---
title: "ترجمة سورة التكوير - Alikhan Musayev - Azerbaijani translation (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/81/book/13642.md"
canonical: "https://quranpedia.net/surah/1/81/book/13642"
surah_id: "81"
book_id: "13642"
book_name: "Alikhan Musayev - Azerbaijani translation"
type: "translation"
---

# ترجمة سورة التكوير - Alikhan Musayev - Azerbaijani translation (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/81/book/13642)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة التكوير - Alikhan Musayev - Azerbaijani translation (الأذرية) — https://quranpedia.net/surah/1/81/book/13642*.

Translation of Surah التكوير from "Alikhan Musayev - Azerbaijani translation" in الأذرية.

### الآية 81:1

> إِذَا الشَّمْسُ كُوِّرَتْ [81:1]

---

إِذَا ٱلشَّمۡسُ كُوِّرَتۡ


Günəş sarınacağı zaman,

---

### الآية 81:2

> ﻿وَإِذَا النُّجُومُ انْكَدَرَتْ [81:2]

وَإِذَا ٱلنُّجُومُ ٱنكَدَرَتۡ


ulduzlar soluxub sönəcəyi zaman,

---

### الآية 81:3

> ﻿وَإِذَا الْجِبَالُ سُيِّرَتْ [81:3]

وَإِذَا ٱلۡجِبَالُ سُيِّرَتۡ


dağlar hərəkətə gətiriləcəyi zaman,

---

### الآية 81:4

> ﻿وَإِذَا الْعِشَارُ عُطِّلَتْ [81:4]

وَإِذَا ٱلۡعِشَارُ عُطِّلَتۡ


boğaz dəvələr başlı-başına qalacaqları zaman,

---

### الآية 81:5

> ﻿وَإِذَا الْوُحُوشُ حُشِرَتْ [81:5]

وَإِذَا ٱلۡوُحُوشُ حُشِرَتۡ


vəhşi heyvanlar bir yerə toplanılacağı zaman,

---

### الآية 81:6

> ﻿وَإِذَا الْبِحَارُ سُجِّرَتْ [81:6]

وَإِذَا ٱلۡبِحَارُ سُجِّرَتۡ


dənizlər alovlanacağı zaman,

---

### الآية 81:7

> ﻿وَإِذَا النُّفُوسُ زُوِّجَتْ [81:7]

وَإِذَا ٱلنُّفُوسُ زُوِّجَتۡ


hər kəs öz tayına qovuşdurulacağı zaman,

---

### الآية 81:8

> ﻿وَإِذَا الْمَوْءُودَةُ سُئِلَتْ [81:8]

وَإِذَا ٱلۡمَوۡءُۥدَةُ سُئِلَتۡ


diri-diri torpağa basdırılmış qız uşağı soruşulacağı zaman –

---

### الآية 81:9

> ﻿بِأَيِّ ذَنْبٍ قُتِلَتْ [81:9]

بِأَيِّ ذَنۢبٖ قُتِلَتۡ


hansı günaha görə öldürülmüşdür;

---

### الآية 81:10

> ﻿وَإِذَا الصُّحُفُ نُشِرَتْ [81:10]

وَإِذَا ٱلصُّحُفُ نُشِرَتۡ


səhifələr açılacağı zaman,

---

### الآية 81:11

> ﻿وَإِذَا السَّمَاءُ كُشِطَتْ [81:11]

وَإِذَا ٱلسَّمَآءُ كُشِطَتۡ


göy qopardılacağı zaman,

---

### الآية 81:12

> ﻿وَإِذَا الْجَحِيمُ سُعِّرَتْ [81:12]

وَإِذَا ٱلۡجَحِيمُ سُعِّرَتۡ


Cəhənnəm alovlandırılacağı zaman

---

### الآية 81:13

> ﻿وَإِذَا الْجَنَّةُ أُزْلِفَتْ [81:13]

وَإِذَا ٱلۡجَنَّةُ أُزۡلِفَتۡ


və Cənnət möminlərə yaxınlaşdırılacağı zaman,

---

### الآية 81:14

> ﻿عَلِمَتْ نَفْسٌ مَا أَحْضَرَتْ [81:14]

عَلِمَتۡ نَفۡسٞ مَّآ أَحۡضَرَتۡ


hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir.

---

### الآية 81:15

> ﻿فَلَا أُقْسِمُ بِالْخُنَّسِ [81:15]

فَلَآ أُقۡسِمُ بِٱلۡخُنَّسِ


And içirəm gecə çıxıb gündüz batan ulduzlara,

---

### الآية 81:16

> ﻿الْجَوَارِ الْكُنَّسِ [81:16]

ٱلۡجَوَارِ ٱلۡكُنَّسِ


seyrə çıxıb gizlənən səyyarələrə,

---

### الآية 81:17

> ﻿وَاللَّيْلِ إِذَا عَسْعَسَ [81:17]

وَٱلَّيۡلِ إِذَا عَسۡعَسَ


qaralmaqda olan gecəyə,

---

### الآية 81:18

> ﻿وَالصُّبْحِ إِذَا تَنَفَّسَ [81:18]

وَٱلصُّبۡحِ إِذَا تَنَفَّسَ


və açılmaqda olan səhərə!

---

### الآية 81:19

> ﻿إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ [81:19]

إِنَّهُۥ لَقَوۡلُ رَسُولٖ كَرِيمٖ


Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür.

---

### الآية 81:20

> ﻿ذِي قُوَّةٍ عِنْدَ ذِي الْعَرْشِ مَكِينٍ [81:20]

ذِي قُوَّةٍ عِندَ ذِي ٱلۡعَرۡشِ مَكِينٖ


O elçi ki, qüvvətlidir, Ərşin sahibi yanında böyük hörmət sahibidir,

---

### الآية 81:21

> ﻿مُطَاعٍ ثَمَّ أَمِينٍ [81:21]

مُّطَاعٖ ثَمَّ أَمِينٖ


orada itaət ediləndir, etibarlıdır.

---

### الآية 81:22

> ﻿وَمَا صَاحِبُكُمْ بِمَجْنُونٍ [81:22]

وَمَا صَاحِبُكُم بِمَجۡنُونٖ


Sizin dostunuz Muhəmməd divanə deyildir.

---

### الآية 81:23

> ﻿وَلَقَدْ رَآهُ بِالْأُفُقِ الْمُبِينِ [81:23]

وَلَقَدۡ رَءَاهُ بِٱلۡأُفُقِ ٱلۡمُبِينِ


O, Cəbraili aydın üfüqdə gördü.

---

### الآية 81:24

> ﻿وَمَا هُوَ عَلَى الْغَيْبِ بِضَنِينٍ [81:24]

وَمَا هُوَ عَلَى ٱلۡغَيۡبِ بِضَنِينٖ


O, qeybdən də xəsislik edən deyildir.

---

### الآية 81:25

> ﻿وَمَا هُوَ بِقَوْلِ شَيْطَانٍ رَجِيمٍ [81:25]

وَمَا هُوَ بِقَوۡلِ شَيۡطَٰنٖ رَّجِيمٖ


Bu Quran daşqalaq olunmuş şeytanın sözü də deyildir.

---

### الآية 81:26

> ﻿فَأَيْنَ تَذْهَبُونَ [81:26]

فَأَيۡنَ تَذۡهَبُونَ


Elə isə ondan üz döndərib hara gedirsiniz?

---

### الآية 81:27

> ﻿إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ [81:27]

إِنۡ هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ


Bu, aləmlərə yalnız bir nəsihətdir –

---

### الآية 81:28

> ﻿لِمَنْ شَاءَ مِنْكُمْ أَنْ يَسْتَقِيمَ [81:28]

لِمَن شَآءَ مِنكُمۡ أَن يَسۡتَقِيمَ


sizlərdən doğru yolda olmaq istəyənlər üçün.

---

### الآية 81:29

> ﻿وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ رَبُّ الْعَالَمِينَ [81:29]

وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ


Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!

---

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/81.md)
- [كل تفاسير سورة التكوير
](https://quranpedia.net/surah-tafsir/81.md)
- [ترجمات سورة التكوير
](https://quranpedia.net/translations/81.md)
- [صفحة الكتاب: Alikhan Musayev - Azerbaijani translation](https://quranpedia.net/book/13642.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/81/book/13642) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
