---
title: "ترجمة سورة القمر - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/54/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/54/book/1983"
surah_id: "54"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة القمر - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/54/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة القمر - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/54/book/1983*.

Translation of Surah القمر from "الترجمة الأذرية" in الأذرية.

### الآية 54:1

> اقْتَرَبَتِ السَّاعَةُ وَانْشَقَّ الْقَمَرُ [54:1]

1\. Qiyamət yaxınlaşdı və ay yarıldı.

### الآية 54:2

> ﻿وَإِنْ يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ مُسْتَمِرٌّ [54:2]

2\. Onlar bir möcüzə gör­dük­də üz döndərib: “Bu, davam e­dən bir sehrdir” deyirlər.

### الآية 54:3

> ﻿وَكَذَّبُوا وَاتَّبَعُوا أَهْوَاءَهُمْ ۚ وَكُلُّ أَمْرٍ مُسْتَقِرٌّ [54:3]

3\. Onlar Peyğəmbəri yalançı saydılar və öz nəfslərinin is­tək­lə­ri­nə tabe oldu­lar. Halbuki hər bir iş bərqərar olacaq.

### الآية 54:4

> ﻿وَلَقَدْ جَاءَهُمْ مِنَ الْأَنْبَاءِ مَا فِيهِ مُزْدَجَرٌ [54:4]

4\. Onlara küfrdən çəkin­di­rən neçə-ne­çə xəbər gəlmiş­dir.

### الآية 54:5

> ﻿حِكْمَةٌ بَالِغَةٌ ۖ فَمَا تُغْنِ النُّذُرُ [54:5]

5\. Bu, böyük bir hikmətdir. Lakin ar­xa çevirənlərə təhdid­lər nə fay­da verə bilər?!

### الآية 54:6

> ﻿فَتَوَلَّ عَنْهُمْ ۘ يَوْمَ يَدْعُ الدَّاعِ إِلَىٰ شَيْءٍ نُكُرٍ [54:6]

6\. Sən də onları tərk et! Car­çının on­ları xoşagəlməz bir şe­yə ça­ğı­ra­cağı gün

### الآية 54:7

> ﻿خُشَّعًا أَبْصَارُهُمْ يَخْرُجُونَ مِنَ الْأَجْدَاثِ كَأَنَّهُمْ جَرَادٌ مُنْتَشِرٌ [54:7]

7\. onlar zəlil baxışlarla göz­lərini aşa­ğı dikmiş halda, ətra­fa ya­yı­lan çəyirt­kə­lər kimi qə­bir­lərindən çıxacaqlar.

### الآية 54:8

> ﻿مُهْطِعِينَ إِلَى الدَّاعِ ۖ يَقُولُ الْكَافِرُونَ هَٰذَا يَوْمٌ عَسِرٌ [54:8]

8\. Kafirlər carçıya tərəf tə­lə­sərək: “Bu nə çətin bir gün­dür!”– de­yəcəklər.

### الآية 54:9

> ﻿۞ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ فَكَذَّبُوا عَبْدَنَا وَقَالُوا مَجْنُونٌ وَازْدُجِرَ [54:9]

9\. Onlardan əvvəl Nuh qöv­mü el­çi­lə­ri yalançı hesab et­miş­di. On­lar qu­lu­mu­zu yalançı sa­yıb: “O, dəlidir!”– dedilər və ona hədə-qor­xu gəldi­lər.

### الآية 54:10

> ﻿فَدَعَا رَبَّهُ أَنِّي مَغْلُوبٌ فَانْتَصِرْ [54:10]

10\. O, Rəbbinə yalvarıb: “Mə­ni üs­tə­lədilər! Mənə kö­mək et!”– de­di.

### الآية 54:11

> ﻿فَفَتَحْنَا أَبْوَابَ السَّمَاءِ بِمَاءٍ مُنْهَمِرٍ [54:11]

11\. Biz göyün qapılarını ley­san yağışı ilə açdıq.

### الآية 54:12

> ﻿وَفَجَّرْنَا الْأَرْضَ عُيُونًا فَالْتَقَى الْمَاءُ عَلَىٰ أَمْرٍ قَدْ قُدِرَ [54:12]

12\. Yeri yarıb bulaqlar qay­natdıq. Göydən tökülən və yer­dən çıxan su­lar əzəl­dən yazıl­mış bir iş üçün bir-birinə qo­vuşdu.

### الآية 54:13

> ﻿وَحَمَلْنَاهُ عَلَىٰ ذَاتِ أَلْوَاحٍ وَدُسُرٍ [54:13]

13\. Biz onu taxtalardan pər­çimlənib mismarlanmış gəmi­də da­şı­dıq.

### الآية 54:14

> ﻿تَجْرِي بِأَعْيُنِنَا جَزَاءً لِمَنْ كَانَ كُفِرَ [54:14]

14\. İnkar edilmiş peyğəm­bə­rə mükafat olaraq o gəmi Göz­ləri­miz önün­də üzüb gedirdi.

### الآية 54:15

> ﻿وَلَقَدْ تَرَكْنَاهَا آيَةً فَهَلْ مِنْ مُدَّكِرٍ [54:15]

15\. Biz həmin hadisə­ni nəsillə­rə ibrət üçün saxla­dıq. Amma heç bir ya­da salan varmı?

### الآية 54:16

> ﻿فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ [54:16]

16\. Görəydin Mənim əzabım və qor­xut­mağım necə oldu!

### الآية 54:17

> ﻿وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ [54:17]

17\. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir ya­da sa­lan varmı?

### الآية 54:18

> ﻿كَذَّبَتْ عَادٌ فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ [54:18]

18\. Ad qövmü də elçiləri ya­lançı saydı. Görəydin Mənim əzabım və qorxut­ma­ğım necə oldu!

### الآية 54:19

> ﻿إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِي يَوْمِ نَحْسٍ مُسْتَمِرٍّ [54:19]

19\. Biz uzun sürən uğursuz bir gün­də onların üstünə çox so­yuq külək gön­dərdik.

### الآية 54:20

> ﻿تَنْزِعُ النَّاسَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ مُنْقَعِرٍ [54:20]

20\. O, insanları kökündən çıxar­dıl­mış xurma kötükləri kimi qo­par­dıb atırdı.

### الآية 54:21

> ﻿فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ [54:21]

21\. Görəydin Mənim əzabım və qor­xutmağım necə oldu!

### الآية 54:22

> ﻿وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ [54:22]

22\. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir ya­da sa­lan varmı?

### الآية 54:23

> ﻿كَذَّبَتْ ثَمُودُ بِالنُّذُرِ [54:23]

23\. Səmud qövmü də peyğəmbərləri Salehi yalan saydı.

### الآية 54:24

> ﻿فَقَالُوا أَبَشَرًا مِنَّا وَاحِدًا نَتَّبِعُهُ إِنَّا إِذًا لَفِي ضَلَالٍ وَسُعُرٍ [54:24]

24\. Onlar dedilər: “Özü­müz­dən olan bir adamamı tabe ola­ca­ğıq? On­da biz az­ğınlığa dü­şər və ağılsız iş görmüş ola­rıq!

### الآية 54:25

> ﻿أَأُلْقِيَ الذِّكْرُ عَلَيْهِ مِنْ بَيْنِنَا بَلْ هُوَ كَذَّابٌ أَشِرٌ [54:25]

25\. Zikr aramızdan təkcə onamı ve­rildi? Xeyr, o, yalan­çıdır, lov­ğa­dır!”

### الآية 54:26

> ﻿سَيَعْلَمُونَ غَدًا مَنِ الْكَذَّابُ الْأَشِرُ [54:26]

26\. Sabah onlar kimin ya­lan­çı və lovğa olduğunu müt­ləq bi­lə­cək­lər.

### الآية 54:27

> ﻿إِنَّا مُرْسِلُو النَّاقَةِ فِتْنَةً لَهُمْ فَارْتَقِبْهُمْ وَاصْطَبِرْ [54:27]

27\. Biz onları sınağa çək­mək üçün bir dişi dəvə göndə­rə­cə­yik. On­ların nə edəcək­lərini göz­lə və əziyyətlərinə səbir et!

### الآية 54:28

> ﻿وَنَبِّئْهُمْ أَنَّ الْمَاءَ قِسْمَةٌ بَيْنَهُمْ ۖ كُلُّ شِرْبٍ مُحْتَضَرٌ [54:28]

28\. Onlara xəbər ver ki, bu su, dəvə ilə onlar arasında bö­lüş­dü­rül­müş­dür. Hər biri su iç­məyə öz növbəsində gəl­sin!”

### الآية 54:29

> ﻿فَنَادَوْا صَاحِبَهُمْ فَتَعَاطَىٰ فَعَقَرَ [54:29]

29\. Onlar öz yoldaşlarını ça­ğırdılar. O da dəvəni tutub diz və­tə­rini kəsdi.

### الآية 54:30

> ﻿فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ [54:30]

30\. Görəydin Mənim əzabım və qor­xutmağım necə oldu!

### الآية 54:31

> ﻿إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ صَيْحَةً وَاحِدَةً فَكَانُوا كَهَشِيمِ الْمُحْتَظِرِ [54:31]

31\. Həqiqətən, Biz onlara bir­cə tük­ür­pədici səs göndər­dik və on­lar mal-qara ağılında isti­fadə edilən quru saman ki­mi ol­dular.

### الآية 54:32

> ﻿وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ [54:32]

32\. Biz Quranı yada salmaq üçün asan­laşdırdıq. Amma heç bir ya­da sa­lan varmı?

### الآية 54:33

> ﻿كَذَّبَتْ قَوْمُ لُوطٍ بِالنُّذُرِ [54:33]

33\. Lut qövmü də qorxudan peyğəmbərləri ya­lan saydı.

### الآية 54:34

> ﻿إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ حَاصِبًا إِلَّا آلَ لُوطٍ ۖ نَجَّيْنَاهُمْ بِسَحَرٍ [54:34]

34\. Biz onların üstünə qa­sır­ğa ilə birgə daşlar göndər­dik. Yalnız Lu­tun ailəsini sübh çağı xilas etdik –

### الآية 54:35

> ﻿نِعْمَةً مِنْ عِنْدِنَا ۚ كَذَٰلِكَ نَجْزِي مَنْ شَكَرَ [54:35]

35\. Özümüzdən bir mər­hə­mət ola­raq! Biz şükür edən­ləri belə mü­ka­fat­landırırıq.

### الآية 54:36

> ﻿وَلَقَدْ أَنْذَرَهُمْ بَطْشَتَنَا فَتَمَارَوْا بِالنُّذُرِ [54:36]

36\. Lut onları Bizim əza­bı­mızla hə­dələdi, onlar isə bu xə­bər­dar­lıq­la­ra şüb­hə ilə yanaş­dılar.

### الآية 54:37

> ﻿وَلَقَدْ رَاوَدُوهُ عَنْ ضَيْفِهِ فَطَمَسْنَا أَعْيُنَهُمْ فَذُوقُوا عَذَابِي وَنُذُرِ [54:37]

37\. Onlar Lutdan qonaqla­rı­nı israrla tələb etdilər. Biz də onları kor etdik və dedik: “Əza­bımı və təhdidlərimi dadın!”

### الآية 54:38

> ﻿وَلَقَدْ صَبَّحَهُمْ بُكْرَةً عَذَابٌ مُسْتَقِرٌّ [54:38]

38\. Sübh tezdən onlara ya­xalarından əl çəkməyəcək bir əzab gəl­di.

### الآية 54:39

> ﻿فَذُوقُوا عَذَابِي وَنُذُرِ [54:39]

39\. Elə isə əzabımı və təh­did­lərimi dadın!

### الآية 54:40

> ﻿وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ [54:40]

40\. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir ya­da sa­lan varmı?

### الآية 54:41

> ﻿وَلَقَدْ جَاءَ آلَ فِرْعَوْنَ النُّذُرُ [54:41]

41\. Xəbərdarlıqlar Firon nəs­linə də göndərildi.

### الآية 54:42

> ﻿كَذَّبُوا بِآيَاتِنَا كُلِّهَا فَأَخَذْنَاهُمْ أَخْذَ عَزِيزٍ مُقْتَدِرٍ [54:42]

42\. Onlar dəlillərimizin ha­mısını ya­lan saydılar. Biz də onları qüv­vət və qüdrətimizə layiq şəkildə əzabla ya­xa­ladıq.

### الآية 54:43

> ﻿أَكُفَّارُكُمْ خَيْرٌ مِنْ أُولَٰئِكُمْ أَمْ لَكُمْ بَرَاءَةٌ فِي الزُّبُرِ [54:43]

43\. Sizin kafirləriniz onlar­dan yaxşı­dırmı? Yoxsa Kitab­larda si­zə toxu­nul­mazlıq vəd edilmişdir?

### الآية 54:44

> ﻿أَمْ يَقُولُونَ نَحْنُ جَمِيعٌ مُنْتَصِرٌ [54:44]

44\. Yoxsa onlar: “Biz qalib gə­ləcək bir dəstəyik!”– deyirlər?

### الآية 54:45

> ﻿سَيُهْزَمُ الْجَمْعُ وَيُوَلُّونَ الدُّبُرَ [54:45]

45\. Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaça­caq.

### الآية 54:46

> ﻿بَلِ السَّاعَةُ مَوْعِدُهُمْ وَالسَّاعَةُ أَدْهَىٰ وَأَمَرُّ [54:46]

46\. Xeyr! Onlara vəd edil­miş vaxt o Saatdır (Qiyamətdir). O Saat isə daha ağır, daha acı­dır.

### الآية 54:47

> ﻿إِنَّ الْمُجْرِمِينَ فِي ضَلَالٍ وَسُعُرٍ [54:47]

47\. Şübhəsiz ki, günahkar­lar azğınlıq və əzab-əziyyət için­də­dir­lər.

### الآية 54:48

> ﻿يَوْمَ يُسْحَبُونَ فِي النَّارِ عَلَىٰ وُجُوهِهِمْ ذُوقُوا مَسَّ سَقَرَ [54:48]

48\. O gün onlar üzüstə Cə­hənnəmə sürüklənəcək və on­la­ra: “Cə­hənnəmin təmasını da­dın!”– deyilə­cək.

### الآية 54:49

> ﻿إِنَّا كُلَّ شَيْءٍ خَلَقْنَاهُ بِقَدَرٍ [54:49]

49\. Biz, həqiqətən də, hər şe­yi qədə­rincə yaratdıq.

### الآية 54:50

> ﻿وَمَا أَمْرُنَا إِلَّا وَاحِدَةٌ كَلَمْحٍ بِالْبَصَرِ [54:50]

50\. Biz bircə dəfə əmr edi­rik, o da bir göz qırpımında ye­rinə ye­tir.

### الآية 54:51

> ﻿وَلَقَدْ أَهْلَكْنَا أَشْيَاعَكُمْ فَهَلْ مِنْ مُدَّكِرٍ [54:51]

51\. Biz neçə-neçə həmtay­ları­nızı məhv etmişik. Amma heç yada sa­lan varmı?

### الآية 54:52

> ﻿وَكُلُّ شَيْءٍ فَعَلُوهُ فِي الزُّبُرِ [54:52]

52\. Onların etdiyi hər şey əməllərinin yazıldığı kitabla­rın­dadır.

### الآية 54:53

> ﻿وَكُلُّ صَغِيرٍ وَكَبِيرٍ مُسْتَطَرٌ [54:53]

53\. Hər bir kiçik və böyük əməl ya­zılmışdır.

### الآية 54:54

> ﻿إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ [54:54]

54\. Şübhəsiz ki, müttəqilər cən­nətlərdə və çaylar kə­na­rın­da,

### الآية 54:55

> ﻿فِي مَقْعَدِ صِدْقٍ عِنْدَ مَلِيكٍ مُقْتَدِرٍ [54:55]

55\. qadir Hökmdarın hü­zu­run­dakı haqq məclisində ola­caqlar!

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/54.md)
- [كل تفاسير سورة القمر
](https://quranpedia.net/surah-tafsir/54.md)
- [ترجمات سورة القمر
](https://quranpedia.net/translations/54.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/54/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
