---
title: "ترجمة سورة الدّخان - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/44/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/44/book/1983"
surah_id: "44"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة الدّخان - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/44/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الدّخان - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/44/book/1983*.

Translation of Surah الدّخان from "الترجمة الأذرية" in الأذرية.

### الآية 44:1

> حم [44:1]

1\. Ha. Mim.

### الآية 44:2

> ﻿وَالْكِتَابِ الْمُبِينِ [44:2]

2\. And olsun bu aydın Ki­taba!

### الآية 44:3

> ﻿إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةٍ مُبَارَكَةٍ ۚ إِنَّا كُنَّا مُنْذِرِينَ [44:3]

3\. Biz onu mübarək bir ge­cədə nazil etdik. Həqiqətən, Biz xəbərdar edirik.

### الآية 44:4

> ﻿فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ [44:4]

4\. Hər bir hikmətli iş o ge­cədə ayırd edilir –

### الآية 44:5

> ﻿أَمْرًا مِنْ عِنْدِنَا ۚ إِنَّا كُنَّا مُرْسِلِينَ [44:5]

5\. dərgahımızdan vəhy edi­lən əmr ilə. Həqiqətən, kitab­ları və el­çi­ləri Biz göndəririk –

### الآية 44:6

> ﻿رَحْمَةً مِنْ رَبِّكَ ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ [44:6]

6\. sənin Rəbbindən mərhə­mət olaraq. Şübhəsiz ki, O, Eşidən­dir, Biləndir.

### الآية 44:7

> ﻿رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ إِنْ كُنْتُمْ مُوقِنِينَ [44:7]

7\. Əgər yəqinliklə inanırsı­nızsa, bilin ki, Allah göylərin, yerin və on­ların ara­sında olan­ların Rəbbidir.

### الآية 44:8

> ﻿لَا إِلَٰهَ إِلَّا هُوَ يُحْيِي وَيُمِيتُ ۖ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَ [44:8]

8\. Ondan başqa ibadətə layiq olan mə­bud yoxdur. O həm di­ril­dir, həm də öl­dü­rür. O həm sizin Rəbbiniz, həm də əcdad­larınızın Rəb­bi­dir.

### الآية 44:9

> ﻿بَلْ هُمْ فِي شَكٍّ يَلْعَبُونَ [44:9]

9\. Lakin onlar şəkkə qapılıb əylə­nir­lər.

### الآية 44:10

> ﻿فَارْتَقِبْ يَوْمَ تَأْتِي السَّمَاءُ بِدُخَانٍ مُبِينٍ [44:10]

10\. Sən göydən aşkar bir tüs­tü gə­lə­cəyi günü gözlə.

### الآية 44:11

> ﻿يَغْشَى النَّاسَ ۖ هَٰذَا عَذَابٌ أَلِيمٌ [44:11]

11\. O tüstü ki, insanları bü­rüyəcək­. Bu, ağrılı-acılı bir əzab­dır.

### الآية 44:12

> ﻿رَبَّنَا اكْشِفْ عَنَّا الْعَذَابَ إِنَّا مُؤْمِنُونَ [44:12]

12\. Onlar: “Ey Rəbbimiz! Bi­zi bu əzab­dan qurtar, biz də iman gə­tirək”– deyəcəklər.

### الآية 44:13

> ﻿أَنَّىٰ لَهُمُ الذِّكْرَىٰ وَقَدْ جَاءَهُمْ رَسُولٌ مُبِينٌ [44:13]

13\. Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aş­kar bir peyğəmbər gəl­sə də,

### الآية 44:14

> ﻿ثُمَّ تَوَلَّوْا عَنْهُ وَقَالُوا مُعَلَّمٌ مَجْنُونٌ [44:14]

14\. onlar ondan üz çevirib: “Öyrə­dilmiş bir dəlidir!”– de­dilər.

### الآية 44:15

> ﻿إِنَّا كَاشِفُو الْعَذَابِ قَلِيلًا ۚ إِنَّكُمْ عَائِدُونَ [44:15]

15\. Biz əzabı bir az sizdən uzaq­laş­dı­rarıq, amma siz yenə az­ğın­lı­ğa qayıda­caqsınız.

### الآية 44:16

> ﻿يَوْمَ نَبْطِشُ الْبَطْشَةَ الْكُبْرَىٰ إِنَّا مُنْتَقِمُونَ [44:16]

16\. Kafirləri böyük bir mü­si­bətlə ya­xalayacağımız gün, Biz on­lar­dan inti­qam alacağıq.

### الآية 44:17

> ﻿۞ وَلَقَدْ فَتَنَّا قَبْلَهُمْ قَوْمَ فِرْعَوْنَ وَجَاءَهُمْ رَسُولٌ كَرِيمٌ [44:17]

17\. Biz onlardan əvvəl Firo­nun xal­qını da sınadıq. Onlara möh­tə­rəm bir elçi gəldi.

### الآية 44:18

> ﻿أَنْ أَدُّوا إِلَيَّ عِبَادَ اللَّهِ ۖ إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ [44:18]

18\. O dedi: “Allahın qulla­rı­nı mənə qaytarın. Həqiqətən, mən si­zin üçün etibarlı bir el­çiyəm.

### الآية 44:19

> ﻿وَأَنْ لَا تَعْلُوا عَلَى اللَّهِ ۖ إِنِّي آتِيكُمْ بِسُلْطَانٍ مُبِينٍ [44:19]

19\. Allaha qarşı təkəbbür gös­tər­mə­yin. Həqiqətən, mən sizə ay­dın bir sü­but gətir­mişəm.

### الآية 44:20

> ﻿وَإِنِّي عُذْتُ بِرَبِّي وَرَبِّكُمْ أَنْ تَرْجُمُونِ [44:20]

20\. Mən sizin məni daşa bas­­manızdan həm mənim Rəbbim, həm də sizin Rəb­biniz olan Alla­ha sığınıram.

### الآية 44:21

> ﻿وَإِنْ لَمْ تُؤْمِنُوا لِي فَاعْتَزِلُونِ [44:21]

21\. Əgər mənə inanmırsı­nız­sa, onda məndən uzaq olun!”

### الآية 44:22

> ﻿فَدَعَا رَبَّهُ أَنَّ هَٰؤُلَاءِ قَوْمٌ مُجْرِمُونَ [44:22]

22\. Sonra o, Rəbbinə yalva­rıb dedi: “Həqiqətən, bunlar gü­nah­kar adamlar­dır!”

### الآية 44:23

> ﻿فَأَسْرِ بِعِبَادِي لَيْلًا إِنَّكُمْ مُتَّبَعُونَ [44:23]

23\. Allah buyurdu: “Qullarımla birlikdə gecə yola çıx. Şüb­hə­siz ki, siz təqib olu­nacaqsınız.

### الآية 44:24

> ﻿وَاتْرُكِ الْبَحْرَ رَهْوًا ۖ إِنَّهُمْ جُنْدٌ مُغْرَقُونَ [44:24]

24\. Dənizi də sakit burax! Onlar su­da batırılacaq əsgər­lərdir!”

### الآية 44:25

> ﻿كَمْ تَرَكُوا مِنْ جَنَّاتٍ وَعُيُونٍ [44:25]

25\. Onlar bir çox bağlar və çeşmələr qoyub getdilər,

### الآية 44:26

> ﻿وَزُرُوعٍ وَمَقَامٍ كَرِيمٍ [44:26]

26\. habelə əkinlər, möhtə­şəm yerlər

### الآية 44:27

> ﻿وَنَعْمَةٍ كَانُوا فِيهَا فَاكِهِينَ [44:27]

27\. və içində həzz aldıqları nemət­lə­ri də qoyub getdilər.

### الآية 44:28

> ﻿كَذَٰلِكَ ۖ وَأَوْرَثْنَاهَا قَوْمًا آخَرِينَ [44:28]

28\. Bax belə! Biz o nemət­lərə başqa­la­rını varis etdik.

### الآية 44:29

> ﻿فَمَا بَكَتْ عَلَيْهِمُ السَّمَاءُ وَالْأَرْضُ وَمَا كَانُوا مُنْظَرِينَ [44:29]

29\. Nə göy, nə də yer on­lar­dan ötrü ağlamadı. Onlara möh­lət də verilmədi.

### الآية 44:30

> ﻿وَلَقَدْ نَجَّيْنَا بَنِي إِسْرَائِيلَ مِنَ الْعَذَابِ الْمُهِينِ [44:30]

30\. Artıq İsrail oğullarını al­çaldıcı əzabdan qurtardıq –

### الآية 44:31

> ﻿مِنْ فِرْعَوْنَ ۚ إِنَّهُ كَانَ عَالِيًا مِنَ الْمُسْرِفِينَ [44:31]

31\. Firondan. Həqiqətən, o, özünü yüksək tutan və həddi aşan­lar­dan idi.

### الآية 44:32

> ﻿وَلَقَدِ اخْتَرْنَاهُمْ عَلَىٰ عِلْمٍ عَلَى الْعَالَمِينَ [44:32]

32\. Biz İsrail oğulla­rını Öz el­mimizlə aləmlərdən üstün etdik.

### الآية 44:33

> ﻿وَآتَيْنَاهُمْ مِنَ الْآيَاتِ مَا فِيهِ بَلَاءٌ مُبِينٌ [44:33]

33\. Onlara içində açıq-ay­dın imtahan olan dəlillər verdik.

### الآية 44:34

> ﻿إِنَّ هَٰؤُلَاءِ لَيَقُولُونَ [44:34]

**34. Bunlar mütləq deyəcək­lər:**

### الآية 44:35

> ﻿إِنْ هِيَ إِلَّا مَوْتَتُنَا الْأُولَىٰ وَمَا نَحْنُ بِمُنْشَرِينَ [44:35]

35\. “Bizim ancaq bircə ölü­mümüz var. Biz bir daha diril­dil­mə­yə­­cəyik.

### الآية 44:36

> ﻿فَأْتُوا بِآبَائِنَا إِنْ كُنْتُمْ صَادِقِينَ [44:36]

36\. Əgər doğru deyir­siniz­sə, onda atalarımızı dirildib gəti­rin!”

### الآية 44:37

> ﻿أَهُمْ خَيْرٌ أَمْ قَوْمُ تُبَّعٍ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ أَهْلَكْنَاهُمْ ۖ إِنَّهُمْ كَانُوا مُجْرِمِينَ [44:37]

37\. Bunlar yaxşıdır, yoxsa Tubba tay­fası və onlardan əv­vəl­ki­lər? Biz onları məhv et­dik. Çünki onlar günahkar adam­lar idi.

### الآية 44:38

> ﻿وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ [44:38]

38\. Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və əbəs yerə ya­rat­madıq.

### الآية 44:39

> ﻿مَا خَلَقْنَاهُمَا إِلَّا بِالْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ [44:39]

39\. Biz onları haqq olaraq ya­rat­dıq, lakin çoxları bunu bil­mir.

### الآية 44:40

> ﻿إِنَّ يَوْمَ الْفَصْلِ مِيقَاتُهُمْ أَجْمَعِينَ [44:40]

40\. Şübhəsiz ki, ayırd etmə günü on­ların hamısı üçün mü­əy­yən olun­muş vaxtdır.

### الآية 44:41

> ﻿يَوْمَ لَا يُغْنِي مَوْلًى عَنْ مَوْلًى شَيْئًا وَلَا هُمْ يُنْصَرُونَ [44:41]

41\. O gün dost dosta heç bir şeylə fay­da verə bilməyəcək, on­la­ra kö­mək də edilməyə­cək­,

### الآية 44:42

> ﻿إِلَّا مَنْ رَحِمَ اللَّهُ ۚ إِنَّهُ هُوَ الْعَزِيزُ الرَّحِيمُ [44:42]

42\. Allahın rəhm etdiyi kim­sələrdən başqa! Həqiqətən, O, Qüd­rət­li­dir, Rəhm­lidir.

### الآية 44:43

> ﻿إِنَّ شَجَرَتَ الزَّقُّومِ [44:43]

43\. Həqiqətən, Cəhənnəmdəki zəqqum ağacı

### الآية 44:44

> ﻿طَعَامُ الْأَثِيمِ [44:44]

44\. günahkar adamın yemə­yidir.

### الآية 44:45

> ﻿كَالْمُهْلِ يَغْلِي فِي الْبُطُونِ [44:45]

45\. Əridilmiş yağın çökün­tü­sü kimi qarınlarda qaynayar –

### الآية 44:46

> ﻿كَغَلْيِ الْحَمِيمِ [44:46]

46\. qaynar su qaynayan ki­mi.

### الآية 44:47

> ﻿خُذُوهُ فَاعْتِلُوهُ إِلَىٰ سَوَاءِ الْجَحِيمِ [44:47]

47\. Onu tutub Cəhənnəmin ortasına sürüyün!

### الآية 44:48

> ﻿ثُمَّ صُبُّوا فَوْقَ رَأْسِهِ مِنْ عَذَابِ الْحَمِيمِ [44:48]

48\. Sonra əzab vermək üçün başına qaynar su tökün!

### الآية 44:49

> ﻿ذُقْ إِنَّكَ أَنْتَ الْعَزِيزُ الْكَرِيمُ [44:49]

49\. Dad bu əzabı! Sən ki qüd­rətli və şərəfli idin.

### الآية 44:50

> ﻿إِنَّ هَٰذَا مَا كُنْتُمْ بِهِ تَمْتَرُونَ [44:50]

50\. Sizin şübhə etdiyiniz əzab budur!

### الآية 44:51

> ﻿إِنَّ الْمُتَّقِينَ فِي مَقَامٍ أَمِينٍ [44:51]

51\. Allahdan qorxanlar isə təhlü­kə­siz bir yerdə –

### الآية 44:52

> ﻿فِي جَنَّاتٍ وَعُيُونٍ [44:52]

52\. bağçalarda və çeşmələr başında olacaqlar!

### الآية 44:53

> ﻿يَلْبَسُونَ مِنْ سُنْدُسٍ وَإِسْتَبْرَقٍ مُتَقَابِلِينَ [44:53]

53\. Taftadan və atlazdan li­baslar ge­yib qarşı-qarşıya əylə­şəcək­lər.

### الآية 44:54

> ﻿كَذَٰلِكَ وَزَوَّجْنَاهُمْ بِحُورٍ عِينٍ [44:54]

54\. Bax belə! Üstəlik, onları iri qa­ra ­gözlü hurilərlə də ev­lən­di­rə­cə­yik.

### الآية 44:55

> ﻿يَدْعُونَ فِيهَا بِكُلِّ فَاكِهَةٍ آمِنِينَ [44:55]

55\. Onlar orada əmin-aman­lıq içində hər meyvədən istə­yə­cək­lər.

### الآية 44:56

> ﻿لَا يَذُوقُونَ فِيهَا الْمَوْتَ إِلَّا الْمَوْتَةَ الْأُولَىٰ ۖ وَوَقَاهُمْ عَذَابَ الْجَحِيمِ [44:56]

56\. Onlar ilk ölüm­dən başqa orada heç bir ölüm dadmaya­caq­lar. Allah on­ları Cəhənnəm əzabından qorumuşdur –

### الآية 44:57

> ﻿فَضْلًا مِنْ رَبِّكَ ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ [44:57]

57\. sənin Rəbbinin lütfkar­lı­ğı sayə­sində. Məhz bu, bö­yük uğur­dur.

### الآية 44:58

> ﻿فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ [44:58]

58\. Biz Quranı sənin dilində asan­laş­dırdıq ki, onlar öyüd-nə­si­hət ala bilsin­lər.

### الآية 44:59

> ﻿فَارْتَقِبْ إِنَّهُمْ مُرْتَقِبُونَ [44:59]

59\. Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/44.md)
- [كل تفاسير سورة الدّخان
](https://quranpedia.net/surah-tafsir/44.md)
- [ترجمات سورة الدّخان
](https://quranpedia.net/translations/44.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/44/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
