---
title: "ترجمة سورة عبس - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/80/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/80/book/1983"
surah_id: "80"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة عبس - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/80/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة عبس - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/80/book/1983*.

Translation of Surah عبس from "الترجمة الأذرية" in الأذرية.

### الآية 80:1

> عَبَسَ وَتَوَلَّىٰ [80:1]

1\. Peyğəmbər qaşqabağını tökdü və üzünü çevirdi –

### الآية 80:2

> ﻿أَنْ جَاءَهُ الْأَعْمَىٰ [80:2]

2\. yanına korun gəldiyinə görə.

### الآية 80:3

> ﻿وَمَا يُدْرِيكَ لَعَلَّهُ يَزَّكَّىٰ [80:3]

3\. Nə bilirdin ki, bəlkə o gü­nahlardan təmizlənəcəkdi

### الآية 80:4

> ﻿أَوْ يَذَّكَّرُ فَتَنْفَعَهُ الذِّكْرَىٰ [80:4]

4\. və yaxud nəsihət dinlə­yib fayda­lanacaqdı.

### الآية 80:5

> ﻿أَمَّا مَنِ اسْتَغْنَىٰ [80:5]

5\. Nəsihətə ehtiyacı olma­ya­na gəlincə isə,

### الآية 80:6

> ﻿فَأَنْتَ لَهُ تَصَدَّىٰ [80:6]

6\. sən ona diqqət yetirirsən.

### الآية 80:7

> ﻿وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّىٰ [80:7]

7\. Onun təmizlənməməyi­nin sənə bir aidiyyəti yox­dur.

### الآية 80:8

> ﻿وَأَمَّا مَنْ جَاءَكَ يَسْعَىٰ [80:8]

8\. Səy göstərib sənin yanına gələn,

### الآية 80:9

> ﻿وَهُوَ يَخْشَىٰ [80:9]

9\. Allahdan qorxan kimsəyə gəlincə,

### الآية 80:10

> ﻿فَأَنْتَ عَنْهُ تَلَهَّىٰ [80:10]

10\. sən ona məhəl qoymursan!

### الآية 80:11

> ﻿كَلَّا إِنَّهَا تَذْكِرَةٌ [80:11]

11\. Xeyr! Şübhəsiz ki, bu, bir nəsi­hətdir.

### الآية 80:12

> ﻿فَمَنْ شَاءَ ذَكَرَهُ [80:12]

12\. Kim istəsə, qoy onu xa­tırlayıb ibrət alsın.

### الآية 80:13

> ﻿فِي صُحُفٍ مُكَرَّمَةٍ [80:13]

13\. Bu Quran kəramətli sə­hi­fələr­də -

### الآية 80:14

> ﻿مَرْفُوعَةٍ مُطَهَّرَةٍ [80:14]

14\. yüksək və pak səhifələr­də­dir.

### الآية 80:15

> ﻿بِأَيْدِي سَفَرَةٍ [80:15]

15\. Bu səhifələr elçilərin əl­lə­rində –

### الآية 80:16

> ﻿كِرَامٍ بَرَرَةٍ [80:16]

16\. möhtərəm və müti olan­ mələklərin əllə­rindədir.

### الآية 80:17

> ﻿قُتِلَ الْإِنْسَانُ مَا أَكْفَرَهُ [80:17]

17\. Qoy ölsün kafir insan! O necə də nankordur!

### الآية 80:18

> ﻿مِنْ أَيِّ شَيْءٍ خَلَقَهُ [80:18]

18\. Qoy baxıb görsün, Allah onu nədən yaradıb?

### الآية 80:19

> ﻿مِنْ نُطْفَةٍ خَلَقَهُ فَقَدَّرَهُ [80:19]

19\. Allah onu nütfədən ya­ratdı və onu müəyyən şəklə saldı.

### الآية 80:20

> ﻿ثُمَّ السَّبِيلَ يَسَّرَهُ [80:20]

20\. Sonra da onun yolunu asanlaş­dırdı.

### الآية 80:21

> ﻿ثُمَّ أَمَاتَهُ فَأَقْبَرَهُ [80:21]

21\. Sonra onu öldürüb qə­bi­rə yerləş­dirdi.

### الآية 80:22

> ﻿ثُمَّ إِذَا شَاءَ أَنْشَرَهُ [80:22]

22\. Sonra da istədiyi vaxt onu yenidən dirildə­cək.

### الآية 80:23

> ﻿كَلَّا لَمَّا يَقْضِ مَا أَمَرَهُ [80:23]

23\. Xeyr! O, hələ də Allahın ona bu­yurduğunu yerinə ye­tir­mə­miş­dir.

### الآية 80:24

> ﻿فَلْيَنْظُرِ الْإِنْسَانُ إِلَىٰ طَعَامِهِ [80:24]

24\. Qoy insan yediyinə diq­qət yetir­sin!

### الآية 80:25

> ﻿أَنَّا صَبَبْنَا الْمَاءَ صَبًّا [80:25]

25\. Həqiqətən, yağışı bol-bol Biz yağ­dırırıq.

### الآية 80:26

> ﻿ثُمَّ شَقَقْنَا الْأَرْضَ شَقًّا [80:26]

26\. Sonra da yeri çat-çat ya­rıb

### الآية 80:27

> ﻿فَأَنْبَتْنَا فِيهَا حَبًّا [80:27]

27\. orada taxıl yetişdiririk.

### الآية 80:28

> ﻿وَعِنَبًا وَقَضْبًا [80:28]

28\. Habelə üzüm və yonca,

### الآية 80:29

> ﻿وَزَيْتُونًا وَنَخْلًا [80:29]

29\. zeytun və xurma ağac­la­rı,

### الآية 80:30

> ﻿وَحَدَائِقَ غُلْبًا [80:30]

30\. sıx-sıx bağlar,

### الآية 80:31

> ﻿وَفَاكِهَةً وَأَبًّا [80:31]

31\. meyvələr və otlar da bi­tiririk.

### الآية 80:32

> ﻿مَتَاعًا لَكُمْ وَلِأَنْعَامِكُمْ [80:32]

32\. Bu nemətlər sizin isti­fa­də­niz və mal-qaranızın fayda­lan­ması üçün­dür.

### الآية 80:33

> ﻿فَإِذَا جَاءَتِ الصَّاخَّةُ [80:33]

33\. Qulaqbatırıcı bir səs gə­ləndə –

### الآية 80:34

> ﻿يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ [80:34]

34\. o gün insan qaçacaq öz qarda­şından,

### الآية 80:35

> ﻿وَأُمِّهِ وَأَبِيهِ [80:35]

35\. anasından, atasından,

### الآية 80:36

> ﻿وَصَاحِبَتِهِ وَبَنِيهِ [80:36]

36\. həyat yoldaşından və övladla­rından!

### الآية 80:37

> ﻿لِكُلِّ امْرِئٍ مِنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ [80:37]

37\. O gün onlardan hər biri­nin yetə­rincə işi olacaq­.

### الآية 80:38

> ﻿وُجُوهٌ يَوْمَئِذٍ مُسْفِرَةٌ [80:38]

38\. O gün neçə-neçə üzlər par­layacaq,

### الآية 80:39

> ﻿ضَاحِكَةٌ مُسْتَبْشِرَةٌ [80:39]

39\. güləcək və fərəhlənə­cək­.

### الآية 80:40

> ﻿وَوُجُوهٌ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌ [80:40]

40\. O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq,

### الآية 80:41

> ﻿تَرْهَقُهَا قَتَرَةٌ [80:41]

41\. onları zülmət bürüyə­cək­.

### الآية 80:42

> ﻿أُولَٰئِكَ هُمُ الْكَفَرَةُ الْفَجَرَةُ [80:42]

42\. Məhz onlar kafirlər, gü­nah­kar­lardır!

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/80.md)
- [كل تفاسير سورة عبس
](https://quranpedia.net/surah-tafsir/80.md)
- [ترجمات سورة عبس
](https://quranpedia.net/translations/80.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/80/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
