---
title: "ترجمة سورة الإنسان - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/76/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/76/book/1983"
surah_id: "76"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة الإنسان - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/76/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الإنسان - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/76/book/1983*.

Translation of Surah الإنسان from "الترجمة الأذرية" in الأذرية.

### الآية 76:1

> هَلْ أَتَىٰ عَلَى الْإِنْسَانِ حِينٌ مِنَ الدَّهْرِ لَمْ يَكُنْ شَيْئًا مَذْكُورًا [76:1]

1\. Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir?

### الآية 76:2

> ﻿إِنَّا خَلَقْنَا الْإِنْسَانَ مِنْ نُطْفَةٍ أَمْشَاجٍ نَبْتَلِيهِ فَجَعَلْنَاهُ سَمِيعًا بَصِيرًا [76:2]

2\. İnsanı qarışdırılmış nüt­fə­dən ya­ra­daraq onu sınaqdan ke­çir­mək məqsə­dilə eşidən və gö­rən etdik.

### الآية 76:3

> ﻿إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا [76:3]

3\. Şübhəsiz ki, Biz ona yol göstər­dik! Fərqi yoxdur, ya şü­kür et­sin, ya da na­şükür olsun.

### الآية 76:4

> ﻿إِنَّا أَعْتَدْنَا لِلْكَافِرِينَ سَلَاسِلَ وَأَغْلَالًا وَسَعِيرًا [76:4]

4\. Doğrudan da, kafirlərdən ötrü zən­cirlər, buxovlar və alovlu bir atəş hazır­la­mışıq.

### الآية 76:5

> ﻿إِنَّ الْأَبْرَارَ يَشْرَبُونَ مِنْ كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُورًا [76:5]

5\. Sözsüz ki, yaxşılar ka­fur qatıl­mış şərabla dolu badə­dən içəcəklər.

### الآية 76:6

> ﻿عَيْنًا يَشْرَبُ بِهَا عِبَادُ اللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًا [76:6]

6\. Bu elə bir bulaqdır ki, Allahın qul­ları ondan doyunca içər və onun mənsə­bini istə­dik­ləri səmtə yönəldərlər.

### الآية 76:7

> ﻿يُوفُونَ بِالنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًا [76:7]

7\. Onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsı­dacaq gün­dən qor­xarlar.

### الآية 76:8

> ﻿وَيُطْعِمُونَ الطَّعَامَ عَلَىٰ حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا [76:8]

8\. Onlar özlərinin istə­dikləri şeylər­dən kasıba, yetimə, əsi­rə verər

### الآية 76:9

> ﻿إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنْكُمْ جَزَاءً وَلَا شُكُورًا [76:9]

9\. və deyərlər: “Biz sizi yal­nız Allahın Üzü xatirinə (ixlasla, savabını Allahdan umaraq) yedir­di­rik və siz­dən nə əvə­zini, nə də minnətdarlıq gözləyirik!

### الآية 76:10

> ﻿إِنَّا نَخَافُ مِنْ رَبِّنَا يَوْمًا عَبُوسًا قَمْطَرِيرًا [76:10]

10\. Əslində, biz, Rəbbimiz­dən gələ bilən çox kəskin və ağır bir gün­dən eh­tiyat edirik!”

### الآية 76:11

> ﻿فَوَقَاهُمُ اللَّهُ شَرَّ ذَٰلِكَ الْيَوْمِ وَلَقَّاهُمْ نَضْرَةً وَسُرُورًا [76:11]

11\. Bunun əvəzində Allah da onları həmin günün şərindən qo­ru­yar və on­lara gözəllik və sevinc nəsib edər;

### الآية 76:12

> ﻿وَجَزَاهُمْ بِمَا صَبَرُوا جَنَّةً وَحَرِيرًا [76:12]

12\. onlara səbir etdiklə­rinə gö­rə Cən­nəti bəxş edər və onları ora­da ge­yə­cəkləri ipəklə mü­ka­fat­lan­dırar.

### الآية 76:13

> ﻿مُتَّكِئِينَ فِيهَا عَلَى الْأَرَائِكِ ۖ لَا يَرَوْنَ فِيهَا شَمْسًا وَلَا زَمْهَرِيرًا [76:13]

13\. Onlar orada taxtlar üzə­rində mü­təkkələrə dirsəklənə­cək və ora­da nə gü­nəş, nə də şaxta görməyəcəklər.

### الآية 76:14

> ﻿وَدَانِيَةً عَلَيْهِمْ ظِلَالُهَا وَذُلِّلَتْ قُطُوفُهَا تَذْلِيلًا [76:14]

14\. Cənnət ağaclarının köl­gə­ləri özləri onlara yaxınlaşa­caq, mey­və­ləri də tam onların ixti­yarına veriləcək.

### الآية 76:15

> ﻿وَيُطَافُ عَلَيْهِمْ بِآنِيَةٍ مِنْ فِضَّةٍ وَأَكْوَابٍ كَانَتْ قَوَارِيرَا [76:15]

15\. Onların ətrafına təam­lar­la dolu gü­müşdən hazırlan­mış qab­lar və büllur qədəhlər do­landı­rılacaq.

### الآية 76:16

> ﻿قَوَارِيرَ مِنْ فِضَّةٍ قَدَّرُوهَا تَقْدِيرًا [76:16]

16\. Gümüşdən olan elə bül­lur qə­dəh­lər ki, xidmətçilər on­ları cən­nətdə­kilə­rin içmək istə­dikləri həcmdə hazırla­mışlar.

### الآية 76:17

> ﻿وَيُسْقَوْنَ فِيهَا كَأْسًا كَانَ مِزَاجُهَا زَنْجَبِيلًا [76:17]

17\. Orada onlara zəncəfil qa­­tılmış şərab badəsi də içir­di­lə­cək.

### الآية 76:18

> ﻿عَيْنًا فِيهَا تُسَمَّىٰ سَلْسَبِيلًا [76:18]

18\. Bu elə bir bulaqdandır ki, o, Cən­nətdə Səlsəbil adla­nır.

### الآية 76:19

> ﻿۞ وَيَطُوفُ عَلَيْهِمْ وِلْدَانٌ مُخَلَّدُونَ إِذَا رَأَيْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤًا مَنْثُورًا [76:19]

19\. Onların ətrafında həmi­şə gənc olan xidmətçi cavanlar do­la­na­caq­lar. On­ları gördükdə sə­pələn­miş mirvari dənə­ləri ol­duq­la­rı­nı sanarsan.

### الآية 76:20

> ﻿وَإِذَا رَأَيْتَ ثَمَّ رَأَيْتَ نَعِيمًا وَمُلْكًا كَبِيرًا [76:20]

20\. Cənnətdə hara baxsan ne­mət və əzəmətli səltənət ni­şa­nəsi gö­rər­sən.

### الآية 76:21

> ﻿عَالِيَهُمْ ثِيَابُ سُنْدُسٍ خُضْرٌ وَإِسْتَبْرَقٌ ۖ وَحُلُّوا أَسَاوِرَ مِنْ فِضَّةٍ وَسَقَاهُمْ رَبُّهُمْ شَرَابًا طَهُورًا [76:21]

21\. Onlar əyinlərinə taftadan və at­lazdan yaşıl paltarlar ge­yə­cək­lər. Onla­rın qoluna gü­müş bilərzik­lər bağlana­caq. On­la­rın Rəb­bi onlara tərtəmiz şərab içir­dəcək­.

### الآية 76:22

> ﻿إِنَّ هَٰذَا كَانَ لَكُمْ جَزَاءً وَكَانَ سَعْيُكُمْ مَشْكُورًا [76:22]

22\. Onlara deyiləcək: “Hə­qiqətən, bu sizə bir hədiy­yədir və sə­yi­niz təşək­kürə la­yiqdir”.

### الآية 76:23

> ﻿إِنَّا نَحْنُ نَزَّلْنَا عَلَيْكَ الْقُرْآنَ تَنْزِيلًا [76:23]

23\. Biz Quranı sənə hissə-hissə aramla nazil etdik.

### الآية 76:24

> ﻿فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تُطِعْ مِنْهُمْ آثِمًا أَوْ كَفُورًا [76:24]

24\. Belə ki, Rəbbinin qərar verəcə­yinə qədər səbir et və on­lar­dan heç bir günah­kara və ya nankora itaət etmə!

### الآية 76:25

> ﻿وَاذْكُرِ اسْمَ رَبِّكَ بُكْرَةً وَأَصِيلًا [76:25]

25\. Səhər-axşam Rəbbinin adını zikr et!

### الآية 76:26

> ﻿وَمِنَ اللَّيْلِ فَاسْجُدْ لَهُ وَسَبِّحْهُ لَيْلًا طَوِيلًا [76:26]

26\. Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müd­dət Onun şəninə təriflər de!

### الآية 76:27

> ﻿إِنَّ هَٰؤُلَاءِ يُحِبُّونَ الْعَاجِلَةَ وَيَذَرُونَ وَرَاءَهُمْ يَوْمًا ثَقِيلًا [76:27]

27\. Həqiqətən, bunlar ötə­ri dün­yanı üstün tutaraq qar­şı­la­rın­da­kı ağır günə etinasız yanaşırlar.

### الآية 76:28

> ﻿نَحْنُ خَلَقْنَاهُمْ وَشَدَدْنَا أَسْرَهُمْ ۖ وَإِذَا شِئْنَا بَدَّلْنَا أَمْثَالَهُمْ تَبْدِيلًا [76:28]

28\. Biz onları yaratdıq və xil­qətini möhkəmlətdik. Əgər is­təsək, on­ları öz­lərinə bən­zər­lə­ri ilə dəyiş­dirərik.

### الآية 76:29

> ﻿إِنَّ هَٰذِهِ تَذْكِرَةٌ ۖ فَمَنْ شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ سَبِيلًا [76:29]

29\. Həqiqətən, bu bir ibrət­dir. İstə­yən, Rəbbinə doğru apa­ran bir yol tu­tar.

### الآية 76:30

> ﻿وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ ۚ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا [76:30]

30\. Amma Allah istəmə­yin­cə, siz istəyə bilməzsiniz! Hə­qiqə­tən, Allah hər şeyi biləndir, hikmət sahibidir!

### الآية 76:31

> ﻿يُدْخِلُ مَنْ يَشَاءُ فِي رَحْمَتِهِ ۚ وَالظَّالِمِينَ أَعَدَّ لَهُمْ عَذَابًا أَلِيمًا [76:31]

31\. O, istədiyini Öz mərhə­mə­tinə qovuşdurar. Zalımlara isə, O, ağ­rılı-acılı əzab hazır­la­mış­dır.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/76.md)
- [كل تفاسير سورة الإنسان
](https://quranpedia.net/surah-tafsir/76.md)
- [ترجمات سورة الإنسان
](https://quranpedia.net/translations/76.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/76/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
