---
title: "ترجمة سورة النبأ - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/78/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/78/book/1983"
surah_id: "78"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة النبأ - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/78/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة النبأ - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/78/book/1983*.

Translation of Surah النبأ from "الترجمة الأذرية" in الأذرية.

### الآية 78:1

> عَمَّ يَتَسَاءَلُونَ [78:1]

1\. Onlar nə barədə bir-bi­rin­dən so­ru­şurlar?

### الآية 78:2

> ﻿عَنِ النَّبَإِ الْعَظِيمِ [78:2]

2\. Böyük bir xəbər barə­sin­də –

### الآية 78:3

> ﻿الَّذِي هُمْ فِيهِ مُخْتَلِفُونَ [78:3]

3\. elə bir xəbər ki, onlar onun haq­qında ziddiyyətdə­dirlər.

### الآية 78:4

> ﻿كَلَّا سَيَعْلَمُونَ [78:4]

4\. Xeyr, onlar Qiyamətin hə­qiqət oldu­ğunu hökmən bilə­cək­lər!

### الآية 78:5

> ﻿ثُمَّ كَلَّا سَيَعْلَمُونَ [78:5]

5\. Bir daha xeyr! Onlar hök­mən bilə­cəklər!

### الآية 78:6

> ﻿أَلَمْ نَجْعَلِ الْأَرْضَ مِهَادًا [78:6]

6\. Məgər Biz yeri yataq et­mədikmi?

### الآية 78:7

> ﻿وَالْجِبَالَ أَوْتَادًا [78:7]

7\. Dağları da payalar?

### الآية 78:8

> ﻿وَخَلَقْنَاكُمْ أَزْوَاجًا [78:8]

8\. Biz sizi cüt yaratdıq.

### الآية 78:9

> ﻿وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا [78:9]

9\. Yuxunuzu da sizin üçün rahatlıq etdik.

### الآية 78:10

> ﻿وَجَعَلْنَا اللَّيْلَ لِبَاسًا [78:10]

10\. Gecəni örtük etdik,

### الآية 78:11

> ﻿وَجَعَلْنَا النَّهَارَ مَعَاشًا [78:11]

11\. gündüzü isə ruzi qazan­maq vaxtı.

### الآية 78:12

> ﻿وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا [78:12]

12\. Üstünüzdə yeddi möh­kəm göy qurduq

### الآية 78:13

> ﻿وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا [78:13]

13\. və çox parlaq bir çıraq ya­ratdıq.

### الآية 78:14

> ﻿وَأَنْزَلْنَا مِنَ الْمُعْصِرَاتِ مَاءً ثَجَّاجًا [78:14]

14\. Biz buludlardan şırıl­-şırıl axan yağmur endirdik ki,

### الآية 78:15

> ﻿لِنُخْرِجَ بِهِ حَبًّا وَنَبَاتًا [78:15]

15\. onunla toxum və digər bit­kilər ye­tiş­dirək,

### الآية 78:16

> ﻿وَجَنَّاتٍ أَلْفَافًا [78:16]

16\. habelə ağaclarının qol-bu­daqları bir-birinə sarmaşan bağ­lar sa­laq.

### الآية 78:17

> ﻿إِنَّ يَوْمَ الْفَصْلِ كَانَ مِيقَاتًا [78:17]

17\. Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edil­mişdir!

### الآية 78:18

> ﻿يَوْمَ يُنْفَخُ فِي الصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا [78:18]

18\. Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksi­niz.

### الآية 78:19

> ﻿وَفُتِحَتِ السَّمَاءُ فَكَانَتْ أَبْوَابًا [78:19]

19\. O gün göyün qapıları açılacaq.

### الآية 78:20

> ﻿وَسُيِّرَتِ الْجِبَالُ فَكَانَتْ سَرَابًا [78:20]

20\. Dağlar da hərəkətə gəti­rilib il­ğıma çevriləcək.

### الآية 78:21

> ﻿إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا [78:21]

21\. Həqiqətən, Cəhənnəm pusquda daya­nıb kafirləri göz­ləyir.

### الآية 78:22

> ﻿لِلطَّاغِينَ مَآبًا [78:22]

22\. O, həddi aşanların qayı­dacağı yerdir.

### الآية 78:23

> ﻿لَابِثِينَ فِيهَا أَحْقَابًا [78:23]

23\. Onlar orada əsrlər boyu qala­caq­lar.

### الآية 78:24

> ﻿لَا يَذُوقُونَ فِيهَا بَرْدًا وَلَا شَرَابًا [78:24]

24\. Onlar orada nə bir sə­rin­lik, nə də sərinləşdirici içki da­da­caq­lar.

### الآية 78:25

> ﻿إِلَّا حَمِيمًا وَغَسَّاقًا [78:25]

25\. İçdikləri yalnız qaynar su və irin olacaq –

### الآية 78:26

> ﻿جَزَاءً وِفَاقًا [78:26]

26\. törətdikləri əməllərinə uy­ğun bir cəza kimi.

### الآية 78:27

> ﻿إِنَّهُمْ كَانُوا لَا يَرْجُونَ حِسَابًا [78:27]

27\. Çünki, onlar haqq-he­sab çəki­lə­cəyini güman et­mir­di­lər.

### الآية 78:28

> ﻿وَكَذَّبُوا بِآيَاتِنَا كِذَّابًا [78:28]

28\. Ayələrimizi də qətiy­yət­lə təkzib edirdilər.

### الآية 78:29

> ﻿وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ كِتَابًا [78:29]

29\. Biz hər bir şeyi hesab­la­yıb yaz­mışıq.

### الآية 78:30

> ﻿فَذُوقُوا فَلَنْ نَزِيدَكُمْ إِلَّا عَذَابًا [78:30]

30\. Elə isə dadın əzabı! Biz sizə əzab­dan başqa bir şey ar­tır­ma­ya­­cağıq!

### الآية 78:31

> ﻿إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا [78:31]

31\. Həqiqətən, müttəqilər üçün nicat yeri vardır.

### الآية 78:32

> ﻿حَدَائِقَ وَأَعْنَابًا [78:32]

32\. Həmçinin bağlar və üzüm­lüklər,

### الآية 78:33

> ﻿وَكَوَاعِبَ أَتْرَابًا [78:33]

33\. dolğun döşlü həmyaşıd qızlar

### الآية 78:34

> ﻿وَكَأْسًا دِهَاقًا [78:34]

34\. və ləbələb doldurulmuş qədəhlər də vardır!

### الآية 78:35

> ﻿لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّابًا [78:35]

35\. Onlar orada nə mənasız sözlər, nə də iftira eşidə­cəklər.

### الآية 78:36

> ﻿جَزَاءً مِنْ رَبِّكَ عَطَاءً حِسَابًا [78:36]

36\. Bunlar sənin Rəbbindən olan mü­kafatlar, artıq­laması ilə ve­ri­lən töhfə­lərdir.

### الآية 78:37

> ﻿رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا الرَّحْمَٰنِ ۖ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًا [78:37]

37\. Göylərin, yerin və onla­rın ara­sın­da olanların Rəb­bi ər-Rəhmanın mü­kafatdır. On­lar Allahın hü­zu­run­da bir söz deməyə qa­dir ol­maya­caqlar.

### الآية 78:38

> ﻿يَوْمَ يَقُومُ الرُّوحُ وَالْمَلَائِكَةُ صَفًّا ۖ لَا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَٰنُ وَقَالَ صَوَابًا [78:38]

38\. Ruh Cəbrail və mələk­lər səf-səf duracağı gün, ər-Rəhmanın izin verdiyi kim­sə­lər­dən və doğru söz de­yən­lər­dən başqa heç kəs danışma­ya­caq.

### الآية 78:39

> ﻿ذَٰلِكَ الْيَوْمُ الْحَقُّ ۖ فَمَنْ شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ مَآبًا [78:39]

39\. O gün, gerçək bir gün­dür. Kim is­təsə öz Rəbbi yanında sı­ğı­na­caq ta­par!

### الآية 78:40

> ﻿إِنَّا أَنْذَرْنَاكُمْ عَذَابًا قَرِيبًا يَوْمَ يَنْظُرُ الْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ الْكَافِرُ يَا لَيْتَنِي كُنْتُ تُرَابًا [78:40]

40\. Həqiqətən, Biz sizi ya­xın əzab barədə xəbərdar etdik. O gün in­san öz əlləri ilə nələr et­diyini görəcək, kafir isə deyə­cək­dir: “Kaş mən torpaq olay­dım!”

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/78.md)
- [كل تفاسير سورة النبأ
](https://quranpedia.net/surah-tafsir/78.md)
- [ترجمات سورة النبأ
](https://quranpedia.net/translations/78.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/78/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
