---
title: "ترجمة سورة المطفّفين - Alikhan Musayev - Azerbaijani translation (الأذرية)"
url: "https://quranpedia.net/surah/1/83/book/13642.md"
canonical: "https://quranpedia.net/surah/1/83/book/13642"
surah_id: "83"
book_id: "13642"
book_name: "Alikhan Musayev - Azerbaijani translation"
type: "translation"
---

# ترجمة سورة المطفّفين - Alikhan Musayev - Azerbaijani translation (الأذرية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/83/book/13642)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة المطفّفين - Alikhan Musayev - Azerbaijani translation (الأذرية) — https://quranpedia.net/surah/1/83/book/13642*.

Translation of Surah المطفّفين from "Alikhan Musayev - Azerbaijani translation" in الأذرية.

### الآية 83:1

> وَيْلٌ لِلْمُطَفِّفِينَ [83:1]

---

وَيۡلٞ لِّلۡمُطَفِّفِينَ


Çəkidə və ölçüdə aldadanların vay halına!

---

### الآية 83:2

> ﻿الَّذِينَ إِذَا اكْتَالُوا عَلَى النَّاسِ يَسْتَوْفُونَ [83:2]

ٱلَّذِينَ إِذَا ٱكۡتَالُواْ عَلَى ٱلنَّاسِ يَسۡتَوۡفُونَ


O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyərlər,

---

### الآية 83:3

> ﻿وَإِذَا كَالُوهُمْ أَوْ وَزَنُوهُمْ يُخْسِرُونَ [83:3]

وَإِذَا كَالُوهُمۡ أَو وَّزَنُوهُمۡ يُخۡسِرُونَ


onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə onu ziyana salarlar.

---

### الآية 83:4

> ﻿أَلَا يَظُنُّ أُولَٰئِكَ أَنَّهُمْ مَبْعُوثُونَ [83:4]

أَلَا يَظُنُّ أُوْلَـٰٓئِكَ أَنَّهُم مَّبۡعُوثُونَ


Onlar dirildiləcəklərini fikirləşmirlərmi?

---

### الآية 83:5

> ﻿لِيَوْمٍ عَظِيمٍ [83:5]

لِيَوۡمٍ عَظِيمٖ


Həm də əzəmətli bir gündə.

---

### الآية 83:6

> ﻿يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِينَ [83:6]

يَوۡمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلۡعَٰلَمِينَ


O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar.

---

### الآية 83:7

> ﻿كَلَّا إِنَّ كِتَابَ الْفُجَّارِ لَفِي سِجِّينٍ [83:7]

كَلَّآ إِنَّ كِتَٰبَ ٱلۡفُجَّارِ لَفِي سِجِّينٖ


Xeyr! Həqiqətən, günahkarların kitabı Siccindədir.

---

### الآية 83:8

> ﻿وَمَا أَدْرَاكَ مَا سِجِّينٌ [83:8]

وَمَآ أَدۡرَىٰكَ مَا سِجِّينٞ


Sən haradan biləsən ki, Siccin nədir?!

---

### الآية 83:9

> ﻿كِتَابٌ مَرْقُومٌ [83:9]

كِتَٰبٞ مَّرۡقُومٞ


O, yazılı bir kitabdır!

---

### الآية 83:10

> ﻿وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ [83:10]

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ


O gün haqqı yalan hesab edənlərin vay halına!

---

### الآية 83:11

> ﻿الَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ الدِّينِ [83:11]

ٱلَّذِينَ يُكَذِّبُونَ بِيَوۡمِ ٱلدِّينِ


O kəslərin ki, Haqq-hesab gününü yalan hesab edirlər.

---

### الآية 83:12

> ﻿وَمَا يُكَذِّبُ بِهِ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ [83:12]

وَمَا يُكَذِّبُ بِهِۦٓ إِلَّا كُلُّ مُعۡتَدٍ أَثِيمٍ


Amma bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz.

---

### الآية 83:13

> ﻿إِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ [83:13]

إِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ


Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin uydurduğu əfsanələrdir!”– deyir.

---

### الآية 83:14

> ﻿كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِمْ مَا كَانُوا يَكْسِبُونَ [83:14]

كَلَّاۖ بَلۡۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُواْ يَكۡسِبُونَ


Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür.

---

### الآية 83:15

> ﻿كَلَّا إِنَّهُمْ عَنْ رَبِّهِمْ يَوْمَئِذٍ لَمَحْجُوبُونَ [83:15]

كَلَّآ إِنَّهُمۡ عَن رَّبِّهِمۡ يَوۡمَئِذٖ لَّمَحۡجُوبُونَ


Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!

---

### الآية 83:16

> ﻿ثُمَّ إِنَّهُمْ لَصَالُو الْجَحِيمِ [83:16]

ثُمَّ إِنَّهُمۡ لَصَالُواْ ٱلۡجَحِيمِ


Sonra onlar Cəhənnəmə girəcəklər

---

### الآية 83:17

> ﻿ثُمَّ يُقَالُ هَٰذَا الَّذِي كُنْتُمْ بِهِ تُكَذِّبُونَ [83:17]

ثُمَّ يُقَالُ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ


və onlara deyiləcək: “Budur sizin yalan hesab etdiyiniz Cəhənnəm!”

---

### الآية 83:18

> ﻿كَلَّا إِنَّ كِتَابَ الْأَبْرَارِ لَفِي عِلِّيِّينَ [83:18]

كَلَّآ إِنَّ كِتَٰبَ ٱلۡأَبۡرَارِ لَفِي عِلِّيِّينَ


Xeyr! Həqiqətən, itaətkarların kitabı İlliyyundadir!

---

### الآية 83:19

> ﻿وَمَا أَدْرَاكَ مَا عِلِّيُّونَ [83:19]

وَمَآ أَدۡرَىٰكَ مَا عِلِّيُّونَ


Sən haradan biləsən ki, İlliyyun nədir?!

---

### الآية 83:20

> ﻿كِتَابٌ مَرْقُومٌ [83:20]

كِتَٰبٞ مَّرۡقُومٞ


O, elə bir yazılı kitabdır ki,

---

### الآية 83:21

> ﻿يَشْهَدُهُ الْمُقَرَّبُونَ [83:21]

يَشۡهَدُهُ ٱلۡمُقَرَّبُونَ


onu yalnız Allaha yaxın olanlar görürlər!

---

### الآية 83:22

> ﻿إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ [83:22]

إِنَّ ٱلۡأَبۡرَارَ لَفِي نَعِيمٍ


Həqiqətən, itaətkarlar nemətlər içində olacaqlar.

---

### الآية 83:23

> ﻿عَلَى الْأَرَائِكِ يَنْظُرُونَ [83:23]

عَلَى ٱلۡأَرَآئِكِ يَنظُرُونَ


Onlar taxtlar üstündə seyrə dalacaqlar.

---

### الآية 83:24

> ﻿تَعْرِفُ فِي وُجُوهِهِمْ نَضْرَةَ النَّعِيمِ [83:24]

تَعۡرِفُ فِي وُجُوهِهِمۡ نَضۡرَةَ ٱلنَّعِيمِ


Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən.

---

### الآية 83:25

> ﻿يُسْقَوْنَ مِنْ رَحِيقٍ مَخْتُومٍ [83:25]

يُسۡقَوۡنَ مِن رَّحِيقٖ مَّخۡتُومٍ


Onlara möhürlü şərabdan içirdiləcəkdir.

---

### الآية 83:26

> ﻿خِتَامُهُ مِسْكٌ ۚ وَفِي ذَٰلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَ [83:26]

خِتَٰمُهُۥ مِسۡكٞۚ وَفِي ذَٰلِكَ فَلۡيَتَنَافَسِ ٱلۡمُتَنَٰفِسُونَ


Onun möhürü müşkdür. Qoy çalışanlar onun üçün səy göstərsinlər!

---

### الآية 83:27

> ﻿وَمِزَاجُهُ مِنْ تَسْنِيمٍ [83:27]

وَمِزَاجُهُۥ مِن تَسۡنِيمٍ


Onun qatışığı isə təsnim bulağındandır.

---

### الآية 83:28

> ﻿عَيْنًا يَشْرَبُ بِهَا الْمُقَرَّبُونَ [83:28]

عَيۡنٗا يَشۡرَبُ بِهَا ٱلۡمُقَرَّبُونَ


O təsnim elə bir bulaqdır ki, ondan Allaha yaxın olanlar içərlər.

---

### الآية 83:29

> ﻿إِنَّ الَّذِينَ أَجْرَمُوا كَانُوا مِنَ الَّذِينَ آمَنُوا يَضْحَكُونَ [83:29]

إِنَّ ٱلَّذِينَ أَجۡرَمُواْ كَانُواْ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ يَضۡحَكُونَ


Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər,

---

### الآية 83:30

> ﻿وَإِذَا مَرُّوا بِهِمْ يَتَغَامَزُونَ [83:30]

وَإِذَا مَرُّواْ بِهِمۡ يَتَغَامَزُونَ


onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər,

---

### الآية 83:31

> ﻿وَإِذَا انْقَلَبُوا إِلَىٰ أَهْلِهِمُ انْقَلَبُوا فَكِهِينَ [83:31]

وَإِذَا ٱنقَلَبُوٓاْ إِلَىٰٓ أَهۡلِهِمُ ٱنقَلَبُواْ فَكِهِينَ


öz ailələrinin yanına fərəhlə qayıdırdılar,

---

### الآية 83:32

> ﻿وَإِذَا رَأَوْهُمْ قَالُوا إِنَّ هَٰؤُلَاءِ لَضَالُّونَ [83:32]

وَإِذَا رَأَوۡهُمۡ قَالُوٓاْ إِنَّ هَـٰٓؤُلَآءِ لَضَآلُّونَ


möminləri gördükdə isə deyirdilər: “Həqiqətən, bunlar azmışlardır!”

---

### الآية 83:33

> ﻿وَمَا أُرْسِلُوا عَلَيْهِمْ حَافِظِينَ [83:33]

وَمَآ أُرۡسِلُواْ عَلَيۡهِمۡ حَٰفِظِينَ


Halbuki bu günahkarlar onlara gözətçi qoyulmamışdılar.

---

### الآية 83:34

> ﻿فَالْيَوْمَ الَّذِينَ آمَنُوا مِنَ الْكُفَّارِ يَضْحَكُونَ [83:34]

فَٱلۡيَوۡمَ ٱلَّذِينَ ءَامَنُواْ مِنَ ٱلۡكُفَّارِ يَضۡحَكُونَ


Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər.

---

### الآية 83:35

> ﻿عَلَى الْأَرَائِكِ يَنْظُرُونَ [83:35]

عَلَى ٱلۡأَرَآئِكِ يَنظُرُونَ


Onlar taxtlar üstündə ətrafa baxacaqlar.

---

### الآية 83:36

> ﻿هَلْ ثُوِّبَ الْكُفَّارُ مَا كَانُوا يَفْعَلُونَ [83:36]

هَلۡ ثُوِّبَ ٱلۡكُفَّارُ مَا كَانُواْ يَفۡعَلُونَ


Kafirlər törətdiklərinin cəzasını aldılarmı?!

---

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/83.md)
- [كل تفاسير سورة المطفّفين
](https://quranpedia.net/surah-tafsir/83.md)
- [ترجمات سورة المطفّفين
](https://quranpedia.net/translations/83.md)
- [صفحة الكتاب: Alikhan Musayev - Azerbaijani translation](https://quranpedia.net/book/13642.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/83/book/13642) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
