---
title: "ترجمة سورة النجم - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/53/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/53/book/1983"
surah_id: "53"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة النجم - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/53/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة النجم - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/53/book/1983*.

Translation of Surah النجم from "الترجمة الأذرية" in الأذرية.

### الآية 53:1

> وَالنَّجْمِ إِذَا هَوَىٰ [53:1]

1\. And olsun batmaqda olan ulduza!

### الآية 53:2

> ﻿مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَىٰ [53:2]

2\. Sizin yoldaşınız nə haq­dan azmış, nə də yoldan çıx­mışdır.

### الآية 53:3

> ﻿وَمَا يَنْطِقُ عَنِ الْهَوَىٰ [53:3]

3\. O, öz istəyi ilə danışmır.

### الآية 53:4

> ﻿إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىٰ [53:4]

4\. Bu, ona təlqin edilən bir vəhydir.

### الآية 53:5

> ﻿عَلَّمَهُ شَدِيدُ الْقُوَىٰ [53:5]

5\. Bunu ona çox qüvvətli olan öy­rət­di –

### الآية 53:6

> ﻿ذُو مِرَّةٍ فَاسْتَوَىٰ [53:6]

6\. gözəl görünüşlü Cəbrail. O, yüksə­lib öz surətində gö­rün­dü.

### الآية 53:7

> ﻿وَهُوَ بِالْأُفُقِ الْأَعْلَىٰ [53:7]

7\. O, ən uca üfüqdə idi.

### الآية 53:8

> ﻿ثُمَّ دَنَا فَتَدَلَّىٰ [53:8]

8\. Sonra Muhəmmədə yaxın­laşıb aşağı endi.

### الآية 53:9

> ﻿فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَىٰ [53:9]

9\. O, iki yay uzunluğunda, hətta on­dan da yaxın məsafə­də idi.

### الآية 53:10

> ﻿فَأَوْحَىٰ إِلَىٰ عَبْدِهِ مَا أَوْحَىٰ [53:10]

10\. Sonra Allah Öz quluna nazil edə­cəyini vəhy etdi.

### الآية 53:11

> ﻿مَا كَذَبَ الْفُؤَادُ مَا رَأَىٰ [53:11]

11\. Peyğəmbərin qəlbi gör­dü­yünü ya­lan saymadı.

### الآية 53:12

> ﻿أَفَتُمَارُونَهُ عَلَىٰ مَا يَرَىٰ [53:12]

12\. İndi siz onunla gördüyü şey ba­rəsində mübahisəmi edir­si­niz?

### الآية 53:13

> ﻿وَلَقَدْ رَآهُ نَزْلَةً أُخْرَىٰ [53:13]

13\. Onu bir daha öz sürə­tin­də enər­kən gördü –

### الآية 53:14

> ﻿عِنْدَ سِدْرَةِ الْمُنْتَهَىٰ [53:14]

14\. son həddəki Sidr ağacı­nın yanın­da.

### الآية 53:15

> ﻿عِنْدَهَا جَنَّةُ الْمَأْوَىٰ [53:15]

15\. Məva bağı da onun ya­nındadır.

### الآية 53:16

> ﻿إِذْ يَغْشَى السِّدْرَةَ مَا يَغْشَىٰ [53:16]

16\. O zaman Sidr ağacını bürüyən bürümüşdü.

### الآية 53:17

> ﻿مَا زَاغَ الْبَصَرُ وَمَا طَغَىٰ [53:17]

17\. Peyğəmbərin gözü ya­yın­madı və həddi aşmadı.

### الآية 53:18

> ﻿لَقَدْ رَأَىٰ مِنْ آيَاتِ رَبِّهِ الْكُبْرَىٰ [53:18]

18\. O, öz Rəbbinin ən bö­yük dəlillə­rindən bəzisini gördü.

### الآية 53:19

> ﻿أَفَرَأَيْتُمُ اللَّاتَ وَالْعُزَّىٰ [53:19]

19\. Siz tapındığınız Lat və Uz­zanı gör­dünüzmü?

### الآية 53:20

> ﻿وَمَنَاةَ الثَّالِثَةَ الْأُخْرَىٰ [53:20]

20\. Həmçinin üçüncü olan Mənatı da?

### الآية 53:21

> ﻿أَلَكُمُ الذَّكَرُ وَلَهُ الْأُنْثَىٰ [53:21]

21\. Məgər oğlanlar sizin, qız­lar Allahındırmı?

### الآية 53:22

> ﻿تِلْكَ إِذًا قِسْمَةٌ ضِيزَىٰ [53:22]

22\. Onda bu ədalətsiz bölgü olardı!

### الآية 53:23

> ﻿إِنْ هِيَ إِلَّا أَسْمَاءٌ سَمَّيْتُمُوهَا أَنْتُمْ وَآبَاؤُكُمْ مَا أَنْزَلَ اللَّهُ بِهَا مِنْ سُلْطَانٍ ۚ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَمَا تَهْوَى الْأَنْفُسُ ۖ وَلَقَدْ جَاءَهُمْ مِنْ رَبِّهِمُ الْهُدَىٰ [53:23]

23\. Onlar sizin və ataları­nı­zın qoy­duqları adlardan başqa bir şey de­yil. Allah onlar haq­qında heç bir dəlil nazil et­mə­mişdir. On­lar yal­nız zənnə və nəfs­lərinin istəklərinə uyar­lar. Halbuki Rəb­bindən onlara doğru yolu göstərən rəh­bər ar­tıq gəl­mişdir.

### الآية 53:24

> ﻿أَمْ لِلْإِنْسَانِ مَا تَمَنَّىٰ [53:24]

24\. Yoxsa insan üçün istə­di­yi hər şey hazırlanmışdır?

### الآية 53:25

> ﻿فَلِلَّهِ الْآخِرَةُ وَالْأُولَىٰ [53:25]

25\. Axirət də, dünya da Alla­hındır.

### الآية 53:26

> ﻿۞ وَكَمْ مِنْ مَلَكٍ فِي السَّمَاوَاتِ لَا تُغْنِي شَفَاعَتُهُمْ شَيْئًا إِلَّا مِنْ بَعْدِ أَنْ يَأْذَنَ اللَّهُ لِمَنْ يَشَاءُ وَيَرْضَىٰ [53:26]

26\. Göylərdə neçə-neçə mə­lək var­ ki, onların şəfaəti Alla­hın istədiyi və Özünün ra­zı qaldığı kimsələrdən başqa heç kəsə heç bir fayda verməz.

### الآية 53:27

> ﻿إِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ لَيُسَمُّونَ الْمَلَائِكَةَ تَسْمِيَةَ الْأُنْثَىٰ [53:27]

27\. Axirətə inanmayanlar, həqiqətən də, mələklərə qadın adları ve­rir­lər.

### الآية 53:28

> ﻿وَمَا لَهُمْ بِهِ مِنْ عِلْمٍ ۖ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ ۖ وَإِنَّ الظَّنَّ لَا يُغْنِي مِنَ الْحَقِّ شَيْئًا [53:28]

28\. Halbuki buna dair heç bir bilgiləri yoxdur. Sadəcə ola­raq zən­nə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz.

### الآية 53:29

> ﻿فَأَعْرِضْ عَنْ مَنْ تَوَلَّىٰ عَنْ ذِكْرِنَا وَلَمْ يُرِدْ إِلَّا الْحَيَاةَ الدُّنْيَا [53:29]

29\. Sən də Bizi zikr etməkdən üz çevirib dünya həyatından başqa bir şey istə­məyənlərdən üz döndər!

### الآية 53:30

> ﻿ذَٰلِكَ مَبْلَغُهُمْ مِنَ الْعِلْمِ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِمَنِ اهْتَدَىٰ [53:30]

30\. Onların bilik səviyyəsi budur. Şübhəsiz ki, sənin Rəb­bin Onun yo­lun­dan azanı da, doğru yolla gedəni də yaxşı ta­nıyır.

### الآية 53:31

> ﻿وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ لِيَجْزِيَ الَّذِينَ أَسَاءُوا بِمَا عَمِلُوا وَيَجْزِيَ الَّذِينَ أَحْسَنُوا بِالْحُسْنَى [53:31]

31\. Göylərdə və yerdə nə varsa, Alla­hındır. Bu, Allahın pislik edən­lərə əməl­lərinin cə­zasını verməsi, yaxşılıq edən­ləri isə ən gö­zə­li ilə (Cənnətlə) müka­fatlandırması üçündür.

### الآية 53:32

> ﻿الَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشَ إِلَّا اللَّمَمَ ۚ إِنَّ رَبَّكَ وَاسِعُ الْمَغْفِرَةِ ۚ هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنْشَأَكُمْ مِنَ الْأَرْضِ وَإِذْ أَنْتُمْ أَجِنَّةٌ فِي بُطُونِ أُمَّهَاتِكُمْ ۖ فَلَا تُزَكُّوا أَنْفُسَكُمْ ۖ هُوَ أَعْلَمُ بِمَنِ اتَّقَىٰ [53:32]

32\. Onlar kiçik günahlar is­tis­na ol­maq­la, böyük günah­lar­dan və iy­rənc əməl­lərdən çəki­nir­lər. Həqiqətən, sənin Rəb­bin geniş məğ­firət sahibidir. O, si­zi tor­paqdan yaradanda da, siz ana­la­rı­nı­zın bətnində ruşeym ha­lında olanda da sizi yaxşı ta­nı­yırdı. Özü­nü­zü təmizə çı­xart­mayın! Çünki O, kimin Allah­dan qorx­duğunu yax­şı bilir.

### الآية 53:33

> ﻿أَفَرَأَيْتَ الَّذِي تَوَلَّىٰ [53:33]

33\. Gördünmü üz çevirəni,

### الآية 53:34

> ﻿وَأَعْطَىٰ قَلِيلًا وَأَكْدَىٰ [53:34]

34\. malından azacıq verib sonra heç verməyəni?

### الآية 53:35

> ﻿أَعِنْدَهُ عِلْمُ الْغَيْبِ فَهُوَ يَرَىٰ [53:35]

35\. Məgər o, qeybi bilirmi ki, bunu görsün?

### الآية 53:36

> ﻿أَمْ لَمْ يُنَبَّأْ بِمَا فِي صُحُفِ مُوسَىٰ [53:36]

36\. Yoxsa Musanın səhifə­lə­rində olan­lar barədə ona xə­bər ve­ril­mədi?

### الآية 53:37

> ﻿وَإِبْرَاهِيمَ الَّذِي وَفَّىٰ [53:37]

37\. Məgər vəfalı olan İbra­hi­min sə­hi­fələrində olanlar ba­rədə ona bil­dirilmədi?

### الآية 53:38

> ﻿أَلَّا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ [53:38]

38\. Heç bir günahkar başqa­sının gü­nah yükünü daşımaz.

### الآية 53:39

> ﻿وَأَنْ لَيْسَ لِلْإِنْسَانِ إِلَّا مَا سَعَىٰ [53:39]

39\. İnsan can atdığı şeyə nail olar.

### الآية 53:40

> ﻿وَأَنَّ سَعْيَهُ سَوْفَ يُرَىٰ [53:40]

40\. Əlbəttə, onun can atdığı əməl ona nəsib olacaq.

### الآية 53:41

> ﻿ثُمَّ يُجْزَاهُ الْجَزَاءَ الْأَوْفَىٰ [53:41]

41\. Sonra da ona bunun əvə­zi tam ve­riləcək!”

### الآية 53:42

> ﻿وَأَنَّ إِلَىٰ رَبِّكَ الْمُنْتَهَىٰ [53:42]

42\. Son dönüş sənin Rəbbi­nədir.

### الآية 53:43

> ﻿وَأَنَّهُ هُوَ أَضْحَكَ وَأَبْكَىٰ [53:43]

43\. Güldürən də, ağladan da Odur!

### الآية 53:44

> ﻿وَأَنَّهُ هُوَ أَمَاتَ وَأَحْيَا [53:44]

44\. Öldürən də, dirildən də Odur!

### الآية 53:45

> ﻿وَأَنَّهُ خَلَقَ الزَّوْجَيْنِ الذَّكَرَ وَالْأُنْثَىٰ [53:45]

45\. O, insanlardan və hey­van­lardan bi­ri erkək və biri də dişi ol­maq­la iki cüt yaratdı –

### الآية 53:46

> ﻿مِنْ نُطْفَةٍ إِذَا تُمْنَىٰ [53:46]

46\. axıdılan bir nütfədən.

### الآية 53:47

> ﻿وَأَنَّ عَلَيْهِ النَّشْأَةَ الْأُخْرَىٰ [53:47]

47\. Təkrar diriltmək də Ona aiddir.

### الآية 53:48

> ﻿وَأَنَّهُ هُوَ أَغْنَىٰ وَأَقْنَىٰ [53:48]

48\. Dövlətli edən də, kasıb edən də Odur.

### الآية 53:49

> ﻿وَأَنَّهُ هُوَ رَبُّ الشِّعْرَىٰ [53:49]

49\. Şira ulduzunun da Rəbbi Odur.

### الآية 53:50

> ﻿وَأَنَّهُ أَهْلَكَ عَادًا الْأُولَىٰ [53:50]

50\. O, əvvəlki Ad tayfasını məhv etdi.

### الآية 53:51

> ﻿وَثَمُودَ فَمَا أَبْقَىٰ [53:51]

51\. Səmudu da məhv edib on­lardan heç kəsi sağ burax­madı.

### الآية 53:52

> ﻿وَقَوْمَ نُوحٍ مِنْ قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا هُمْ أَظْلَمَ وَأَطْغَىٰ [53:52]

52\. Daha öncə Nuh qövmü­nü də məhv etdi, çünki onlar da­ha za­lım, daha azğın kim­sə­lər idi.

### الآية 53:53

> ﻿وَالْمُؤْتَفِكَةَ أَهْوَىٰ [53:53]

53\. Alt-üst olmuş kəndləri də O vi­ran qoydu.

### الآية 53:54

> ﻿فَغَشَّاهَا مَا غَشَّىٰ [53:54]

54\. Onların başına gətirdi­yi­ni gətir­di.

### الآية 53:55

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكَ تَتَمَارَىٰ [53:55]

55\. Sən öz Rəbbinin hansı nemət­ləri­nə şübhə edirsən?

### الآية 53:56

> ﻿هَٰذَا نَذِيرٌ مِنَ النُّذُرِ الْأُولَىٰ [53:56]

56\. Bu da əvvəlki qorxudan peyğəmbərlər kimi bir qor­xu­dan­dır.

### الآية 53:57

> ﻿أَزِفَتِ الْآزِفَةُ [53:57]

57\. Yaxınlaşan Qiyamət gü­nü yaxın­laşdı.

### الآية 53:58

> ﻿لَيْسَ لَهَا مِنْ دُونِ اللَّهِ كَاشِفَةٌ [53:58]

58\. Allahdan başqa heç kəs onun qar­şısını ala bilməz.

### الآية 53:59

> ﻿أَفَمِنْ هَٰذَا الْحَدِيثِ تَعْجَبُونَ [53:59]

59\. Yəni siz bu Sözə təəccüblənirsiniz?

### الآية 53:60

> ﻿وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ [53:60]

60\. Gülürsünüz, heç ağla­mır­sınız!

### الآية 53:61

> ﻿وَأَنْتُمْ سَامِدُونَ [53:61]

61\. Və qəflət içində oynayıb əylənirsiniz!

### الآية 53:62

> ﻿فَاسْجُدُوا لِلَّهِ وَاعْبُدُوا ۩ [53:62]

62\. Siz Allaha səcdə qılın və Ona iba­dət edin!

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/53.md)
- [كل تفاسير سورة النجم
](https://quranpedia.net/surah-tafsir/53.md)
- [ترجمات سورة النجم
](https://quranpedia.net/translations/53.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/53/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
