْ ثَقُلَتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ [23:102]

102\. O gün məhz tərəziləri ağır gə­lənlər nicat tapacaqlar.

### الآية 23:103

> ﻿وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ فِي جَهَنَّمَ خَالِدُونَ [23:103]

103\. Tərəziləri yüngül gə­lən­lər isə öz­lərini ziyana uğra­dan­lar­dır. Onlar Cə­hənnəmdə əbə­di qala­caqlar.

### الآية 23:104

> ﻿تَلْفَحُ وُجُوهَهُمُ النَّارُ وَهُمْ فِيهَا كَالِحُونَ [23:104]

104\. Od onların üzünü yan­dı­racaq və onlar orada qıc ol­muş və­ziy­yətdə qala­caqlar.

### الآية 23:105

> ﻿أَلَمْ تَكُنْ آيَاتِي تُتْلَىٰ عَلَيْكُمْ فَكُنْتُمْ بِهَا تُكَذِّبُونَ [23:105]

105\. Məgər Mənim ayələ­rim sizə oxun­­murdumu, siz də on­ları ya­lan he­sab etmirdi­nizmi?

### الآية 23:106

> ﻿قَالُوا رَبَّنَا غَلَبَتْ عَلَيْنَا شِقْوَتُنَا وَكُنَّا قَوْمًا ضَالِّينَ [23:106]

106\. Onlar deyəcəklər: “Ey Rəb­bi­miz! Bədbəxtliyimiz bizə üs­tün gəldi və biz doğru yol­dan azan bir camaat ol­duq.

### الآية 23:107

> ﻿رَبَّنَا أَخْرِجْنَا مِنْهَا فَإِنْ عُدْنَا فَإِنَّا ظَالِمُونَ [23:107]

107\. Ey Rəbbimiz! Bizi ora­dan çıxart! Əgər bir də günah iş­lərə qa­yıtsaq, həqi­qətən də, za­lım olarıq”.

### الآية 23:108

> ﻿قَالَ اخْسَئُوا فِيهَا وَلَا تُكَلِّمُونِ [23:108]

108\. Allah buyuracaq: “Ora­da alçal­mış vəziyyətdə qalın və Mə­nə heç nə demə­yin!

### الآية 23:109

> ﻿إِنَّهُ كَانَ فَرِيقٌ مِنْ عِبَادِي يَقُولُونَ رَبَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا وَارْحَمْنَا وَأَنْتَ خَيْرُ الرَّاحِمِينَ [23:109]

109\. Həqiqətən, qullarım­dan bir züm­rə var idi ki, onlar: “Ey Rəb­bimiz! Biz iman gətirdik. Bi­zi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısı­san!”– deyir­dilər.

### الآية 23:110

> ﻿فَاتَّخَذْتُمُوهُمْ سِخْرِيًّا حَتَّىٰ أَنْسَوْكُمْ ذِكْرِي وَكُنْتُمْ مِنْهُمْ تَضْحَكُونَ [23:110]

110\. Siz isə onları məsxə­rə­yə qoyur­dunuz. Sonda bu məs­xərə Mə­ni yada salmağı belə sizə unut­durdu. Siz onlara gü­lürdünüz.

### الآية 23:111

> ﻿إِنِّي جَزَيْتُهُمُ الْيَوْمَ بِمَا صَبَرُوا أَنَّهُمْ هُمُ الْفَائِزُونَ [23:111]

111\. Bu gün Mən səbir et­dik­lə­rinə görə onları mükafat­lan­dır­dım. Şübhə­siz ki, uğur qa­zananlar da onlardır!”

### الآية 23:112

> ﻿قَالَ كَمْ لَبِثْتُمْ فِي الْأَرْضِ عَدَدَ سِنِينَ [23:112]

112\. Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?”– de­yə so­ruşa­caq.

### الآية 23:113

> ﻿قَالُوا لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ فَاسْأَلِ الْعَادِّينَ [23:113]

113\. Onlar: “Bir gün yaxud bir gün­dən də az qaldıq. Sən günləri sa­yan­lar­dan soruş”– de­yəcəklər.

### الآية 23:114

> ﻿قَالَ إِنْ لَبِثْتُمْ إِلَّا قَلِيلًا ۖ لَوْ أَنَّكُمْ كُنْتُمْ تَعْلَمُونَ [23:114]

114\. Allah deyəcək: “Siz ora­da çox az qaldınız. Kaş bunu bi­ləy­di­niz!

### الآية 23:115

> ﻿أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ [23:115]

115\. Yoxsa elə hesab edir­di­niz ki, si­zi əbəs yerə yarat­mı­şıq və siz heç vaxt Bizə qay­ta­rıl­maya­caqsınız?”

### الآية 23:116

> ﻿فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ رَبُّ الْعَرْشِ الْكَرِيمِ [23:116]

116\. Haqq Hökmdar olan Allah hər şeydən ucadır! Ondan baş­qa iba­də­tə layiq olan heç bir mə­bud yox­dur. O, şanlı Ərşin Rəb­bidir.

### الآية 23:117

> ﻿وَمَنْ يَدْعُ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ لَا بُرْهَانَ لَهُ بِهِ فَإِنَّمَا حِسَابُهُ عِنْدَ رَبِّهِ ۚ إِنَّهُ لَا يُفْلِحُ الْكَافِرُونَ [23:117]

117\. Kim Allahla yanaşı, haq­qında özünün heç bir dəlili ol­ma­dı­ğı başqa bir məbuda iba­dət edərsə, onun cəzasını Rəb­bi Özü ve­rə­­cəkdir. Şübhə­siz ki, ka­firlər nicat tapmazlar!

### الآية 23:118

> ﻿وَقُلْ رَبِّ اغْفِرْ وَارْحَمْ وَأَنْتَ خَيْرُ الرَّاحِمِينَ [23:118]

118\. De: “Ey Rəbbim, ba­ğış­la və rəhm et! Sən rəhm edən­lə­rin ən yax­şı­sısan!”

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/23.md)
- [كل تفاسير سورة المؤمنون
](https://quranpedia.net/surah-tafsir/23.md)
- [ترجمات سورة المؤمنون
](https://quranpedia.net/translations/23.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/23/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
