---
title: "ترجمة سورة نوح - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/71/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/71/book/1983"
surah_id: "71"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة نوح - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/71/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة نوح - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/71/book/1983*.

Translation of Surah نوح from "الترجمة الأذرية" in الأذرية.

### الآية 71:1

> إِنَّا أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ أَنْ أَنْذِرْ قَوْمَكَ مِنْ قَبْلِ أَنْ يَأْتِيَهُمْ عَذَابٌ أَلِيمٌ [71:1]

1\. Həqiqətən, Biz Nuhu öz qövmünə göndərdik və dedik: “Sən öz qövmünü, onlara ağ­rı­lı-acılı bir əzab gəlməmiş­dən əvvəl xə­bər­dar et!”

### الآية 71:2

> ﻿قَالَ يَا قَوْمِ إِنِّي لَكُمْ نَذِيرٌ مُبِينٌ [71:2]

2\. O dedi: “Ey qövmüm! Şüb­həsiz ki, mən sizi açıq-aydın xə­bərdar edənəm!

### الآية 71:3

> ﻿أَنِ اعْبُدُوا اللَّهَ وَاتَّقُوهُ وَأَطِيعُونِ [71:3]

3\. Allaha ibadət edin, Ondan qorxun və mənə itaət edin!

### الآية 71:4

> ﻿يَغْفِرْ لَكُمْ مِنْ ذُنُوبِكُمْ وَيُؤَخِّرْكُمْ إِلَىٰ أَجَلٍ مُسَمًّى ۚ إِنَّ أَجَلَ اللَّهِ إِذَا جَاءَ لَا يُؤَخَّرُ ۖ لَوْ كُنْتُمْ تَعْلَمُونَ [71:4]

4\. Belə etsəniz, O sizin gü­nah­larınız­dan keçər və sizə mü­əy­yən vax­tadək möhlət ve­rər. Hə­qiqətən, Allahın müəy­yən etdiyi vaxt gə­lib çatdıqda əsla təxirə salınmaz. Kaş biləy­diniz!”

### الآية 71:5

> ﻿قَالَ رَبِّ إِنِّي دَعَوْتُ قَوْمِي لَيْلًا وَنَهَارًا [71:5]

5\. O dedi: “Ey Rəbbim, mən xalqımı gecə-gündüz də­vət et­dim.

### الآية 71:6

> ﻿فَلَمْ يَزِدْهُمْ دُعَائِي إِلَّا فِرَارًا [71:6]

6\. Amma dəvətim onların haqdan qaç­malarını daha da ar­tırdı.

### الآية 71:7

> ﻿وَإِنِّي كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوا أَصَابِعَهُمْ فِي آذَانِهِمْ وَاسْتَغْشَوْا ثِيَابَهُمْ وَأَصَرُّوا وَاسْتَكْبَرُوا اسْتِكْبَارًا [71:7]

7\. Sən onları bağışlayasan de­yə, mən hər dəfə onları imana də­vət etdikdə, on­lar barmaqla­rını qulaq­larına tıxayır, pal­tar­larına bü­rünür, küfrlərində is­rar edir və ötkəm-ötkəm təkəb­bür­lənir­dilər.

### الآية 71:8

> ﻿ثُمَّ إِنِّي دَعَوْتُهُمْ جِهَارًا [71:8]

8\. Sonra mən onları aşkar­ca­sına də­vət etdim.

### الآية 71:9

> ﻿ثُمَّ إِنِّي أَعْلَنْتُ لَهُمْ وَأَسْرَرْتُ لَهُمْ إِسْرَارًا [71:9]

9\. Sonra mən onlara həm uca səslə, həm də gizlicə bil­dirib

### الآية 71:10

> ﻿فَقُلْتُ اسْتَغْفِرُوا رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَّارًا [71:10]

10\. dedim: “Rəbbinizdən ba­ğışlan­ma­ğınızı diləyin! Həqi­qə­tən, O, çox Bağış­layandır!

### الآية 71:11

> ﻿يُرْسِلِ السَّمَاءَ عَلَيْكُمْ مِدْرَارًا [71:11]

11\. O, sizin üzərinizə bol-bol yağış gön­dərər,

### الآية 71:12

> ﻿وَيُمْدِدْكُمْ بِأَمْوَالٍ وَبَنِينَ وَيَجْعَلْ لَكُمْ جَنَّاتٍ وَيَجْعَلْ لَكُمْ أَنْهَارًا [71:12]

12\. var-dövlət və oğul-uşaq­la sizin im­dadınıza çatar, sizin üçün bağ­lar sa­lar və çaylar ya­radar.

### الآية 71:13

> ﻿مَا لَكُمْ لَا تَرْجُونَ لِلَّهِ وَقَارًا [71:13]

13\. Necə olub ki, siz Allahın böyük­lüyünü layiqincə uca tut­mur­sunuz?

### الآية 71:14

> ﻿وَقَدْ خَلَقَكُمْ أَطْوَارًا [71:14]

14\. Axı O sizi mərhələlərlə yaratdı.

### الآية 71:15

> ﻿أَلَمْ تَرَوْا كَيْفَ خَلَقَ اللَّهُ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا [71:15]

15\. Məgər Allahın yeddi gö­yü tə­bə­qə-təbəqə necə yarat­dı­ğını gör­mür­sü­nüz?

### الآية 71:16

> ﻿وَجَعَلَ الْقَمَرَ فِيهِنَّ نُورًا وَجَعَلَ الشَّمْسَ سِرَاجًا [71:16]

16\. Orada ayı bir nur, günə­şi də çıraq et­mişdir.

### الآية 71:17

> ﻿وَاللَّهُ أَنْبَتَكُمْ مِنَ الْأَرْضِ نَبَاتًا [71:17]

17\. Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir.

### الآية 71:18

> ﻿ثُمَّ يُعِيدُكُمْ فِيهَا وَيُخْرِجُكُمْ إِخْرَاجًا [71:18]

18\. Sonra O sizi ora qayta­ra­caq və yenidən çıxarda­caq­.

### الآية 71:19

> ﻿وَاللَّهُ جَعَلَ لَكُمُ الْأَرْضَ بِسَاطًا [71:19]

19\. Allah yeri sizin üçün xalı təki dö­şədi.

### الآية 71:20

> ﻿لِتَسْلُكُوا مِنْهَا سُبُلًا فِجَاجًا [71:20]

20\. Belə etdi ki, orada geniş yollarla hərəkət edəsiniz”.

### الآية 71:21

> ﻿قَالَ نُوحٌ رَبِّ إِنَّهُمْ عَصَوْنِي وَاتَّبَعُوا مَنْ لَمْ يَزِدْهُ مَالُهُ وَوَلَدُهُ إِلَّا خَسَارًا [71:21]

21\. Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-döv­lə­ti, övladı özünə zərərdən başqa bir şey artırma­yan bir adama ta­be oldular.

### الآية 71:22

> ﻿وَمَكَرُوا مَكْرًا كُبَّارًا [71:22]

22\. Onlar mənə qarşı böyük bir hiylə işlətdilər

### الآية 71:23

> ﻿وَقَالُوا لَا تَذَرُنَّ آلِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدًّا وَلَا سُوَاعًا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسْرًا [71:23]

23\. və özlərinə tabe olanlara dedilər: “Öz məbudlarınızı tərk et­mə­yin; Vəddi, Suvanı, Yə­ğu­su, Yəuqu və Nəsri tərk et­mə­yin!”

### الآية 71:24

> ﻿وَقَدْ أَضَلُّوا كَثِيرًا ۖ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا ضَلَالًا [71:24]

24\. Artıq onlar çoxlarını az­dırmışlar. Sən də zalım­lara az­ğınlıq­dan başqa bir şey ar­tır­ma”.

### الآية 71:25

> ﻿مِمَّا خَطِيئَاتِهِمْ أُغْرِقُوا فَأُدْخِلُوا نَارًا فَلَمْ يَجِدُوا لَهُمْ مِنْ دُونِ اللَّهِ أَنْصَارًا [71:25]

25\. Onlar öz günahlarına gö­rə suya qərq edildilər və oda atıl­dı­lar. Onlar özlərinə Allah­dan savayı köməkçilər tapma­dılar.

### الآية 71:26

> ﻿وَقَالَ نُوحٌ رَبِّ لَا تَذَرْ عَلَى الْأَرْضِ مِنَ الْكَافِرِينَ دَيَّارًا [71:26]

26\. Nuh dedi: “Ey Rəbbim, kafirlər­dən yer üzündə bir nə­fəri be­lə sağ qoyma!

### الآية 71:27

> ﻿إِنَّكَ إِنْ تَذَرْهُمْ يُضِلُّوا عِبَادَكَ وَلَا يَلِدُوا إِلَّا فَاجِرًا كَفَّارًا [71:27]

27\. Əgər Sən onları sağ qoy­san, onlar Sənin qullarını azdıracaq və yal­nız günahkar, kafir öv­ladlar doğub-törədəcəklər.

### الآية 71:28

> ﻿رَبِّ اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِمَنْ دَخَلَ بَيْتِيَ مُؤْمِنًا وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا تَبَارًا [71:28]

28\. Ey Rəbbim! Məni, vali­deynlə­ri­mi, evimə mömin ki­mi daxil olan­ları və bütün mömin kişi və qadınları bağışla! Zülm­karların isə ancaq həlakını ar­tır”.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/71.md)
- [كل تفاسير سورة نوح
](https://quranpedia.net/surah-tafsir/71.md)
- [ترجمات سورة نوح
](https://quranpedia.net/translations/71.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/71/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
