---
title: "ترجمة سورة الجمعة - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/62/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/62/book/1983"
surah_id: "62"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة الجمعة - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/62/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الجمعة - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/62/book/1983*.

Translation of Surah الجمعة from "الترجمة الأذرية" in الأذرية.

### الآية 62:1

> يُسَبِّحُ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ الْمَلِكِ الْقُدُّوسِ الْعَزِيزِ الْحَكِيمِ [62:1]

1\. Göylərdə və yerdə olan­ların hamısı Hökmran, Mü­qəd­dəs, Qüd­rət­li, Müd­rik Allahın şəninə təriflər deyir.

### الآية 62:2

> ﻿هُوَ الَّذِي بَعَثَ فِي الْأُمِّيِّينَ رَسُولًا مِنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِنْ كَانُوا مِنْ قَبْلُ لَفِي ضَلَالٍ مُبِينٍ [62:2]

2\. Savadsızlara özlərindən elçi gön­dərən Odur. Elçi on­la­ra Alla­hın ayələ­rini oxuyar, on­ları pis əməllərdən təmiz­lə­yər, onlara Kita­bı və Hikməti öyrə­dər. Halbuki on­lar əvvəllər açıq-aydın azğınlıq için­də idilər.

### الآية 62:3

> ﻿وَآخَرِينَ مِنْهُمْ لَمَّا يَلْحَقُوا بِهِمْ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ [62:3]

3\. Allah səni hələ müsəlman­lara qo­şul­mamış başqalarına da elçi gön­dərmişdir. O, Qüd­rət­li­dir, Hikmət sahibidir.

### الآية 62:4

> ﻿ذَٰلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ ۚ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ [62:4]

4\. Bu, Allahın lütfüdür, onu istədi­yinə verir. Allah böyük lütf sa­hibi­dir.

### الآية 62:5

> ﻿مَثَلُ الَّذِينَ حُمِّلُوا التَّوْرَاةَ ثُمَّ لَمْ يَحْمِلُوهَا كَمَثَلِ الْحِمَارِ يَحْمِلُ أَسْفَارًا ۚ بِئْسَ مَثَلُ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِ اللَّهِ ۚ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ [62:5]

5\. Tövrata əməl et­mək tap­şı­rıl­dıqdan sonra ona əməl et­mə­yənlər, be­lində çoxlu kitab daşıyan, amma onlar­dan faydalana bil­mə­yən uzunqu­lağa bən­zəyir­lər. Allahın ayə­lərini yalan sayan adam­ların məsəli necə də pis­dir. Allah zalım adamları doğru yola yö­­nəlt­məz.

### الآية 62:6

> ﻿قُلْ يَا أَيُّهَا الَّذِينَ هَادُوا إِنْ زَعَمْتُمْ أَنَّكُمْ أَوْلِيَاءُ لِلَّهِ مِنْ دُونِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ إِنْ كُنْتُمْ صَادِقِينَ [62:6]

6\. De: “Ey yəhudilər! Əgər insanlar arasında ancaq özü­nü­zün Alla­hın dost­ları olduğu­nu­zu iddia edirsinizsə və doğru da­nı­şan­lar­sınızsa, on­da özü­nü­zə ölüm di­ləyin!”

### الآية 62:7

> ﻿وَلَا يَتَمَنَّوْنَهُ أَبَدًا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ۚ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ [62:7]

7\. Lakin onlar öz əlləri ilə tö­rətdik­ləri əməllərə görə ölü­mü əsla di­lə­məz­lər. Allah za­lım­la­rı tanıyır.

### الآية 62:8

> ﻿قُلْ إِنَّ الْمَوْتَ الَّذِي تَفِرُّونَ مِنْهُ فَإِنَّهُ مُلَاقِيكُمْ ۖ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ [62:8]

8\. De: “Qaçdığınız ölüm si­zi mütləq haqlayacaq. Son­ra siz qey­bi və aş­karı Bilənin hü­zuruna qaytarılacaq­sı­nız. O da sizə nə et­dikləri­nizi xəbər ve­rəcək”.

### الآية 62:9

> ﻿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَىٰ ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ [62:9]

9\. Ey iman gətirənlər! Cü­mə günü namaza çağırıldığı zaman Allahı yad etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirli­dir!

### الآية 62:10

> ﻿فَإِذَا قُضِيَتِ الصَّلَاةُ فَانْتَشِرُوا فِي الْأَرْضِ وَابْتَغُوا مِنْ فَضْلِ اللَّهِ وَاذْكُرُوا اللَّهَ كَثِيرًا لَعَلَّكُمْ تُفْلِحُونَ [62:10]

10\. Namaz başa çatdıqdan sonra yer üzünə dağılışıb Alla­hın lüt­fü­nü axtarın və Alla­hı çox zikr edin ki, bəlkə nicat ta­pasınız.

### الآية 62:11

> ﻿وَإِذَا رَأَوْا تِجَارَةً أَوْ لَهْوًا انْفَضُّوا إِلَيْهَا وَتَرَكُوكَ قَائِمًا ۚ قُلْ مَا عِنْدَ اللَّهِ خَيْرٌ مِنَ اللَّهْوِ وَمِنَ التِّجَارَةِ ۚ وَاللَّهُ خَيْرُ الرَّازِقِينَ [62:11]

11\. Onlar ticarət və ya əy­lən­cə gör­dükləri zaman dağılı­şıb ona tə­rəf qaç­dılar və səni min­bərdə ayaq üstə oldu­ğun halda tərk et­di­lər. De: “Allah ya­nın­da qazanacağınız sa­vab əylən­cə­dən də, ti­ca­rət­dən də xeyir­lidir. Allah ən yaxşı ruzi ve­rən­dir”.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/62.md)
- [كل تفاسير سورة الجمعة
](https://quranpedia.net/surah-tafsir/62.md)
- [ترجمات سورة الجمعة
](https://quranpedia.net/translations/62.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/62/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
