---
title: "ترجمة سورة الذاريات - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/51/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/51/book/1983"
surah_id: "51"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة الذاريات - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/51/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الذاريات - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/51/book/1983*.

Translation of Surah الذاريات from "الترجمة الأذرية" in الأذرية.

### الآية 51:1

> وَالذَّارِيَاتِ ذَرْوًا [51:1]

1\. And olsun toz-torpağı ət­ra­fa sə­pə­ləyənlərə!

### الآية 51:2

> ﻿فَالْحَامِلَاتِ وِقْرًا [51:2]

2\. And olsun yağmur yükü daşıyan­lara!

### الآية 51:3

> ﻿فَالْجَارِيَاتِ يُسْرًا [51:3]

3\. And olsun asanlıqla üzüb gedən­lərə!

### الآية 51:4

> ﻿فَالْمُقَسِّمَاتِ أَمْرًا [51:4]

4\. And olsun işləri paylaş­dı­ranlara!

### الآية 51:5

> ﻿إِنَّمَا تُوعَدُونَ لَصَادِقٌ [51:5]

5\. Sizə vəd olunanlar həqi­qət­dir.

### الآية 51:6

> ﻿وَإِنَّ الدِّينَ لَوَاقِعٌ [51:6]

6\. Haqq-hesab da, mütləq çə­­ki­lə­cək­dir.

### الآية 51:7

> ﻿وَالسَّمَاءِ ذَاتِ الْحُبُكِ [51:7]

7\. And olsun gözəl gö­rü­nü­şü olan səmaya!

### الآية 51:8

> ﻿إِنَّكُمْ لَفِي قَوْلٍ مُخْتَلِفٍ [51:8]

8\. Sizin sözləriniz ziddiy­yət­li­dir.

### الآية 51:9

> ﻿يُؤْفَكُ عَنْهُ مَنْ أُفِكَ [51:9]

9\. Ondan (Qurandan və Pey­ğəm­bər­dən) dönən kimsə dön­də­ri­lər.

### الآية 51:10

> ﻿قُتِلَ الْخَرَّاصُونَ [51:10]

10\. Məhv olsun yalançılar!

### الآية 51:11

> ﻿الَّذِينَ هُمْ فِي غَمْرَةٍ سَاهُونَ [51:11]

11\. O kəslər ki, cəhalət için­də olan qafillərdir.

### الآية 51:12

> ﻿يَسْأَلُونَ أَيَّانَ يَوْمُ الدِّينِ [51:12]

12\. Onlar Haqq-hesab günü­nün nə vaxt olacağını soru­şur­lar.

### الآية 51:13

> ﻿يَوْمَ هُمْ عَلَى النَّارِ يُفْتَنُونَ [51:13]

13\. O gün onlara odda əzab veri­lə­cək.

### الآية 51:14

> ﻿ذُوقُوا فِتْنَتَكُمْ هَٰذَا الَّذِي كُنْتُمْ بِهِ تَسْتَعْجِلُونَ [51:14]

14\. Onlara deyiləcək: “Da­dın əzabı­nı­zı! Sizin tez-tələsik gəl­mə­si­ni istə­diyi­niz şey bu­dur!”

### الآية 51:15

> ﻿إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَعُيُونٍ [51:15]

15\. Şübhəsiz ki, müttəqilər cən­nətlərdə və bulaqlar ba­şın­da olacaq­lar,

### الآية 51:16

> ﻿آخِذِينَ مَا آتَاهُمْ رَبُّهُمْ ۚ إِنَّهُمْ كَانُوا قَبْلَ ذَٰلِكَ مُحْسِنِينَ [51:16]

16\. öz Rəbbinin onlara ver­di­yini ala­caqlar. Həqiqətən, on­lar bun­dan əvvəl yaxşı iş gö­rən adamlar olmuşdular.

### الآية 51:17

> ﻿كَانُوا قَلِيلًا مِنَ اللَّيْلِ مَا يَهْجَعُونَ [51:17]

17\. Onlar gecələr ibadət edib az ya­tır­dı­lar.

### الآية 51:18

> ﻿وَبِالْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ [51:18]

18\. Sübh çağı isə bağış­lan­ma diləyir­dilər.

### الآية 51:19

> ﻿وَفِي أَمْوَالِهِمْ حَقٌّ لِلسَّائِلِ وَالْمَحْرُومِ [51:19]

19\. Onların mal-dövlətində di­lənçi­nin və yoxsulun payı var­.

### الآية 51:20

> ﻿وَفِي الْأَرْضِ آيَاتٌ لِلْمُوقِنِينَ [51:20]

20\. Qəti inananlar üçün yer üzündə dəlillər var.

### الآية 51:21

> ﻿وَفِي أَنْفُسِكُمْ ۚ أَفَلَا تُبْصِرُونَ [51:21]

21\. Sizin özünüzdə də dəlil­lər var. Məgər görmür­sü­nüz?

### الآية 51:22

> ﻿وَفِي السَّمَاءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ [51:22]

22\. Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir.

### الآية 51:23

> ﻿فَوَرَبِّ السَّمَاءِ وَالْأَرْضِ إِنَّهُ لَحَقٌّ مِثْلَ مَا أَنَّكُمْ تَنْطِقُونَ [51:23]

23\. Göyün və yerin Rəbbinə and ol­sun ki, bu vəd sizin da­nış­ma­ğa qüd­rə­ti­niz olduğu ki­mi hə­qiqətdir.

### الآية 51:24

> ﻿هَلْ أَتَاكَ حَدِيثُ ضَيْفِ إِبْرَاهِيمَ الْمُكْرَمِينَ [51:24]

24\. İbrahimin möhtərəm qo­naq­la­rı­nın əhvalatı sənə gəlib çatdı­mı?

### الآية 51:25

> ﻿إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا ۖ قَالَ سَلَامٌ قَوْمٌ مُنْكَرُونَ [51:25]

25\. Onlar onun yanına daxil olub: “Sənə salam olsun!”– de­di­lər. İb­rahim: “Sizə də salam ol­sun! Siz yad adamlara oxşa­yırsı­nız!”– de­di.

### الآية 51:26

> ﻿فَرَاغَ إِلَىٰ أَهْلِهِ فَجَاءَ بِعِجْلٍ سَمِينٍ [51:26]

26\. O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qı­zar­dıb gətirdi.

### الآية 51:27

> ﻿فَقَرَّبَهُ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَ [51:27]

27\. Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?”– de­di.

### الآية 51:28

> ﻿فَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۖ قَالُوا لَا تَخَفْ ۖ وَبَشَّرُوهُ بِغُلَامٍ عَلِيمٍ [51:28]

28\. O, qonaqların yemədik­lə­ri­ni görüb onlardan qorxuya düş­dü. On­lar: “Qorx­ma!”– de­dilər və ona elmli bir oğlan uşağı ilə müj­də ver­dilər.

### الآية 51:29

> ﻿فَأَقْبَلَتِ امْرَأَتُهُ فِي صَرَّةٍ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوزٌ عَقِيمٌ [51:29]

29\. Zövcəsi qışqırıb üz-gö­zü­nə vura-vura dedi: “Axı mən son­suz qoca qarı­yam!”

### الآية 51:30

> ﻿قَالُوا كَذَٰلِكِ قَالَ رَبُّكِ ۖ إِنَّهُ هُوَ الْحَكِيمُ الْعَلِيمُ [51:30]

30\. Onlar dedilər: “Sənin Rəb­bin belə demişdir. Həqiqətən, O, Hikmət sahibidir, Bi­ləndir!”

### الآية 51:31

> ﻿۞ قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا الْمُرْسَلُونَ [51:31]

31\. İbrahim dedi: “Sizin vəzifə­niz nədir, ey elçilər?”

### الآية 51:32

> ﻿قَالُوا إِنَّا أُرْسِلْنَا إِلَىٰ قَوْمٍ مُجْرِمِينَ [51:32]

32\. Onlar dedilər: “Biz gü­nah­kar bir qövmə göndəril­mişik ki,

### الآية 51:33

> ﻿لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةً مِنْ طِينٍ [51:33]

33\. onların üstünə gildən daş­lar yağdıraq –

### الآية 51:34

> ﻿مُسَوَّمَةً عِنْدَ رَبِّكَ لِلْمُسْرِفِينَ [51:34]

34\. həddi aşanlar üçün sə­nin Rəb­bi­nin yanında nişan qoyul­muş daşlar!”

### الآية 51:35

> ﻿فَأَخْرَجْنَا مَنْ كَانَ فِيهَا مِنَ الْمُؤْمِنِينَ [51:35]

35\. Biz orada olan mömin­ləri o kənd­dən çıxartdıq.

### الآية 51:36

> ﻿فَمَا وَجَدْنَا فِيهَا غَيْرَ بَيْتٍ مِنَ الْمُسْلِمِينَ [51:36]

36\. Amma orada bir evdən başqa müsəlman tap­madıq.

### الآية 51:37

> ﻿وَتَرَكْنَا فِيهَا آيَةً لِلَّذِينَ يَخَافُونَ الْعَذَابَ الْأَلِيمَ [51:37]

37\. Ağrılı-acılı əzabdan qor­xan­lar üçün orada bir əlamət qoy­duq.

### الآية 51:38

> ﻿وَفِي مُوسَىٰ إِذْ أَرْسَلْنَاهُ إِلَىٰ فِرْعَوْنَ بِسُلْطَانٍ مُبِينٍ [51:38]

38\. Musanın əhvalatında da ibrət var­. O zaman Biz onu Fi­ro­nun yanına aydın bir də­lil­lə göndərmişdik.

### الآية 51:39

> ﻿فَتَوَلَّىٰ بِرُكْنِهِ وَقَالَ سَاحِرٌ أَوْ مَجْنُونٌ [51:39]

39\. Fi­ro­n öz camaatı ilə bir­lik­də üz çe­vi­rib: “Bu sehrbazdır, ya da də­lidir!”– de­di.

### الآية 51:40

> ﻿فَأَخَذْنَاهُ وَجُنُودَهُ فَنَبَذْنَاهُمْ فِي الْيَمِّ وَهُوَ مُلِيمٌ [51:40]

40\. Biz Fironu və əsgərlərini yaxa­la­yıb dənizə atdıq. O, qı­nan­ma­ğa layiq idi.

### الآية 51:41

> ﻿وَفِي عَادٍ إِذْ أَرْسَلْنَا عَلَيْهِمُ الرِّيحَ الْعَقِيمَ [51:41]

41\. Ad qövmünün hekayə­tin­də də ib­rət var. O zaman Biz on­la­rın üstünə xeyir-bərə­kət­siz bir külək göndər­miş­dik.

### الآية 51:42

> ﻿مَا تَذَرُ مِنْ شَيْءٍ أَتَتْ عَلَيْهِ إِلَّا جَعَلَتْهُ كَالرَّمِيمِ [51:42]

42\. O külək üstündən keç­diyi hər bir şeyi sovurub külə dön­də­rir­di.

### الآية 51:43

> ﻿وَفِي ثَمُودَ إِذْ قِيلَ لَهُمْ تَمَتَّعُوا حَتَّىٰ حِينٍ [51:43]

43\. Səmud qövmünün heka­yətində də ibrət var. O za­man on­la­ra: “Müəy­yən vax­ta­dək dolanıb-keçinin!”– deyil­miş­di.

### الآية 51:44

> ﻿فَعَتَوْا عَنْ أَمْرِ رَبِّهِمْ فَأَخَذَتْهُمُ الصَّاعِقَةُ وَهُمْ يَنْظُرُونَ [51:44]

44\. Onlar öz Rəbbinin əm­rindən çıx­dılar və onları göz­ləri baxa-ba­xa ildı­rım vurdu.

### الآية 51:45

> ﻿فَمَا اسْتَطَاعُوا مِنْ قِيَامٍ وَمَا كَانُوا مُنْتَصِرِينَ [51:45]

45\. Onlar ayağa qalxa bil­mə­dilər və onlara kömək edən də ol­ma­dı.

### الآية 51:46

> ﻿وَقَوْمَ نُوحٍ مِنْ قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ [51:46]

46\. Daha əvvəl Nuh qöv­mü­nü məhv etdik. Çünki onlar fa­siq adam­lar idilər.

### الآية 51:47

> ﻿وَالسَّمَاءَ بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ [51:47]

47\. Biz göyü qüdrətlə yarat­dıq və Biz onu genişləndiririk.

### الآية 51:48

> ﻿وَالْأَرْضَ فَرَشْنَاهَا فَنِعْمَ الْمَاهِدُونَ [51:48]

48\. Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz!

### الآية 51:49

> ﻿وَمِنْ كُلِّ شَيْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ [51:49]

49\. Biz hər şeydən erkək və dişi ol­maq­la cütlər yaratdıq ki, bəlkə, dü­şünüb ib­rət alasınız.

### الآية 51:50

> ﻿فَفِرُّوا إِلَى اللَّهِ ۖ إِنِّي لَكُمْ مِنْهُ نَذِيرٌ مُبِينٌ [51:50]

50\. De: “Elə isə, Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!

### الآية 51:51

> ﻿وَلَا تَجْعَلُوا مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ ۖ إِنِّي لَكُمْ مِنْهُ نَذِيرٌ مُبِينٌ [51:51]

51\. Allahla yanaşı başqa bir məbud qə­bul etməyin. Mən si­zi Onun­la açıq-aş­kar xəbərdar edənəm!”

### الآية 51:52

> ﻿كَذَٰلِكَ مَا أَتَى الَّذِينَ مِنْ قَبْلِهِمْ مِنْ رَسُولٍ إِلَّا قَالُوا سَاحِرٌ أَوْ مَجْنُونٌ [51:52]

52\. Beləcə, onlardan əvvəl­kilərə də elə bir elçi gəlmədi ki, onun ba­rəsində: “Sehrbaz­dır, ya da dəlidir!”– deməsin­lər.

### الآية 51:53

> ﻿أَتَوَاصَوْا بِهِ ۚ بَلْ هُمْ قَوْمٌ طَاغُونَ [51:53]

53\. Onlar bunu bir-birinə və­siyyətmi etmişlər? Xeyr, on­lar həd­di aşan adam­lardır.

### الآية 51:54

> ﻿فَتَوَلَّ عَنْهُمْ فَمَا أَنْتَ بِمَلُومٍ [51:54]

54\. Artıq onlardan üz dön­dər! Sən bu­na görə qınan­maz­san.

### الآية 51:55

> ﻿وَذَكِّرْ فَإِنَّ الذِّكْرَىٰ تَنْفَعُ الْمُؤْمِنِينَ [51:55]

55\. Sən xatırlat! Çünki xatır­latmaq möminlərə fayda verir.

### الآية 51:56

> ﻿وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ [51:56]

56\. Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün ya­rat­dım.

### الآية 51:57

> ﻿مَا أُرِيدُ مِنْهُمْ مِنْ رِزْقٍ وَمَا أُرِيدُ أَنْ يُطْعِمُونِ [51:57]

57\. Mən onlardan ruzi is­tə­mirəm. Mən onlardan Məni ye­dirt­mə­lərini də istəmirəm.

### الآية 51:58

> ﻿إِنَّ اللَّهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِينُ [51:58]

58\. Həqiqətən, Allah ruzi ve­rəndir, qüvvət sahibidir, Mə­tindir.

### الآية 51:59

> ﻿فَإِنَّ لِلَّذِينَ ظَلَمُوا ذَنُوبًا مِثْلَ ذَنُوبِ أَصْحَابِهِمْ فَلَا يَسْتَعْجِلُونِ [51:59]

59\. Şübhəsiz ki, zülm edən­ləri həm­taylarının qisməti ki­mi bir qis­mət göz­ləyir. Qoy onlar Məni tələsdirməsinlər!

### الآية 51:60

> ﻿فَوَيْلٌ لِلَّذِينَ كَفَرُوا مِنْ يَوْمِهِمُ الَّذِي يُوعَدُونَ [51:60]

60\. Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin ha­lına!

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/51.md)
- [كل تفاسير سورة الذاريات
](https://quranpedia.net/surah-tafsir/51.md)
- [ترجمات سورة الذاريات
](https://quranpedia.net/translations/51.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/51/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
