---
title: "ترجمة سورة الحاقة - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/69/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/69/book/1983"
surah_id: "69"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة الحاقة - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/69/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الحاقة - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/69/book/1983*.

Translation of Surah الحاقة from "الترجمة الأذرية" in الأذرية.

### الآية 69:1

> الْحَاقَّةُ [69:1]

1\. Haqq olan Qiyamət!

### الآية 69:2

> ﻿مَا الْحَاقَّةُ [69:2]

2\. Nədir haqq olan Qiya­mət?

### الآية 69:3

> ﻿وَمَا أَدْرَاكَ مَا الْحَاقَّةُ [69:3]

3\. Sən nə biləsən ki, nədir haqq olan Qiyamət?

### الآية 69:4

> ﻿كَذَّبَتْ ثَمُودُ وَعَادٌ بِالْقَارِعَةِ [69:4]

4\. Səmud və Ad tayfaları qəl­bləri qor­xuya salan Qiya­məti ya­lan say­dılar.

### الآية 69:5

> ﻿فَأَمَّا ثَمُودُ فَأُهْلِكُوا بِالطَّاغِيَةِ [69:5]

5\. Səmud tayfası qorxunc bir səslə məhv edildi.

### الآية 69:6

> ﻿وَأَمَّا عَادٌ فَأُهْلِكُوا بِرِيحٍ صَرْصَرٍ عَاتِيَةٍ [69:6]

6\. Ad tayfası isə hədsiz so­yuq və şid­dətli küləklə yox edildi.

### الآية 69:7

> ﻿سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍ وَثَمَانِيَةَ أَيَّامٍ حُسُومًا فَتَرَى الْقَوْمَ فِيهَا صَرْعَىٰ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَةٍ [69:7]

7\. Allah onu yeddi gecə, sək­kiz gün fasilə vermədən onla­rın üs­tün­də əsdir­di. Sən orada olsaydın, o tayfanı xurma ağa­cının yıxılmış çü­rük gövdələri kimi yerə sərilmiş görər­din.

### الآية 69:8

> ﻿فَهَلْ تَرَىٰ لَهُمْ مِنْ بَاقِيَةٍ [69:8]

8\. Sən onlardan qalan bir kim­səyə heç rast gəlmisənmi?

### الآية 69:9

> ﻿وَجَاءَ فِرْعَوْنُ وَمَنْ قَبْلَهُ وَالْمُؤْتَفِكَاتُ بِالْخَاطِئَةِ [69:9]

9\. Firon da, ondan əvvəl­ki­lər də, alt-üst olmuş kəndlər (Lut qöv­mü) də günah işlətmişdi­lər.

### الآية 69:10

> ﻿فَعَصَوْا رَسُولَ رَبِّهِمْ فَأَخَذَهُمْ أَخْذَةً رَابِيَةً [69:10]

10\. Onlar öz Rəbbinin elçi­si­nə asi ol­dular, O da onları şid­dəti ar­tan bir əzab­la yaxa­ladı.

### الآية 69:11

> ﻿إِنَّا لَمَّا طَغَى الْمَاءُ حَمَلْنَاكُمْ فِي الْجَارِيَةِ [69:11]

11\. Su aşıb-daşdıqda Biz si­zi üzən gə­midə daşıdıq.

### الآية 69:12

> ﻿لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَتَعِيَهَا أُذُنٌ وَاعِيَةٌ [69:12]

12\. Sizə bir xatırlatma olsun və yad­da saxlayan qulaqlar onu yad­da saxlasın deyə belə etdik.

### الآية 69:13

> ﻿فَإِذَا نُفِخَ فِي الصُّورِ نَفْخَةٌ وَاحِدَةٌ [69:13]

13\. Sur bircə dəfə üfürülə­cə­yi,

### الآية 69:14

> ﻿وَحُمِلَتِ الْأَرْضُ وَالْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَاحِدَةً [69:14]

14\. yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı za­man –

### الآية 69:15

> ﻿فَيَوْمَئِذٍ وَقَعَتِ الْوَاقِعَةُ [69:15]

15\. həmin gün Vaqiə qopa­caq.

### الآية 69:16

> ﻿وَانْشَقَّتِ السَّمَاءُ فَهِيَ يَوْمَئِذٍ وَاهِيَةٌ [69:16]

16\. Göy yarılacaq və həmin gün o, süst olacaqdır.

### الآية 69:17

> ﻿وَالْمَلَكُ عَلَىٰ أَرْجَائِهَا ۚ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَانِيَةٌ [69:17]

17\. Mələklər isə onun ətra­fında ola­caqlar. O gün sənin Rəb­bi­nin Ərşini sək­kiz mələk daşıyacaq.

### الآية 69:18

> ﻿يَوْمَئِذٍ تُعْرَضُونَ لَا تَخْفَىٰ مِنْكُمْ خَافِيَةٌ [69:18]

18\. O gün siz məhşərə gə­ti­ri­ləcəksiniz və heç bir sirriniz giz­lə­dil­mə­yəcək.

### الآية 69:19

> ﻿فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَيَقُولُ هَاؤُمُ اقْرَءُوا كِتَابِيَهْ [69:19]

19\. Kitabı sağ əlinə verilən deyəcək­: “Budur, oxuyun ki­ta­bı­mı!

### الآية 69:20

> ﻿إِنِّي ظَنَنْتُ أَنِّي مُلَاقٍ حِسَابِيَهْ [69:20]

20\. Mən bilirdim ki, etdik­lə­rimin he­sabına qovuşaca­ğam”.

### الآية 69:21

> ﻿فَهُوَ فِي عِيشَةٍ رَاضِيَةٍ [69:21]

21\. O, xoşbəxt həyat sürə­cək­ –

### الآية 69:22

> ﻿فِي جَنَّةٍ عَالِيَةٍ [69:22]

22\. uca bir Cənnətdə –

### الآية 69:23

> ﻿قُطُوفُهَا دَانِيَةٌ [69:23]

23\. elə bir Cənnətdə ki, onun meyvə­ləri lap yaxınlıqda ola­caq.

### الآية 69:24

> ﻿كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا أَسْلَفْتُمْ فِي الْأَيَّامِ الْخَالِيَةِ [69:24]

24\. Onlara: “Keçmiş gün­lər­də etdiyi­niz əməllərə görə nuş­can­lıq­la yeyin-için!”– deyi­ləcək­.

### الآية 69:25

> ﻿وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِشِمَالِهِ فَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُوتَ كِتَابِيَهْ [69:25]

25\. Kitabı sol əlinə verilən kimsə isə deyəcək: “Kaş ki­tabım mə­nə veril­mə­yəydi!

### الآية 69:26

> ﻿وَلَمْ أَدْرِ مَا حِسَابِيَهْ [69:26]

26\. Hesabımdan da xəbərim olma­yaydı!

### الآية 69:27

> ﻿يَا لَيْتَهَا كَانَتِ الْقَاضِيَةَ [69:27]

27\. Kaş ilk ölümüm həmi­şəlik olaydı!

### الآية 69:28

> ﻿مَا أَغْنَىٰ عَنِّي مَالِيَهْ ۜ [69:28]

28\. Var-dövlətim məni əzab­dan qur­tarmadı.

### الآية 69:29

> ﻿هَلَكَ عَنِّي سُلْطَانِيَهْ [69:29]

29\. Hökmranlığım da məhv olub getdi”.

### الآية 69:30

> ﻿خُذُوهُ فَغُلُّوهُ [69:30]

30\. Mələklərə deyiləcək: “Onu yaxa­la­yıb zəncirləyin!

### الآية 69:31

> ﻿ثُمَّ الْجَحِيمَ صَلُّوهُ [69:31]

31\. Sonra da Cəhənnəmə atın!

### الآية 69:32

> ﻿ثُمَّ فِي سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعًا فَاسْلُكُوهُ [69:32]

32\. Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun!

### الآية 69:33

> ﻿إِنَّهُ كَانَ لَا يُؤْمِنُ بِاللَّهِ الْعَظِيمِ [69:33]

33\. Çünki o, Böyük Allaha iman gətirmirdi

### الآية 69:34

> ﻿وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ [69:34]

34\. və heç kəsi kasıbı yedirt­məyə rəğ­bətləndirmirdi.

### الآية 69:35

> ﻿فَلَيْسَ لَهُ الْيَوْمَ هَاهُنَا حَمِيمٌ [69:35]

35\. Bu gün burada onun üçün bir dost tapılmaz.

### الآية 69:36

> ﻿وَلَا طَعَامٌ إِلَّا مِنْ غِسْلِينٍ [69:36]

36\. Qanlı irindən başqa ye­məyi də yoxdur.

### الآية 69:37

> ﻿لَا يَأْكُلُهُ إِلَّا الْخَاطِئُونَ [69:37]

37\. Onu ancaq günahkarlar yeyər”.

### الآية 69:38

> ﻿فَلَا أُقْسِمُ بِمَا تُبْصِرُونَ [69:38]

38\. And içirəm həm gör­dük­lərinizə,

### الآية 69:39

> ﻿وَمَا لَا تُبْصِرُونَ [69:39]

39\. həm də görmədiklə­ri­ni­zə!

### الآية 69:40

> ﻿إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ [69:40]

40\. Bu, möhtərəm bir Elçi­nin sözü­dür.

### الآية 69:41

> ﻿وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ ۚ قَلِيلًا مَا تُؤْمِنُونَ [69:41]

41\. O, şair sözü deyil! Ne­cə də az inanırsınız!

### الآية 69:42

> ﻿وَلَا بِقَوْلِ كَاهِنٍ ۚ قَلِيلًا مَا تَذَكَّرُونَ [69:42]

42\. O, kahin sözü də deyil­! Necə də az düşünürsü­nüz!

### الآية 69:43

> ﻿تَنْزِيلٌ مِنْ رَبِّ الْعَالَمِينَ [69:43]

43\. O, aləmlərin Rəbbi tərə­findən vəhy edilmişdir!

### الآية 69:44

> ﻿وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الْأَقَاوِيلِ [69:44]

44\. Əgər Muhəmməd bəzi söz­ləri özün­dən uydurub Bizə aid et­səy­di,

### الآية 69:45

> ﻿لَأَخَذْنَا مِنْهُ بِالْيَمِينِ [69:45]

45\. Biz onu sağ əlindən ya­xalayar,

### الآية 69:46

> ﻿ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِينَ [69:46]

46\. sonra da şah damarını kəsərdik.

### الآية 69:47

> ﻿فَمَا مِنْكُمْ مِنْ أَحَدٍ عَنْهُ حَاجِزِينَ [69:47]

47\. İçərinizdən heç kəs buna mane ola bilməzdi.

### الآية 69:48

> ﻿وَإِنَّهُ لَتَذْكِرَةٌ لِلْمُتَّقِينَ [69:48]

48\. Həqiqətən, bu Quran müt­təqilər üçün bir nəsihətdir.

### الآية 69:49

> ﻿وَإِنَّا لَنَعْلَمُ أَنَّ مِنْكُمْ مُكَذِّبِينَ [69:49]

49\. Aranızdan Quranı yalan sayan­lar olduğunu da bilirik!

### الآية 69:50

> ﻿وَإِنَّهُ لَحَسْرَةٌ عَلَى الْكَافِرِينَ [69:50]

50\. Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır.

### الآية 69:51

> ﻿وَإِنَّهُ لَحَقُّ الْيَقِينِ [69:51]

51\. Sözsüz ki, bu Quran əsl həqi­qətdir.

### الآية 69:52

> ﻿فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ [69:52]

52\. Elə isə Böyük Rəbbinin adına tə­riflər de!

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/69.md)
- [كل تفاسير سورة الحاقة
](https://quranpedia.net/surah-tafsir/69.md)
- [ترجمات سورة الحاقة
](https://quranpedia.net/translations/69.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/69/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
