---
title: "ترجمة سورة لقمان - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/31/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/31/book/1983"
surah_id: "31"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة لقمان - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/31/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة لقمان - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/31/book/1983*.

Translation of Surah لقمان from "الترجمة الأذرية" in الأذرية.

### الآية 31:1

> الم [31:1]

1\. Əlif. Ləm. Mim.

### الآية 31:2

> ﻿تِلْكَ آيَاتُ الْكِتَابِ الْحَكِيمِ [31:2]

2\. Bu, hikmətli Kitabın ayə­ləridir.

### الآية 31:3

> ﻿هُدًى وَرَحْمَةً لِلْمُحْسِنِينَ [31:3]

3\. Xeyirxah əməl sahibləri­nə doğru yol göstəricisi və rəh­mət­dir.

### الآية 31:4

> ﻿الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ بِالْآخِرَةِ هُمْ يُوقِنُونَ [31:4]

4\. O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə qətiy­yət­lə ina­nırlar.

### الآية 31:5

> ﻿أُولَٰئِكَ عَلَىٰ هُدًى مِنْ رَبِّهِمْ ۖ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ [31:5]

5\. Onlar öz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar ni­cat tapan­lar­dır.

### الآية 31:6

> ﻿وَمِنَ النَّاسِ مَنْ يَشْتَرِي لَهْوَ الْحَدِيثِ لِيُضِلَّ عَنْ سَبِيلِ اللَّهِ بِغَيْرِ عِلْمٍ وَيَتَّخِذَهَا هُزُوًا ۚ أُولَٰئِكَ لَهُمْ عَذَابٌ مُهِينٌ [31:6]

6\. İnsanlar arasında eləsi də var ki, heç bir biliyi olma­dan baş­qa­­larını Allah yolun­dan sapdırmaq və Allahın ayə­lə­ri­ni lağa qoy­maq üçün boş-boş söz­ləri sa­tın alır. Məhz onları alçaldıcı bir əzab göz­ləyir.

### الآية 31:7

> ﻿وَإِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا وَلَّىٰ مُسْتَكْبِرًا كَأَنْ لَمْ يَسْمَعْهَا كَأَنَّ فِي أُذُنَيْهِ وَقْرًا ۖ فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍ [31:7]

7\. Ayələrimiz onlara oxun­duğu za­man sanki ona eşit­mirmiş, qu­laqla­rında tıxac var­mış kimi təkəbbürlə üz çevi­rər. Sən be­lə­lə­ri­ni ağrılı-acılı bir əzab­la müjdələ.

### الآية 31:8

> ﻿إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتُ النَّعِيمِ [31:8]

8\. İman gətirib yaxşı işlər gö­rənlər üçün Nəim cən­nətləri ha­zır­lan­mış­dır.

### الآية 31:9

> ﻿خَالِدِينَ فِيهَا ۖ وَعْدَ اللَّهِ حَقًّا ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ [31:9]

9\. Onlar orada əbədi qala­caqlar. Alla­hın vədi haqdır. O, Qüd­rət­lidir, Hikmət sahibidir.

### الآية 31:10

> ﻿خَلَقَ السَّمَاوَاتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا ۖ وَأَلْقَىٰ فِي الْأَرْضِ رَوَاسِيَ أَنْ تَمِيدَ بِكُمْ وَبَثَّ فِيهَا مِنْ كُلِّ دَابَّةٍ ۚ وَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً فَأَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ زَوْجٍ كَرِيمٍ [31:10]

10\. O, göyləri görə biləcə­yi­niz bir di­rək olmadan yara­dıb sax­la­mış, yer sizi sil­kələ­məsin deyə, orada möhkəm dağ­lar qurmuş və ora cürbəcür hey­vanlar yaymışdır. Biz göy­dən yağmur yağdı­rıb ora­da cür­bə­cür gözəl bitkilər bitir­dik.

### الآية 31:11

> ﻿هَٰذَا خَلْقُ اللَّهِ فَأَرُونِي مَاذَا خَلَقَ الَّذِينَ مِنْ دُونِهِ ۚ بَلِ الظَّالِمُونَ فِي ضَلَالٍ مُبِينٍ [31:11]

11\. Bunlar Allahın yaratdıq­larıdır. İndi siz mənə göstərin gö­rüm, On­dan başqaları nə ya­radıblar? Xeyr! Zalımlar açıq-aydın az­ğınlıq için­dədirlər.

### الآية 31:12

> ﻿وَلَقَدْ آتَيْنَا لُقْمَانَ الْحِكْمَةَ أَنِ اشْكُرْ لِلَّهِ ۚ وَمَنْ يَشْكُرْ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ ۖ وَمَنْ كَفَرَ فَإِنَّ اللَّهَ غَنِيٌّ حَمِيدٌ [31:12]

12\. Biz Loğmana hikmət ver­dik: “Allaha şükür et! Kim şü­kür et­sə, özü üçün şükür et­miş olar. Kim nankor ol­sa, bil­sin ki, Allah onun şükrünə möhtac de­yil, Tərifəlayiqdir”.

### الآية 31:13

> ﻿وَإِذْ قَالَ لُقْمَانُ لِابْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ ۖ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ [31:13]

13\. Bir zaman Loğman öz oğluna nə­sihət edərək demiş­di: “Oğ­lum! Allaha şərik qoş­ma. Həqiqətən, Allaha şərik qoş­maq böyük zülm­dür!”

### الآية 31:14

> ﻿وَوَصَّيْنَا الْإِنْسَانَ بِوَالِدَيْهِ حَمَلَتْهُ أُمُّهُ وَهْنًا عَلَىٰ وَهْنٍ وَفِصَالُهُ فِي عَامَيْنِ أَنِ اشْكُرْ لِي وَلِوَالِدَيْكَ إِلَيَّ الْمَصِيرُ [31:14]

14\. Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-gü­nə zəiflədiyinə baxmayaraq da­şımışdır. Onun süd­dən kəsil­məsi isə iki il ərzində olur. Mənə və vali­deyn­lə­ri­nə şükür et! Axır dönüş Mənədir.

### الآية 31:15

> ﻿وَإِنْ جَاهَدَاكَ عَلَىٰ أَنْ تُشْرِكَ بِي مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ فَلَا تُطِعْهُمَا ۖ وَصَاحِبْهُمَا فِي الدُّنْيَا مَعْرُوفًا ۖ وَاتَّبِعْ سَبِيلَ مَنْ أَنَابَ إِلَيَّ ۚ ثُمَّ إِلَيَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ [31:15]

15\. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün sə­ni məcbur etməyə cəhd gös­tər­sələr, onlara güzəş­tə get­mə! Dün­ya­da onlarla gözəl dav­ran. Mənə üz tutanların yolu ilə get! Son­ra isə dö­nü­şünüz Mə­nə olacaq, Mən də nə etdik­lə­riniz barədə sizə xə­bər ve­rəcə­yəm.

### الآية 31:16

> ﻿يَا بُنَيَّ إِنَّهَا إِنْ تَكُ مِثْقَالَ حَبَّةٍ مِنْ خَرْدَلٍ فَتَكُنْ فِي صَخْرَةٍ أَوْ فِي السَّمَاوَاتِ أَوْ فِي الْأَرْضِ يَأْتِ بِهَا اللَّهُ ۚ إِنَّ اللَّهَ لَطِيفٌ خَبِيرٌ [31:16]

16\. Loğman dedi: “Oğlum! Gördüyün iş bir xardal dənəsi ağırlı­ğın­da olsa da, bir qaya­nın içində, yaxud göylərdə və ya yerin di­bin­də olsa da, Allah onu aş­kar edər. Həqiqətən, Allah Lətifdir, Xə­bər­dardır.

### الآية 31:17

> ﻿يَا بُنَيَّ أَقِمِ الصَّلَاةَ وَأْمُرْ بِالْمَعْرُوفِ وَانْهَ عَنِ الْمُنْكَرِ وَاصْبِرْ عَلَىٰ مَا أَصَابَكَ ۖ إِنَّ ذَٰلِكَ مِنْ عَزْمِ الْأُمُورِ [31:17]

17\. Oğlum! Namaz qıl, yax­şı işlər gör­məyi əmr et, pis iş­lə­ri qa­da­ğan elə. Ba­şına gə­lən çə­tinliklərə səbir et. Həqi­qə­tən, bu, əzm tə­ləb edən əməl­lər­dən­dir.

### الآية 31:18

> ﻿وَلَا تُصَعِّرْ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا ۖ إِنَّ اللَّهَ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ [31:18]

18\. İnsanlardan təkəbbürlə üz çevir­mə, yer üzündə lovğa-lovğa gə­zib dolanma. Hə­qiqətən, Allah heç bir özündən razını, özü­nü öyəni sevmir.

### الآية 31:19

> ﻿وَاقْصِدْ فِي مَشْيِكَ وَاغْضُضْ مِنْ صَوْتِكَ ۚ إِنَّ أَنْكَرَ الْأَصْوَاتِ لَصَوْتُ الْحَمِيرِ [31:19]

19\. Yerişində həddi gözlə, danışanda səsini alçalt. Çünki ən çir­kin səs uzun­qulaq səsidir”.

### الآية 31:20

> ﻿أَلَمْ تَرَوْا أَنَّ اللَّهَ سَخَّرَ لَكُمْ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَأَسْبَغَ عَلَيْكُمْ نِعَمَهُ ظَاهِرَةً وَبَاطِنَةً ۗ وَمِنَ النَّاسِ مَنْ يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا كِتَابٍ مُنِيرٍ [31:20]

20\. Məgər Allahın göylərdə və yerdə olanları sizə ram et­diyini, Özü­nün aş­kar və gizli nemətlərini sizə bol-bol ver­di­yini gör­mür­sü­nüz­mü? İnsan­lar ara­sında eləsi də vardır ki, heç bir biliyi, doğ­ru yol gös­tə­rəni və nur saçan bir kitabı ol­ma­dan Allah barəsində mü­ba­hisə edir.

### الآية 31:21

> ﻿وَإِذَا قِيلَ لَهُمُ اتَّبِعُوا مَا أَنْزَلَ اللَّهُ قَالُوا بَلْ نَتَّبِعُ مَا وَجَدْنَا عَلَيْهِ آبَاءَنَا ۚ أَوَلَوْ كَانَ الشَّيْطَانُ يَدْعُوهُمْ إِلَىٰ عَذَابِ السَّعِيرِ [31:21]

21\. Onlara: “Allahın nazil et­diyinə itaət edin!”– deyil­dik­də, on­lar: “Yox! Biz əcdadımı­zın getdiyi yolu tutub ge­dəcə­yik!”– de­yər­lər. Əgər şeytan onları Cə­hənnəm odunun əza­bına doğru sü­rük­lə­yir­sə, onda necə olsun?

### الآية 31:22

> ﻿۞ وَمَنْ يُسْلِمْ وَجْهَهُ إِلَى اللَّهِ وَهُوَ مُحْسِنٌ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىٰ ۗ وَإِلَى اللَّهِ عَاقِبَةُ الْأُمُورِ [31:22]

22\. Muhsin olub özünü Alla­ha təslim edən kəs ən möh­­kəm dəs­təkdən yapış­mış olar. Bütün işlərin sonu Allaha qa­yı­dır.

### الآية 31:23

> ﻿وَمَنْ كَفَرَ فَلَا يَحْزُنْكَ كُفْرُهُ ۚ إِلَيْنَا مَرْجِعُهُمْ فَنُنَبِّئُهُمْ بِمَا عَمِلُوا ۚ إِنَّ اللَّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ [31:23]

23\. Kafirlərin küfr etməsi sə­ni kədər­lən­dirməsin. Onların dö­nü­şü Bizə ola­caq. Biz də on­lara etdikləri əməllər ba­rədə xə­bər ve­rə­cə­yik. Həqi­qətən, Allah kökslərdə olanları bilir.

### الآية 31:24

> ﻿نُمَتِّعُهُمْ قَلِيلًا ثُمَّ نَضْطَرُّهُمْ إِلَىٰ عَذَابٍ غَلِيظٍ [31:24]

24\. Biz onlara dünyada olan nemət­lər­dən az bir müddət is­tifadə et­məyə im­kan verəcək, sonra da onları ağır bir əzaba qatlaşma­ğa məc­bur edəcəyik.

### الآية 31:25

> ﻿وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ اللَّهُ ۚ قُلِ الْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ [31:25]

25\. Əgər sən onlardan: “Göy­ləri və ye­ri kim yaratmış­dır?”– de­yə soruşsan, onlar hökmən: “Allah!”– deyəcəklər. De: “Həmd, Allaha məxsusdur!” Lakin onla­rın çoxu bunu bilmir.

### الآية 31:26

> ﻿لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ إِنَّ اللَّهَ هُوَ الْغَنِيُّ الْحَمِيدُ [31:26]

26\. Göylərdə və yerdə nə var­sa, Alla­ha məxsusdur. Allah Zən­gin­dir, Tərifə­layiqdir.

### الآية 31:27

> ﻿وَلَوْ أَنَّمَا فِي الْأَرْضِ مِنْ شَجَرَةٍ أَقْلَامٌ وَالْبَحْرُ يَمُدُّهُ مِنْ بَعْدِهِ سَبْعَةُ أَبْحُرٍ مَا نَفِدَتْ كَلِمَاتُ اللَّهِ ۗ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ [31:27]

27\. Əgər yer üzündəki bü­tün ağaclar qələm olsaydı, də­niz də mü­rəkkəb olub ardından ona yeddi dəniz də qatıl­say­dı, yenə də Allahın Sözləri qur­tar­maz­dı. Həqiqətən, Allah Qüd­rətli­dir, Hik­mət sahibi­dir.

### الآية 31:28

> ﻿مَا خَلْقُكُمْ وَلَا بَعْثُكُمْ إِلَّا كَنَفْسٍ وَاحِدَةٍ ۗ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ [31:28]

28\. Sizi yaratmaq və dirilt­mək ancaq bir adamı ya­rat­maq və di­rilt­mək kimi­dir. Həqiqə­tən, Allah Eşidəndir, Görən­dir.

### الآية 31:29

> ﻿أَلَمْ تَرَ أَنَّ اللَّهَ يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ كُلٌّ يَجْرِي إِلَىٰ أَجَلٍ مُسَمًّى وَأَنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ خَبِيرٌ [31:29]

29\. Məgər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qat­dı­ğı­nı, müəy­yən olunmuş vaxtadək hərəkət edən günəşi və ayı qoy­du­ğu qanunlarına ram etdi­yi­ni, üstəlik Allahın nə et­diklə­rinizdən xə­­bərdar ol­du­ğu­nu görmür­sənmi?

### الآية 31:30

> ﻿ذَٰلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِنْ دُونِهِ الْبَاطِلُ وَأَنَّ اللَّهَ هُوَ الْعَلِيُّ الْكَبِيرُ [31:30]

30\. Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan baş­qa iba­dət etdikləri isə batil büt­lər­dir. Həqiqətən, Allah Ən Uca­dır, Ən Bö­yük­dür.

### الآية 31:31

> ﻿أَلَمْ تَرَ أَنَّ الْفُلْكَ تَجْرِي فِي الْبَحْرِ بِنِعْمَتِ اللَّهِ لِيُرِيَكُمْ مِنْ آيَاتِهِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِكُلِّ صَبَّارٍ شَكُورٍ [31:31]

31\. Onun dəlillərinin bəzi­si­ni sizə göstərməkdən ötrü də­nizdə gə­milərin Allahın nemə­ti sayəsində üzdü­yünü gör­­mür­sü­nüzmü? Şüb­həsiz ki, bunlar sə­birli olanlar və şükür edən­lər üçün bir ib­rət­dir.

### الآية 31:32

> ﻿وَإِذَا غَشِيَهُمْ مَوْجٌ كَالظُّلَلِ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ فَمِنْهُمْ مُقْتَصِدٌ ۚ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا كُلُّ خَتَّارٍ كَفُورٍ [31:32]

32\. Dağların saldığı kölgə­lər kimi dal­ğalar onları çul­ğadığı za­man onlar dini məhz Allaha məxsus edərək Ona yal­va­rar­lar. Allah on­ları xilas edib quru­ya çı­xartdıqda isə ara­la­rından bəzilə­ri küfrlə iman arasında or­ta yol tutar. Bizim ayə­lərimizi yalnız nan­kor xain­lər inkar edərlər.

### الآية 31:33

> ﻿يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمْ وَاخْشَوْا يَوْمًا لَا يَجْزِي وَالِدٌ عَنْ وَلَدِهِ وَلَا مَوْلُودٌ هُوَ جَازٍ عَنْ وَالِدِهِ شَيْئًا ۚ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ ۖ فَلَا تَغُرَّنَّكُمُ الْحَيَاةُ الدُّنْيَا وَلَا يَغُرَّنَّكُمْ بِاللَّهِ الْغَرُورُ [31:33]

33\. Ey insanlar! Rəbbiniz­dən qorxun. Valideynin övlada, öv­la­dın da vali­dey­nə heç bir fay­da verə bilmə­yə­cəyi gün­dən çə­kinin. Hə­qiqə­tən, Allahın və­di haqdır. Qoy bu fani dün­ya sizi çaşdırma­sın, hiylə­gər şeytan da sizi Alla­hın əza­bından arxayınlaşdırıb tov­la­ma­sın.

### الآية 31:34

> ﻿إِنَّ اللَّهَ عِنْدَهُ عِلْمُ السَّاعَةِ وَيُنَزِّلُ الْغَيْثَ وَيَعْلَمُ مَا فِي الْأَرْحَامِ ۖ وَمَا تَدْرِي نَفْسٌ مَاذَا تَكْسِبُ غَدًا ۖ وَمَا تَدْرِي نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتُ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ [31:34]

34\. Həqiqətən, o Saat haq­qında elm yalnız Allahdadır. Yağışı O yağ­dırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bi­lə bil­məz; heç kəs harada öləcə­yini də bil­məz. Allah isə, şüb­hə­siz ki, hər şeyi biləndir, hər şeydən xəbər­dardır.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/31.md)
- [كل تفاسير سورة لقمان
](https://quranpedia.net/surah-tafsir/31.md)
- [ترجمات سورة لقمان
](https://quranpedia.net/translations/31.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/31/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
