---
title: "ترجمة سورة عبس - Alikhan Musayev - Azerbaijani translation (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/80/book/13642.md"
canonical: "https://quranpedia.net/surah/1/80/book/13642"
surah_id: "80"
book_id: "13642"
book_name: "Alikhan Musayev - Azerbaijani translation"
type: "translation"
---

# ترجمة سورة عبس - Alikhan Musayev - Azerbaijani translation (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/80/book/13642)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة عبس - Alikhan Musayev - Azerbaijani translation (الأذرية) — https://quranpedia.net/surah/1/80/book/13642*.

Translation of Surah عبس from "Alikhan Musayev - Azerbaijani translation" in الأذرية.

### الآية 80:1

> عَبَسَ وَتَوَلَّىٰ [80:1]

---

عَبَسَ وَتَوَلَّىٰٓ


O qaşqabağını sallayıb üzünü yana çevirdi –

---

### الآية 80:2

> ﻿أَنْ جَاءَهُ الْأَعْمَىٰ [80:2]

أَن جَآءَهُ ٱلۡأَعۡمَىٰ


yanına bir korun gəlməsinə görə.

---

### الآية 80:3

> ﻿وَمَا يُدْرِيكَ لَعَلَّهُ يَزَّكَّىٰ [80:3]

وَمَا يُدۡرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ


Nə bilirdin ki, bəlkə o günahlardan təmizlənəcəkdi

---

### الآية 80:4

> ﻿أَوْ يَذَّكَّرُ فَتَنْفَعَهُ الذِّكْرَىٰ [80:4]

أَوۡ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكۡرَىٰٓ


və yaxud nəsihət dinləyib faydalanacaqdı.

---

### الآية 80:5

> ﻿أَمَّا مَنِ اسْتَغْنَىٰ [80:5]

أَمَّا مَنِ ٱسۡتَغۡنَىٰ


Nəsihətə ehtiyacı olmayana gəlincə isə –

---

### الآية 80:6

> ﻿فَأَنْتَ لَهُ تَصَدَّىٰ [80:6]

فَأَنتَ لَهُۥ تَصَدَّىٰ


sən ona diqqət yetirirsən.

---

### الآية 80:7

> ﻿وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّىٰ [80:7]

وَمَا عَلَيۡكَ أَلَّا يَزَّكَّىٰ


Onun təmizlənməməyinin sənə bir dəxli yoxdur.

---

### الآية 80:8

> ﻿وَأَمَّا مَنْ جَاءَكَ يَسْعَىٰ [80:8]

وَأَمَّا مَن جَآءَكَ يَسۡعَىٰ


Səy göstərib sənin yanına gələn,

---

### الآية 80:9

> ﻿وَهُوَ يَخْشَىٰ [80:9]

وَهُوَ يَخۡشَىٰ


Allahdan qorxan kimsəyə gəlincə,

---

### الآية 80:10

> ﻿فَأَنْتَ عَنْهُ تَلَهَّىٰ [80:10]

فَأَنتَ عَنۡهُ تَلَهَّىٰ


ona məhəl qoymursan!

---

### الآية 80:11

> ﻿كَلَّا إِنَّهَا تَذْكِرَةٌ [80:11]

كَلَّآ إِنَّهَا تَذۡكِرَةٞ


Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir.

---

### الآية 80:12

> ﻿فَمَنْ شَاءَ ذَكَرَهُ [80:12]

فَمَن شَآءَ ذَكَرَهُۥ


Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın.

---

### الآية 80:13

> ﻿فِي صُحُفٍ مُكَرَّمَةٍ [80:13]

فِي صُحُفٖ مُّكَرَّمَةٖ


Bu Quran kəramətli səhifələrdədir,

---

### الآية 80:14

> ﻿مَرْفُوعَةٍ مُطَهَّرَةٍ [80:14]

مَّرۡفُوعَةٖ مُّطَهَّرَةِۭ


yüksək və pak səhifələrdədir.

---

### الآية 80:15

> ﻿بِأَيْدِي سَفَرَةٍ [80:15]

بِأَيۡدِي سَفَرَةٖ


Bu səhifələr elçilərin əllərində –

---

### الآية 80:16

> ﻿كِرَامٍ بَرَرَةٍ [80:16]

كِرَامِۭ بَرَرَةٖ


möhtərəm və müti olanların əllərindədir.

---

### الآية 80:17

> ﻿قُتِلَ الْإِنْسَانُ مَا أَكْفَرَهُ [80:17]

قُتِلَ ٱلۡإِنسَٰنُ مَآ أَكۡفَرَهُۥ


Qoy ölsün kafir insan! O necə də nankordur!

---

### الآية 80:18

> ﻿مِنْ أَيِّ شَيْءٍ خَلَقَهُ [80:18]

مِنۡ أَيِّ شَيۡءٍ خَلَقَهُۥ


Qoy baxıb görsün Allah onu nədən yaradıb?

---

### الآية 80:19

> ﻿مِنْ نُطْفَةٍ خَلَقَهُ فَقَدَّرَهُ [80:19]

مِن نُّطۡفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ


Allah onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı.

---

### الآية 80:20

> ﻿ثُمَّ السَّبِيلَ يَسَّرَهُ [80:20]

ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ


Sonra da onun yolunu asanlaşdırdı.

---

### الآية 80:21

> ﻿ثُمَّ أَمَاتَهُ فَأَقْبَرَهُ [80:21]

ثُمَّ أَمَاتَهُۥ فَأَقۡبَرَهُۥ


Sonra onu öldürüb qəbirə yerləşdirdi.

---

### الآية 80:22

> ﻿ثُمَّ إِذَا شَاءَ أَنْشَرَهُ [80:22]

ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ


İstədiyi bir zaman onu dirildəcəkdir.

---

### الآية 80:23

> ﻿كَلَّا لَمَّا يَقْضِ مَا أَمَرَهُ [80:23]

كَلَّا لَمَّا يَقۡضِ مَآ أَمَرَهُۥ


Xeyr! O, hələ də Allahın ona buyurduğunu yerinə yetirməmişdir.

---

### الآية 80:24

> ﻿فَلْيَنْظُرِ الْإِنْسَانُ إِلَىٰ طَعَامِهِ [80:24]

فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ إِلَىٰ طَعَامِهِۦٓ


Qoy insan yediyinə diqqət yetirsin bir az!

---

### الآية 80:25

> ﻿أَنَّا صَبَبْنَا الْمَاءَ صَبًّا [80:25]

أَنَّا صَبَبۡنَا ٱلۡمَآءَ صَبّٗا


Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq.

---

### الآية 80:26

> ﻿ثُمَّ شَقَقْنَا الْأَرْضَ شَقًّا [80:26]

ثُمَّ شَقَقۡنَا ٱلۡأَرۡضَ شَقّٗا


Sonra da yeri çat-çat yarıb

---

### الآية 80:27

> ﻿فَأَنْبَتْنَا فِيهَا حَبًّا [80:27]

فَأَنۢبَتۡنَا فِيهَا حَبّٗا


orada taxıl yetişdiririk.

---

### الآية 80:28

> ﻿وَعِنَبًا وَقَضْبًا [80:28]

وَعِنَبٗا وَقَضۡبٗا


Habelə üzüm və yonca,

---

### الآية 80:29

> ﻿وَزَيْتُونًا وَنَخْلًا [80:29]

وَزَيۡتُونٗا وَنَخۡلٗا


zeytun və xurma ağacları,

---

### الآية 80:30

> ﻿وَحَدَائِقَ غُلْبًا [80:30]

وَحَدَآئِقَ غُلۡبٗا


sıx-sıx bağlar,

---

### الآية 80:31

> ﻿وَفَاكِهَةً وَأَبًّا [80:31]

وَفَٰكِهَةٗ وَأَبّٗا


meyvələr və otlar da bitiririk.

---

### الآية 80:32

> ﻿مَتَاعًا لَكُمْ وَلِأَنْعَامِكُمْ [80:32]

مَّتَٰعٗا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ


Bu nemətlər sizin istifadəniz və mal-qaranızın faydalanması üçündür.

---

### الآية 80:33

> ﻿فَإِذَا جَاءَتِ الصَّاخَّةُ [80:33]

فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ


Qulaqbatırıcı bir səs gələndə –

---

### الآية 80:34

> ﻿يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ [80:34]

يَوۡمَ يَفِرُّ ٱلۡمَرۡءُ مِنۡ أَخِيهِ


o gün insan qaçacaq öz qardaşından,

---

### الآية 80:35

> ﻿وَأُمِّهِ وَأَبِيهِ [80:35]

وَأُمِّهِۦ وَأَبِيهِ


anasından, atasından,

---

### الآية 80:36

> ﻿وَصَاحِبَتِهِ وَبَنِيهِ [80:36]

وَصَٰحِبَتِهِۦ وَبَنِيهِ


arvadından və övladlarından!

---

### الآية 80:37

> ﻿لِكُلِّ امْرِئٍ مِنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ [80:37]

لِكُلِّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ يَوۡمَئِذٖ شَأۡنٞ يُغۡنِيهِ


O gün onlardan hər birinin yetərincə işi olacaqdır.

---

### الآية 80:38

> ﻿وُجُوهٌ يَوْمَئِذٍ مُسْفِرَةٌ [80:38]

وُجُوهٞ يَوۡمَئِذٖ مُّسۡفِرَةٞ


O gün neçə-neçə üzlər parlayacaq,

---

### الآية 80:39

> ﻿ضَاحِكَةٌ مُسْتَبْشِرَةٌ [80:39]

ضَاحِكَةٞ مُّسۡتَبۡشِرَةٞ


güləcək və fərəhlənəcəkdir.

---

### الآية 80:40

> ﻿وَوُجُوهٌ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌ [80:40]

وَوُجُوهٞ يَوۡمَئِذٍ عَلَيۡهَا غَبَرَةٞ


O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq,

---

### الآية 80:41

> ﻿تَرْهَقُهَا قَتَرَةٌ [80:41]

تَرۡهَقُهَا قَتَرَةٌ


onları zülmət bürüyəcəkdir.

---

### الآية 80:42

> ﻿أُولَٰئِكَ هُمُ الْكَفَرَةُ الْفَجَرَةُ [80:42]

أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡكَفَرَةُ ٱلۡفَجَرَةُ


Məhz onlar kafirlər, günahkarlardır!

---

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/80.md)
- [كل تفاسير سورة عبس
](https://quranpedia.net/surah-tafsir/80.md)
- [ترجمات سورة عبس
](https://quranpedia.net/translations/80.md)
- [صفحة الكتاب: Alikhan Musayev - Azerbaijani translation](https://quranpedia.net/book/13642.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/80/book/13642) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
