---
title: "ترجمة سورة النازعات - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/79/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/79/book/1983"
surah_id: "79"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة النازعات - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/79/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة النازعات - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/79/book/1983*.

Translation of Surah النازعات from "الترجمة الأذرية" in الأذرية.

### الآية 79:1

> وَالنَّازِعَاتِ غَرْقًا [79:1]

1\. And olsun kafirlərin ca­nı­nı zorla alanlara!

### الآية 79:2

> ﻿وَالنَّاشِطَاتِ نَشْطًا [79:2]

2\. And olsun möminlərin ca­nını ra­hat­lıqla alan­lara!

### الآية 79:3

> ﻿وَالسَّابِحَاتِ سَبْحًا [79:3]

3\. And olsun göydə üzdükcə üzən­lərə!

### الآية 79:4

> ﻿فَالسَّابِقَاتِ سَبْقًا [79:4]

4\. And olsun ötdük­cə ötən­lərə!

### الآية 79:5

> ﻿فَالْمُدَبِّرَاتِ أَمْرًا [79:5]

5\. And olsun buyruqları ye­rinə ye­ti­rənlərə!

### الآية 79:6

> ﻿يَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ [79:6]

6\. O gün lərzəyə gələn lər­zə­lənəcək,

### الآية 79:7

> ﻿تَتْبَعُهَا الرَّادِفَةُ [79:7]

7\. onun ardınca təkrar lər­zə­lənəcək.

### الآية 79:8

> ﻿قُلُوبٌ يَوْمَئِذٍ وَاجِفَةٌ [79:8]

8\. Həmin gün qəlblər qor­xudan tir-tir əsəcək.

### الآية 79:9

> ﻿أَبْصَارُهَا خَاشِعَةٌ [79:9]

9\. Bu qəlb sahiblərinin göz­lə­ri zəlil gör­kəm alacaq­.

### الآية 79:10

> ﻿يَقُولُونَ أَإِنَّا لَمَرْدُودُونَ فِي الْحَافِرَةِ [79:10]

10\. Onlar deyirlər: “Yəni biz yenidən bundan qabaqkı halı­mıza dön­dərilə­­cəyik?

### الآية 79:11

> ﻿أَإِذَا كُنَّا عِظَامًا نَخِرَةً [79:11]

11\. Sümüklərimiz çürüdük­dən son­ra?”

### الآية 79:12

> ﻿قَالُوا تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌ [79:12]

12\. Onlar dedilər: “Belə ol­duğu halda bu, zərərli bir qa­yı­dış­dır”.

### الآية 79:13

> ﻿فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ [79:13]

13\. O surun üfürülməsi təkcə qorxunc bir səs­dir.

### الآية 79:14

> ﻿فَإِذَا هُمْ بِالسَّاهِرَةِ [79:14]

14\. O vaxt onlar ləngimədən qəbir­lə­rindən yerin sət­hinə çı­xa­caq­lar.

### الآية 79:15

> ﻿هَلْ أَتَاكَ حَدِيثُ مُوسَىٰ [79:15]

15\. Musanın hadisəsi sənə yetiş­dimi?

### الآية 79:16

> ﻿إِذْ نَادَاهُ رَبُّهُ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى [79:16]

16\. O zaman Rəbbi onu mü­qəddəs Tuva vadisində səslə­yib de­miş­di:

### الآية 79:17

> ﻿اذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ [79:17]

17\. “Fironun yanına yollan! O, həd­dini çox aşmışdır.

### الآية 79:18

> ﻿فَقُلْ هَلْ لَكَ إِلَىٰ أَنْ تَزَكَّىٰ [79:18]

18\. De: “Günahlardan xilas ol­maq is­təyirsənmi?

### الآية 79:19

> ﻿وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ [79:19]

19\. Səni Rəbbinə doğru yö­nəldimmi ki, On­dan qorxub çə­ki­nə­sən?”

### الآية 79:20

> ﻿فَأَرَاهُ الْآيَةَ الْكُبْرَىٰ [79:20]

20\. Musa ən böyük möcü­zə­ni Firona göstərdi.

### الآية 79:21

> ﻿فَكَذَّبَ وَعَصَىٰ [79:21]

21\. O isə haqqı yalan sayıb asi oldu.

### الآية 79:22

> ﻿ثُمَّ أَدْبَرَ يَسْعَىٰ [79:22]

22\. Sonra da üz döndərib fəsad törət­məyə girişdi.

### الآية 79:23

> ﻿فَحَشَرَ فَنَادَىٰ [79:23]

23\. O, camaatını toplayıb on­lara hün­dür səslə müraciət edərək

### الآية 79:24

> ﻿فَقَالَ أَنَا رَبُّكُمُ الْأَعْلَىٰ [79:24]

24\. dedi: “Sizin ən uca rəb­biniz mə­nəm!”

### الآية 79:25

> ﻿فَأَخَذَهُ اللَّهُ نَكَالَ الْآخِرَةِ وَالْأُولَىٰ [79:25]

25\. Belə olduqda, Allah da onu dünya və Axirət əzabı ilə ya­xa­la­dı.

### الآية 79:26

> ﻿إِنَّ فِي ذَٰلِكَ لَعِبْرَةً لِمَنْ يَخْشَىٰ [79:26]

26\. Həqiqətən, bunda Allah­dan qor­xanlardan ötrü işarə var.

### الآية 79:27

> ﻿أَأَنْتُمْ أَشَدُّ خَلْقًا أَمِ السَّمَاءُ ۚ بَنَاهَا [79:27]

27\. Sizin yaradılışınız çətin­dir, yoxsa göyün? Allah onu qurdu,

### الآية 79:28

> ﻿رَفَعَ سَمْكَهَا فَسَوَّاهَا [79:28]

28\. onun qübbəsini yüksəlt­di və dü­zəldib kamilləşdirdi,

### الآية 79:29

> ﻿وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَاهَا [79:29]

29\. gecəsini qaranlıq edib, səhərini də nurlandırdı.

### الآية 79:30

> ﻿وَالْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَاهَا [79:30]

30\. Sonra yeri döşəyib,

### الآية 79:31

> ﻿أَخْرَجَ مِنْهَا مَاءَهَا وَمَرْعَاهَا [79:31]

31\. onda su və otlaq yaratdı,

### الآية 79:32

> ﻿وَالْجِبَالَ أَرْسَاهَا [79:32]

32\. dağları da yerə bərkitdi.

### الآية 79:33

> ﻿مَتَاعًا لَكُمْ وَلِأَنْعَامِكُمْ [79:33]

33\. Bunlar sizin və mal-qa­ra­nızın fay­dalanmasından ötrü­dür.

### الآية 79:34

> ﻿فَإِذَا جَاءَتِ الطَّامَّةُ الْكُبْرَىٰ [79:34]

34\. Ən böyük fəlakətin gəl­diyi zaman –

### الآية 79:35

> ﻿يَوْمَ يَتَذَكَّرُ الْإِنْسَانُ مَا سَعَىٰ [79:35]

35\. o gün insan törətdikləri­ni xatırla­yacaq.

### الآية 79:36

> ﻿وَبُرِّزَتِ الْجَحِيمُ لِمَنْ يَرَىٰ [79:36]

36\. Cəhənnəm isə hər gör­mə qabiliy­yəti olan adama gös­tə­ri­lə­cək­.

### الآية 79:37

> ﻿فَأَمَّا مَنْ طَغَىٰ [79:37]

37\. Kim həddi aşmışsa,

### الآية 79:38

> ﻿وَآثَرَ الْحَيَاةَ الدُّنْيَا [79:38]

38\. dünya həyatını axirətdən üstün bilmişsə,

### الآية 79:39

> ﻿فَإِنَّ الْجَحِيمَ هِيَ الْمَأْوَىٰ [79:39]

39\. şübhəsiz ki, onun gedəcəyi yer Cəhənnəmdir.

### الآية 79:40

> ﻿وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَهَى النَّفْسَ عَنِ الْهَوَىٰ [79:40]

40\. Ancaq kim Rəbbinin hü­zuruna gələcəyindən qorxmuş və nəf­sinə ehti­rası yasaq et­miş­sə,

### الآية 79:41

> ﻿فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَىٰ [79:41]

41\. həqiqətən, onun gedəcəyi yer Cənnətdir.

### الآية 79:42

> ﻿يَسْأَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا [79:42]

42\. Səndən o Saat barə­sin­də: “O nə vaxt qopacaq?”– deyə so­ru­şur­lar.

### الآية 79:43

> ﻿فِيمَ أَنْتَ مِنْ ذِكْرَاهَا [79:43]

43\. Axı sən onu haradan bi­ləsən?!

### الآية 79:44

> ﻿إِلَىٰ رَبِّكَ مُنْتَهَاهَا [79:44]

44\. Onu kamil bilmək sənin Rəbbinə aiddir.

### الآية 79:45

> ﻿إِنَّمَا أَنْتَ مُنْذِرُ مَنْ يَخْشَاهَا [79:45]

45\. Sən yalnız ondan qor­xa­nı xəbər­dar edənsən.

### الآية 79:46

> ﻿كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوا إِلَّا عَشِيَّةً أَوْ ضُحَاهَا [79:46]

46\. Onlar Qiyaməti gördük­ləri an dünyada yalnız bir ax­şam ça­ğı, yaxud bir səhər qə­dər qaldıqlarını güman edə­cəklər!

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/79.md)
- [كل تفاسير سورة النازعات
](https://quranpedia.net/surah-tafsir/79.md)
- [ترجمات سورة النازعات
](https://quranpedia.net/translations/79.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/79/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
