---
title: "ترجمة سورة المرسلات - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/77/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/77/book/1983"
surah_id: "77"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة المرسلات - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/77/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة المرسلات - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/77/book/1983*.

Translation of Surah المرسلات from "الترجمة الأذرية" in الأذرية.

### الآية 77:1

> وَالْمُرْسَلَاتِ عُرْفًا [77:1]

1\. And olsun xeyirlə göndə­rilənlərə

### الآية 77:2

> ﻿فَالْعَاصِفَاتِ عَصْفًا [77:2]

2\. və şiddətlə əsənlərə!

### الآية 77:3

> ﻿وَالنَّاشِرَاتِ نَشْرًا [77:3]

3\. And olsun Allahın əmrini yaydıqca yayanlara,

### الآية 77:4

> ﻿فَالْفَارِقَاتِ فَرْقًا [77:4]

4\. haqqı nahaqdan ayırdıqca ayıran­lara

### الآية 77:5

> ﻿فَالْمُلْقِيَاتِ ذِكْرًا [77:5]

5\. və zikri çatdıranlara –

### الآية 77:6

> ﻿عُذْرًا أَوْ نُذْرًا [77:6]

6\. üzr diləmək və ya qor­xut­maq üçün çatdıranlara!

### الآية 77:7

> ﻿إِنَّمَا تُوعَدُونَ لَوَاقِعٌ [77:7]

7\. Sizə vəd edilmiş Qiyamət mütləq vaqe olacaq­.

### الآية 77:8

> ﻿فَإِذَا النُّجُومُ طُمِسَتْ [77:8]

8\. Ulduzlar sönəcəyi zaman;

### الآية 77:9

> ﻿وَإِذَا السَّمَاءُ فُرِجَتْ [77:9]

9\. Göy yarılacağı zaman;

### الآية 77:10

> ﻿وَإِذَا الْجِبَالُ نُسِفَتْ [77:10]

10\. Dağlar dağılacağı zaman;

### الآية 77:11

> ﻿وَإِذَا الرُّسُلُ أُقِّتَتْ [77:11]

11\. Ümmətlərinə şahidlik etmələri üçün elçilərə vaxt tə­yin edilə­cəyi zaman

### الآية 77:12

> ﻿لِأَيِّ يَوْمٍ أُجِّلَتْ [77:12]

12\. deyiləcək: “Bunlara ve­rilmiş möhlət hansı günə qə­dər­dir?”

### الآية 77:13

> ﻿لِيَوْمِ الْفَصْلِ [77:13]

13\. Cavabında deyiləcək: “Ayırd etmə günü­nədək!”

### الآية 77:14

> ﻿وَمَا أَدْرَاكَ مَا يَوْمُ الْفَصْلِ [77:14]

14\. Sən ayırd etmə gününün nə ol­duğunu bilirsənmi?

### الآية 77:15

> ﻿وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ [77:15]

15\. O gün Qiyaməti yalan sayanla­rın vay halına!

### الآية 77:16

> ﻿أَلَمْ نُهْلِكِ الْأَوَّلِينَ [77:16]

16\. Məgər Biz ilk nəsilləri həlak et­mədikmi?!

### الآية 77:17

> ﻿ثُمَّ نُتْبِعُهُمُ الْآخِرِينَ [77:17]

17\. Sonrakıları da onlara qa­tacağıq.

### الآية 77:18

> ﻿كَذَٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ [77:18]

18\. Biz günah sahibləri ilə belə dav­ranırıq.

### الآية 77:19

> ﻿وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ [77:19]

19\. O gün Qiyaməti yalan sayanla­rın vay halına!

### الآية 77:20

> ﻿أَلَمْ نَخْلُقْكُمْ مِنْ مَاءٍ مَهِينٍ [77:20]

20\. Məgər Biz sizi dəyərsiz bir sudan xəlq etmə­dikmi?

### الآية 77:21

> ﻿فَجَعَلْنَاهُ فِي قَرَارٍ مَكِينٍ [77:21]

21\. Biz onu etibarlı bir yer­də yerləş­dirmədikmi –

### الآية 77:22

> ﻿إِلَىٰ قَدَرٍ مَعْلُومٍ [77:22]

22\. məlum bir vaxta kimi?

### الآية 77:23

> ﻿فَقَدَرْنَا فَنِعْمَ الْقَادِرُونَ [77:23]

23\. Biz nütfəni yaratmağa qa­dir olduq. Nə gözəl Qadir olan­lar­ıq Biz!

### الآية 77:24

> ﻿وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ [77:24]

24\. O gün Qiyaməti yalan sayanla­rın vay halına!

### الآية 77:25

> ﻿أَلَمْ نَجْعَلِ الْأَرْضَ كِفَاتًا [77:25]

25\. Məgər Biz yeri məskən et­mə­dikmi –

### الآية 77:26

> ﻿أَحْيَاءً وَأَمْوَاتًا [77:26]

26\. dirilər və ölülərə?

### الآية 77:27

> ﻿وَجَعَلْنَا فِيهَا رَوَاسِيَ شَامِخَاتٍ وَأَسْقَيْنَاكُمْ مَاءً فُرَاتًا [77:27]

27\. Orada möhkəm daya­nan uca dağ­lar yaratmadıqmı və si­zə şi­rin sulardan içirtmədikmi?

### الآية 77:28

> ﻿وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ [77:28]

28\. O gün Qiyaməti yalan sayanla­rın vay halına!

### الآية 77:29

> ﻿انْطَلِقُوا إِلَىٰ مَا كُنْتُمْ بِهِ تُكَذِّبُونَ [77:29]

29\. Onlara belə deyiləcək: “Ge­din yalan hesab etdiyiniz Cə­hən­nə­mə!

### الآية 77:30

> ﻿انْطَلِقُوا إِلَىٰ ظِلٍّ ذِي ثَلَاثِ شُعَبٍ [77:30]

30\. Üç qola ayrılan kölgə­liyə ge­din!”

### الآية 77:31

> ﻿لَا ظَلِيلٍ وَلَا يُغْنِي مِنَ اللَّهَبِ [77:31]

31\. Ora nə kölgə salır, nə də alovdan qoruyur.

### الآية 77:32

> ﻿إِنَّهَا تَرْمِي بِشَرَرٍ كَالْقَصْرِ [77:32]

32\. Cəhənnəm hərəsi hündür imarət həcmində qığılcımlar püs­kü­rür.

### الآية 77:33

> ﻿كَأَنَّهُ جِمَالَتٌ صُفْرٌ [77:33]

33\. Onlar sanki sarı dəvə­lər­dir.

### الآية 77:34

> ﻿وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ [77:34]

34\. O gün Qiyaməti yalan sayanla­rın vay halına!

### الآية 77:35

> ﻿هَٰذَا يَوْمُ لَا يَنْطِقُونَ [77:35]

35\. Bu, günahkarların danışa bilmə­yəcəkləri bir gündür.

### الآية 77:36

> ﻿وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ [77:36]

36\. Onlara üzrxahlıq üçün izin belə verilməyəcək.

### الآية 77:37

> ﻿وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ [77:37]

37\. O gün Qiyaməti yalan sayanla­rın vay halına!

### الآية 77:38

> ﻿هَٰذَا يَوْمُ الْفَصْلِ ۖ جَمَعْنَاكُمْ وَالْأَوَّلِينَ [77:38]

38\. Bu gün, haqqı batildən ayırd etmə günüdür. Ey kafir­lər! Biz həm sizi, həm də əv­vəlkiləri bir yerə cəm etdik!

### الآية 77:39

> ﻿فَإِنْ كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ [77:39]

39\. Əgər hiyləniz varsa, Mə­nə qarşı işlədin!

### الآية 77:40

> ﻿وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ [77:40]

40\. O gün Qiyaməti yalan sayanla­rın vay halına!

### الآية 77:41

> ﻿إِنَّ الْمُتَّقِينَ فِي ظِلَالٍ وَعُيُونٍ [77:41]

41\. Şübhəsiz ki, müttəqilər kölgəlik­lərdə, çeşmələr başında

### الآية 77:42

> ﻿وَفَوَاكِهَ مِمَّا يَشْتَهُونَ [77:42]

42\. və istədikləri meyvələr içində ola­caqlar.

### الآية 77:43

> ﻿كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنْتُمْ تَعْمَلُونَ [77:43]

43\. Onlara deyiləcək: “Xeyir­xah əməl­lərinizə görə nuşcan­lıqla ye­yin-için!

### الآية 77:44

> ﻿إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ [77:44]

44\. Şübhəsiz ki, Biz yaxşı əməl sahib­lərini belə müka­fat­lan­dı­rı­rıq!”

### الآية 77:45

> ﻿وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ [77:45]

45\. O gün Qiyaməti yalan sayanla­rın vay halına!

### الآية 77:46

> ﻿كُلُوا وَتَمَتَّعُوا قَلِيلًا إِنَّكُمْ مُجْرِمُونَ [77:46]

46\. Kafirlərə deyiləcək: “Ye­yin və bir az əylənin! Həqiqə­tən, siz gü­nahkarsınız!

### الآية 77:47

> ﻿وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ [77:47]

O gün Qiyaməti yalan sayanla-rın vay halına!

### الآية 77:48

> ﻿وَإِذَا قِيلَ لَهُمُ ارْكَعُوا لَا يَرْكَعُونَ [77:48]

48\. Onlara: “Rüku edin!”– de­yildiyi zaman rüku etməzlər.

### الآية 77:49

> ﻿وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ [77:49]

49\. O gün Qiyaməti yalan sayanla­rın vay halına!

### الآية 77:50

> ﻿فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ [77:50]

50\. Onlar bu Qurandan son­ra hansı sözə inana­caqlar?

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/77.md)
- [كل تفاسير سورة المرسلات
](https://quranpedia.net/surah-tafsir/77.md)
- [ترجمات سورة المرسلات
](https://quranpedia.net/translations/77.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/77/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
