---
title: "ترجمة سورة المدّثر - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/74/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/74/book/1983"
surah_id: "74"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة المدّثر - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/74/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة المدّثر - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/74/book/1983*.

Translation of Surah المدّثر from "الترجمة الأذرية" in الأذرية.

### الآية 74:1

> يَا أَيُّهَا الْمُدَّثِّرُ [74:1]

1\. Ey libasına bürünüb ör­tün­müş pey­ğəmbər!

### الآية 74:2

> ﻿قُمْ فَأَنْذِرْ [74:2]

2\. Qalx və insanları xə­bər­dar et!

### الآية 74:3

> ﻿وَرَبَّكَ فَكَبِّرْ [74:3]

3\. Təkcə Rəbbini uca tut!

### الآية 74:4

> ﻿وَثِيَابَكَ فَطَهِّرْ [74:4]

4\. Geyimini təmiz saxla!

### الآية 74:5

> ﻿وَالرُّجْزَ فَاهْجُرْ [74:5]

5\. Pis şeyləri tərk et!

### الآية 74:6

> ﻿وَلَا تَمْنُنْ تَسْتَكْثِرُ [74:6]

6\. Yaxşılığı təmənna məq­sə­dilə etmə!

### الآية 74:7

> ﻿وَلِرَبِّكَ فَاصْبِرْ [74:7]

7\. Rəbbin üçün səbir et!

### الآية 74:8

> ﻿فَإِذَا نُقِرَ فِي النَّاقُورِ [74:8]

8\. Sur üfürülərkən –

### الآية 74:9

> ﻿فَذَٰلِكَ يَوْمَئِذٍ يَوْمٌ عَسِيرٌ [74:9]

9\. Çətin bir gün olacaq.

### الآية 74:10

> ﻿عَلَى الْكَافِرِينَ غَيْرُ يَسِيرٍ [74:10]

10\. Həmin gün kafirlərə asan olma­ya­caq.

### الآية 74:11

> ﻿ذَرْنِي وَمَنْ خَلَقْتُ وَحِيدًا [74:11]

11\. Məni yaratdı­ğım kimsə ilə tək burax;

### الآية 74:12

> ﻿وَجَعَلْتُ لَهُ مَالًا مَمْدُودًا [74:12]

12\. Mən ona bolluca var-dövlət ba­ğış­ladım,

### الآية 74:13

> ﻿وَبَنِينَ شُهُودًا [74:13]

13\. qayğısına qalan oğullar verdim

### الآية 74:14

> ﻿وَمَهَّدْتُ لَهُ تَمْهِيدًا [74:14]

14\. və onu hər cür imkan­larla təmin etdim.

### الآية 74:15

> ﻿ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ [74:15]

15\. Bunlara baxmayaraq, o, ye­nə də əlavə etməyimi arzu­layır.

### الآية 74:16

> ﻿كَلَّا ۖ إِنَّهُ كَانَ لِآيَاتِنَا عَنِيدًا [74:16]

16\. Xeyr! Çünki o, ayələri­mizi inadla inkar edir.

### الآية 74:17

> ﻿سَأُرْهِقُهُ صَعُودًا [74:17]

17\. Mən onu sərt bir yoxuşa sürük­lə­yəcəyəm.

### الآية 74:18

> ﻿إِنَّهُ فَكَّرَ وَقَدَّرَ [74:18]

18\. Çünki o, fikirləşərək qə­rara gəldi.

### الآية 74:19

> ﻿فَقُتِلَ كَيْفَ قَدَّرَ [74:19]

19\. Ona ölüm olsun! Necə qərara gəldi?!

### الآية 74:20

> ﻿ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ [74:20]

20\. Sonra yenə ona ölüm ol­sun! Gör nə qərara gəldi?!

### الآية 74:21

> ﻿ثُمَّ نَظَرَ [74:21]

21\. Sonra o nəzər saldı.

### الآية 74:22

> ﻿ثُمَّ عَبَسَ وَبَسَرَ [74:22]

22\. Sonra üz-gözünü turşudub qaş-qabağını tökdü.

### الآية 74:23

> ﻿ثُمَّ أَدْبَرَ وَاسْتَكْبَرَ [74:23]

23\. Sonra da arxasını çevi­rib təkəb­bür göstərdi

### الآية 74:24

> ﻿فَقَالَ إِنْ هَٰذَا إِلَّا سِحْرٌ يُؤْثَرُ [74:24]

24\. və dedi: “Bu, sehrbaz­lar­dan eşidi­lib təkrarlanan sehr­dən baş­qa bir şey de­yil!

### الآية 74:25

> ﻿إِنْ هَٰذَا إِلَّا قَوْلُ الْبَشَرِ [74:25]

25\. Bu, adi insan kəlamıdır!

### الآية 74:26

> ﻿سَأُصْلِيهِ سَقَرَ [74:26]

26\. Mən onu Səqərə sala­ca­ğam.

### الآية 74:27

> ﻿وَمَا أَدْرَاكَ مَا سَقَرُ [74:27]

27\. Sən haradan biləsən ki, Səqər nədir?!

### الآية 74:28

> ﻿لَا تُبْقِي وَلَا تَذَرُ [74:28]

28\. O, kimsəni sağ-salamat bu­rax­maz,

### الآية 74:29

> ﻿لَوَّاحَةٌ لِلْبَشَرِ [74:29]

29\. dərini yandırıb-yaxar.

### الآية 74:30

> ﻿عَلَيْهَا تِسْعَةَ عَشَرَ [74:30]

30\. Onun üzərində on doq­quz gözətçi mələk var.

### الآية 74:31

> ﻿وَمَا جَعَلْنَا أَصْحَابَ النَّارِ إِلَّا مَلَائِكَةً ۙ وَمَا جَعَلْنَا عِدَّتَهُمْ إِلَّا فِتْنَةً لِلَّذِينَ كَفَرُوا لِيَسْتَيْقِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ وَيَزْدَادَ الَّذِينَ آمَنُوا إِيمَانًا ۙ وَلَا يَرْتَابَ الَّذِينَ أُوتُوا الْكِتَابَ وَالْمُؤْمِنُونَ ۙ وَلِيَقُولَ الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ وَالْكَافِرُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَٰذَا مَثَلًا ۚ كَذَٰلِكَ يُضِلُّ اللَّهُ مَنْ يَشَاءُ وَيَهْدِي مَنْ يَشَاءُ ۚ وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَ ۚ وَمَا هِيَ إِلَّا ذِكْرَىٰ لِلْبَشَرِ [74:31]

31\. Biz Cəhənnəm gözətçi­lərini yal­nız mələklər­dən etdik və on­la­rın sa­yını on doqquz et­dik ki, bu, kafir­lər üçün ancaq bir sınaq ol­sun, özlə­rinə Kitab verilənlər yəqinlik hasil etsin­lər, iman gə­ti­rən­lə­rin ima­nı art­sın, Kitab ve­rilən­lər və mö­min­lər haqqa şübhə etmə­sin­lər və qəlblərində xəs­təlik olanlar və kafir­lər: “Allah bu mə­səllə nə demək istə­yir?”– desinlər. Allah istədiyi kimsəni belə az­dırır, is­­tədiyini də doğru yola yönəl­dir. Sə­nin Rəbbinin qo­şunları ba­rə­də yal­nız Özü bilir. Bu, bə­şəriyyət üçün ancaq bir xatır­latmadır.

### الآية 74:32

> ﻿كَلَّا وَالْقَمَرِ [74:32]

32\. Xeyr! And olsun aya!

### الآية 74:33

> ﻿وَاللَّيْلِ إِذْ أَدْبَرَ [74:33]

33\. And olsun dönüb uzaq­laşan ge­cəyə!

### الآية 74:34

> ﻿وَالصُّبْحِ إِذَا أَسْفَرَ [74:34]

34\. And olsun ağarmaqda olan sübh çağına!

### الآية 74:35

> ﻿إِنَّهَا لَإِحْدَى الْكُبَرِ [74:35]

35\. Doğrudan da o Cəhən­nəm ən bö­yük fəlakətdir,

### الآية 74:36

> ﻿نَذِيرًا لِلْبَشَرِ [74:36]

36\. həm bəşəriyyət üçün xə­bərdar­lıqdır,

### الآية 74:37

> ﻿لِمَنْ شَاءَ مِنْكُمْ أَنْ يَتَقَدَّمَ أَوْ يَتَأَخَّرَ [74:37]

37\. həm də sizlərdən yaxşı işlər görüb irəli çıxmaq və ya günah edib geriyə düş­mək is­tə­yənlər üçün.

### الآية 74:38

> ﻿كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِينَةٌ [74:38]

38\. Hər bir kəs qazan­dığı­nın giro­vuna çevrilir,

### الآية 74:39

> ﻿إِلَّا أَصْحَابَ الْيَمِينِ [74:39]

39\. sağ tərəf sahiblərindən başqa.

### الآية 74:40

> ﻿فِي جَنَّاتٍ يَتَسَاءَلُونَ [74:40]

40\. Onlar cən­nətlərdə bir-bir­lərindən soruşacaq­lar –

### الآية 74:41

> ﻿عَنِ الْمُجْرِمِينَ [74:41]

41\. günahkarlar barəsində.

### الآية 74:42

> ﻿مَا سَلَكَكُمْ فِي سَقَرَ [74:42]

42\. Sizi Səqərə salan nədir?

### الآية 74:43

> ﻿قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ [74:43]

43\. Onlar deyəcəklər: “Biz namaz qı­lanlardan deyildik.

### الآية 74:44

> ﻿وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِينَ [74:44]

44\. Kasıbı da yedizdirməz­dik.

### الآية 74:45

> ﻿وَكُنَّا نَخُوضُ مَعَ الْخَائِضِينَ [74:45]

45\. Batil sözlər danışanlarla birlikdə biz də danışardıq,

### الآية 74:46

> ﻿وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ الدِّينِ [74:46]

46\. və Haqq-hesab gününü yalan hesab edərdik –

### الآية 74:47

> ﻿حَتَّىٰ أَتَانَا الْيَقِينُ [74:47]

47\. ölüm yəqinliyi bizə gə­lə­nə qədər”.

### الآية 74:48

> ﻿فَمَا تَنْفَعُهُمْ شَفَاعَةُ الشَّافِعِينَ [74:48]

48\. Odur ki, şəfaət edən­lə­rin şəfaəti onlara fayda verməz.

### الآية 74:49

> ﻿فَمَا لَهُمْ عَنِ التَّذْكِرَةِ مُعْرِضِينَ [74:49]

49\. Onlara nə olub ki, nəsi­hətdən üz dön­dərirlər?

### الآية 74:50

> ﻿كَأَنَّهُمْ حُمُرٌ مُسْتَنْفِرَةٌ [74:50]

50\. Sanki ürküdülmüş vəhşi uzunqu­laqlardır ki,

### الآية 74:51

> ﻿فَرَّتْ مِنْ قَسْوَرَةٍ [74:51]

51\. ovçulardan yaxud aslan­dan qaçır­lar.

### الآية 74:52

> ﻿بَلْ يُرِيدُ كُلُّ امْرِئٍ مِنْهُمْ أَنْ يُؤْتَىٰ صُحُفًا مُنَشَّرَةً [74:52]

52\. Əksinə, onlardan hər bi­ri vəhy olunmuş səhifələrin məhz ona verilmə­sini istəyir.

### الآية 74:53

> ﻿كَلَّا ۖ بَلْ لَا يَخَافُونَ الْآخِرَةَ [74:53]

53\. Xeyr! Əksinə, onlar Axi­rətdən qorxmurlar.

### الآية 74:54

> ﻿كَلَّا إِنَّهُ تَذْكِرَةٌ [74:54]

54\. Xeyr! Bu Quran bir nə­sihətdir.

### الآية 74:55

> ﻿فَمَنْ شَاءَ ذَكَرَهُ [74:55]

55\. İstəyən onu xatır­layar.

### الآية 74:56

> ﻿وَمَا يَذْكُرُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ ۚ هُوَ أَهْلُ التَّقْوَىٰ وَأَهْلُ الْمَغْفِرَةِ [74:56]

56\. Bilin ki, Allah istəmə­dik­cə onlar xatırlaya bil­məz­lər. Müt­ləq qüd­rətindən qorxub çə­kin­məyə layiq olan da, bağış­la­mağa qadir olan da Odur!

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/74.md)
- [كل تفاسير سورة المدّثر
](https://quranpedia.net/surah-tafsir/74.md)
- [ترجمات سورة المدّثر
](https://quranpedia.net/translations/74.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/74/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
