---
title: "ترجمة سورة الفرقان - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/25/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/25/book/1983"
surah_id: "25"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة الفرقان - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/25/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الفرقان - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/25/book/1983*.

Translation of Surah الفرقان from "الترجمة الأذرية" in الأذرية.

### الآية 25:1

> تَبَارَكَ الَّذِي نَزَّلَ الْفُرْقَانَ عَلَىٰ عَبْدِهِ لِيَكُونَ لِلْعَالَمِينَ نَذِيرًا [25:1]

1\. Aləmləri xəbərdar etmə­sindən öt­rü Öz quluna Fur­qa­nı nazil edən Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır!

### الآية 25:2

> ﻿الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَمْ يَتَّخِذْ وَلَدًا وَلَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي الْمُلْكِ وَخَلَقَ كُلَّ شَيْءٍ فَقَدَّرَهُ تَقْدِيرًا [25:2]

2\. Göylərin və yerin səltə­nə­ti Ona məxsusdur. O, Özünə oğul gö­tür­mə­mişdir, səl­tə­nə­tində də heç bir şəriki yoxdur. O, bütün şey­ləri xəlq etmiş və on­lara mü­nasib bir biçim ver­miş­dir.

### الآية 25:3

> ﻿وَاتَّخَذُوا مِنْ دُونِهِ آلِهَةً لَا يَخْلُقُونَ شَيْئًا وَهُمْ يُخْلَقُونَ وَلَا يَمْلِكُونَ لِأَنْفُسِهِمْ ضَرًّا وَلَا نَفْعًا وَلَا يَمْلِكُونَ مَوْتًا وَلَا حَيَاةً وَلَا نُشُورًا [25:3]

3\. Kafirlər isə Onun əvə­zinə heç nəyə fayda verməyən, həm də öz­ləri yara­dı­lan, özlərinə nə bir zərər, nə də bir xe­yir ver­məyə qa­dir olmayan, öldür­mə­yə, hə­yat verməyə və yenidən diriltməyə qüd­rəti olmayan­la­rı özlərinə məbud gö­türdü­lər.

### الآية 25:4

> ﻿وَقَالَ الَّذِينَ كَفَرُوا إِنْ هَٰذَا إِلَّا إِفْكٌ افْتَرَاهُ وَأَعَانَهُ عَلَيْهِ قَوْمٌ آخَرُونَ ۖ فَقَدْ جَاءُوا ظُلْمًا وَزُورًا [25:4]

4\. Kafirlər: “Bu, Muhəmmə­din uydur­duğu yalandan başqa bir şey deyil. Ona bu işdə baş­qa adamlar da kömək et­miş­lər”– de­di­lər. Beləcə, onlar haq­sız­lı­ğa və iftiraya yol ver­dilər.

### الآية 25:5

> ﻿وَقَالُوا أَسَاطِيرُ الْأَوَّلِينَ اكْتَتَبَهَا فَهِيَ تُمْلَىٰ عَلَيْهِ بُكْرَةً وَأَصِيلًا [25:5]

5\. Onlar: “Bu, keçmişdəki­lə­rin nağıl­la­rıdır. O bunları baş­qasına yaz­dır­mış­dır. Bunlar sə­hər-axşam onun özünə oxu­­nur”– dedilər.

### الآية 25:6

> ﻿قُلْ أَنْزَلَهُ الَّذِي يَعْلَمُ السِّرَّ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ إِنَّهُ كَانَ غَفُورًا رَحِيمًا [25:6]

6\. De: “Onu göylərdə və yer­də olan sirləri bilən Allah nazil et­miş­dir. Həqi­qətən, O, Ba­ğış­layandır, Rəhmlidir!”

### الآية 25:7

> ﻿وَقَالُوا مَالِ هَٰذَا الرَّسُولِ يَأْكُلُ الطَّعَامَ وَيَمْشِي فِي الْأَسْوَاقِ ۙ لَوْلَا أُنْزِلَ إِلَيْهِ مَلَكٌ فَيَكُونَ مَعَهُ نَذِيرًا [25:7]

7\. Onlar dedilər: “Bu necə el­çidir ki, yemək yeyir, bazar­ları gə­zib do­laşır? Nə üçün ona özü ilə birlikdə xəbər­dar­lıq edən bir mə­lək göndərilmədi?

### الآية 25:8

> ﻿أَوْ يُلْقَىٰ إِلَيْهِ كَنْزٌ أَوْ تَكُونُ لَهُ جَنَّةٌ يَأْكُلُ مِنْهَا ۚ وَقَالَ الظَّالِمُونَ إِنْ تَتَّبِعُونَ إِلَّا رَجُلًا مَسْحُورًا [25:8]

8\. Niyə ona bir xəzinə veril­mədi? Ni­yə meyvəsindən ye­yib do­lan­masından ötrü bir ba­ğı olmadı?” Zalımlar: “Siz an­caq sehr­lən­miş bir adamın ar­dınca gedirsiniz”– dedilər.

### الآية 25:9

> ﻿انْظُرْ كَيْفَ ضَرَبُوا لَكَ الْأَمْثَالَ فَضَلُّوا فَلَا يَسْتَطِيعُونَ سَبِيلًا [25:9]

9\. Gör sənə aid hansı məsəl­ləri çək­dilər! Onlar haqq yol­dan az­dı­lar və bir daha o yolu tapa bilməyəcəklər!

### الآية 25:10

> ﻿تَبَارَكَ الَّذِي إِنْ شَاءَ جَعَلَ لَكَ خَيْرًا مِنْ ذَٰلِكَ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ وَيَجْعَلْ لَكَ قُصُورًا [25:10]

10\. İstəsə, sənin üçün onla­rın dedik­lərindən daha xeyirli­sini, ağac­ları altın­dan çaylar axan cən­nətlər yara­dan, sə­nin üçün qəsrlər inşa edə bilən Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır!

### الآية 25:11

> ﻿بَلْ كَذَّبُوا بِالسَّاعَةِ ۖ وَأَعْتَدْنَا لِمَنْ كَذَّبَ بِالسَّاعَةِ سَعِيرًا [25:11]

11\. Lakin onlar Qiyamət Sa­atını da ya­lan saydılar. Biz də onu ya­lan sayan­lar­dan ötrü yan­dırıb-yaxan bir od ha­zırladıq.

### الآية 25:12

> ﻿إِذَا رَأَتْهُمْ مِنْ مَكَانٍ بَعِيدٍ سَمِعُوا لَهَا تَغَيُّظًا وَزَفِيرًا [25:12]

12\. Onlar Cəhənnəm odunu uzaq mə­safədən gördükdə be­lə, onun necə qə­zəblə qay­na­ma­sını duyacaq və xışıltısı­nı eşi­də­cək­lər.

### الآية 25:13

> ﻿وَإِذَا أُلْقُوا مِنْهَا مَكَانًا ضَيِّقًا مُقَرَّنِينَ دَعَوْا هُنَالِكَ ثُبُورًا [25:13]

13\. Onlar əlləri boynunda bağlı hal­da Cəhənnəmin dar bir ye­ri­nə atıldıqları za­man ölüm di­ləyəcəklər.

### الآية 25:14

> ﻿لَا تَدْعُوا الْيَوْمَ ثُبُورًا وَاحِدًا وَادْعُوا ثُبُورًا كَثِيرًا [25:14]

14\. Onlara deyilər: “Bu gün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər is­təyin!”

### الآية 25:15

> ﻿قُلْ أَذَٰلِكَ خَيْرٌ أَمْ جَنَّةُ الْخُلْدِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ ۚ كَانَتْ لَهُمْ جَزَاءً وَمَصِيرًا [25:15]

15\. De: “Bu yaxşıdır, yoxsa müt­təqi­lərə bir mükafat və dö­nüş ye­ri olaraq vəd edilən Əbə­diyyət cən­nəti?”

### الآية 25:16

> ﻿لَهُمْ فِيهَا مَا يَشَاءُونَ خَالِدِينَ ۚ كَانَ عَلَىٰ رَبِّكَ وَعْدًا مَسْئُولًا [25:16]

16\. Onlardan ötrü orada is­tə­dikləri hər şey vardır. Onlar orada əbə­di qa­la­caqlar. Bu, sə­nin Rəbbinin Öz öhdə­si­nə gö­türdüyü və ye­rinə yetirilməsi ar­zu olunan bir vəddir.

### الآية 25:17

> ﻿وَيَوْمَ يَحْشُرُهُمْ وَمَا يَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ فَيَقُولُ أَأَنْتُمْ أَضْلَلْتُمْ عِبَادِي هَٰؤُلَاءِ أَمْ هُمْ ضَلُّوا السَّبِيلَ [25:17]

17\. O gün Allah onları və on­ların Allahdan başqa sitayiş et­dik­lə­rinin ha­mısını məhşər ayağında cəm edərək deyəcək: “Mənim bu qul­larımı haqq yol­dan sizmi azdırdınız, yoxsa on­lar öz­ləri az­dı­lar?”

### الآية 25:18

> ﻿قَالُوا سُبْحَانَكَ مَا كَانَ يَنْبَغِي لَنَا أَنْ نَتَّخِذَ مِنْ دُونِكَ مِنْ أَوْلِيَاءَ وَلَٰكِنْ مَتَّعْتَهُمْ وَآبَاءَهُمْ حَتَّىٰ نَسُوا الذِّكْرَ وَكَانُوا قَوْمًا بُورًا [25:18]

18\. Onlar deyəcəklər: “Sən pak və mü­qəddəssən! Sənin əvə­zinə özümü­zə başqa hima­yə­dar­lar götürmək bizə ya­raş­maz. La­kin Sən onlara və ataları­na o qədər firavanlıq nəsib etdin ki, axırda Zikri də yaddan çı­xart­dılar və məhvə məhkum olun­muş bir zümrəyə çev­ril­di­lər”.

### الآية 25:19

> ﻿فَقَدْ كَذَّبُوكُمْ بِمَا تَقُولُونَ فَمَا تَسْتَطِيعُونَ صَرْفًا وَلَا نَصْرًا ۚ وَمَنْ يَظْلِمْ مِنْكُمْ نُذِقْهُ عَذَابًا كَبِيرًا [25:19]

19\. Kafirlərə deyiləcək: “On­lar sizin dediklərinizi yalan hesab et­di­lər. Artıq siz nə əzabı özü­nüz­dən dəf edə bilər, nə də başqa bir əla­c tapa bilərsiniz. Zülm edən­lə­ri­ni­zə böyük bir əzab dad­dı­racağıq”.

### الآية 25:20

> ﻿وَمَا أَرْسَلْنَا قَبْلَكَ مِنَ الْمُرْسَلِينَ إِلَّا إِنَّهُمْ لَيَأْكُلُونَ الطَّعَامَ وَيَمْشُونَ فِي الْأَسْوَاقِ ۗ وَجَعَلْنَا بَعْضَكُمْ لِبَعْضٍ فِتْنَةً أَتَصْبِرُونَ ۗ وَكَانَ رَبُّكَ بَصِيرًا [25:20]

20\. Səndən öncəki elçiləri­miz də ye­mək yeyər, bazarları gə­zib do­lanar­dı­lar. Sizin bəzi­lə­ri­nizi digərlərinizlə sınağa çəkdik ki, görək səbir edə bilə­cək­sinizmi? Sənin Rəbbin Gö­rəndir.

### الآية 25:21

> ﻿۞ وَقَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا لَوْلَا أُنْزِلَ عَلَيْنَا الْمَلَائِكَةُ أَوْ نَرَىٰ رَبَّنَا ۗ لَقَدِ اسْتَكْبَرُوا فِي أَنْفُسِهِمْ وَعَتَوْا عُتُوًّا كَبِيرًا [25:21]

21\. Bizimlə qarşılaşacaqla­rı­nı güman etməyənlər dedilər: “Nə üçün bizə mə­ləklər gön­də­rilmədi? Niyə biz Rəbbi­mizi gör­mü­rük?” Onlar özləri haq­qın­da yüksək fikirdə oldular və böyük üs­yan­karlıq etdilər.

### الآية 25:22

> ﻿يَوْمَ يَرَوْنَ الْمَلَائِكَةَ لَا بُشْرَىٰ يَوْمَئِذٍ لِلْمُجْرِمِينَ وَيَقُولُونَ حِجْرًا مَحْجُورًا [25:22]

22\. Məhz mələkləri görə­cək­ləri gün günahkarlara heç bir müj­də olma­ya­caq­. Mələklər deyəcəklər: “Cənnətə girmə­yi­niz qa­da­ğan­dır, qadağan!”

### الآية 25:23

> ﻿وَقَدِمْنَا إِلَىٰ مَا عَمِلُوا مِنْ عَمَلٍ فَجَعَلْنَاهُ هَبَاءً مَنْثُورًا [25:23]

23\. Biz onların etdikləri əməl­lərə bax­dıqdan sonra onları sov­rul­muş toz dənə­ciklərinə çevi­rərik.

### الآية 25:24

> ﻿أَصْحَابُ الْجَنَّةِ يَوْمَئِذٍ خَيْرٌ مُسْتَقَرًّا وَأَحْسَنُ مَقِيلًا [25:24]

24\. Həmin gün Cənnət sa­kin­lərinin qalacağı yer daha lə­ta­fət­li və istirahət edəcəyi yer da­ha gözəl olacaq.

### الآية 25:25

> ﻿وَيَوْمَ تَشَقَّقُ السَّمَاءُ بِالْغَمَامِ وَنُزِّلَ الْمَلَائِكَةُ تَنْزِيلًا [25:25]

25\. Həmin gün göy buludla par­ça­la­nacaq və mələklər yerə en­di­riləcək­.

### الآية 25:26

> ﻿الْمُلْكُ يَوْمَئِذٍ الْحَقُّ لِلرَّحْمَٰنِ ۚ وَكَانَ يَوْمًا عَلَى الْكَافِرِينَ عَسِيرًا [25:26]

26\. Həmin gün gerçək hökm vermək ancaq Mərhəmətli Alla­ha məx­susdur. O, kafir­lər üçün çətin bir gün olacaq.

### الآية 25:27

> ﻿وَيَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَىٰ يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلًا [25:27]

27\. Həmin gün zalım kimsə bar­maq­larını dişləyərək deyə­cək­: “Kaş ki, mən Peyğəm­bərin yolunu tutub gedəy­dim!

### الآية 25:28

> ﻿يَا وَيْلَتَىٰ لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلًا [25:28]

28\. Vay halıma! Kaş ki, fi­lan­kəslə dost olmayaydım!

### الآية 25:29

> ﻿لَقَدْ أَضَلَّنِي عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءَنِي ۗ وَكَانَ الشَّيْطَانُ لِلْإِنْسَانِ خَذُولًا [25:29]

29\. Çünki Zikr mənə çat­dıq­dan son­ra o məni ondan uzaq­laş­dır­dı”. Hə­qi­qətən, şeytan in­sanı tənha qoyub qaçan­dır.

### الآية 25:30

> ﻿وَقَالَ الرَّسُولُ يَا رَبِّ إِنَّ قَوْمِي اتَّخَذُوا هَٰذَا الْقُرْآنَ مَهْجُورًا [25:30]

30\. Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk et­di!”– de­yəcək.

### الآية 25:31

> ﻿وَكَذَٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِيٍّ عَدُوًّا مِنَ الْمُجْرِمِينَ ۗ وَكَفَىٰ بِرَبِّكَ هَادِيًا وَنَصِيرًا [25:31]

31\. Beləcə, Biz hər peyğəm­bər üçün günahkarlardan bir düş­mən etdik. Doğ­ru yol gös­təricisi və yardımçı olaraq Rəb­bin sənə ye­tər.

### الآية 25:32

> ﻿وَقَالَ الَّذِينَ كَفَرُوا لَوْلَا نُزِّلَ عَلَيْهِ الْقُرْآنُ جُمْلَةً وَاحِدَةً ۚ كَذَٰلِكَ لِنُثَبِّتَ بِهِ فُؤَادَكَ ۖ وَرَتَّلْنَاهُ تَرْتِيلًا [25:32]

32\. Kafirlər dedilər: “Nə üçün Quran ona bir dəfəyə bütöv na­zil olmadı?” Biz onu sənin qəl­bini möhkəmləndir­mək üçün tədri­cən nazil etdik və onu ən gö­zəl şəkildə ayəbəayə izah et­dik.

### الآية 25:33

> ﻿وَلَا يَأْتُونَكَ بِمَثَلٍ إِلَّا جِئْنَاكَ بِالْحَقِّ وَأَحْسَنَ تَفْسِيرًا [25:33]

33\. Onlar sənin yanına gəlib elə bir mə­səl çəkməzlər ki, ona ca­vab olaraq Biz sə­nə haqqı və ən yaxşı yozumu ver­mə­yək.

### الآية 25:34

> ﻿الَّذِينَ يُحْشَرُونَ عَلَىٰ وُجُوهِهِمْ إِلَىٰ جَهَنَّمَ أُولَٰئِكَ شَرٌّ مَكَانًا وَأَضَلُّ سَبِيلًا [25:34]

34\. Üzüstə sürüklənib Cə­hən­nəmə top­lanacaq kimsələr – məhz onlar yerləri ən pis olan, haqq yoldan ən çox azan kim­sələrdir.

### الآية 25:35

> ﻿وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَجَعَلْنَا مَعَهُ أَخَاهُ هَارُونَ وَزِيرًا [25:35]

35\. Həqiqətən, Kitabı Mu­sa­ya Biz ver­dik və qardaşı Ha­ru­nu da ona köməkçi etdik.

### الآية 25:36

> ﻿فَقُلْنَا اذْهَبَا إِلَى الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا فَدَمَّرْنَاهُمْ تَدْمِيرًا [25:36]

36\. Onlara: “Ayələrimizi ya­lan sa­yan bir tayfanın yanına ge­din!”– dedik. Sonra Biz o tay­fanı yerli-dibli yox et­dik.

### الآية 25:37

> ﻿وَقَوْمَ نُوحٍ لَمَّا كَذَّبُوا الرُّسُلَ أَغْرَقْنَاهُمْ وَجَعَلْنَاهُمْ لِلنَّاسِ آيَةً ۖ وَأَعْتَدْنَا لِلظَّالِمِينَ عَذَابًا أَلِيمًا [25:37]

37\. Biz Nuh qövmünü elçi­ləri yalan­çı saydıqları zaman suda ba­tırdıq və onları insan­lar üçün bir ibrət etdik. Biz za­lım­lar üçün ağ­rılı-acılı bir əzab ha­zır­la­mışıq.

### الآية 25:38

> ﻿وَعَادًا وَثَمُودَ وَأَصْحَابَ الرَّسِّ وَقُرُونًا بَيْنَ ذَٰلِكَ كَثِيرًا [25:38]

38\. Biz Adı, Səmudu, Rəss əhlini və onların arasında olan bir çox nəsilləri də məhv etdik.

### الآية 25:39

> ﻿وَكُلًّا ضَرَبْنَا لَهُ الْأَمْثَالَ ۖ وَكُلًّا تَبَّرْنَا تَتْبِيرًا [25:39]

39\. Biz onların hamısına mə­səllər çək­­dik və onların ha­mı­sını büs­bütün məhv etdik.

### الآية 25:40

> ﻿وَلَقَدْ أَتَوْا عَلَى الْقَرْيَةِ الَّتِي أُمْطِرَتْ مَطَرَ السَّوْءِ ۚ أَفَلَمْ يَكُونُوا يَرَوْنَهَا ۚ بَلْ كَانُوا لَا يَرْجُونَ نُشُورًا [25:40]

40\. Məkkə müşrikləri bəla yağ­muru düşüb viran qalmış şəhə­rin ya­nından keç­mişdilər. Mə­gər onlar onu görmə­miş­­di­lər? Xeyr, on­lar öldükdən son­ra di­rilməyə inanmırlar.

### الآية 25:41

> ﻿وَإِذَا رَأَوْكَ إِنْ يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَٰذَا الَّذِي بَعَثَ اللَّهُ رَسُولًا [25:41]

41\. Onlar səni gördükdə an­caq sənə lağ edir və deyirlər: “Bu­dur­mu Allahın elçi göndər­diyi kəs?

### الآية 25:42

> ﻿إِنْ كَادَ لَيُضِلُّنَا عَنْ آلِهَتِنَا لَوْلَا أَنْ صَبَرْنَا عَلَيْهَا ۚ وَسَوْفَ يَعْلَمُونَ حِينَ يَرَوْنَ الْعَذَابَ مَنْ أَضَلُّ سَبِيلًا [25:42]

42\. Əgər biz məbudlarımıza tapın­maq­da səbirli olma­say­dıq, az qa­la o bizi on­lardan uzaq­laş­dıracaqdı”. Onlar əzabı gör­dük­ləri za­man kimin haqq yol­dan daha çox azdığını anlaya­caq­lar.

### الآية 25:43

> ﻿أَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَٰهَهُ هَوَاهُ أَفَأَنْتَ تَكُونُ عَلَيْهِ وَكِيلًا [25:43]

43\. Nəfsinin istəyini ilahi­ləş­dirən kim­səni gördünmü? Sən ona və­killikmi edəcəksən?

### الآية 25:44

> ﻿أَمْ تَحْسَبُ أَنَّ أَكْثَرَهُمْ يَسْمَعُونَ أَوْ يَعْقِلُونَ ۚ إِنْ هُمْ إِلَّا كَالْأَنْعَامِ ۖ بَلْ هُمْ أَضَلُّ سَبِيلًا [25:44]

44\. Yoxsa elə hesab edirsən ki, onla­rın əksəriyyəti eşidəcək və ya anla­ya­caq? Onlar hey­van kimidirlər, hətta, haqq yoldan da­ha çox uzaq­laş­mışlar.

### الآية 25:45

> ﻿أَلَمْ تَرَ إِلَىٰ رَبِّكَ كَيْفَ مَدَّ الظِّلَّ وَلَوْ شَاءَ لَجَعَلَهُ سَاكِنًا ثُمَّ جَعَلْنَا الشَّمْسَ عَلَيْهِ دَلِيلًا [25:45]

45\. Məgər Rəbbinin kölgəni necə uzat­dığını görmürsənmi? Əgər O istə­səydi, onu hərəkət­siz halda saxlayardı. Sonra Biz gü­nə­şi onun bələdçisi etdik.

### الآية 25:46

> ﻿ثُمَّ قَبَضْنَاهُ إِلَيْنَا قَبْضًا يَسِيرًا [25:46]

46\. Sonra o kölgəni yavaş-yavaş Özü­müzə tərəf çəkib qısaltdıq.

### الآية 25:47

> ﻿وَهُوَ الَّذِي جَعَلَ لَكُمُ اللَّيْلَ لِبَاسًا وَالنَّوْمَ سُبَاتًا وَجَعَلَ النَّهَارَ نُشُورًا [25:47]

47\. Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də can­lan­ma vaxtı edən Odur.

### الآية 25:48

> ﻿وَهُوَ الَّذِي أَرْسَلَ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ ۚ وَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً طَهُورًا [25:48]

48\. Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi ola­raq göndərən Odur. Biz göy­dən tərtəmiz su endirdik ki,

### الآية 25:49

> ﻿لِنُحْيِيَ بِهِ بَلْدَةً مَيْتًا وَنُسْقِيَهُ مِمَّا خَلَقْنَا أَنْعَامًا وَأَنَاسِيَّ كَثِيرًا [25:49]

49\. onunla ölü bir diyarı can­landıraq, yaratdığımız neçə-ne­çə hey­vana və neçə-neçə in­sana ondan içirdək.

### الآية 25:50

> ﻿وَلَقَدْ صَرَّفْنَاهُ بَيْنَهُمْ لِيَذَّكَّرُوا فَأَبَىٰ أَكْثَرُ النَّاسِ إِلَّا كُفُورًا [25:50]

50\. Biz düşünüb ibrət alsın­lar deyə o suyu onların ara­sın­da pay­laş­dırdıq. La­kin insan­la­rın çoxu küfrdən başqa bir şey qəbul et­mə­di.

### الآية 25:51

> ﻿وَلَوْ شِئْنَا لَبَعَثْنَا فِي كُلِّ قَرْيَةٍ نَذِيرًا [25:51]

51\. Əgər istəsəydik, hər kən­də qorxu­dan bir peyğəmbər gön­də­rər­dik.

### الآية 25:52

> ﻿فَلَا تُطِعِ الْكَافِرِينَ وَجَاهِدْهُمْ بِهِ جِهَادًا كَبِيرًا [25:52]

52\. Belə olduqda sən kafir­lərə baş əy­mə və onlara qarşı bu Qu­ran­la böyük bir cihad et!

### الآية 25:53

> ﻿۞ وَهُوَ الَّذِي مَرَجَ الْبَحْرَيْنِ هَٰذَا عَذْبٌ فُرَاتٌ وَهَٰذَا مِلْحٌ أُجَاجٌ وَجَعَلَ بَيْنَهُمَا بَرْزَخًا وَحِجْرًا مَحْجُورًا [25:53]

53\. Birinin suyu dadlı və şi­rin, digə­rininki isə duzlu və acı olan iki dənizi qovuşduraraq aralarında maneə və ke­çilməz sədd qo­yan Odur.

### الآية 25:54

> ﻿وَهُوَ الَّذِي خَلَقَ مِنَ الْمَاءِ بَشَرًا فَجَعَلَهُ نَسَبًا وَصِهْرًا ۗ وَكَانَ رَبُّكَ قَدِيرًا [25:54]

54\. Sudan insan yaradan, ona qan qo­humları və sonradan qo­hum olanları bəxş edən Odur. Rəbbin hər şeyə Qadir­dir.

### الآية 25:55

> ﻿وَيَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لَا يَنْفَعُهُمْ وَلَا يَضُرُّهُمْ ۗ وَكَانَ الْكَافِرُ عَلَىٰ رَبِّهِ ظَهِيرًا [25:55]

55\. Onlar Allahı qoyub öz­lə­rinə nə xe­yir, nə də zərər verə bil­mə­yənlərə ibadət edir­lər. Ka­fir öz Rəbbinə qarşı şey­tana kö­mək­çi­dir.

### الآية 25:56

> ﻿وَمَا أَرْسَلْنَاكَ إِلَّا مُبَشِّرًا وَنَذِيرًا [25:56]

56\. Biz səni ancaq müjdə ve­rən və xəbərdarlıq edən kimi gön­dər­dik.

### الآية 25:57

> ﻿قُلْ مَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِلَّا مَنْ شَاءَ أَنْ يَتَّخِذَ إِلَىٰ رَبِّهِ سَبِيلًا [25:57]

57\. De: “Mən bunun əvə­zi­nə sizdən heç bir mükafat istə­mi­rəm. Tək­cə onu is­təyirəm ki, insanlar Rəbbinə tərəf apa­ran bir yol tut­sun­lar”.

### الآية 25:58

> ﻿وَتَوَكَّلْ عَلَى الْحَيِّ الَّذِي لَا يَمُوتُ وَسَبِّحْ بِحَمْدِهِ ۚ وَكَفَىٰ بِهِ بِذُنُوبِ عِبَادِهِ خَبِيرًا [25:58]

58\. Ölməz, əbə­di Yaşayana təvəkkül et və Onu həmd-səna ilə tə­rif­­lə. Onun Öz qullarının günahlarından agah ol­ma­sı ki­fayətdir.

### الآية 25:59

> ﻿الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۚ الرَّحْمَٰنُ فَاسْأَلْ بِهِ خَبِيرًا [25:59]

59\. O, göyləri, yeri və on­la­rın ara­sın­dakıları altı gündə ya­ratdı, son­ra da Ərşə ucaldı. O, Mərhəmətli Allahdır. Bunu bi­lən­dən so­ruş!

### الآية 25:60

> ﻿وَإِذَا قِيلَ لَهُمُ اسْجُدُوا لِلرَّحْمَٰنِ قَالُوا وَمَا الرَّحْمَٰنُ أَنَسْجُدُ لِمَا تَأْمُرُنَا وَزَادَهُمْ نُفُورًا ۩ [25:60]

60\. Onlara: “Mərhəmətli Alla­ha səc­də edin!”– deyildikdə: “Mər­hə­mətli Allah nədir? Mə­gər bizə əmr etdiyin şeyə səc­də et­mə­li­yik?”– deyərlər. Bu da onların nif­rə­tini artırar.

### الآية 25:61

> ﻿تَبَارَكَ الَّذِي جَعَلَ فِي السَّمَاءِ بُرُوجًا وَجَعَلَ فِيهَا سِرَاجًا وَقَمَرًا مُنِيرًا [25:61]

61\. Səmada bürclər qoyan və orada günəş və nurlu bir ay ya­ra­dan Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır.

### الآية 25:62

> ﻿وَهُوَ الَّذِي جَعَلَ اللَّيْلَ وَالنَّهَارَ خِلْفَةً لِمَنْ أَرَادَ أَنْ يَذَّكَّرَ أَوْ أَرَادَ شُكُورًا [25:62]

62\. Yada salmaq və şükür etmək is­təyənlər üçün gecə ilə gün­dü­zü bir-bi­rinin ardınca gətirən Odur.

### الآية 25:63

> ﻿وَعِبَادُ الرَّحْمَٰنِ الَّذِينَ يَمْشُونَ عَلَى الْأَرْضِ هَوْنًا وَإِذَا خَاطَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا [25:63]

63\. Mərhəmətli Allahın qul­la­rı o kəs­lərdir ki, onlar yer üzün­də tə­vazökar­lıqla gə­zər, cahil­lər onlara söz atdqda: “Sa­­lam!”– deyib keçərlər.

### الآية 25:64

> ﻿وَالَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمْ سُجَّدًا وَقِيَامًا [25:64]

64\. Onlar gecələrini Rəbbi üçün səc­dədə və qiyamda ke­çi­rərlər.

### الآية 25:65

> ﻿وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا اصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ ۖ إِنَّ عَذَابَهَا كَانَ غَرَامًا [25:65]

65\. Onlar deyərlər: “Ey Rəb­bimiz! Cə­hənnəm əzabını biz­dən uzaq elə. Doğ­rusu, onun əzabı həmişəlikdir.

### الآية 25:66

> ﻿إِنَّهَا سَاءَتْ مُسْتَقَرًّا وَمُقَامًا [25:66]

66\. Həqiqətən, ora nə pis məs­kən, ne­cə də pis iqamət­gah­dır!”

### الآية 25:67

> ﻿وَالَّذِينَ إِذَا أَنْفَقُوا لَمْ يُسْرِفُوا وَلَمْ يَقْتُرُوا وَكَانَ بَيْنَ ذَٰلِكَ قَوَامًا [25:67]

67\. Onlar mallarını xərclə­dik­də nə is­rafçılıq, nə də xə­sis­lik edər, bunların arasında orta bir yol tutarlar.

### الآية 25:68

> ﻿وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ وَلَا يَزْنُونَ ۚ وَمَنْ يَفْعَلْ ذَٰلِكَ يَلْقَ أَثَامًا [25:68]

68\. Onlar Allahla yanaşı baş­qa mə­buda yalvarmaz, Alla­hın ha­ram etdiyi cana haqsız yerə qıymaz və zina etməz­lər. Bu­nu edən kim­sə cəzalandı­rılar.

### الآية 25:69

> ﻿يُضَاعَفْ لَهُ الْعَذَابُ يَوْمَ الْقِيَامَةِ وَيَخْلُدْ فِيهِ مُهَانًا [25:69]

69\. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zə­lil olub əbədi qalar.

### الآية 25:70

> ﻿إِلَّا مَنْ تَابَ وَآمَنَ وَعَمِلَ عَمَلًا صَالِحًا فَأُولَٰئِكَ يُبَدِّلُ اللَّهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا [25:70]

70\. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edən­lərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağış­layandır, Rəhm­­­lidir!

### الآية 25:71

> ﻿وَمَنْ تَابَ وَعَمِلَ صَالِحًا فَإِنَّهُ يَتُوبُ إِلَى اللَّهِ مَتَابًا [25:71]

71\. Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Alla­ha tə­rəf qayıtmış olar.

### الآية 25:72

> ﻿وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ وَإِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَامًا [25:72]

72\. Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəl­dik­də oradan ləyaqətlə ötüb keçərlər.

### الآية 25:73

> ﻿وَالَّذِينَ إِذَا ذُكِّرُوا بِآيَاتِ رَبِّهِمْ لَمْ يَخِرُّوا عَلَيْهَا صُمًّا وَعُمْيَانًا [25:73]

73\. Onlara Rəbbinin ayələri xatır­lan­dı­ğı zaman o ayələrə qarşı kar və kor ki­mi davran­mazlar.

### الآية 25:74

> ﻿وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا [25:74]

74\. Onlar deyərlər: “Ey Rəb­bimiz! Bi­zə gözümüzün ay­dın­lığı olan zövcələr və övladlar bəxş et və bizi müttə­qi­lə­rə imam et!”

### الآية 25:75

> ﻿أُولَٰئِكَ يُجْزَوْنَ الْغُرْفَةَ بِمَا صَبَرُوا وَيُلَقَّوْنَ فِيهَا تَحِيَّةً وَسَلَامًا [25:75]

75\. Onlar səbir etdiklərinə gö­rə Cən­nətdə olan yüksək mə­qam­la mü­kafatlan­dırılacaq, orada xeyir-dua ilə, salamla qarşıla­na­caqlar.

### الآية 25:76

> ﻿خَالِدِينَ فِيهَا ۚ حَسُنَتْ مُسْتَقَرًّا وَمُقَامًا [25:76]

76\. Onlar orada əbədi qala­caqlar. Ora nə gözəl məskən, necə də gö­zəl iqa­mət­gahdır!

### الآية 25:77

> ﻿قُلْ مَا يَعْبَأُ بِكُمْ رَبِّي لَوْلَا دُعَاؤُكُمْ ۖ فَقَدْ كَذَّبْتُمْ فَسَوْفَ يَكُونُ لِزَامًا [25:77]

77\. De: “Əgər yalvarma­ğı­nız olma­saydı, Rəbbim sizə diqqət ye­tir­­məzdi. Siz haqqı yalan say­dınız. Ona görə də əzab sizi ra­hat bu­rax­mayacaq!”

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/25.md)
- [كل تفاسير سورة الفرقان
](https://quranpedia.net/surah-tafsir/25.md)
- [ترجمات سورة الفرقان
](https://quranpedia.net/translations/25.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/25/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
