---
title: "ترجمة سورة المنافقون - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/63/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/63/book/1983"
surah_id: "63"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة المنافقون - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/63/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة المنافقون - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/63/book/1983*.

Translation of Surah المنافقون from "الترجمة الأذرية" in الأذرية.

### الآية 63:1

> إِذَا جَاءَكَ الْمُنَافِقُونَ قَالُوا نَشْهَدُ إِنَّكَ لَرَسُولُ اللَّهِ ۗ وَاللَّهُ يَعْلَمُ إِنَّكَ لَرَسُولُهُ وَاللَّهُ يَشْهَدُ إِنَّ الْمُنَافِقِينَ لَكَاذِبُونَ [63:1]

1\. Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət ve­ri­rik ki, sən Allahın Rəsulusan!”– deyirlər. Allah da bilir ki, sən Onun Rəsulusan. Allah şa­hid­dir ki, münafiqlər əsl ya­lançıdırlar.

### الآية 63:2

> ﻿اتَّخَذُوا أَيْمَانَهُمْ جُنَّةً فَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ ۚ إِنَّهُمْ سَاءَ مَا كَانُوا يَعْمَلُونَ [63:2]

2\. Onlar andlarını sipər edib insanları Allah yolundan dön­dər­di­lər. Həqiqə­tən, onların tö­rətdikləri əməllər necə də pis­dir!

### الآية 63:3

> ﻿ذَٰلِكَ بِأَنَّهُمْ آمَنُوا ثُمَّ كَفَرُوا فَطُبِعَ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَفْقَهُونَ [63:3]

3\. Bu ona görədir ki, onlar iman gə­tirdikdən sonra kafir ol­du­lar. Sonra da onların qəl­binə möhür vuruldu. Artıq on­lar an­la­mır­lar.

### الآية 63:4

> ﻿۞ وَإِذَا رَأَيْتَهُمْ تُعْجِبُكَ أَجْسَامُهُمْ ۖ وَإِنْ يَقُولُوا تَسْمَعْ لِقَوْلِهِمْ ۖ كَأَنَّهُمْ خُشُبٌ مُسَنَّدَةٌ ۖ يَحْسَبُونَ كُلَّ صَيْحَةٍ عَلَيْهِمْ ۚ هُمُ الْعَدُوُّ فَاحْذَرْهُمْ ۚ قَاتَلَهُمُ اللَّهُ ۖ أَنَّىٰ يُؤْفَكُونَ [63:4]

4\. Sən onlara baxdıqda onların bə­dən quru­luş­ları xoşuna gəlir, danı­şan­da on­ların de­diklərinə qulaq asırsan. Halbuki, on­lar divara söy­kə­dilmiş dirəklər kimidir­lər. Onlar hər bir səs-küyün özlə­rinə qar­şı olduğu­nu sanırlar. Onlar düş­mən­dir­lər. Sən onlar­dan çəkin! Allah onları məhv etsin, necə də haq­dan dön­də­rilirlər!

### الآية 63:5

> ﻿وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا يَسْتَغْفِرْ لَكُمْ رَسُولُ اللَّهِ لَوَّوْا رُءُوسَهُمْ وَرَأَيْتَهُمْ يَصُدُّونَ وَهُمْ مُسْتَكْبِرُونَ [63:5]

5\. Onlara: “Gəlin Allahın Rəsulu sizin üçün bağışlanma di­lə­sin!”– deyildiyi zaman baş­la­rını yelləyir və sən onların təkəbbürlə üz döndər­dik­lərini görürsən.

### الآية 63:6

> ﻿سَوَاءٌ عَلَيْهِمْ أَسْتَغْفَرْتَ لَهُمْ أَمْ لَمْ تَسْتَغْفِرْ لَهُمْ لَنْ يَغْفِرَ اللَّهُ لَهُمْ ۚ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ [63:6]

6\. Sən onlar üçün bağış­lan­ma dilə­sən də, diləməsən də, fərqi yox­dur. Allah onları ba­ğışlamayacaq. Şübhəsiz ki, Allah fasiq adamları doğru yo­la yö­nəlt­məz.

### الآية 63:7

> ﻿هُمُ الَّذِينَ يَقُولُونَ لَا تُنْفِقُوا عَلَىٰ مَنْ عِنْدَ رَسُولِ اللَّهِ حَتَّىٰ يَنْفَضُّوا ۗ وَلِلَّهِ خَزَائِنُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَٰكِنَّ الْمُنَافِقِينَ لَا يَفْقَهُونَ [63:7]

7\. Məhz onlar: “Allahın Rəsulu ya­nın­da olanlara bir şey ver­mə­yin ki, da­ğı­lıb get­sin­lər!”– deyirlər. Halbuki göy­lərin və yerin xə­zi­nələri Allahındır, la­kin mü­nafiqlər anlamırlar.

### الآية 63:8

> ﻿يَقُولُونَ لَئِنْ رَجَعْنَا إِلَى الْمَدِينَةِ لَيُخْرِجَنَّ الْأَعَزُّ مِنْهَا الْأَذَلَّ ۚ وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِينَ وَلَٰكِنَّ الْمُنَافِقِينَ لَا يَعْلَمُونَ [63:8]

8\. Onlar: “Əgər biz Mədi­nə­yə qayıt­saq, ən qüdrətlilər ən al­çaq­la­rı (müna­fiqlər mü­səl­man­ları) mütləq oradan çı­xar­da­caq­lar!”– de­yirlər. Hal­buki qüd­rət yalnız Allaha, Onun Rəsuluna və mö­min­lə­rə məx­sus­dur, lakin bunu müna­fiqlər bilmirlər.

### الآية 63:9

> ﻿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُلْهِكُمْ أَمْوَالُكُمْ وَلَا أَوْلَادُكُمْ عَنْ ذِكْرِ اللَّهِ ۚ وَمَنْ يَفْعَلْ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ [63:9]

9\. Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Alla­hın zikrin­dən yayın­dırmasın! Bunu edənlər zi­yana uğrayan­lar­dır.

### الآية 63:10

> ﻿وَأَنْفِقُوا مِنْ مَا رَزَقْنَاكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ أَحَدَكُمُ الْمَوْتُ فَيَقُولَ رَبِّ لَوْلَا أَخَّرْتَنِي إِلَىٰ أَجَلٍ قَرِيبٍ فَأَصَّدَّقَ وَأَكُنْ مِنَ الصَّالِحِينَ [63:10]

10\. Sizlərdən birinə ölüm gə­lib: “Ey Rəbbim! Mənə bir az möh­lət ver ki, sə­dəqə verib əməlisalehlərdən olum!”– de­məmişdən əv­vəl sizə verdi­yim ruzi­dən xərcləyin.

### الآية 63:11

> ﻿وَلَنْ يُؤَخِّرَ اللَّهُ نَفْسًا إِذَا جَاءَ أَجَلُهَا ۚ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ [63:11]

11\. Allah əcəli çatmışlara əs­la möh­lət verməz. Allah sizin nə etdikləriniz­dən xəbərdardır.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/63.md)
- [كل تفاسير سورة المنافقون
](https://quranpedia.net/surah-tafsir/63.md)
- [ترجمات سورة المنافقون
](https://quranpedia.net/translations/63.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/63/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
