---
title: "ترجمة سورة الرحمن - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/55/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/55/book/1983"
surah_id: "55"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة الرحمن - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/55/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الرحمن - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/55/book/1983*.

Translation of Surah الرحمن from "الترجمة الأذرية" in الأذرية.

### الآية 55:1

> الرَّحْمَٰنُ [55:1]

1\. Mərhəmətli Allah

### الآية 55:2

> ﻿عَلَّمَ الْقُرْآنَ [55:2]

2\. Quranı öyrətdi.

### الآية 55:3

> ﻿خَلَقَ الْإِنْسَانَ [55:3]

3\. İnsanı yaratdı,

### الآية 55:4

> ﻿عَلَّمَهُ الْبَيَانَ [55:4]

4\. ona danışmağı öyrətdi.

### الآية 55:5

> ﻿الشَّمْسُ وَالْقَمَرُ بِحُسْبَانٍ [55:5]

5\. Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edir.

### الآية 55:6

> ﻿وَالنَّجْمُ وَالشَّجَرُ يَسْجُدَانِ [55:6]

6\. Otlar (və ya ulduzlar) da, ağaclar da Allaha səcdə edir.

### الآية 55:7

> ﻿وَالسَّمَاءَ رَفَعَهَا وَوَضَعَ الْمِيزَانَ [55:7]

7\. Allah göyü ucaltdı və tə­rə­zini qoy­du ki,

### الآية 55:8

> ﻿أَلَّا تَطْغَوْا فِي الْمِيزَانِ [55:8]

8\. çəkidə həddi aşmayasınız.

### الآية 55:9

> ﻿وَأَقِيمُوا الْوَزْنَ بِالْقِسْطِ وَلَا تُخْسِرُوا الْمِيزَانَ [55:9]

9\. Əşyaları tərəzidə insafla çəkin və çəkini əskiltməyin.

### الآية 55:10

> ﻿وَالْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ [55:10]

10\. O, yeri məxluqat üçün döşədi.

### الآية 55:11

> ﻿فِيهَا فَاكِهَةٌ وَالنَّخْلُ ذَاتُ الْأَكْمَامِ [55:11]

11\. Orada meyvələr və sal­xımlı xur­ma ağacları var.

### الآية 55:12

> ﻿وَالْحَبُّ ذُو الْعَصْفِ وَالرَّيْحَانُ [55:12]

12\. Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də var.

### الآية 55:13

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:13]

13\. Elə isə Rəbbinizin hansı nemət­lə­rini yalan sayırsınız?

### الآية 55:14

> ﻿خَلَقَ الْإِنْسَانَ مِنْ صَلْصَالٍ كَالْفَخَّارِ [55:14]

14\. O, insanı saxsı kimi qu­ru gildən yaratdı.

### الآية 55:15

> ﻿وَخَلَقَ الْجَانَّ مِنْ مَارِجٍ مِنْ نَارٍ [55:15]

15\. Cinləri də təmiz oddan yaratdı.

### الآية 55:16

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:16]

16\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:17

> ﻿رَبُّ الْمَشْرِقَيْنِ وَرَبُّ الْمَغْرِبَيْنِ [55:17]

17\. Allah iki məşriqin və iki məğribin Rəbbidir.

### الآية 55:18

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:18]

18\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:19

> ﻿مَرَجَ الْبَحْرَيْنِ يَلْتَقِيَانِ [55:19]

19\. O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu.

### الآية 55:20

> ﻿بَيْنَهُمَا بَرْزَخٌ لَا يَبْغِيَانِ [55:20]

20\. Onların arasında maneə var, onu keçə bilməzlər.

### الآية 55:21

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:21]

21\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:22

> ﻿يَخْرُجُ مِنْهُمَا اللُّؤْلُؤُ وَالْمَرْجَانُ [55:22]

22\. Onlardan mirvari və mər­can çıxır.

### الآية 55:23

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:23]

23\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:24

> ﻿وَلَهُ الْجَوَارِ الْمُنْشَآتُ فِي الْبَحْرِ كَالْأَعْلَامِ [55:24]

24\. Dənizdə dağlar kimi, yel­kənləri qaldırılmış halda üzən gə­mi­lər də Onun­dur.

### الآية 55:25

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:25]

25\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:26

> ﻿كُلُّ مَنْ عَلَيْهَا فَانٍ [55:26]

26\. Yer üzündə olan hər kəs ölümə məhkumdur.

### الآية 55:27

> ﻿وَيَبْقَىٰ وَجْهُ رَبِّكَ ذُو الْجَلَالِ وَالْإِكْرَامِ [55:27]

27\. Ancaq Rəbbinin əzə­mət­li və kə­ramətli Üzü əbə­didir.

### الآية 55:28

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:28]

28\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:29

> ﻿يَسْأَلُهُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ كُلَّ يَوْمٍ هُوَ فِي شَأْنٍ [55:29]

29\. Göylərdə və yerdə olan hər kəs ehtiyacı olan şeyi On­dan dilə­yir. O hər gün işdədir.

### الآية 55:30

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:30]

30\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:31

> ﻿سَنَفْرُغُ لَكُمْ أَيُّهَ الثَّقَلَانِ [55:31]

31\. Ey ağır yükü olan insan və cin tayfası! Tezliklə ancaq sizinlə məş­ğul olacağıq.

### الآية 55:32

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:32]

32\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:33

> ﻿يَا مَعْشَرَ الْجِنِّ وَالْإِنْسِ إِنِ اسْتَطَعْتُمْ أَنْ تَنْفُذُوا مِنْ أَقْطَارِ السَّمَاوَاتِ وَالْأَرْضِ فَانْفُذُوا ۚ لَا تَنْفُذُونَ إِلَّا بِسُلْطَانٍ [55:33]

33\. Ey cin və insan tayfası! Əgər göy­lərin və yerin hüdud­larını ya­rıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüv­vətlə keçə bi­lərsiniz.

### الآية 55:34

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:34]

34\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:35

> ﻿يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌ مِنْ نَارٍ وَنُحَاسٌ فَلَا تَنْتَصِرَانِ [55:35]

35\. Sizin üstünüzə tüstüsüz alov və ərimiş mis və ya tüstü gön­də­ri­ləcək və siz bir-biri­ni­zə kömək edə bilməyə­cək­siniz.

### الآية 55:36

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:36]

36\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:37

> ﻿فَإِذَا انْشَقَّتِ السَّمَاءُ فَكَانَتْ وَرْدَةً كَالدِّهَانِ [55:37]

37\. Göy yarılıb dağ edilmiş yağ, ya­xud ərinmiş qurğuşun ki­mi qıp­qırmızı olacaqdır.

### الآية 55:38

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:38]

38\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:39

> ﻿فَيَوْمَئِذٍ لَا يُسْأَلُ عَنْ ذَنْبِهِ إِنْسٌ وَلَا جَانٌّ [55:39]

39\. O gün nə insan, nə də cin günahı barəsində sorğu-su­al olun­maya­caq.

### الآية 55:40

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:40]

40\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:41

> ﻿يُعْرَفُ الْمُجْرِمُونَ بِسِيمَاهُمْ فَيُؤْخَذُ بِالنَّوَاصِي وَالْأَقْدَامِ [55:41]

41\. Günahkarlar simala­rın­dan tanı­nacaq, kəkillərindən və ayaq­la­rın­dan yaxalanacaqlar.

### الآية 55:42

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:42]

42\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:43

> ﻿هَٰذِهِ جَهَنَّمُ الَّتِي يُكَذِّبُ بِهَا الْمُجْرِمُونَ [55:43]

43\. Budur günahkarların ya­lan he­sab etdikləri Cəhənnəm!

### الآية 55:44

> ﻿يَطُوفُونَ بَيْنَهَا وَبَيْنَ حَمِيمٍ آنٍ [55:44]

44\. Onlar onunla qaynar su arasında dolanacaqlar.

### الآية 55:45

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:45]

45\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:46

> ﻿وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِ جَنَّتَانِ [55:46]

46\. Rəbbinin hüzurunda dur­maqdan qorxan­ları iki cənnət göz­ləyir.

### الآية 55:47

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:47]

47\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:48

> ﻿ذَوَاتَا أَفْنَانٍ [55:48]

48\. İkisində də növbənöv mey­vələrlə dolu budaqlar var.

### الآية 55:49

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:49]

49\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:50

> ﻿فِيهِمَا عَيْنَانِ تَجْرِيَانِ [55:50]

50\. İkisində də iki axar bu­laq var.

### الآية 55:51

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:51]

51\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:52

> ﻿فِيهِمَا مِنْ كُلِّ فَاكِهَةٍ زَوْجَانِ [55:52]

52\. İkisində də hər meyvə­dən cüt-cüt vardır.

### الآية 55:53

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:53]

53\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:54

> ﻿مُتَّكِئِينَ عَلَىٰ فُرُشٍ بَطَائِنُهَا مِنْ إِسْتَبْرَقٍ ۚ وَجَنَى الْجَنَّتَيْنِ دَانٍ [55:54]

54\. Onlar orada astarları at­lazdan olan döşəklərə dirsək­lə­nə­cək­­lər. Hər iki bağın meyvə­ləri onlara yaxın olacaq­.

### الآية 55:55

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:55]

55\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:56

> ﻿فِيهِنَّ قَاصِرَاتُ الطَّرْفِ لَمْ يَطْمِثْهُنَّ إِنْسٌ قَبْلَهُمْ وَلَا جَانٌّ [55:56]

56\. Orada gözlərini öz ərlə­ri­nə dik­miş, onlardan əvvəl öz­lərinə heç bir insan və cin to­xunmamış qızlar vardır.

### الآية 55:57

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:57]

57\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:58

> ﻿كَأَنَّهُنَّ الْيَاقُوتُ وَالْمَرْجَانُ [55:58]

58\. Onlar sanki yaqut və mər­candır­lar.

### الآية 55:59

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:59]

59\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:60

> ﻿هَلْ جَزَاءُ الْإِحْسَانِ إِلَّا الْإِحْسَانُ [55:60]

60\. Yaxşılığın əvəzi ancaq yaxşılıq deyilmi?

### الآية 55:61

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:61]

61\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:62

> ﻿وَمِنْ دُونِهِمَا جَنَّتَانِ [55:62]

62\. Bu ikisindən başqa daha iki cən­nət də var.

### الآية 55:63

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:63]

63\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:64

> ﻿مُدْهَامَّتَانِ [55:64]

64\. Hər ikisi tünd yaşıldır.

### الآية 55:65

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:65]

65\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:66

> ﻿فِيهِمَا عَيْنَانِ نَضَّاخَتَانِ [55:66]

66\. İkisində də fəvvarə vu­ran iki bu­laq var.

### الآية 55:67

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:67]

67\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:68

> ﻿فِيهِمَا فَاكِهَةٌ وَنَخْلٌ وَرُمَّانٌ [55:68]

68\. İkisində də cürbəcür mey­vələr, xurma ağacları və nar vardır.

### الآية 55:69

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:69]

69\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:70

> ﻿فِيهِنَّ خَيْرَاتٌ حِسَانٌ [55:70]

70\. Orada xoş xasiyyətli, gö­zəl qızlar var.

### الآية 55:71

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:71]

71\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:72

> ﻿حُورٌ مَقْصُورَاتٌ فِي الْخِيَامِ [55:72]

72\. Çadırlarda gözlərini öz ərlərinə dikmiş hurilər var.

### الآية 55:73

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:73]

73\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:74

> ﻿لَمْ يَطْمِثْهُنَّ إِنْسٌ قَبْلَهُمْ وَلَا جَانٌّ [55:74]

74\. Onlardan əvvəl özlərinə heç bir insan və cin toxun­ma­mış qız­lar vardır.

### الآية 55:75

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:75]

75\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:76

> ﻿مُتَّكِئِينَ عَلَىٰ رَفْرَفٍ خُضْرٍ وَعَبْقَرِيٍّ حِسَانٍ [55:76]

76\. Onlar yaşıl balışlara və gözəl dö­şəkçələrə dirsəklənə­cəklər.

### الآية 55:77

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ [55:77]

77\. Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

### الآية 55:78

> ﻿تَبَارَكَ اسْمُ رَبِّكَ ذِي الْجَلَالِ وَالْإِكْرَامِ [55:78]

78\. Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qə­dər mü­ba­rək­dir!

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/55.md)
- [كل تفاسير سورة الرحمن
](https://quranpedia.net/surah-tafsir/55.md)
- [ترجمات سورة الرحمن
](https://quranpedia.net/translations/55.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/55/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
