---
title: "ترجمة سورة المزّمّل - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/73/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/73/book/1983"
surah_id: "73"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة المزّمّل - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/73/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة المزّمّل - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/73/book/1983*.

Translation of Surah المزّمّل from "الترجمة الأذرية" in الأذرية.

### الآية 73:1

> يَا أَيُّهَا الْمُزَّمِّلُ [73:1]

1\. Ey libasına bürünüb ör­tünmüş pey­ğəmbər!

### الآية 73:2

> ﻿قُمِ اللَّيْلَ إِلَّا قَلِيلًا [73:2]

2\. Az bir hissəsi istisna ol­maqla ge­cə­lər namaza dur!

### الآية 73:3

> ﻿نِصْفَهُ أَوِ انْقُصْ مِنْهُ قَلِيلًا [73:3]

3\. Gecənin yarısını, yaxud on­dan bir az əskilt,

### الآية 73:4

> ﻿أَوْ زِدْ عَلَيْهِ وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا [73:4]

4\. və ya ona artır. Quranı da aramla oxu!

### الآية 73:5

> ﻿إِنَّا سَنُلْقِي عَلَيْكَ قَوْلًا ثَقِيلًا [73:5]

5\. Həqiqətən Biz sənə ağır bir Söz – Quran vəhy edəcəyik.

### الآية 73:6

> ﻿إِنَّ نَاشِئَةَ اللَّيْلِ هِيَ أَشَدُّ وَطْئًا وَأَقْوَمُ قِيلًا [73:6]

6\. Sözsüz ki, gecə qalxmaq çox çətin və Quran oxumaq da­ha mü­nasibdir.

### الآية 73:7

> ﻿إِنَّ لَكَ فِي النَّهَارِ سَبْحًا طَوِيلًا [73:7]

7\. Şübhəsiz ki, gündüz sə­nin üçün uzun-uzadı işlər var.

### الآية 73:8

> ﻿وَاذْكُرِ اسْمَ رَبِّكَ وَتَبَتَّلْ إِلَيْهِ تَبْتِيلًا [73:8]

8\. Rəbbinin adını zikr et və özünü tamamilə Ona həsr et!

### الآية 73:9

> ﻿رَبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ لَا إِلَٰهَ إِلَّا هُوَ فَاتَّخِذْهُ وَكِيلًا [73:9]

9\. O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa ibadə­tə layiq olan məbud yox­dur. Elə isə Onu özünə Hi­mayəçi götür!

### الآية 73:10

> ﻿وَاصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَاهْجُرْهُمْ هَجْرًا جَمِيلًا [73:10]

10\. Müşriklərin dediklərinə səbir et və onlardan xoşluqla uzaq­laş.

### الآية 73:11

> ﻿وَذَرْنِي وَالْمُكَذِّبِينَ أُولِي النَّعْمَةِ وَمَهِّلْهُمْ قَلِيلًا [73:11]

11\. Məni, ayələrimi yalan sa­yan var-dövlət sahibləri ilə tək bu­rax və onlara bir az möh­lət ver.

### الآية 73:12

> ﻿إِنَّ لَدَيْنَا أَنْكَالًا وَجَحِيمًا [73:12]

12\. Həqiqətən, Bizdə onlar üçün qan­dallar və Cəhənnəm ha­zır­lan­mışdır,

### الآية 73:13

> ﻿وَطَعَامًا ذَا غُصَّةٍ وَعَذَابًا أَلِيمًا [73:13]

13\. boğazda tıxanıb keçmə­yən yemək və ağrılı-acılı bir əzab da vardır.

### الآية 73:14

> ﻿يَوْمَ تَرْجُفُ الْأَرْضُ وَالْجِبَالُ وَكَانَتِ الْجِبَالُ كَثِيبًا مَهِيلًا [73:14]

14\. O gün yer və dağlar tit­rəyəcək, dağ­lar səpələnən qum tə­pə­si­nə dönə­cək.

### الآية 73:15

> ﻿إِنَّا أَرْسَلْنَا إِلَيْكُمْ رَسُولًا شَاهِدًا عَلَيْكُمْ كَمَا أَرْسَلْنَا إِلَىٰ فِرْعَوْنَ رَسُولًا [73:15]

15\. Həqiqətən, Biz Firona el­çi gön­dərdiyimiz kimi sizə də şa­hid­lik edə­cək elçi gön­dərdik.

### الآية 73:16

> ﻿فَعَصَىٰ فِرْعَوْنُ الرَّسُولَ فَأَخَذْنَاهُ أَخْذًا وَبِيلًا [73:16]

16\. Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla ya­xa­la­dıq.

### الآية 73:17

> ﻿فَكَيْفَ تَتَّقُونَ إِنْ كَفَرْتُمْ يَوْمًا يَجْعَلُ الْوِلْدَانَ شِيبًا [73:17]

17\. Əgər küfr etsəniz, uşaq­ları ağ saç­lı qocalara çevirəcək gün­dən ne­cə qorunacaqsı­nız?

### الآية 73:18

> ﻿السَّمَاءُ مُنْفَطِرٌ بِهِ ۚ كَانَ وَعْدُهُ مَفْعُولًا [73:18]

18\. O gün göy parçalanacaq. Allahın vədi mütləq yerinə ye­tə­cək­.

### الآية 73:19

> ﻿إِنَّ هَٰذِهِ تَذْكِرَةٌ ۖ فَمَنْ شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ سَبِيلًا [73:19]

19\. Həqiqətən, bu, bir nəsi­hətdir. Kim istəsə, Rəbbinə tə­rəf yö­nə­lər.

### الآية 73:20

> ﻿۞ إِنَّ رَبَّكَ يَعْلَمُ أَنَّكَ تَقُومُ أَدْنَىٰ مِنْ ثُلُثَيِ اللَّيْلِ وَنِصْفَهُ وَثُلُثَهُ وَطَائِفَةٌ مِنَ الَّذِينَ مَعَكَ ۚ وَاللَّهُ يُقَدِّرُ اللَّيْلَ وَالنَّهَارَ ۚ عَلِمَ أَنْ لَنْ تُحْصُوهُ فَتَابَ عَلَيْكُمْ ۖ فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ ۚ عَلِمَ أَنْ سَيَكُونُ مِنْكُمْ مَرْضَىٰ ۙ وَآخَرُونَ يَضْرِبُونَ فِي الْأَرْضِ يَبْتَغُونَ مِنْ فَضْلِ اللَّهِ ۙ وَآخَرُونَ يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ ۖ فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنْهُ ۚ وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَقْرِضُوا اللَّهَ قَرْضًا حَسَنًا ۚ وَمَا تُقَدِّمُوا لِأَنْفُسِكُمْ مِنْ خَيْرٍ تَجِدُوهُ عِنْدَ اللَّهِ هُوَ خَيْرًا وَأَعْظَمَ أَجْرًا ۚ وَاسْتَغْفِرُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ [73:20]

20\. Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan səhabələrin bir qis­mi bəzən gecənin üçdə ikisinə yaxın qismini, bəzən ya­rı­sı­nı, bəzən də üçdə bi­rini iba­dət üçün du­rursunuz. Gecə və gün­düzü Allah öl­çüb mü­əy­­yən­­ləşdirir. O, sizin bunları he­sab­lamaqda çətin­lik çəkəcəyi­nizi bildiyi üçün, tövbələri­nizi qə­bul etdi. Elə isə na­maz qılar­kən Qu­ran­dan sizə asan gə­ləni oxu­yun! O bilir ki, bə­zi­ləriniz xəs­tə olacaq, di­gərlə­riniz Alla­hın mər­həmə­tindən ruzi əldə et­mək məqsədilə müx­təlif yer­lərə sə­fərə çıxacaq, bir qis­mi­niz də Allah yolunda vu­ru­şacaqdır. Buna görə namaz qı­larkən Qu­randan sizə asan olanı oxu­­yun! Na­maz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc ve­rin. Bu dünyada qabaq­cadan özü­nüzə hansı xeyirli əməl­ləri tə­da­rük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha bö­yük mü­ka­fatla əvəz olun­du­ğunu görəcəksiniz. Elə isə Allah­dan sizi əfv etməsini is­təyin! Şüb­həsiz ki, Allah Ba­ğışla­yan­dır, Rəhmlidir!

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/73.md)
- [كل تفاسير سورة المزّمّل
](https://quranpedia.net/surah-tafsir/73.md)
- [ترجمات سورة المزّمّل
](https://quranpedia.net/translations/73.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/73/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
