---
title: "ترجمة سورة الطور - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/52/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/52/book/1983"
surah_id: "52"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة الطور - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/52/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الطور - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/52/book/1983*.

Translation of Surah الطور from "الترجمة الأذرية" in الأذرية.

### الآية 52:1

> وَالطُّورِ [52:1]

1\. And olsun Tur dağına!

### الآية 52:2

> ﻿وَكِتَابٍ مَسْطُورٍ [52:2]

2\. And olsun yazılmış Ki­ta­ba –

### الآية 52:3

> ﻿فِي رَقٍّ مَنْشُورٍ [52:3]

3\. nazik dəri üzərində olan Kitaba!

### الآية 52:4

> ﻿وَالْبَيْتِ الْمَعْمُورِ [52:4]

4\. And olsun Beytulmə­mura!

### الآية 52:5

> ﻿وَالسَّقْفِ الْمَرْفُوعِ [52:5]

5\. And olsun yüksək tavana!

### الآية 52:6

> ﻿وَالْبَحْرِ الْمَسْجُورِ [52:6]

6\. And olsun alovlanan də­nizə!

### الآية 52:7

> ﻿إِنَّ عَذَابَ رَبِّكَ لَوَاقِعٌ [52:7]

7\. Rəbbinin əzabı hökmən vaqe ola­caq.

### الآية 52:8

> ﻿مَا لَهُ مِنْ دَافِعٍ [52:8]

8\. Heç nə onun qarşısını ala bilməz.

### الآية 52:9

> ﻿يَوْمَ تَمُورُ السَّمَاءُ مَوْرًا [52:9]

9\. O gün göy şiddətlə sarsı­lacaq,

### الآية 52:10

> ﻿وَتَسِيرُ الْجِبَالُ سَيْرًا [52:10]

10\. dağlar da hərəkətə gələ­cək.

### الآية 52:11

> ﻿فَوَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ [52:11]

11\. O gün vay halına haqqı yalan sa­yanların!

### الآية 52:12

> ﻿الَّذِينَ هُمْ فِي خَوْضٍ يَلْعَبُونَ [52:12]

12\. O kəslər ki, yalan ba­taq­lığında əylənirlər.

### الآية 52:13

> ﻿يَوْمَ يُدَعُّونَ إِلَىٰ نَارِ جَهَنَّمَ دَعًّا [52:13]

13\. O gün onlar amansız­ca­sına sürü­dülərək Cəhənnəm odu­na atı­lacaqlar.

### الآية 52:14

> ﻿هَٰذِهِ النَّارُ الَّتِي كُنْتُمْ بِهَا تُكَذِّبُونَ [52:14]

14\. Onlara deyiləcək: “Bu, si­zin yalan saydığınız Cəhən­nəm odu­dur!

### الآية 52:15

> ﻿أَفَسِحْرٌ هَٰذَا أَمْ أَنْتُمْ لَا تُبْصِرُونَ [52:15]

15\. Bəlkə bu da sehrdir, yoxsa görmür­sünüz?

### الآية 52:16

> ﻿اصْلَوْهَا فَاصْبِرُوا أَوْ لَا تَصْبِرُوا سَوَاءٌ عَلَيْكُمْ ۖ إِنَّمَا تُجْزَوْنَ مَا كُنْتُمْ تَعْمَلُونَ [52:16]

16\. Yanın orada! Dözsəniz də, döz­məsəniz də sizin üçün ey­ni­dir. Sizə an­caq etdiyiniz əməllərin cəzası verilir”.

### الآية 52:17

> ﻿إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَعِيمٍ [52:17]

17\. Şübhəsiz ki, müttəqilər cən­nətlərdə və nemət içində ya­şa­ya­caqlar.

### الآية 52:18

> ﻿فَاكِهِينَ بِمَا آتَاهُمْ رَبُّهُمْ وَوَقَاهُمْ رَبُّهُمْ عَذَابَ الْجَحِيمِ [52:18]

18\. Rəbbinin onlara bəxş et­diyinə se­vinəcəklər. Rəbbi on­ları Cə­hən­nəm əza­bından xilas etmişdir.

### الآية 52:19

> ﻿كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنْتُمْ تَعْمَلُونَ [52:19]

19\. Onlara deyiləcək: “Xe­yir­xah əməl­lərinizin əvəzi ola­raq nuş­can­lıqla ye­yin, için!”

### الآية 52:20

> ﻿مُتَّكِئِينَ عَلَىٰ سُرُرٍ مَصْفُوفَةٍ ۖ وَزَوَّجْنَاهُمْ بِحُورٍ عِينٍ [52:20]

20\. Onlar səflərlə salınmış mütək­kə­lərə dirsəklənəcəklər. Biz on­­ları iri qa­ra gözlü huri­lər­lə evləndirəcəyik.

### الآية 52:21

> ﻿وَالَّذِينَ آمَنُوا وَاتَّبَعَتْهُمْ ذُرِّيَّتُهُمْ بِإِيمَانٍ أَلْحَقْنَا بِهِمْ ذُرِّيَّتَهُمْ وَمَا أَلَتْنَاهُمْ مِنْ عَمَلِهِمْ مِنْ شَيْءٍ ۚ كُلُّ امْرِئٍ بِمَا كَسَبَ رَهِينٌ [52:21]

21\. Möminlərin imanda on­la­rın ar­xa­sınca gedən nəsillə­ri­ni də Cən­nətdə öz­lərinə qo­vuş­duracağıq. Onların əməllə­rin­dən heç bir şey əskilt­məyə­cə­yik. Hər kəs qazandığının gi­rovudur.

### الآية 52:22

> ﻿وَأَمْدَدْنَاهُمْ بِفَاكِهَةٍ وَلَحْمٍ مِمَّا يَشْتَهُونَ [52:22]

22\. Onlara istədikləri mey­və­dən və ətdən bol-bol verə­cə­yik.

### الآية 52:23

> ﻿يَتَنَازَعُونَ فِيهَا كَأْسًا لَا لَغْوٌ فِيهَا وَلَا تَأْثِيمٌ [52:23]

23\. Onlar orada bir-birinə şə­­rab dolu badə uzadacaqlar. Bu şərab on­ları nə boşboğaz­lığa, nə də günaha təhrik edəcək.

### الآية 52:24

> ﻿۞ وَيَطُوفُ عَلَيْهِمْ غِلْمَانٌ لَهُمْ كَأَنَّهُمْ لُؤْلُؤٌ مَكْنُونٌ [52:24]

24\. Onların ətrafında xid­mət­lərinə ve­rilmiş, qorunub saxla­nılan mir­­vari kimi yeniyetmə oğ­lanlar dolanacaqlar.

### الآية 52:25

> ﻿وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَاءَلُونَ [52:25]

25\. Onlar bir-birinə üz tu­tub soru­şa­caqlar.

### الآية 52:26

> ﻿قَالُوا إِنَّا كُنَّا قَبْلُ فِي أَهْلِنَا مُشْفِقِينَ [52:26]

26\. Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən Allah­dan qorxur­duq.

### الآية 52:27

> ﻿فَمَنَّ اللَّهُ عَلَيْنَا وَوَقَانَا عَذَابَ السَّمُومِ [52:27]

27\. Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əza­bın­dan qoru­du.

### الآية 52:28

> ﻿إِنَّا كُنَّا مِنْ قَبْلُ نَدْعُوهُ ۖ إِنَّهُ هُوَ الْبَرُّ الرَّحِيمُ [52:28]

28\. Biz əvvəllər Ona dua edirdik. Hə­qiqətən, O, yaxşılıq edən­dir, Rəhmli­dir!”

### الآية 52:29

> ﻿فَذَكِّرْ فَمَا أَنْتَ بِنِعْمَتِ رَبِّكَ بِكَاهِنٍ وَلَا مَجْنُونٍ [52:29]

29\. Onlara xatırlat! Sən öz Rəbbinin neməti sayəsində nə ka­hin­sən, nə də dəli!

### الآية 52:30

> ﻿أَمْ يَقُولُونَ شَاعِرٌ نَتَرَبَّصُ بِهِ رَيْبَ الْمَنُونِ [52:30]

30\. Yoxsa onlar: “O bir şair­dir. Biz onun ölümünü gözlə­yirik!”– de­yirlər.

### الآية 52:31

> ﻿قُلْ تَرَبَّصُوا فَإِنِّي مَعَكُمْ مِنَ الْمُتَرَبِّصِينَ [52:31]

31\. De: “Gözləyin, mən də sizinlə bir­likdə gözləyənlər­dənəm!”

### الآية 52:32

> ﻿أَمْ تَأْمُرُهُمْ أَحْلَامُهُمْ بِهَٰذَا ۚ أَمْ هُمْ قَوْمٌ طَاغُونَ [52:32]

32\. Yoxsa onların ağılları bu­nu onla­ra əmr edir? Yaxud on­lar az­ğın adam­lardır?

### الآية 52:33

> ﻿أَمْ يَقُولُونَ تَقَوَّلَهُ ۚ بَلْ لَا يُؤْمِنُونَ [52:33]

33\. Yoxsa onlar: “Bunu özün­dən uy­durdun!”– deyirlər. Xeyr, on­lar iman gə­tirmirlər.

### الآية 52:34

> ﻿فَلْيَأْتُوا بِحَدِيثٍ مِثْلِهِ إِنْ كَانُوا صَادِقِينَ [52:34]

34\. Əgər doğru söyləyir­lər­sə, qoy Qurana bənzər bir kə­lam gə­tir­sinlər.

### الآية 52:35

> ﻿أَمْ خُلِقُوا مِنْ غَيْرِ شَيْءٍ أَمْ هُمُ الْخَالِقُونَ [52:35]

35\. Bəlkə onlar öz-özünə ya­ranıblar? Yaxud onlar yara­dan­lar­dır?

### الآية 52:36

> ﻿أَمْ خَلَقُوا السَّمَاوَاتِ وَالْأَرْضَ ۚ بَلْ لَا يُوقِنُونَ [52:36]

36\. Yoxsa onlar göyləri və yeri yara­dıblar? Xeyr, onlar qətiyyən inan­mır­lar.

### الآية 52:37

> ﻿أَمْ عِنْدَهُمْ خَزَائِنُ رَبِّكَ أَمْ هُمُ الْمُصَيْطِرُونَ [52:37]

37\. Yoxsa sənin Rəbbinin xə­zinələri onlardadır? Yaxud on­lar hökm sahibi­dirlər?

### الآية 52:38

> ﻿أَمْ لَهُمْ سُلَّمٌ يَسْتَمِعُونَ فِيهِ ۖ فَلْيَأْتِ مُسْتَمِعُهُمْ بِسُلْطَانٍ مُبِينٍ [52:38]

38\. Yoxsa onların, üstünə çı­xıb mə­lək­lərin söhbətlərini din­lə­dik­lə­ri bir nərdi­va­nı var­? Onda qoy onların mələk­ləri din­ləyənləri an­la­şıqlı bir dəlil gə­tirsin­lər!

### الآية 52:39

> ﻿أَمْ لَهُ الْبَنَاتُ وَلَكُمُ الْبَنُونَ [52:39]

39\. Yoxsa qızlar Onun, oğ­lanlar isə sizindir?

### الآية 52:40

> ﻿أَمْ تَسْأَلُهُمْ أَجْرًا فَهُمْ مِنْ مَغْرَمٍ مُثْقَلُونَ [52:40]

40\. Yoxsa sən onlardan bir mükafat istəyirsən və onlar da borc­lu qaldıq­la­rı­na görə ağır yük altındadırlar?

### الآية 52:41

> ﻿أَمْ عِنْدَهُمُ الْغَيْبُ فَهُمْ يَكْتُبُونَ [52:41]

41\. Yoxsa onlar qeybi bilir və onu ya­zırlar?

### الآية 52:42

> ﻿أَمْ يُرِيدُونَ كَيْدًا ۖ فَالَّذِينَ كَفَرُوا هُمُ الْمَكِيدُونَ [52:42]

42\. Yoxsa bir hiylə qurmaq istəyir­lər? Amma kafirlər öz­lə­ri o hiy­lənin qurba­nı olacaqlar.

### الآية 52:43

> ﻿أَمْ لَهُمْ إِلَٰهٌ غَيْرُ اللَّهِ ۚ سُبْحَانَ اللَّهِ عَمَّا يُشْرِكُونَ [52:43]

43\. Yoxsa onların Allahdan başqa bir məbudu var? Allah on­la­rın qoşduqları şəriklərdən uzaqdır.

### الآية 52:44

> ﻿وَإِنْ يَرَوْا كِسْفًا مِنَ السَّمَاءِ سَاقِطًا يَقُولُوا سَحَابٌ مَرْكُومٌ [52:44]

44\. Əgər onlar göy parçala­rının düş­düyünü görsələr: “Bu­lud to­pası­dır!”– deyərlər.

### الآية 52:45

> ﻿فَذَرْهُمْ حَتَّىٰ يُلَاقُوا يَوْمَهُمُ الَّذِي فِيهِ يُصْعَقُونَ [52:45]

45\. Sən onları sarsılacaqları günə qo­vuşana qədər tərk et!

### الآية 52:46

> ﻿يَوْمَ لَا يُغْنِي عَنْهُمْ كَيْدُهُمْ شَيْئًا وَلَا هُمْ يُنْصَرُونَ [52:46]

46\. O gün hiylələri onlara heç bir fay­da verməyəcək və on­la­ra kö­mək gös­tə­rilməyə­cək­.

### الآية 52:47

> ﻿وَإِنَّ لِلَّذِينَ ظَلَمُوا عَذَابًا دُونَ ذَٰلِكَ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ [52:47]

47\. Həqiqətən, zalımlar üçün bundan başqa əzab da hazır­lan­mış­dır. Lakin on­ların çoxu bunu bilmir.

### الآية 52:48

> ﻿وَاصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا ۖ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ [52:48]

48\. Sən öz Rəbbinin hök­mü­nə səbir et! Həqiqətən, sən Bi­zim Göz­ləri­miz önündəsən. Yu­xudan qalxdıqda Rəbbi­ni həmd ilə zikr et!

### الآية 52:49

> ﻿وَمِنَ اللَّيْلِ فَسَبِّحْهُ وَإِدْبَارَ النُّجُومِ [52:49]

49\. Gecənin bir vaxtında, bir də ul­duzlar batandan sonra Onun şəninə tə­riflər de!

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/52.md)
- [كل تفاسير سورة الطور
](https://quranpedia.net/surah-tafsir/52.md)
- [ترجمات سورة الطور
](https://quranpedia.net/translations/52.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/52/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
