---
title: "ترجمة سورة الزخرف - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/43/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/43/book/1983"
surah_id: "43"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة الزخرف - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/43/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الزخرف - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/43/book/1983*.

Translation of Surah الزخرف from "الترجمة الأذرية" in الأذرية.

### الآية 43:1

> حم [43:1]

1\. Ha. Mim.

### الآية 43:2

> ﻿وَالْكِتَابِ الْمُبِينِ [43:2]

2\. Bu aydın Kitaba and ol­sun!

### الآية 43:3

> ﻿إِنَّا جَعَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ [43:3]

3\. Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasınız.

### الآية 43:4

> ﻿وَإِنَّهُ فِي أُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِيٌّ حَكِيمٌ [43:4]

4\. Şübhəsiz ki, o, yanı­mız­da­kı Ana Kitabdandır. O, ucadır, hik­mət­lə dolu­dur.

### الآية 43:5

> ﻿أَفَنَضْرِبُ عَنْكُمُ الذِّكْرَ صَفْحًا أَنْ كُنْتُمْ قَوْمًا مُسْرِفِينَ [43:5]

5\. Siz həddi aşan adamlar oldu­ğunu­za görə, Biz Zikri si­zə çat­dır­maqdan vaz keçməli­yik?

### الآية 43:6

> ﻿وَكَمْ أَرْسَلْنَا مِنْ نَبِيٍّ فِي الْأَوَّلِينَ [43:6]

6\. Biz əvvəlki ümmətlərə də neçə-ne­çə peyğəmbər gön­dər­miş­dik.

### الآية 43:7

> ﻿وَمَا يَأْتِيهِمْ مِنْ نَبِيٍّ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ [43:7]

7\. Onlara elə bir peyğəmbər gəlmədi ki, onu məsxərəyə qoy­ma­sınlar.

### الآية 43:8

> ﻿فَأَهْلَكْنَا أَشَدَّ مِنْهُمْ بَطْشًا وَمَضَىٰ مَثَلُ الْأَوَّلِينَ [43:8]

8\. Biz onlardan daha qüv­vətli olanları məhv etdik. Əv­vəlki­lərin aqi­bəti ötüb keçmiş­dir.

### الآية 43:9

> ﻿وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ الْعَزِيزُ الْعَلِيمُ [43:9]

9\. Əgər sən onlardan: “Göy­ləri və yeri kim yaratmışdır?”– deyə so­ruşsan, mütləq: “On­la­rı Qüdrətli və Bilən Allah ya­rat­mışdır!”– de­yə­cəklər.

### الآية 43:10

> ﻿الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَجَعَلَ لَكُمْ فِيهَا سُبُلًا لَعَلَّكُمْ تَهْتَدُونَ [43:10]

10\. O, yeri sizin üçün beşik etdi və orada sizin üçün yollar saldı ki, bəlkə düz gedə bilə­siniz.

### الآية 43:11

> ﻿وَالَّذِي نَزَّلَ مِنَ السَّمَاءِ مَاءً بِقَدَرٍ فَأَنْشَرْنَا بِهِ بَلْدَةً مَيْتًا ۚ كَذَٰلِكَ تُخْرَجُونَ [43:11]

11\. Göydən lazım olduğu qə­dər su endirildi. Biz onunla ölü bir di­yarı di­ril­tdik. Siz də be­ləcə dirildilib çı­xa­rıla­caq­sınız.

### الآية 43:12

> ﻿وَالَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا وَجَعَلَ لَكُمْ مِنَ الْفُلْكِ وَالْأَنْعَامِ مَا تَرْكَبُونَ [43:12]

12\. O, bütün canlıları və bit­ki­ləri cüt ya­ratdı. Mindiyiniz gə­miləri və heyvanları yaratdı ki,

### الآية 43:13

> ﻿لِتَسْتَوُوا عَلَىٰ ظُهُورِهِ ثُمَّ تَذْكُرُوا نِعْمَةَ رَبِّكُمْ إِذَا اسْتَوَيْتُمْ عَلَيْهِ وَتَقُولُوا سُبْحَانَ الَّذِي سَخَّرَ لَنَا هَٰذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ [43:13]

13\. onların belinə, yaxud gö­yərtəsinə qalxıb yerləşdiyi­niz za­man Rəb­binizin nemətini yada salıb deyə­si­niz: “Bunu bi­zə ram edən Allah pakdır, müqəd­dəs­dir. Yoxsa bi­zim ona gücümüz çatmaz­dı.

### الآية 43:14

> ﻿وَإِنَّا إِلَىٰ رَبِّنَا لَمُنْقَلِبُونَ [43:14]

14\. Şübhəsiz ki, biz Rəbbi­mizə qayı­dacağıq”.

### الآية 43:15

> ﻿وَجَعَلُوا لَهُ مِنْ عِبَادِهِ جُزْءًا ۚ إِنَّ الْإِنْسَانَ لَكَفُورٌ مُبِينٌ [43:15]

15\. Müşriklər Allahın qulla­rın­dan bə­zisini Onun bir his­səsi qə­bul et­dilər (Ona övlad­lar və şəriklər qoşdular). Həqi­qə­tən, insan açıq-aydın nankordur.

### الآية 43:16

> ﻿أَمِ اتَّخَذَ مِمَّا يَخْلُقُ بَنَاتٍ وَأَصْفَاكُمْ بِالْبَنِينَ [43:16]

16\. Yoxsa Allah yaratdıq­la­rından qız­ları Özünə götürüb oğ­lan­la­rı sizin üçün seçmiş­dir?

### الآية 43:17

> ﻿وَإِذَا بُشِّرَ أَحَدُهُمْ بِمَا ضَرَبَ لِلرَّحْمَٰنِ مَثَلًا ظَلَّ وَجْهُهُ مُسْوَدًّا وَهُوَ كَظِيمٌ [43:17]

17\. Onlardan birinə, Mərhə­mətli Allaha aid etdikləri qız uşa­ğı ilə müj­də verilsə, hir­sindən üzü qapqara qaralar.

### الآية 43:18

> ﻿أَوَمَنْ يُنَشَّأُ فِي الْحِلْيَةِ وَهُوَ فِي الْخِصَامِ غَيْرُ مُبِينٍ [43:18]

18\. Onlar zinət içində böyü­dülən və çəkişmə zamanı ay­dın da­nı­şa bilməyən qızları­mı Allaha isnad edirlər?

### الآية 43:19

> ﻿وَجَعَلُوا الْمَلَائِكَةَ الَّذِينَ هُمْ عِبَادُ الرَّحْمَٰنِ إِنَاثًا ۚ أَشَهِدُوا خَلْقَهُمْ ۚ سَتُكْتَبُ شَهَادَتُهُمْ وَيُسْأَلُونَ [43:19]

19\. Onlar Mərhəmətli Allahın qul­ları olan mələkləri qız he­sab et­dilər. Məgər on­lar mələk­lərin yaradılışının şahidi olub­lar? On­la­rın bu şahidliyi ya­zı­lacaq və buna görə cavab ver­məli olacaqlar.

### الآية 43:20

> ﻿وَقَالُوا لَوْ شَاءَ الرَّحْمَٰنُ مَا عَبَدْنَاهُمْ ۗ مَا لَهُمْ بِذَٰلِكَ مِنْ عِلْمٍ ۖ إِنْ هُمْ إِلَّا يَخْرُصُونَ [43:20]

20\. Onlar dedilər: “Əgər Mər­həmətli Allah istəsəydi, biz on­lara iba­dət et­məzdik!” Onların bu haqda heç bir bi­liyi yoxdur. Onlar an­caq yalan danı­şırlar.

### الآية 43:21

> ﻿أَمْ آتَيْنَاهُمْ كِتَابًا مِنْ قَبْلِهِ فَهُمْ بِهِ مُسْتَمْسِكُونَ [43:21]

21\. Bəlkə onlara bundan əv­vəl kitab vermişik və onlar da ona is­tinad edir­lər?

### الآية 43:22

> ﻿بَلْ قَالُوا إِنَّا وَجَدْنَا آبَاءَنَا عَلَىٰ أُمَّةٍ وَإِنَّا عَلَىٰ آثَارِهِمْ مُهْتَدُونَ [43:22]

22\. Xeyr! Müşriklər: “Biz ata­larımızı bu yolda gördük və biz də on­ların yo­lunu tutub ge­də­cəyik!”– deyirlər.

### الآية 43:23

> ﻿وَكَذَٰلِكَ مَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ فِي قَرْيَةٍ مِنْ نَذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا إِنَّا وَجَدْنَا آبَاءَنَا عَلَىٰ أُمَّةٍ وَإِنَّا عَلَىٰ آثَارِهِمْ مُقْتَدُونَ [43:23]

23\. Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən bir pey­ğəm­bər gön­dər­diksə, onun cah-calal içində yaşayan sa­kin­ləri: “Biz ata­larımızı bu yolda gör­dük və biz də onların yo­lu­nu tutub ge­də­cə­yik!”– dedilər.

### الآية 43:24

> ﻿۞ قَالَ أَوَلَوْ جِئْتُكُمْ بِأَهْدَىٰ مِمَّا وَجَدْتُمْ عَلَيْهِ آبَاءَكُمْ ۖ قَالُوا إِنَّا بِمَا أُرْسِلْتُمْ بِهِ كَافِرُونَ [43:24]

24\. Peyğəmbər dedi: “Əgər sizə ata­la­rınızın tutduğu o yol­dan da­ha doğ­ru­sunu göstər­səm necə?” Onlar dedilər: “Biz si­zin­lə gön­də­rilənləri inkar edi­rik”.

### الآية 43:25

> ﻿فَانْتَقَمْنَا مِنْهُمْ ۖ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ [43:25]

25\. Biz də onlardan intiqam aldıq. Bir gör haqqı yalan sa­yan­la­rın aqibəti necə oldu.

### الآية 43:26

> ﻿وَإِذْ قَالَ إِبْرَاهِيمُ لِأَبِيهِ وَقَوْمِهِ إِنَّنِي بَرَاءٌ مِمَّا تَعْبُدُونَ [43:26]

26\. Bir zaman İbrahim öz atasına və qövmünə demişdi: “Mən si­zin ibadət etdikləri­niz­dən uzağam.

### الآية 43:27

> ﻿إِلَّا الَّذِي فَطَرَنِي فَإِنَّهُ سَيَهْدِينِ [43:27]

27\. Yalnız məni yaradan­dan başqa! Şübhəsiz ki, O məni doğru yo­la yönəl­dəcək”.

### الآية 43:28

> ﻿وَجَعَلَهَا كَلِمَةً بَاقِيَةً فِي عَقِبِهِ لَعَلَّهُمْ يَرْجِعُونَ [43:28]

28\. O, bu “lə ilahə illəl­lah” kəl­mə­si­ni öz nəsli ara­sında daimi qala­caq bir kəlmə etdi ki, bəl­kə doğru yola qa­yıt­sın­lar.

### الآية 43:29

> ﻿بَلْ مَتَّعْتُ هَٰؤُلَاءِ وَآبَاءَهُمْ حَتَّىٰ جَاءَهُمُ الْحَقُّ وَرَسُولٌ مُبِينٌ [43:29]

29\. Doğrusu, Mən bunlara da, ata­la­rına da, haqq və onu bəyan edən bir elçi gələnədək dolanışıq nəsib etdim.

### الآية 43:30

> ﻿وَلَمَّا جَاءَهُمُ الْحَقُّ قَالُوا هَٰذَا سِحْرٌ وَإِنَّا بِهِ كَافِرُونَ [43:30]

30\. Onlara haqq gəldikdə isə: “Bu, sehrdir, biz ona inanmı­rıq!”– dedilər.

### الآية 43:31

> ﻿وَقَالُوا لَوْلَا نُزِّلَ هَٰذَا الْقُرْآنُ عَلَىٰ رَجُلٍ مِنَ الْقَرْيَتَيْنِ عَظِيمٍ [43:31]

31\. Onlar dedilər: “Nə üçün bu Qu­ran iki şəhərdən (Mək­kə­dən və ya Taif­dən) olan bö­yük bir adama nazil edil­mədi?”

### الآية 43:32

> ﻿أَهُمْ يَقْسِمُونَ رَحْمَتَ رَبِّكَ ۚ نَحْنُ قَسَمْنَا بَيْنَهُمْ مَعِيشَتَهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا ۚ وَرَفَعْنَا بَعْضَهُمْ فَوْقَ بَعْضٍ دَرَجَاتٍ لِيَتَّخِذَ بَعْضُهُمْ بَعْضًا سُخْرِيًّا ۗ وَرَحْمَتُ رَبِّكَ خَيْرٌ مِمَّا يَجْمَعُونَ [43:32]

32\. Sənin Rəbbinin mərhə­mətini on­larmı bölüşdürürlər? Biz dün­ya həya­tında onla­rın dolanışıqlarını aralarında bö­lüşdürdük. Bi­ri digəri­ni öz ya­nına iş­çi götürsün deyə, bəzi­lərinin dərəcə­lə­rini di­gərlərin­dən üstün etdik. Sənin Rəb­bi­nin mərhəməti onların yığ­dıq­la­rından daha xeyirlidir.

### الآية 43:33

> ﻿وَلَوْلَا أَنْ يَكُونَ النَّاسُ أُمَّةً وَاحِدَةً لَجَعَلْنَا لِمَنْ يَكْفُرُ بِالرَّحْمَٰنِ لِبُيُوتِهِمْ سُقُفًا مِنْ فِضَّةٍ وَمَعَارِجَ عَلَيْهَا يَظْهَرُونَ [43:33]

33\. Əgər insanların kafirlik zəminində birləşmiş vahid bir ümmətə çe­vrilmək təh­lü­kəsi ol­masaydı, Mərhəmətli Allahı in­kar edənlərin ev­lərinin tavan­larını və çıx­dıqları nərdi­van­la­rı da gümüşdən edər­dik,

### الآية 43:34

> ﻿وَلِبُيُوتِهِمْ أَبْوَابًا وَسُرُرًا عَلَيْهَا يَتَّكِئُونَ [43:34]

34\. evlərinin qapılarını və söykən­dik­ləri taxtları da,

### الآية 43:35

> ﻿وَزُخْرُفًا ۚ وَإِنْ كُلُّ ذَٰلِكَ لَمَّا مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا ۚ وَالْآخِرَةُ عِنْدَ رَبِّكَ لِلْمُتَّقِينَ [43:35]

35\. üstəlik, zinət də verərdik. Bütün bunlar sadəcə dünya hə­ya­tı­nın keçici zövqüdür. Axirət isə sənin Rəbbinin ya­nında an­caq Allah­dan qorxanlar üçün­dür.

### الآية 43:36

> ﻿وَمَنْ يَعْشُ عَنْ ذِكْرِ الرَّحْمَٰنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ [43:36]

36\. Kim Mərhəmətli Allahın zik­rin­dən üz döndərsə, Biz şey­tanı ona cala­yar və o da ona yol­daş olar.

### الآية 43:37

> ﻿وَإِنَّهُمْ لَيَصُدُّونَهُمْ عَنِ السَّبِيلِ وَيَحْسَبُونَ أَنَّهُمْ مُهْتَدُونَ [43:37]

37\. Əlbəttə ki, şeytanlar on­ları haqq yoldan sapdırar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edə­r­lər.

### الآية 43:38

> ﻿حَتَّىٰ إِذَا جَاءَنَا قَالَ يَا لَيْتَ بَيْنِي وَبَيْنَكَ بُعْدَ الْمَشْرِقَيْنِ فَبِئْسَ الْقَرِينُ [43:38]

38\. Nəhayət, o, hüzurumu­za gəldik­də yoldaşına deyər: “Kaş ki, mə­nimlə sə­nin aranda məş­riqlə məğrib arasındakı uzaq­lıq qədər mə­safə olaydı. Sən nə pis yoldaş imişsən!”

### الآية 43:39

> ﻿وَلَنْ يَنْفَعَكُمُ الْيَوْمَ إِذْ ظَلَمْتُمْ أَنَّكُمْ فِي الْعَذَابِ مُشْتَرِكُونَ [43:39]

39\. Onlara deyilər: “Siz haq­sızlıq etdi­yinizə görə bu gün əzaba şə­rik olma­ğı­nız sizə heç bir fayda verməz!”

### الآية 43:40

> ﻿أَفَأَنْتَ تُسْمِعُ الصُّمَّ أَوْ تَهْدِي الْعُمْيَ وَمَنْ كَانَ فِي ضَلَالٍ مُبِينٍ [43:40]

40\. Sənmi karlara eşitdirə­cəksən, ya­xud korları və aşkar az­ğın­lıq için­də olanları doğru yola yönəldəcəksən?

### الآية 43:41

> ﻿فَإِمَّا نَذْهَبَنَّ بِكَ فَإِنَّا مِنْهُمْ مُنْتَقِمُونَ [43:41]

41\. Biz səni götürüb apar­saq da, yenə onlardan mütləq inti­qam ala­ca­ğıq.

### الآية 43:42

> ﻿أَوْ نُرِيَنَّكَ الَّذِي وَعَدْنَاهُمْ فَإِنَّا عَلَيْهِمْ مُقْتَدِرُونَ [43:42]

42\. Yaxud onlara vəd etdi­yi­mizi sə­nə göstərəcəyik. Şüb­hə­siz ki, Bi­zim on­lara gücü­müz çatar.

### الآية 43:43

> ﻿فَاسْتَمْسِكْ بِالَّذِي أُوحِيَ إِلَيْكَ ۖ إِنَّكَ عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ [43:43]

43\. Odur ki, sən özünə vəhy olunan ayələrə sarıl! Əslində, sən düz yoldasan.

### الآية 43:44

> ﻿وَإِنَّهُ لَذِكْرٌ لَكَ وَلِقَوْمِكَ ۖ وَسَوْفَ تُسْأَلُونَ [43:44]

44\. Doğrusu, bu Quran sə­nin üçün və sənin xalqın üçün bir şə­rəf­dir. Siz sor­ğu-suala tu­tulacaqsınız.

### الآية 43:45

> ﻿وَاسْأَلْ مَنْ أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رُسُلِنَا أَجَعَلْنَا مِنْ دُونِ الرَّحْمَٰنِ آلِهَةً يُعْبَدُونَ [43:45]

45\. Səndən əvvəl göndərdi­yimiz el­çilərdən – onların da­vam­çı­la­rın­dan soruş; Biz Mər­hə­mət­li Allahdan başqa iba­dət edi­ləsi mə­bud­lar­mı icad et­mi­şik?

### الآية 43:46

> ﻿وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِآيَاتِنَا إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَقَالَ إِنِّي رَسُولُ رَبِّ الْعَالَمِينَ [43:46]

46\. Biz Musanı Öz dəlilləri­mizlə Fi­ron və onun əyanları­nın ya­nı­na gön­dər­dik. Musa de­di: “Mən aləmlərin Rəb­bi­nin elçisiyəm!”

### الآية 43:47

> ﻿فَلَمَّا جَاءَهُمْ بِآيَاتِنَا إِذَا هُمْ مِنْهَا يَضْحَكُونَ [43:47]

47\. Musa dəlillərimizi onla­ra bəyan edən kimi onlar buna gül­dü­lər.

### الآية 43:48

> ﻿وَمَا نُرِيهِمْ مِنْ آيَةٍ إِلَّا هِيَ أَكْبَرُ مِنْ أُخْتِهَا ۖ وَأَخَذْنَاهُمْ بِالْعَذَابِ لَعَلَّهُمْ يَرْجِعُونَ [43:48]

48\. Bizim onlara göstərdiyi­miz hər bir möcüzə, əvvəlki­lər­dən da­ha da üs­tün idi. Biz on­ları əzabla yaxaladıq ki, bəlkə, doğru yola qa­yıdalar.

### الآية 43:49

> ﻿وَقَالُوا يَا أَيُّهَ السَّاحِرُ ادْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِنْدَكَ إِنَّنَا لَمُهْتَدُونَ [43:49]

49\. Onlar: “Ey sehrbaz! Sə­nə verdiyi əhd xatirinə Rəb­bi­nə biz­dən ötrü dua et, biz də doğru yola gələk”– dedilər.

### الآية 43:50

> ﻿فَلَمَّا كَشَفْنَا عَنْهُمُ الْعَذَابَ إِذَا هُمْ يَنْكُثُونَ [43:50]

50\. Biz əzabı onlardan uzaq­laşdıran kimi, sözlərindən dön­dü­lər.

### الآية 43:51

> ﻿وَنَادَىٰ فِرْعَوْنُ فِي قَوْمِهِ قَالَ يَا قَوْمِ أَلَيْسَ لِي مُلْكُ مِصْرَ وَهَٰذِهِ الْأَنْهَارُ تَجْرِي مِنْ تَحْتِي ۖ أَفَلَا تُبْصِرُونَ [43:51]

51\. Firon qövmünü çağırıb dedi: “Ey qövmüm! Misir səl­tə­nə­ti və al­tım­dan axan bu çaylar mənim deyilmi? Məgər görmür­sü­nüz?

### الآية 43:52

> ﻿أَمْ أَنَا خَيْرٌ مِنْ هَٰذَا الَّذِي هُوَ مَهِينٌ وَلَا يَكَادُ يُبِينُ [43:52]

52\. Ya da mən bu aciz və az qala sö­zünü belə aydın başa sala bil­məyən adam­dan daha üstün deyiləmmi?

### الآية 43:53

> ﻿فَلَوْلَا أُلْقِيَ عَلَيْهِ أَسْوِرَةٌ مِنْ ذَهَبٍ أَوْ جَاءَ مَعَهُ الْمَلَائِكَةُ مُقْتَرِنِينَ [43:53]

53\. Nə üçün ona qızıl bilər­ziklər ta­xılmayıb və onunla bir­likdə bir-birinin ardınca mə­lək­lər gəlməyib?”

### الآية 43:54

> ﻿فَاسْتَخَفَّ قَوْمَهُ فَأَطَاعُوهُ ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ [43:54]

54\. Firon öz xalqını aldatdı, onlar da ona itaət etdilər. Hə­qi­qə­tən, onlar fasiq adamlar idi­lər.

### الآية 43:55

> ﻿فَلَمَّا آسَفُونَا انْتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَاهُمْ أَجْمَعِينَ [43:55]

55\. Onlar Bizi qəzəbləndir­dikdə on­lardan intiqam alıb ha­mısını də­nizdə ba­tırdıq.

### الآية 43:56

> ﻿فَجَعَلْنَاهُمْ سَلَفًا وَمَثَلًا لِلْآخِرِينَ [43:56]

56\. Biz onları sonradan gə­lənlərə sələf və ibrət et­dik.

### الآية 43:57

> ﻿۞ وَلَمَّا ضُرِبَ ابْنُ مَرْيَمَ مَثَلًا إِذَا قَوْمُكَ مِنْهُ يَصِدُّونَ [43:57]

57\. Məryəm oğlu örnək gös­tərilincə sənin xalqın sevinc­dən gül­dü.

### الآية 43:58

> ﻿وَقَالُوا أَآلِهَتُنَا خَيْرٌ أَمْ هُوَ ۚ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلًا ۚ بَلْ هُمْ قَوْمٌ خَصِمُونَ [43:58]

58\. Onlar dedilər: “Bizim mə­bud­ları­mız yaxşıdır, yoxsa o?” On­lar bunu sə­nə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar hö­cətləşən adamlardır.

### الآية 43:59

> ﻿إِنْ هُوَ إِلَّا عَبْدٌ أَنْعَمْنَا عَلَيْهِ وَجَعَلْنَاهُ مَثَلًا لِبَنِي إِسْرَائِيلَ [43:59]

59\. O, yalnız və yalnız Bi­zim nemət verdiyimiz və İsrail oğul­la­rı­na nümunə etdiyimiz bir quldur.

### الآية 43:60

> ﻿وَلَوْ نَشَاءُ لَجَعَلْنَا مِنْكُمْ مَلَائِكَةً فِي الْأَرْضِ يَخْلُفُونَ [43:60]

60\. Əgər istəsəydik, yer üzün­də içi­nizdən sizi əvəz edə­cək mə­lək­lər ya­ra­dardıq.

### الآية 43:61

> ﻿وَإِنَّهُ لَعِلْمٌ لِلسَّاعَةِ فَلَا تَمْتَرُنَّ بِهَا وَاتَّبِعُونِ ۚ هَٰذَا صِرَاطٌ مُسْتَقِيمٌ [43:61]

61\. Həqiqətən, İsanın yer üzü­nə enmə­si Saatın yaxınlaş­ması­nın əla­məti­dir. Qi­yamətə şəkk et­mə­yin və Mənə tabe olun. Bu, doğru yoldur!

### الآية 43:62

> ﻿وَلَا يَصُدَّنَّكُمُ الشَّيْطَانُ ۖ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ [43:62]

62\. Şeytan sizi doğru yoldan döndər­məsin. Şübhəsiz ki, o si­zin açıq-aydın düşmə­niniz­dir.

### الآية 43:63

> ﻿وَلَمَّا جَاءَ عِيسَىٰ بِالْبَيِّنَاتِ قَالَ قَدْ جِئْتُكُمْ بِالْحِكْمَةِ وَلِأُبَيِّنَ لَكُمْ بَعْضَ الَّذِي تَخْتَلِفُونَ فِيهِ ۖ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ [43:63]

63\. İsa aydın dəlillərlə gəl­diyi za­man dedi: “Mən sizə hik­mət gə­tir­mi­şəm və barə­sində ziddiyyətə düşdü­yü­nüz bəzi şeyləri izah et­mək üçün gəl­mi­şəm. Allahdan qorxun və mənə itaət edin!

### الآية 43:64

> ﻿إِنَّ اللَّهَ هُوَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ ۚ هَٰذَا صِرَاطٌ مُسْتَقِيمٌ [43:64]

64\. Həqiqətən, Allah mə­nim də Rəb­bim, sizin də Rəbbiniz­dir. Elə isə Ona ibadət edin! Budur düz yol!”

### الآية 43:65

> ﻿فَاخْتَلَفَ الْأَحْزَابُ مِنْ بَيْنِهِمْ ۖ فَوَيْلٌ لِلَّذِينَ ظَلَمُوا مِنْ عَذَابِ يَوْمٍ أَلِيمٍ [43:65]

65\. Firqələr öz aralarında ix­tilafa düşdülər. Ağrılı-acılı bir gü­nün əza­bın­dan vay zalımla­rın halına!

### الآية 43:66

> ﻿هَلْ يَنْظُرُونَ إِلَّا السَّاعَةَ أَنْ تَأْتِيَهُمْ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ [43:66]

66\. Onlar özləri də hiss et­mədən o Saatın qəflətən on­la­ra gəl­mə­sin­dən baş­qa bir şey­mi gözləyirlər?

### الآية 43:67

> ﻿الْأَخِلَّاءُ يَوْمَئِذٍ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلَّا الْمُتَّقِينَ [43:67]

67\. O gün müttəqilərdən baş­qa bü­tün dostlar bir-birinə düş­mən kə­silə­cəklər.

### الآية 43:68

> ﻿يَا عِبَادِ لَا خَوْفٌ عَلَيْكُمُ الْيَوْمَ وَلَا أَنْتُمْ تَحْزَنُونَ [43:68]

68\. Ey qullarım! Həmin gün sizə qorxu yox­dur və siz heç kə­dər­lənməyə­cəksiniz də.

### الآية 43:69

> ﻿الَّذِينَ آمَنُوا بِآيَاتِنَا وَكَانُوا مُسْلِمِينَ [43:69]

69\. Siz ayələrimizə iman gə­tirib mü­səlman olmusunuz.

### الآية 43:70

> ﻿ادْخُلُوا الْجَنَّةَ أَنْتُمْ وَأَزْوَاجُكُمْ تُحْبَرُونَ [43:70]

70\. Siz də, zövcələriniz də fərəhlə Cənnətə daxil olun!

### الآية 43:71

> ﻿يُطَافُ عَلَيْهِمْ بِصِحَافٍ مِنْ ذَهَبٍ وَأَكْوَابٍ ۖ وَفِيهَا مَا تَشْتَهِيهِ الْأَنْفُسُ وَتَلَذُّ الْأَعْيُنُ ۖ وَأَنْتُمْ فِيهَا خَالِدُونَ [43:71]

71\. Onlar üçün qızıl sinilər və piya­lələr dolandırılacaq. Ora­da nəfslərin istədiyi və göz­lərə xoş gələn hər şey ola­caq­. Siz ora­da əbədi qalacaq­sınız.

### الآية 43:72

> ﻿وَتِلْكَ الْجَنَّةُ الَّتِي أُورِثْتُمُوهَا بِمَا كُنْتُمْ تَعْمَلُونَ [43:72]

72\. Xeyirxah əməllərinizin nə­ticəsi kimi varis olduğunuz Cən­nət budur.

### الآية 43:73

> ﻿لَكُمْ فِيهَا فَاكِهَةٌ كَثِيرَةٌ مِنْهَا تَأْكُلُونَ [43:73]

73\. Orada sizin üçün bol-bol mey­və­lər var, onlardan ye­yə­cək­siniz.

### الآية 43:74

> ﻿إِنَّ الْمُجْرِمِينَ فِي عَذَابِ جَهَنَّمَ خَالِدُونَ [43:74]

74\. Şübhəsiz ki, günah­kar­lar əbədi olaraq Cəhənnəm əzabı için­də qalacaq­lar.

### الآية 43:75

> ﻿لَا يُفَتَّرُ عَنْهُمْ وَهُمْ فِيهِ مُبْلِسُونَ [43:75]

75\. Onların əzabı yüngül­ləş­diril­mə­yə­cək və onlar orada na­ümid qa­lacaq­lar.

### الآية 43:76

> ﻿وَمَا ظَلَمْنَاهُمْ وَلَٰكِنْ كَانُوا هُمُ الظَّالِمِينَ [43:76]

76\. Biz onlara zülm et­mə­dik, lakin onlar özləri zalım idilər.

### الآية 43:77

> ﻿وَنَادَوْا يَا مَالِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ ۖ قَالَ إِنَّكُمْ مَاكِثُونَ [43:77]

77\. Onlar Cəhənnəm gözət­çi­si­ni çağı­rıb deyəcəklər: “Ey Ma­lik! Qoy Rəbbin canımızı alıb qurtarsın!” O isə: “Siz bu­rada əbədi qala­caq­sınız!”– de­yəcək.

### الآية 43:78

> ﻿لَقَدْ جِئْنَاكُمْ بِالْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَكُمْ لِلْحَقِّ كَارِهُونَ [43:78]

78\. Biz sizə haqqı təqdim et­dik, lakin çoxunuz haqqı xoş­la­mır­dı.

### الآية 43:79

> ﻿أَمْ أَبْرَمُوا أَمْرًا فَإِنَّا مُبْرِمُونَ [43:79]

79\. Yoxsa müşriklər işə qəti qərarmı verdilər? Əslində, qəti qə­ra­rı Biz veri­rik.

### الآية 43:80

> ﻿أَمْ يَحْسَبُونَ أَنَّا لَا نَسْمَعُ سِرَّهُمْ وَنَجْوَاهُمْ ۚ بَلَىٰ وَرُسُلُنَا لَدَيْهِمْ يَكْتُبُونَ [43:80]

80\. Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli da­nışıq­la­rı­nı eşitmi­rik? Xeyr! Yanlarında əməllə­ri­ni ya­zan elçi­lə­ri­miz var.

### الآية 43:81

> ﻿قُلْ إِنْ كَانَ لِلرَّحْمَٰنِ وَلَدٌ فَأَنَا أَوَّلُ الْعَابِدِينَ [43:81]

81\. De: “Əgər Mərhəmətli Allahın övladı olsaydı, ona ilk ibadət edən mən olar­dım.

### الآية 43:82

> ﻿سُبْحَانَ رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُونَ [43:82]

82\. Göylərin və yerin Rəbbi, Ərşin Rəbbi müqəddəsdir və on­la­rın Ona aid etdikləri sifət­lərdən uzaqdır!”

### الآية 43:83

> ﻿فَذَرْهُمْ يَخُوضُوا وَيَلْعَبُوا حَتَّىٰ يُلَاقُوا يَوْمَهُمُ الَّذِي يُوعَدُونَ [43:83]

83\. Onları burax, qoy vəd olunduq­ları günə qovuşana­dək batil iş­lərə dal­sınlar və bir müd­dət əylənsinlər.

### الآية 43:84

> ﻿وَهُوَ الَّذِي فِي السَّمَاءِ إِلَٰهٌ وَفِي الْأَرْضِ إِلَٰهٌ ۚ وَهُوَ الْحَكِيمُ الْعَلِيمُ [43:84]

84\. Göydə də məbud, yerdə də mə­bud yalnız Odur. O, Hikmət sa­hibidir, Bilən­dir.

### الآية 43:85

> ﻿وَتَبَارَكَ الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَعِنْدَهُ عِلْمُ السَّاعَةِ وَإِلَيْهِ تُرْجَعُونَ [43:85]

85\. Göylərin, yerin və onla­rın ara­sın­da olan hər şeyin sa­hibi olan Allah nə qə­dər xeyir­xahdır! O Saat (Qiyamət) haqqında bil­gi Ondadır və siz Onun hü­zu­ru­na qay­tarılacaqsınız.

### الآية 43:86

> ﻿وَلَا يَمْلِكُ الَّذِينَ يَدْعُونَ مِنْ دُونِهِ الشَّفَاعَةَ إِلَّا مَنْ شَهِدَ بِالْحَقِّ وَهُمْ يَعْلَمُونَ [43:86]

86\. Müşriklərin Onu qoyub yalvar­dıq­ları tanrılar şəfaət ve­rə bil­məz­lər. Mə­nasını bilə­rək haqqa şəhadət verən­lər isə is­tisnadır.

### الآية 43:87

> ﻿وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَهُمْ لَيَقُولُنَّ اللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ [43:87]

87\. Əgər onlardan özlərini kimin ya­ratdığını soruşsan, əl­bəttə: “Allah!”– de­yərlər. Gör necə də haqdan döndəri­lir­lər!

### الآية 43:88

> ﻿وَقِيلِهِ يَا رَبِّ إِنَّ هَٰؤُلَاءِ قَوْمٌ لَا يُؤْمِنُونَ [43:88]

88\. Peyğəmbər dedi: “Ey Rəb­bim! Bun­lar iman gətirmə­yən adam­lardır!”

### الآية 43:89

> ﻿فَاصْفَحْ عَنْهُمْ وَقُلْ سَلَامٌ ۚ فَسَوْفَ يَعْلَمُونَ [43:89]

89\. Onlara “Salam!” deyib, vaz keç. Onlar tezliklə bilə­cək­lər.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/43.md)
- [كل تفاسير سورة الزخرف
](https://quranpedia.net/surah-tafsir/43.md)
- [ترجمات سورة الزخرف
](https://quranpedia.net/translations/43.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/43/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
