---
title: "ترجمة سورة الملك - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/67/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/67/book/1983"
surah_id: "67"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة الملك - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/67/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الملك - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/67/book/1983*.

Translation of Surah الملك from "الترجمة الأذرية" in الأذرية.

### الآية 67:1

> تَبَارَكَ الَّذِي بِيَدِهِ الْمُلْكُ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ [67:1]

1\. Mülk Əlində Olan Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır. O hər şe­yə qa­dir­dir.

### الآية 67:2

> ﻿الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۚ وَهُوَ الْعَزِيزُ الْغَفُورُ [67:2]

2\. Əməl baxımından hansı­nızın daha yaxşı olduğunuzu sı­na­maq üçün ölümü və hə­ya­tı yaradan Odur. O, Qüdrət­li­dir, Ba­ğış­la­yan­dır.

### الآية 67:3

> ﻿الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا ۖ مَا تَرَىٰ فِي خَلْقِ الرَّحْمَٰنِ مِنْ تَفَاوُتٍ ۖ فَارْجِعِ الْبَصَرَ هَلْ تَرَىٰ مِنْ فُطُورٍ [67:3]

3\. Yeddi göyü təbəqələr şək­lində qu­ran Odur. Sən Mər­hə­mətli Allahın ya­ratdı­ğın­da qə­tiyyən bir uyğunsuzluq tap­­maz­san. Bir ba­şı­nı qaldırıb göyə diq­qət ye­tir, heç onda bir çat görür­sənmi?

### الآية 67:4

> ﻿ثُمَّ ارْجِعِ الْبَصَرَ كَرَّتَيْنِ يَنْقَلِبْ إِلَيْكَ الْبَصَرُ خَاسِئًا وَهُوَ حَسِيرٌ [67:4]

4\. Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özü­nə tərəf dönə­cək.

### الآية 67:5

> ﻿وَلَقَدْ زَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِمَصَابِيحَ وَجَعَلْنَاهَا رُجُومًا لِلشَّيَاطِينِ ۖ وَأَعْتَدْنَا لَهُمْ عَذَابَ السَّعِيرِ [67:5]

5\. Biz sizə yaxın olan göyü ulduz­larla bəzədik və onları şey­tan­la­ra atılan alov­lar etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı ha­zırlamışıq.

### الآية 67:6

> ﻿وَلِلَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ عَذَابُ جَهَنَّمَ ۖ وَبِئْسَ الْمَصِيرُ [67:6]

6\. Rəbbinə qarşı çıxanlar Cə­hənnəm əzabına düçar olacaq­lar. Ora nə pis dö­nüş yeridir.

### الآية 67:7

> ﻿إِذَا أُلْقُوا فِيهَا سَمِعُوا لَهَا شَهِيقًا وَهِيَ تَفُورُ [67:7]

7\. Onlar oraya atıldıqda onun dəh­şətli uğultuyla qay­na­dı­ğı­nı eşidə­cəklər.

### الآية 67:8

> ﻿تَكَادُ تَمَيَّزُ مِنَ الْغَيْظِ ۖ كُلَّمَا أُلْقِيَ فِيهَا فَوْجٌ سَأَلَهُمْ خَزَنَتُهَا أَلَمْ يَأْتِكُمْ نَذِيرٌ [67:8]

8\. Cəhənnəm, qəzəbindən az qala par­çalansın. Hər dəfə bir dəs­tə oraya atı­larkən Cəhənnə­min gözətçiləri onlardan soru­şa­caq­lar: “Mə­gər sizə xəbər­darlıq edən bir peyğəmbər gəl­məmişdi?”

### الآية 67:9

> ﻿قَالُوا بَلَىٰ قَدْ جَاءَنَا نَذِيرٌ فَكَذَّبْنَا وَقُلْنَا مَا نَزَّلَ اللَّهُ مِنْ شَيْءٍ إِنْ أَنْتُمْ إِلَّا فِي ضَلَالٍ كَبِيرٍ [67:9]

9\. Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəl­miş­di. Amma biz onu ya­lan­çı sayıb: “Allah heç bir şey na­zil et­mə­yib, siz də ancaq bö­yük bir azğınlıq içindəsiniz”– demişdik.

### الآية 67:10

> ﻿وَقَالُوا لَوْ كُنَّا نَسْمَعُ أَوْ نَعْقِلُ مَا كُنَّا فِي أَصْحَابِ السَّعِيرِ [67:10]

10\. Onlar deyəcəklər: “Əgər biz din­ləsəydik və ya anlasay­dıq alovlu od sa­kinlərinin içində olmazdıq!”

### الآية 67:11

> ﻿فَاعْتَرَفُوا بِذَنْبِهِمْ فَسُحْقًا لِأَصْحَابِ السَّعِيرِ [67:11]

11\. Onlar öz günahlarını eti­raf edə­cəklər. Rədd olsun alov­lu od sa­kinləri!

### الآية 67:12

> ﻿إِنَّ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ بِالْغَيْبِ لَهُمْ مَغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ [67:12]

12\. Həqiqətən, öz Rəbbin­dən Onu görmədikləri halda qor­xan­lar üçün ba­ğışlanma və böyük bir mükafat var.

### الآية 67:13

> ﻿وَأَسِرُّوا قَوْلَكُمْ أَوِ اجْهَرُوا بِهِ ۖ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ [67:13]

13\. Sözünüzü gizli saxla­sa­nız da, onu açıq desəniz də, fər­qi yox­dur, Allah köks­lərdə olan­ları bilir.

### الآية 67:14

> ﻿أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ [67:14]

14\. Yaradan Allah Lətif və hər şeydən Xəbərdar olduğu hal­da, ola bilərmi ki, O, giz­lində və aşkarda olanları bil­məsin?

### الآية 67:15

> ﻿هُوَ الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ ذَلُولًا فَامْشُوا فِي مَنَاكِبِهَا وَكُلُوا مِنْ رِزْقِهِ ۖ وَإِلَيْهِ النُّشُورُ [67:15]

15\. Yeri sizin ixtiyarınıza ve­rən Odur. Onun hər tərəfin­də gəzin və Allahın ru­zisindən ye­yin. Qayıdış da Onadır.

### الآية 67:16

> ﻿أَأَمِنْتُمْ مَنْ فِي السَّمَاءِ أَنْ يَخْسِفَ بِكُمُ الْأَرْضَ فَإِذَا هِيَ تَمُورُ [67:16]

16\. Göydə olan Allahın sizi yerə batırma­yacağına əmin­sinizmi? O za­man yer hərəkətə gəlib titrəyəcək.

### الآية 67:17

> ﻿أَمْ أَمِنْتُمْ مَنْ فِي السَّمَاءِ أَنْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا ۖ فَسَتَعْلَمُونَ كَيْفَ نَذِيرِ [67:17]

17\. Ya da ki, göydə olan Allahın üstünüzə daşlar yağdırmaya­ca­ğına əminsinizmi? Siz, Mə­nim xəbərdarlığımın necə nəti­cələr verdiyini bi­ləcəksiniz.

### الآية 67:18

> ﻿وَلَقَدْ كَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ فَكَيْفَ كَانَ نَكِيرِ [67:18]

18\. Müşriklərdən əvvəlkilər də bunu yalançı hesab etmiş­dilər. Gö­rəydin Mə­nim onları həlak etməyim necə oldu!

### الآية 67:19

> ﻿أَوَلَمْ يَرَوْا إِلَى الطَّيْرِ فَوْقَهُمْ صَافَّاتٍ وَيَقْبِضْنَ ۚ مَا يُمْسِكُهُنَّ إِلَّا الرَّحْمَٰنُ ۚ إِنَّهُ بِكُلِّ شَيْءٍ بَصِيرٌ [67:19]

19\. Məgər onlar başları üzə­rində dəs­tə-dəstə pərvazlanıb uçan, hər­dən də qa­nadlarını yı­ğan quşları görmürlərmi? On­ları havada an­caq Mərhəmətli Allah saxla­yır. Şübhəsiz ki, O, hər şeyi görür.

### الآية 67:20

> ﻿أَمَّنْ هَٰذَا الَّذِي هُوَ جُنْدٌ لَكُمْ يَنْصُرُكُمْ مِنْ دُونِ الرَّحْمَٰنِ ۚ إِنِ الْكَافِرُونَ إِلَّا فِي غُرُورٍ [67:20]

20\. Ya da Mərhəmətli Allah­dan başqa sizə kömək edə bilə­cək qo­şununuz var­mı? Kafir­lər an­caq aldanmaq­dadırlar!

### الآية 67:21

> ﻿أَمَّنْ هَٰذَا الَّذِي يَرْزُقُكُمْ إِنْ أَمْسَكَ رِزْقَهُ ۚ بَلْ لَجُّوا فِي عُتُوٍّ وَنُفُورٍ [67:21]

21\. Ya da O Öz ruzisini kəs­sə, sizə kim ruzi verə bilər? Xeyr, on­lar təkəb­bür göstər­mək­də və haqdan qaçmaqda davam edirlər.

### الآية 67:22

> ﻿أَفَمَنْ يَمْشِي مُكِبًّا عَلَىٰ وَجْهِهِ أَهْدَىٰ أَمَّنْ يَمْشِي سَوِيًّا عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ [67:22]

22\. Elə isə üzü üstə sürünə­rək gedən daha doğru yolda­dır, yox­sa düz yolda özü şax ge­dən?

### الآية 67:23

> ﻿قُلْ هُوَ الَّذِي أَنْشَأَكُمْ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۖ قَلِيلًا مَا تَشْكُرُونَ [67:23]

23\. De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!”

### الآية 67:24

> ﻿قُلْ هُوَ الَّذِي ذَرَأَكُمْ فِي الْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ [67:24]

24\. De: “Sizi yer üzünə ya­yan da Odur. Siz Onun hüzu­runa top­lana­caqsınız!”

### الآية 67:25

> ﻿وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ [67:25]

25\. Onlar deyirlər: “Əgər doğru de­yirsinizsə, bu vəd nə vaxt ola­caq?”

### الآية 67:26

> ﻿قُلْ إِنَّمَا الْعِلْمُ عِنْدَ اللَّهِ وَإِنَّمَا أَنَا نَذِيرٌ مُبِينٌ [67:26]

26\. De: “Buna aid bilgi yal­nız Allah yanındadır. Mən isə ancaq xə­bərdar və bəyan edə­nəm!”

### الآية 67:27

> ﻿فَلَمَّا رَأَوْهُ زُلْفَةً سِيئَتْ وُجُوهُ الَّذِينَ كَفَرُوا وَقِيلَ هَٰذَا الَّذِي كُنْتُمْ بِهِ تَدَّعُونَ [67:27]

27\. Kafirlər əzabın yaxın ol­duğunu gördükdə üzləri eybə­cər gör­kəm ala­caq və on­lara: “Sizin durmadan istədi­yiniz əzab bax bu­dur!”– deyilə­cək.

### الآية 67:28

> ﻿قُلْ أَرَأَيْتُمْ إِنْ أَهْلَكَنِيَ اللَّهُ وَمَنْ مَعِيَ أَوْ رَحِمَنَا فَمَنْ يُجِيرُ الْكَافِرِينَ مِنْ عَذَابٍ أَلِيمٍ [67:28]

28\. De: “Deyin görüm, əgər Allah məni və mənimlə bir­lik­də olan­ları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, bəs siz ka­fir­lə­ri ağrılı-acılı əzab­dan kim qurtara bilər?”

### الآية 67:29

> ﻿قُلْ هُوَ الرَّحْمَٰنُ آمَنَّا بِهِ وَعَلَيْهِ تَوَكَّلْنَا ۖ فَسَتَعْلَمُونَ مَنْ هُوَ فِي ضَلَالٍ مُبِينٍ [67:29]

29\. De: “O, Mərhəmətli Allah­dır! Biz Ona iman gətirib, Ona tə­vək­kül etmi­şik. Ki­min tam az­ğınlıq içində olduğu­nu tez­liklə bilə­cək­siniz.

### الآية 67:30

> ﻿قُلْ أَرَأَيْتُمْ إِنْ أَصْبَحَ مَاؤُكُمْ غَوْرًا فَمَنْ يَأْتِيكُمْ بِمَاءٍ مَعِينٍ [67:30]

30\. De: “Deyin görüm, əgər suyunuz yerin dibinə çöksə, Allah­dan başqa kim sizə axar su gətirə bilər?”

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/67.md)
- [كل تفاسير سورة الملك
](https://quranpedia.net/surah-tafsir/67.md)
- [ترجمات سورة الملك
](https://quranpedia.net/translations/67.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/67/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
