---
title: "ترجمة سورة ق - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/50/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/50/book/1983"
surah_id: "50"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة ق - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/50/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة ق - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/50/book/1983*.

Translation of Surah ق from "الترجمة الأذرية" in الأذرية.

### الآية 50:1

> ق ۚ وَالْقُرْآنِ الْمَجِيدِ [50:1]

1\. Qaf. Şərəfli Qurana and olsun!

### الآية 50:2

> ﻿بَلْ عَجِبُوا أَنْ جَاءَهُمْ مُنْذِرٌ مِنْهُمْ فَقَالَ الْكَافِرُونَ هَٰذَا شَيْءٌ عَجِيبٌ [50:2]

2\. Onlara öz aralarından xə­bərdarlıq edən bir peyğəmbər gəl­mə­si­nə təəccüb edən kafir­lər dedilər: “Bu çox qəribə bir şeydir.

### الآية 50:3

> ﻿أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا ۖ ذَٰلِكَ رَجْعٌ بَعِيدٌ [50:3]

3\. Məgər biz ölüb torpağa qarış­dıq­dan sonra yenidən di­ri­ləcəyik? Bu, əlçat­maz bir qa­yı­dışdır!”

### الآية 50:4

> ﻿قَدْ عَلِمْنَا مَا تَنْقُصُ الْأَرْضُ مِنْهُمْ ۖ وَعِنْدَنَا كِتَابٌ حَفِيظٌ [50:4]

4\. Həqiqətən, Biz yerin on­lardan nə­yi alıb əskiltdiyini bi­lirik. Biz­də hər şeyi qo­ruyan bir Kitab var­dır.

### الآية 50:5

> ﻿بَلْ كَذَّبُوا بِالْحَقِّ لَمَّا جَاءَهُمْ فَهُمْ فِي أَمْرٍ مَرِيجٍ [50:5]

5\. Lakin haqq onlara yetişdikdə onu yalan hesab et­di­lər. İndi on­lar çaşqın və­ziy­yətdədirlər.

### الآية 50:6

> ﻿أَفَلَمْ يَنْظُرُوا إِلَى السَّمَاءِ فَوْقَهُمْ كَيْفَ بَنَيْنَاهَا وَزَيَّنَّاهَا وَمَا لَهَا مِنْ فُرُوجٍ [50:6]

6\. Məgər onlar başları üs­tün­dəki gö­yə baxıb onu necə ya­rat­dı­ğı­mızı və necə bəzədi­yi­mizi görmürlərmi? Orada heç bir yarıq da yox­dur.

### الآية 50:7

> ﻿وَالْأَرْضَ مَدَدْنَاهَا وَأَلْقَيْنَا فِيهَا رَوَاسِيَ وَأَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ زَوْجٍ بَهِيجٍ [50:7]

7\. Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və göz ox­şayan bit­ki­lərin hər nö­vündən yetişdirdik.

### الآية 50:8

> ﻿تَبْصِرَةً وَذِكْرَىٰ لِكُلِّ عَبْدٍ مُنِيبٍ [50:8]

8\. Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nə­sihət ol­sun deyə belə etdik.

### الآية 50:9

> ﻿وَنَزَّلْنَا مِنَ السَّمَاءِ مَاءً مُبَارَكًا فَأَنْبَتْنَا بِهِ جَنَّاتٍ وَحَبَّ الْحَصِيدِ [50:9]

9\. Biz göydən bərəkətli su endirdik, onunla bağlar və bi­çilən ta­xıl dənələri bitirdik.

### الآية 50:10

> ﻿وَالنَّخْلَ بَاسِقَاتٍ لَهَا طَلْعٌ نَضِيدٌ [50:10]

10\. Eləcə də meyvələri sal­xım-sal­xım asılmış hündür xur­ma ağac­ları bitirdik.

### الآية 50:11

> ﻿رِزْقًا لِلْعِبَادِ ۖ وَأَحْيَيْنَا بِهِ بَلْدَةً مَيْتًا ۚ كَذَٰلِكَ الْخُرُوجُ [50:11]

11\. Qullara ruzi olsun deyə belə etdik! Biz onunla ölü bir məm­lə­kə­ti diriltdik. Dirilib qə­birdən çıxmaq da belədir.

### الآية 50:12

> ﻿كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَأَصْحَابُ الرَّسِّ وَثَمُودُ [50:12]

12\. Onlardan əvvəl Nuh qöv­mü, Rəss əhli, Səmud tayfası elçiləri ya­lançı saydı.

### الآية 50:13

> ﻿وَعَادٌ وَفِرْعَوْنُ وَإِخْوَانُ لُوطٍ [50:13]

13\. Ad qövmü, Firon xalqı, Lut tayfa­sı,

### الآية 50:14

> ﻿وَأَصْحَابُ الْأَيْكَةِ وَقَوْمُ تُبَّعٍ ۚ كُلٌّ كَذَّبَ الرُّسُلَ فَحَقَّ وَعِيدِ [50:14]

14\. Əykə əhli və Tubba qöv­mü – bun­ların hamısı elçiləri ya­lan­çı saydı və Mənim təh­di­dim gerçəkləşdi.

### الآية 50:15

> ﻿أَفَعَيِينَا بِالْخَلْقِ الْأَوَّلِ ۚ بَلْ هُمْ فِي لَبْسٍ مِنْ خَلْقٍ جَدِيدٍ [50:15]

15\. Məgər Biz ilk yaradılış­dan zəif­lə­dikmi? Xeyr! Onlar yeni ya­ra­dılış olan dirilmə ba­rə­sində şübhə içindədirlər.

### الآية 50:16

> ﻿وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِ نَفْسُهُ ۖ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ [50:16]

16\. İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdi­yini də bi­li­rik. Biz ona şah da­marından da yaxınıq.

### الآية 50:17

> ﻿إِذْ يَتَلَقَّى الْمُتَلَقِّيَانِ عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ قَعِيدٌ [50:17]

17\. Sağında və solunda iki mələk otu­rub onun əməllərini qey­də alır.

### الآية 50:18

> ﻿مَا يَلْفِظُ مِنْ قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ [50:18]

18\. Dediyi elə bir söz yox­dur ki, onu yazmaq üçün ya­nında hazır dur­muş gö­zətçi olmasın.

### الآية 50:19

> ﻿وَجَاءَتْ سَكْرَةُ الْمَوْتِ بِالْحَقِّ ۖ ذَٰلِكَ مَا كُنْتَ مِنْهُ تَحِيدُ [50:19]

19\. Ölüm bihuşluğu həqiqə­tən gələ­cək. Ey insan! Bu, sənin uzaq qaç­dı­ğın şeydir.

### الآية 50:20

> ﻿وَنُفِخَ فِي الصُّورِ ۚ ذَٰلِكَ يَوْمُ الْوَعِيدِ [50:20]

20\. Sur üfürüləcək. Bu, vəd olun­muş təhdid günüdür.

### الآية 50:21

> ﻿وَجَاءَتْ كُلُّ نَفْسٍ مَعَهَا سَائِقٌ وَشَهِيدٌ [50:21]

21\. Hər kəs onu qova-qova məhşərə gətirənlə və bir də əməl­lərinə şa­hidlik edənlə bir­likdə gələcək.

### الآية 50:22

> ﻿لَقَدْ كُنْتَ فِي غَفْلَةٍ مِنْ هَٰذَا فَكَشَفْنَا عَنْكَ غِطَاءَكَ فَبَصَرُكَ الْيَوْمَ حَدِيدٌ [50:22]

22\. Sən bu günün haq­qında qəflət için­də idin. Amma Biz pər­də­ni sənin üzün­dən qal­dır­dıq. Sən bu gün çox yaxşı gö­rürsən!”

### الآية 50:23

> ﻿وَقَالَ قَرِينُهُ هَٰذَا مَا لَدَيَّ عَتِيدٌ [50:23]

23\. Yoldaşı (şahid mələk) de­yəcək­: “Bu yanımdakı ha­zır­dır!”

### الآية 50:24

> ﻿أَلْقِيَا فِي جَهَنَّمَ كُلَّ كَفَّارٍ عَنِيدٍ [50:24]

24\. Allah buyuracaq: “Atın Cə­hənnəmə hər bir inad­cıl kafi­ri,

### الآية 50:25

> ﻿مَنَّاعٍ لِلْخَيْرِ مُعْتَدٍ مُرِيبٍ [50:25]

25\. xeyrə mane olanı, az­ğın­laşıb həd­di aşanı, şübhə edəni,

### الآية 50:26

> ﻿الَّذِي جَعَلَ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ فَأَلْقِيَاهُ فِي الْعَذَابِ الشَّدِيدِ [50:26]

26\. başqa bir məbudu Alla­ha tay tu­ta­nı. Atın onu şiddətli əza­bın içinə!”

### الآية 50:27

> ﻿۞ قَالَ قَرِينُهُ رَبَّنَا مَا أَطْغَيْتُهُ وَلَٰكِنْ كَانَ فِي ضَلَالٍ بَعِيدٍ [50:27]

27\. Dostu şeytan deyə­cək­: “Ey Rəbbimiz! Onu mən yol­dan çı­xart­­ma­dım, əksinə, o özü dərin azğınlıq içində idi!”

### الآية 50:28

> ﻿قَالَ لَا تَخْتَصِمُوا لَدَيَّ وَقَدْ قَدَّمْتُ إِلَيْكُمْ بِالْوَعِيدِ [50:28]

28\. Allah deyəcək: “Mə­nim hüzu­rumda höcətləşməyin. Mən əv­vəlcədən sizi xəbərdar etmişdim.

### الآية 50:29

> ﻿مَا يُبَدَّلُ الْقَوْلُ لَدَيَّ وَمَا أَنَا بِظَلَّامٍ لِلْعَبِيدِ [50:29]

29\. Mənim Sözüm dəyiş­məz­dir. Mən bəndələrə zülm edən de­yi­ləm!”

### الآية 50:30

> ﻿يَوْمَ نَقُولُ لِجَهَنَّمَ هَلِ امْتَلَأْتِ وَتَقُولُ هَلْ مِنْ مَزِيدٍ [50:30]

30\. O gün Biz Cəhənnəmə: “Dol­dun­mu?”– deyəcəyik. O isə: “Ye­nə varmı?”– deyəcək­.

### الآية 50:31

> ﻿وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ غَيْرَ بَعِيدٍ [50:31]

31\. Cənnət müttəqilərə ya­xın­laş­dırı­lacaq, onlardan uzaq­da ol­ma­ya­­caq.

### الآية 50:32

> ﻿هَٰذَا مَا تُوعَدُونَ لِكُلِّ أَوَّابٍ حَفِيظٍ [50:32]

32\. Budur sizə vəd edilən Cənnət! O, hər bir tövbə edib Alla­ha üz tu­tan, Onun əmrinə riayət edən,

### الآية 50:33

> ﻿مَنْ خَشِيَ الرَّحْمَٰنَ بِالْغَيْبِ وَجَاءَ بِقَلْبٍ مُنِيبٍ [50:33]

33\. Mərhəmətli Allahdan Onu gör­mə­dən qorxan və Allaha yö­nəl­miş qəlblə gələn kimsələr üçün­dür.

### الآية 50:34

> ﻿ادْخُلُوهَا بِسَلَامٍ ۖ ذَٰلِكَ يَوْمُ الْخُلُودِ [50:34]

34\. Ora sağ-salamat daxil olun! Bu, Əbədiyyət günüdür.

### الآية 50:35

> ﻿لَهُمْ مَا يَشَاءُونَ فِيهَا وَلَدَيْنَا مَزِيدٌ [50:35]

35\. Orada onlar üçün istə­dik­ləri hər şey hazırlanmışdır. Üs­təlik hü­zuru­muz­da bundan da artığı – Allahı gör­mək var­.

### الآية 50:36

> ﻿وَكَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنْ قَرْنٍ هُمْ أَشَدُّ مِنْهُمْ بَطْشًا فَنَقَّبُوا فِي الْبِلَادِ هَلْ مِنْ مَحِيصٍ [50:36]

36\. Biz onlardan əvvəl özlə­rindən daha qüvvətli neçə-ne­çə nəsli məhv etdik. Onlar di­yarbədiyar gəzib dola­şır­dı­lar. Məgər əzab­dan qaçıb qurtara bil­dilərmi?”

### الآية 50:37

> ﻿إِنَّ فِي ذَٰلِكَ لَذِكْرَىٰ لِمَنْ كَانَ لَهُ قَلْبٌ أَوْ أَلْقَى السَّمْعَ وَهُوَ شَهِيدٌ [50:37]

37\. Həqiqətən, bunda həssas qəlbi olan, hazır durub diqqətlə qu­laq asan kimsə üçün ibrət var.

### الآية 50:38

> ﻿وَلَقَدْ خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ وَمَا مَسَّنَا مِنْ لُغُوبٍ [50:38]

38\. Biz göyləri, yeri və on­la­rın ara­sın­da olanları altı gün­də ya­rat­dıq və Bizə heç bir yor­ğun­luq üz vermədi.

### الآية 50:39

> ﻿فَاصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ الْغُرُوبِ [50:39]

39\. Sən onların dediklərinə səbir et! Gün doğmamışdan əv­vəl və batma­mış­dan əvvəl Rəb­bini həmd ilə təriflə!

### الآية 50:40

> ﻿وَمِنَ اللَّيْلِ فَسَبِّحْهُ وَأَدْبَارَ السُّجُودِ [50:40]

40\. Gecənin bir vaxtında və səc­də­lər­dən sonra Onun şə­ni­nə tə­rif­lər de!

### الآية 50:41

> ﻿وَاسْتَمِعْ يَوْمَ يُنَادِ الْمُنَادِ مِنْ مَكَانٍ قَرِيبٍ [50:41]

41\. Dinlə ey Peyğəmbər! O gün carçı yaxın bir yerdən ça­ğı­ra­caq.

### الآية 50:42

> ﻿يَوْمَ يَسْمَعُونَ الصَّيْحَةَ بِالْحَقِّ ۚ ذَٰلِكَ يَوْمُ الْخُرُوجِ [50:42]

42\. O gün onlar bu səsi ger­çəkdən eşidəcəklər. Bu, qəbir­lərdən çıx­ma günü­dür.

### الآية 50:43

> ﻿إِنَّا نَحْنُ نُحْيِي وَنُمِيتُ وَإِلَيْنَا الْمَصِيرُ [50:43]

43\. Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Dönüş də yalnız Bi­zədir.

### الآية 50:44

> ﻿يَوْمَ تَشَقَّقُ الْأَرْضُ عَنْهُمْ سِرَاعًا ۚ ذَٰلِكَ حَشْرٌ عَلَيْنَا يَسِيرٌ [50:44]

44\. O gün yer onlardan ötrü ya­rı­la­caq, onlar sürətlə carçıya doğ­ru çıxa­caq­lar. Beləcə, on­la­rı bir yerə yığmaq Bi­zim üçün asandır.

### الآية 50:45

> ﻿نَحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ ۖ وَمَا أَنْتَ عَلَيْهِمْ بِجَبَّارٍ ۖ فَذَكِّرْ بِالْقُرْآنِ مَنْ يَخَافُ وَعِيدِ [50:45]

45\. Biz onların nə dediklə­rini yaxşı bi­lirik. Sən onları məc­bur edən deyilsən. Sən Mənim təhdidimdən qorxan­lara Quranla öyüd-nəsihət ver!

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/50.md)
- [كل تفاسير سورة ق
](https://quranpedia.net/surah-tafsir/50.md)
- [ترجمات سورة ق
](https://quranpedia.net/translations/50.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/50/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
