---
title: "ترجمة سورة التكوير - الترجمة الأذرية (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/81/book/1983.md"
canonical: "https://quranpedia.net/surah/1/81/book/1983"
surah_id: "81"
book_id: "1983"
book_name: "الترجمة الأذرية"
author: "علي خان موساييف"
type: "translation"
---

# ترجمة سورة التكوير - الترجمة الأذرية (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/81/book/1983)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة التكوير - الترجمة الأذرية (الأذرية) — https://quranpedia.net/surah/1/81/book/1983*.

Translation of Surah التكوير from "الترجمة الأذرية" in الأذرية.

### الآية 81:1

> إِذَا الشَّمْسُ كُوِّرَتْ [81:1]

1\. Günəş sarınacağı zaman;

### الآية 81:2

> ﻿وَإِذَا النُّجُومُ انْكَدَرَتْ [81:2]

2\. ulduzlar soluxub sönəcə­yi zaman;

### الآية 81:3

> ﻿وَإِذَا الْجِبَالُ سُيِّرَتْ [81:3]

3\. dağlar hərəkətə gətirilə­cə­yi zaman;

### الآية 81:4

> ﻿وَإِذَا الْعِشَارُ عُطِّلَتْ [81:4]

4\. boğaz dəvələr başlı-başı­na qala­caq­ları zaman;

### الآية 81:5

> ﻿وَإِذَا الْوُحُوشُ حُشِرَتْ [81:5]

5\. vəhşi heyvanlar bir yerə toplanacağı zaman;

### الآية 81:6

> ﻿وَإِذَا الْبِحَارُ سُجِّرَتْ [81:6]

6\. dənizlər alovlanacağı za­man;

### الآية 81:7

> ﻿وَإِذَا النُّفُوسُ زُوِّجَتْ [81:7]

7\. hər kəs öz tayına qo­vuş­durulacağı zaman;

### الآية 81:8

> ﻿وَإِذَا الْمَوْءُودَةُ سُئِلَتْ [81:8]

8\. diri-diri torpağa basdırıl­mış qız uşağı soruşulacağı za­man –

### الآية 81:9

> ﻿بِأَيِّ ذَنْبٍ قُتِلَتْ [81:9]

9\. hansı günaha görə öldü­rül­müş­dür;

### الآية 81:10

> ﻿وَإِذَا الصُّحُفُ نُشِرَتْ [81:10]

10\. səhifələr açılacağı zaman;

### الآية 81:11

> ﻿وَإِذَا السَّمَاءُ كُشِطَتْ [81:11]

11\. göy qopardılacağı zaman;

### الآية 81:12

> ﻿وَإِذَا الْجَحِيمُ سُعِّرَتْ [81:12]

12\. Cəhənnəm alovlandırı­la­cağı za­man

### الآية 81:13

> ﻿وَإِذَا الْجَنَّةُ أُزْلِفَتْ [81:13]

13\. və Cənnət möminlərə ya­xınlaşdı­rılacağı zaman;

### الآية 81:14

> ﻿عَلِمَتْ نَفْسٌ مَا أَحْضَرَتْ [81:14]

14\. hər kəs bu gün üçün özü­nə nə tə­darük etdiyini bilə­cək­dir.

### الآية 81:15

> ﻿فَلَا أُقْسِمُ بِالْخُنَّسِ [81:15]

15\. And içirəm gecə çıxıb gün­düz batan ulduzlara,

### الآية 81:16

> ﻿الْجَوَارِ الْكُنَّسِ [81:16]

16\. seyrə çıxıb gizlənən səy­yarələrə,

### الآية 81:17

> ﻿وَاللَّيْلِ إِذَا عَسْعَسَ [81:17]

17\. qaralmaqda olan gecəyə,

### الآية 81:18

> ﻿وَالصُّبْحِ إِذَا تَنَفَّسَ [81:18]

18\. və açılmaqda olan səhə­rə!

### الآية 81:19

> ﻿إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ [81:19]

19\. Həqiqətən, bu, göndər­di­yimiz möh­tə­rəm bir elçinin sö­zü­dür.

### الآية 81:20

> ﻿ذِي قُوَّةٍ عِنْدَ ذِي الْعَرْشِ مَكِينٍ [81:20]

20\. O elçi ki, qüvvətlidir, Ər­şin sahibi yanında böyük hör­­mət sa­hi­bidir,

### الآية 81:21

> ﻿مُطَاعٍ ثَمَّ أَمِينٍ [81:21]

21\. orada itaət ediləndir, eti­barlı­dır.

### الآية 81:22

> ﻿وَمَا صَاحِبُكُمْ بِمَجْنُونٍ [81:22]

22\. Sizin dostunuz Muhəm­məd di­vanə deyil.

### الآية 81:23

> ﻿وَلَقَدْ رَآهُ بِالْأُفُقِ الْمُبِينِ [81:23]

23\. O, Cəbraili aydın üfüqdə gördü.

### الآية 81:24

> ﻿وَمَا هُوَ عَلَى الْغَيْبِ بِضَنِينٍ [81:24]

24\. O, qeybdən gələn xəbərləri sizdən əsirgəyən de­yil.

### الآية 81:25

> ﻿وَمَا هُوَ بِقَوْلِ شَيْطَانٍ رَجِيمٍ [81:25]

25\. Bu Quran daşqalaq olun­muş şey­tanın sözü də deyildir.

### الآية 81:26

> ﻿فَأَيْنَ تَذْهَبُونَ [81:26]

26\. Elə isə ondan üz döndə­rib hara ge­dirsiniz?

### الآية 81:27

> ﻿إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ [81:27]

27\. Bu, aləmlərə yalnız bir nəsihətdir –

### الآية 81:28

> ﻿لِمَنْ شَاءَ مِنْكُمْ أَنْ يَسْتَقِيمَ [81:28]

28\. sizlərdən doğru yolda ol­maq istə­yənlər üçün.

### الآية 81:29

> ﻿وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ رَبُّ الْعَالَمِينَ [81:29]

29\. Aləmlərin Rəbbi Allah istəmə­yincə, siz istəyə bilməz­siniz!

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/81.md)
- [كل تفاسير سورة التكوير
](https://quranpedia.net/surah-tafsir/81.md)
- [ترجمات سورة التكوير
](https://quranpedia.net/translations/81.md)
- [صفحة الكتاب: الترجمة الأذرية](https://quranpedia.net/book/1983.md)
- [المؤلف: علي خان موساييف](https://quranpedia.net/person/13001.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/81/book/1983) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
